Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1933/2020 10.06.2020 ALİ MƏHKƏMƏ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Xələfov İlqar Rəhim oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, Cavabdeh1, nümayəndəsi X1 və vəkili x oğlunun iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, x nömrəli qətnaməsindən Cavabdeh1 və vəkili x oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1 Cavabdeh1 qarşı iddia qaldıraraq, xx.xx.2006-cı il təvəllüdlü X oğlunun, xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik ya şlarına çatanadək saxlanmaları üçün alimentin məbləğinin artırılaraq, hər ay hər uşağa görə 150 manat, cəmi 450 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin (hakim K.Hüseynov) xx.xx.2019-cu il tarixli, nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, x nömrəli qətnaməsinə əsasən müəyyən olunmuş alimentin məbləği dəyişdirilməklə, xx.xx.2006-cı il təvəllüdlü Hacıyev Fazil Azər oğlunun, xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X2 18 yaşa çatanadək saxlanmaları üçün Cavabdeh1 hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı1 ödənilməsi və alimentin tutulmasının qətnamə qa nuni qüvvəyə mindiyi gündən hesablanması, iddianın qalan hissələrdə rədd edilməsi, 15 manat məbləğində dövlət rüsumunun Cavabdeh1 tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər-Ə.Məmmədov (sərlik edən və məruzəçi), Ş.Əliyeva və A.Hüseynzadə) xx.xx.2019-ci il tarixli, xnömrəli qətnaməsi ilə cavabdehin apelyasiya şikayəti rədd edilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh və vəkili Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. Kassasiya şikayətinin həddi və dəlilləri: Kassator həmin qətnamənin ləğv olunmasını və iddiaçının himayəsində olan 3 uşağa görə 166,47 manat məbləğində alimentin tutulması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi cavabdehin ailə və maddi vəziyyətini, eləcə də diqqətəlayiq olan digər halları nəzərə almadan alimentin miqdarını artırmışdır. İddiaçı cavabdehin maddi vəziyyətində hansı formada artımın olmasını təsdiqləyən sübutları məhkəməyə təqdim etməmişdir. Ona görə də qətnamə qanunsuz və əsassızdır. Cavabdeh və vəkili şikayətin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəllənin 78.1-ci, 112-ci, 76.1.3-cü maddələrinə istinad etmişlər. Prosessual məsələlər və işdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən Cavabdeh1, nümayəndəsi X3 və vəkili x oğlu kassasiya şikayətini müdafiə edərək, onun təmin olunmasını xahiş etdilər. İddiaçı işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki halları ondan ibarətdir ki, tərəflər xx.xx.2005-də nikaga girmişlər, bu nikahdan xx.xx.2006-cı ildə x, xx.xx.2008-ci ildə x və xx.xx.2011-ci ildə isəadlı uşaqları doğulmuşdur. X xx.xx.2013-cü il tarixli qətnaməsi ilə nikah pozu lmuş və hər uşaq üçün cavabdehdən 50 manat aliment tutulmuşdur. Hazırkı iş üzrə mübahisə alimentin məbləğinin artırılması barədədir. Kollegiya aşağıdakılara əsasən hesab edir ki, apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, alimentin məbləğini artırılmasını tələb etməkdə haqlıdır. Çünki, Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında” Qanunla uşaqlar üçün nəzərd ə tutulmuş yaşayış minimumu 160 manat məbləğində müəyyən edilmişdir. Belə olan halda, iddiaçının tələbi əsasında uşaqların saxlanılması üçün cavabdehdən tutulan alimentin miqdarının artırılmaqla hər uşaq üçün 100 manat müəyyən edilməsi əsaslıdır. Bu qənaətə gələrkən Kollegiya onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2016-cı il tarixli, 8-2/2016 saylı qərarına əsasən, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Məhkəmə kollegiyası, kass asiya şikayətinin dəlillərini ilə razılaşmayaraq bildirir ki, cavabdehin maddi imkanının aşağı olması aliment məbləğinin artırılmaması üçün əsas ola bilməz. Çünki, həmin hallar cavabdehin uşaqlarını yaşayış minimumuna uyğun qaydada saxlamaq öhdəliyini aradan qaldırmır (hazırkı işdə aliment hər uşaq üçün həmin həddən aşağı məbləğdə artırılmışdır). Ali Məhkəmənin Plenumu da, yuxarıda qeyd edilən qərarında vurğulamışdır ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası bu qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verməmişdir. Ona görə də qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417- 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, xnömrəli qətnaməsi dəyişdirilmədən saxlanlsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1933/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1933/2020
10.06.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver