Məhkəmə qərarları › İş №2(102)-1933/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1933/2019

12.03.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1933/2019 12.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xx 2018-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin xx xx 2017-cı il tarixli qətnaməsi ilə (hakim R.Mustafayev, iş № 2(094)-xx/17) İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddiası qism ən təmin edilərək, Cavabdeh 8200 (səkkiz min iki yüz) manatın və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manatın tutulub İddiaçı ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xx 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər T.Səmədov-sədrlik edən və məruzəçi, İ.Şirinov və E.Kazımov, iş № 2(103)-xx/18) İddiaçı və Cavabdeh apellyasiya şikayətləri təmin edilməyərək Pirallahı Rayon Məhkəməsinin xx xx 2017ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh 23.10.2018-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xx 2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə ilə apellyasiya instansiyası məhkəməsinə müraciət e tmişdir. BakıApellyasiya Məhkəməsinin xx xx 2018-ci il tarixli qərardadı ilə (hakimlər T.Səmədovsədrlik edən və məruzəçi, İ.Şirinov və E.Kazımov, iş № 2(103)-xx/18)BakıApellyasiya Məhkəməsinin xx xx 2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin üzürlü hesab edilməsi barədə Cavabdeh ərizəsi təmin edilməmiş, BakıApellyasiya Məhkəməsinin xx xx 2018-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xx 2018-ci il tarixli qərardadının ləğv edilməsini, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xx 2018-ci il tarixli qətnaməsindən kassasiya şikyəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə ərizə nin təmin olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 8500 ABŞ dolları və 30 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələblərinin pozulması ilə əsaslandırılmışdır. İddiaçının vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da, üzrlü səbəb olmadan məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyas ı Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, Vəkil izahatını dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xx 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi BakıApellyasiya Məhkəməsininxx xx 2018-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şi kayətini qaytararkən aşağıdakıları nəzərə almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 405.0.1-ci maddəsinin tələbinə görə kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər. Həmin Məcəllənin 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti qaytarılmalıdır. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və inzibatiiqtisadi kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və inzibatiiqtisadi kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apellyas iyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 408.2-ci maddəsinə əsasən Bu Məcəllənin 408.1.1. və 408.1.3.— 408.1.5ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apelyasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.2-ci maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda kassasiya şikayəti kassasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda isə kassasiya şikayətinin qaytarılması barədə ərizənin daxil olduğu vaxt işin şikayətlə hansı instansiya məhkəməsində olmasından asılı olaraq apellyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən qaytarılır. Həmin Məcəllənin 408.3-cü maddəsinə əs asən kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır. Həmin Məcəllənin 408.4-cü maddəsinə əsasən kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılmasına dair qərardaddan kassasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. İş materiallaında olan xəbərnamədən görünür ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xx 2018-cı il tarixli qətnaməsinin surəti Cavabdeh qeydiyyatda olduğu ünvan 1 ünvanına göndərilmiş və 05 mart 2018-cı il tarixdə xəbərnaməyə imza edilməklə qəbul edilmişdir (səh 90). Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatət isə heç bir üzürlü səbəb olmadan qanunla müəyyən edilmiş kassasiya şikayətinin verilməsi müddəti ötürülməklə 23.10.2018-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinə dəftərxana vasitəsilə daxil olmuşdur. İş materiallarından görünür ki, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xx 2018-ci il tarixli qərardadı ilə həmin Məhkəmənin xx xx 2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsinə dair Cavabdeh ərizəsi təmin edilməmiş, Cavabdeh kassasiya şikayəti qaytarılmışdır. Apellyasiya instansiyası məhkəmə hesab etmişdir ki, buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmadığından, kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verildiyindən kassasiya şikayəti qaytarılmalıdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətinin prosessual normaların düzgün tətbiq olunmaması barədək i dəlillərini əsassız sayır. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xx 2018-ci il tarixli qərardadı qanuni və əsaslıdır. Qərardadın ləğv edilməsi üçün qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə həmin qərardad dəyişdirilmədən saxlanılmalıdır. Bakı Apellyasiya Məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasını n iş üzrə xx xx 2018-ci il tarixli 2(103)-xx/18 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar