Məhkəmə qərarları › İş №2(102)-1936/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1936/2024

20.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1936/2024 20.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, X1 və Cavabdeh1 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: ötürülmüş prosessual müddətin bərpasına dair ərizə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Məmmədov Vidadi Məmməd oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1971/2023 nömrəli, 5 mart 2024-cü il tarixli qərardadından İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin binasında yazılı ic raat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları

1. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-593/2023 nömrəli qətnaməsi ilə (hakim Günel Tanrıverdiyeva) İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsinin təmin edilməməsi, iş üzrə təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasının xərci olaraq 100 (bir yüz) manat məbləğində pul vəsaitinin İddiaçı ASC-dən tutulması qət edilmişdir.

2. İddiaçı Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbbinin təmin olunmasını xahiş edilmişdir.

3. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli 2(105)1971/2023 nömrəli qətnaməsi ilə (hakimlər Lalə Rəhimli (sədrlik edən və məruzəçi), İlqar Dəmirov və Fuad Məmmədov) apellyasiya şikayətinin təmin edilməməsi, qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir

4. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli 2(102)-1170/2024 nömrəli qərardadı ilə (hakimlər Əhliman Xıdırov (məruzəçi), Elşad Şamayev və Elşanə Vəliyeva) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2023-cü il 25 oktyabr tarixli, 2(105)-1971/2023 nömrəli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi və kassasiya şikayətinin müvafiq prosessual hərəkətlər edilməsi üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

5. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarix li 2(105)1971/2023 nömrəli qərardadı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(105)-1971/2023 nömrəli qətnaməsindən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır.

6. İddiaçının nümayəndəsi-vəkili Vəkil qətnamədən kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.

7. Ərizə onunla əsaslandırmışdır ki, ilkin kassasiya şikayəti xx.xx.2024-cü il tarixində göndərilmişdir. Ali Məhkəmənin Mülki kollegiyası tərəfindən xx.xx.2024-cü il tarixində elektron kabinetə yerləşdirilmiş 2(102)-1170/2024 saylı qərardadda qeyd olunur ki, kassasiya şikayəti İddiaçı ASC-nin adından X3 tərəfindən elektron imza ilə imzalansa da, onun İddiaçı ASC-nin adından kass asiya şikayəti vermək səlahiyyəti olmasını təsdiq edən etibarnamə iş materiallarında yoxdur. Eləcə də şikayət, kassasiya şikayətində qeyd edilmiş Vəkil (onun İddiaçı ASC–nin nümayəndəsi olması və məhkəmə aktlarından verilmiş şikayətləri imzalamaq səlahiyyəti barədə etibarnamə mövcuddur) tərəfindən imzalanmamışdır. Azərbaycan Respublikasının MPM-in 407.3cü maddəsində şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır dedikdə, elektron imza ilə imzalanma nəzərdə tutulur. Elektron imzalanma olmasa da, əl imzası ilə onun imzalanmışdır. Hal-hazırda baş vermiş texniki yalnışlıqlar aradan qaldırılmış və kassasiya şikayəti yenidən göndərilmişdir. Bu səbəbdən kassasiya şikayəti verilməsi üçün ötürülmüş müddətin üzrlü hal hesab olunması və kassasiya şikayətinin verilməsi üçün nəzərdə tutulan prosessual müddətin bərpa olunmasını xahiş etmişdir.

8. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1971/2023 nömrəli, 5 mart 2024-cü il tarixli qərardadı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(105)-1971/2023 nömrəli qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası barədə ərizə təmin edilməmişdir.

9. Məhkəmə kollegiyası hesab etmişdir ki, kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddətin bərpa edilməsi barədə iddiaçı tərəfindən verilmiş ərizədə qeyd edilən hal, yəni qanunvericiliklə nəzərdə tutulmuş 2 (iki) aylıq müddəti ötürməsi ilə b ağlı dəlili əsassızdır. Belə ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(105)1971/2023 nömrəli qətnaməsi İddiaçı ASC-yə, eləcə də iddiaçının nümayəndəsi Nümayəndə məxsus kabintə xx.xx.2023-cü il tarixdə yerləşdirilmiş, sonuncu kassasiya şikayəti isə xx.xx.2024- cü il tarixdə yerləşdirilmişdir. Bununla da, qətnamədən kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddət iddiaçı tərəfindən ötürülmüşdür. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

10. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini, kassasiya şikayəti verilməsi üçün prosessual müddətim bərpası barədə qərar qəbul olunmasını xahiş etmişdir.

11. Kassasiya şikayəti qətnamədən kassasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpası barədə ərizə ilə eyni məzmunda əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

13. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

14. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

15. Maddə 405.0.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

16. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

17. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiym ətləndirilməməlidir.

18. Kassasiya şikayətində qərardad tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

20. Belə ki, iddiaçı ötürülmüş prosessual müddətin bərpa edilməsinə səbəb kimi ona istinad etmişdir ki, elektron imzalanma olmasa da, şikayət əl imzası ilə imzalanmışdır, hazırda baş vermiş texniki yalnışlıqlar aradan qaldırılmış və kassasiya şikayəti yenidən göndərilmişdir.

21. Apellyasiya məhkəmə si bu dəlilləri müddətin bərpası üçün əsaslı və üzrlü səbəb saymamışdır. Məhkəmə, müddətin ötürülməsinin iddiaçının və ya onun nümayəndəsinin (vəkilinin) iradəsindən asılı olmayan, onlar tərəfindən onların dəf edilməsi mümkün olmayan hallardan irəli gəlməsini müəyyən etməmişdir.

22. Kollegiya bildirir ki, apellyasiya məhkəməsi tərəfindən ona təqdim olunan sübutlar araşdırılmış, onlara mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki,...qanunla nəzərdə tutulmuş prosessual müddətin bə rpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.

24. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə tərkibi hesab edir ki, ötürülmüş müddətin bərpasına dai r ərizənin təmin edilməməsi qanuni və əsaslı olmuşdur, kassasiya şikayətinin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas təşkil etmir.

25. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

26. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1971/2023 nömrəli, 5 mart 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar