Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1937/2019 13.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31.10.2018-ci il tarixli 2(107)2448/2018 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Göyçay rayon məhkəməsinin 25 iyul 2018-ci il tarixli qətnaməsi ilə (hakim Z.A.Quliyev, iş № 2(046)-1452/2018) İddiaçı cavabdehlər Göyçay rayon notariat kontoru, X4, X3 qarşı cavabdehlərin razılığı alınmadan əqdin bağla nması barədə notariat kontorunun üzərinə vəzifə qoyulması tələbinə dair iddiası təmin edilərək İddiaçı mülkiyyətində olanN saylı evin 12 saylı mənzilinin cavabdehlər Nlaın razılığının alınmadan özgəninkiləşdirilməsinə dair notariat əməliyyatının aparılmasının rayon notariat kontorunun notariusunun üzərinə qoyulması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: Ə.T.Məcidov, M.A.Əsədli və İ.F.Quliyev) üçüncü şəxs X2 apellyasiya şikayəti təmin edilərək Göyçay rayon məhkəməsinin 25 iyul 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbinin rədd olunmasına dair yeni qətnamə qəbul edilmişdir. İşin halları: Mübahisəli mənzil dövlət fondunda olmuş və ailə üzvləri olan cavabdehlərin razılığı ilə İddiaçı adına özəlləşdiril ərək onun mənzil üzərində mülkiyyət hüququ 17 iyul 2017-ci il tarixdə dövlət qeydiyyatına alınmış və adına Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış verilmişdir. 2018-ci ilin may ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mübahisəli evin mülkiyyət hüququ əsasında ona məxsus olmasını, lakin cavabdehlərin mənzilin satılmasına razılıq vermədiklərinə görə notariat kontoru tərəfindən alqı-satqı müqaviləsinin bağlanmasından imtina edilməsini əsas göstərməklə mənzilin cavabdehlərin razılığı olmadan satılması barədə notariat kontorunun üzərinə vəzifə qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə İddiaçı qətnamədən verdiyi kassasiya şikayətində qətnam ənin onun mənzil üzərində mülkiyyət hüququnun olmasını, Nun mübahisəli mənzildə uzun illərdir ki, yaşamamasını, qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdeh və üçüncü şəxslər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Müəyyən olunduğu kimi, mübahisəli mənzil cavabdehlərin razılığı ilə iddiaçının adına özəlləşdirilmiş və sonuncu həmin mənzilə mülkiyyət hüququ əldə etmişdir. Azərbaycan Respublikası Mənzil Fondunun özəlləşdirilməsi haqqında Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə görə mənzilləri (evləri) öz mülkiyyətinə almış vətəndaşlar yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə bu mənzillərə (evlərə) öz mülahizələrinə görə sahiblik edir, onlardan istifadə edir və onlar barəsində sərə ncam verirlər: onları vəsiyyət edə bilər, sata bilər, bağışlaya bilər, icarəyə verə bilər, onların barəsində qanunvericiliyə zidd olmayan başqa əqdlər bağlaya bilərlər. Mənzilə (evə) mülkiyyət hüququnun həyata keçiril-məsi başqa şəxslərin hüquqlarına və qanuni mənafeyinə xələl gətirməməlidir. Cavabdehlərin razılığının alınmadan mübahisəli mənzilin satılmasına dair notariat kontorunun üzərinə vəzifə qoyulması barədə irəli sürülmüş tələb cavabdehlərin qanunla müəyyən olunmuş mənzildən istifadə hüquqlarının pozulmasına yönəldiyindən, apellyasiya instansiyası məhkəməsi iddianı əsassız hesab edərək rədd etmişdir. İddiaçının mənzilin mülkiyyətçisi olması göstərilən vəziyyətdə tələbin təmin edilməsi üçün əsas vermədiyindən, kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə il ə razılaşır və hesab edir ki, qətnamə işin müəyyən olunmuş hallarına, maddi və prosessual hüquq normalarının tələblərinə uyğun çıxarıldığından kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 31 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1937/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1937/2019
13.03.2019 · Müqavilələrin məcburi bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver