Məhkəmə qərarları › İş №2(102)-1934/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1934/2019

02.10.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1934/2019 02.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi, İddiaçının vəkili Xnun, Cavabdeh və onun vəkili X1nun iştirakı ilə, İddiaçı ləğvetmə prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki iş üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 noyabr 2018-ci il tarixli 2(108)-160/2018 nömrəli qətnaməsindən iddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Hüquq departamentinin direktoru X2 və vəkili X3 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ləğvetmə prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh 4544 (dörd min beş yüz qırx dörd) manat əsas borcun, 1527(min beş yüz iyirmi yeddi) manat faiz borcunun, cəmi 6071 (altı min yetmiş bir) manat borcun tutulmasına dair Şahbuz Rayon məhkəməsində iddia qaldırmışdır. Şahbuz Rayon Məhkəməsi (sədrlik edən A.Ə. Bağırov) 04 aprel 2018-ci il tarixli, 2(090)-43/2018 nömrəli qətnaməsi ilə iddianı rədd etmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Polad Həsənov - sədrlik edən və məruzəçi, Sənan Qarayev, V üqar Quliyev) 14 noyabr 2018-ci il tarixli 2(108)-160/2018 nömrəli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Şahbuz Rayon Məhkəməsinin 04 aprel 2018-ci il tarixli, 2(090)-43/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin ləğv edicisi Əmanətlərin Sığortalanması Fondu və vəkili Azər Məmmədov tərəfindən kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05.12.2018-ci il tarixli 2(103)12878/2018 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmam ış və həmin nəticə işin hallarına uyğun olmamış və göstərilən səhv nəticəyə görə maddi və prosessual hüquq normaları pozulmuşdur. Belə ki, tərəflər arasında bağlanmış 17 iyul 2009-cu il tarixli 04 saylı kredit müqaviləsinin 6.3-cü bəndinə əsasən müqavilə vəsaitin bankın hesabından silinməsi günündən qüvvəyə minir və müddəti kredit və onun faizlərinin tam ödənilməsi və digər şərtlərin yerinə yetirilməsindən sonra bitmiş hesab olunur. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etməmiş və bununla da kredit müqaviləsinin şərtlərini pozmuşdur. İddia ərizəsi verilən tarixə cavabdehin iddiaçıya müqavilə üzrə cəmi 6071 manat borcu qalmışdır. Belə olan təqdirdə hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi borc ödənilmədiyindən bitmiş hesab olunmu r. Buna görə də iddia müddətinin tətbiq edilməsi əsassızdır. Kredit müddəti ilə bağlı isə nəzərə alınmalıdır ki, bu müddət müvafiq öhdəliyin əmələ gəlməsi, zərurət olduqda ona xitam verilməsi və öhdəliyin icrasının gecikdirilməsi baxımından əhəmiyyət kəsb edir. Kredit müqaviləsi üzrə tərəflər arasında hüquq və vəzifələrin müəyyən bir anda əmələ gəlməsinə dair əldə olunan razılaşma borc alanın və borc verənin hansı andan etibarən, yaxud hansı ana qədər müəyyən hərəkətləri etməli olmaları, yaxud edə bilmələri ilə bağlıdır. Azərbaycan Respublikası MM-in 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müq avilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Göründüyü kimi, bu normanın birinci cümləsi müqavilənin qüvvədə olma müddətinin bitməsini, ikinci cümləsi isə müqavilədən yaranan öhdəliklərin qüvvədə olma müddətini tənzimləyir. Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə “öhdəliklər vicdanla yerinə yetirilməlidir” (pacta sunt servanda) hüquqi prinsipindən yaranır. Belə ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitamı şərtləri müqavilədə dəqiq göstərilməlidir. Əks təqdirdə, MM-in 399.3cü maddəsində qeyd olunduğu kimi, belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər q üvvədə sayılır. Qeyd olunduğu kimi tərəflər arasında mülki hüquq münasibətlərini tənzimləyən yazılı kredit müqaviləsi bağlanmış, kredit müqaviləsinə əsasən istehlak məqsədilə 24 ay müddətinə illik 25 faiz ödəmək şərtilə 5960 ABŞ dolları məbləğində kredit verilmişdir. Müqavilədə kreditin verilməsi 24 ay müddətinə müəyyən olunsa da, müqavilənin bitməsi həmin müddətə deyil, kreditin və onun faizlərinin tam ödənilməsi və digər şərtlərin yerinə yetirilməsindən sonra bitmiş hesab olunur. Prosessual məsələlər: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili X4 kassasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh və vəkili X3 kassasiya şikayətinə etira z edərək təmin edilməməsini xahiş etmişdirlər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmələr tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, 17 iyul 2009-cu il tarixli 04 saylı kredit müqaviləsinə əsasən “xxxx” tərəfindən Cavabdeh 5250 (beş min iki yüz əlli) manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əsasən kreditin müddəti 18 (on səkkiz) ay, illik faizi isə 30(otuz) % müəyyənləşdirilmişdir. Kredit müqaviləsinin 1.3-cü bəndinə əsasən borcalan krediti hissə-hissə, faizləri isə hər ayın 15-ə qədər ödəməyi öhdəsinə götürmüşdür. İddia tələbinə əsasən borclu müqavilə üzrə üzərinə göt ürdüyü öhdəlikləri yerinə yetirməmiş, nəticədə onun faizlə birlikdə iddiaçıya 6071 (altı min yetmiş bir) manat borcu yaranmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırkı iş üzrə Cavabdeh qarşı yönəldilmiş tələb “xxxx” ASC ilə onun arasında bağlanmış 17 iyul 2009-cu il tarixli 04 saylı kredit müqaviləsindən əmələ gəlmiş tələbdir və həmin müqavilə ilə Cavabdeh öhdəliyinin icra müddəti 17 iyul 2009-cu il tarixdən başlamaqla, 17 yanvar 2011-ci il tarixədək 18 ay müddətində müəyyən edilmişdir. Qanunvericiliyin tələbinə görə Cavabdeh öhdəliyinə görə iddia müddəti 17 yanvar 2011-ci il tarixdən başlamış və bu müddət üç il təşkil etdiyindən 17 yanvar 2014-cü il tarixdə bitmişdir. Buna görə də kollegiya belə hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehin ərizəsinə əsa sən iddia müddətini tətbiq edərkən maddi hüquq normalarına düzgün əməl etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmələr tərəfindən haqlı olaraq müəyyən etmişdir ki,17 iyul 2009-cu il tarixli “kredit” müqaviləsi 17 yanvar 2011 -ci il tarixdə 18(on səkkiz) aylıq müddəti bitmiş, həmin vaxtdan iddia müddətinin axımı başlamasına baxmayaraq iddiaçı qanunvericiliklə nəzərdə tutulmuş üç illik iddia müddətini ötürərək 22 noyabr 2017-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Ötürülmüş müddət ərzində iddia müddətinin axımının dayandırılması və ya iddia müddətinin axımının kəsilməsinə səbəb olan hər hansı bir hal baş verməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 3 99.3, 399.4, 445 və 449-cu maddələrinin şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarında həmin kreditinin qaytarılması müddəti ilə, kredit müqaviləsinin bağlanma və qüvvədə olma müddətini eyniləşdirməmiş və həmin qərarında qeyd etmişdir ki, “Konstitusiya Məhkəməsi Plenumunun 2013-cü il 3 iyun tarixli qərarında kredit müqaviləsinin qüvvədə olma və kreditin müddətlərinə dair belə bir hüquqi mövqe ifadə edilmişdir ki, kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin müddəti müəyyənləşdirilə bilər. Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklə rin tam icra edilməsi anını, kreditin ( əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Məhkəmə kollegiyası kassasiya şikayətinin məhkəmənin subyektiv mülki hüququn pozulması məsələsini həll etməməsi barədə dəlilləri ilə razılaşmır. Belə ki, iddia əsaslı olsa da, iddia müddətinin keçməsi iddianın təmin olunmasını mümkünsüz edir. Kollegiya qeyd edir ki, qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səla hiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, iddia müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə bilər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə al ıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən sa xlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14.11.2018-ci il tarixli 2(108)-160/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar