Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1937/2021 27.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: “xxxx” ASC Cavabdeh: Borclu1 Cavabdeh: Borclu2 Cavabdeh: Borclu3 Cavabdeh: Borclu4 Cavabdeh: Borclu5 İddia tələbi: “borcun tutulması” Açar sözlər: borc tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Dəmirov İlqar Kamal oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, iddiaçı “xxxx” ASC-nin vəkili X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-169/2020 nömrəli iş üzrə 22 sentyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı “xxxx” ASC və c avabdeh Borclu1 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə dair işə 27 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları İddiaçı ilə cavabdeh Borclu1 arasında bağlanmış 11.09.2013-cü il tarixli əsas kredit müqaviləsinə əsasən, cavabdehə 84 ay müddətinə kredit xətti açılmışdır. İddiaçı ilə cavabdeh Borclu1 arasında bağlanmış 11.09.2013-cü il tarixli və 11.10.2013-cü il tarixli kredit müqavilələrinə əsasən, Borclu1 müvafiq olaraq 84 ay müddətinə, illik 16 faiz hesablanmaqla 200.000 manat; 83 ay müddətinə, illik 16 faiz hesablanmaqla 400.000 manat məbləğində kredit pul vəsaiti verilmişdir. Verilmiş kredit pul vəsaitlərinin ödənilməsinin təminatı olaraq digər cavabdehlərlə zaminlik müqavilələri ba ğlanmışdır. Birinci və apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı Kreditor İKB ASC cavabdehlər Borclu1, Borclu2, Borclu3, Borclu4 və Borclu5 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Borclu1, Borclu2, Borclu3, Borclu4 və Borclu5 müştərək qaydada Kreditor İKB-nin xeyrinə 11.09.2013-cü tarixli əsas kredit müqaviləsi üzrə 597.858,30 manat əsas borc, 407.801,06 manat faiz borcu və 53.805,76 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 1.059.465,12 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, Borclu1 ilə Kreditor X1 ASC arasında bağlanmış 11.09.2013-cü il tarixli əsas kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Borclu1, Borclu2, Borclu3, Borclu4 və Borclu5 müştərək qaydada Kreditor İKB-nin xeyrinə 11.09.2013-cü tarixli əsas kredit müqaviləsi üzrə 597.858,30 manat əsas borc, 407.041,06 manat faiz borcu və 88.906,46 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 1.157.806,22 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, Borclu1 ilə Kreditor X1 ASC arasında bağlanmış 11.09.2013-cü il tarixli əsas kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2584/2018 saylı, 05 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim A.Ə.Rzayev) iddia tələbi qismən təmin edilərək, cavabdehlər Borclu1, Borclu2, Borclu3, Borclu4 və Borclu5 müştərək qaydada 11.09.2013cü tarixli əsas kredit müqaviləsi ü zrə 597.858,30 manat əsas borc, 471.041,06 manat faiz borcu və 17781 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 1086680,36 manat borcun Kreditor X1 ASC-nin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, iddiaçı Kreditor İKB ASC tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 94%-i, yəni 28 manatı cavabdehlər Borclu1, Borclu2, Borclu3, Borclu4 və Borclu5 müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, qalan 06%-i, yəni 02 (iki) manatının isə iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədən cavabdeh Borclu1 apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-169/2020 nömrəli iş üzrə 22 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər X.A.Mərdanova (sədrlik edən və məruzəçi), E.M.Həsənov, F.F.Babayev) cavabdeh Borclu1 oğlunun apellyasiya şi kayəti qismən təmin edilərək, iddiaçı Kreditor İKB ASC-nin xeyrinə tutulmalı olan əsas borcun 594.325,31 manat, faiz borcunun 444.561.75 manat müəyyən edilməsi və qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı “xxxx” ASC kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddia tələbinin əsas və faiz borcunun rədd edildiyi hissədə ləğv edilməsi və həmin hissədə iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Borclu1 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasına və işin yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətləri onunla əsaslandırılmışdır ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası təkrar ekspertiza keçirilməsi barədə vəsatətləri təmin etməmiş, təkrar ekspertiza aparmadan səhv hüquqi nəticəyə gəlmiş, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iddiaçı “xxxx” ASC-nin vəkili X3 tərəflərindən verilmiş kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin olunmasını, qarşı tərəfin kassasiya şikayətinin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə cavabdehlər Borclu1, Borclu2, Borclu3, Borclu4 və Borclu5 hər hansı üzrlü səbəb göstərmədən iclasa gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsini rəhbər tutaraq işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq p ul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh i lə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyandan tutulmalıdır. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə cəriməni azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə almır. Cərimə ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-yə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaq la apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən aparılmış araşdırma zamanı cavabdehin banka olan əsas və faiz borcunun məbləği iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş maliyyə arayışı əsasında müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/1864 saylı 14.07.2020-ci il tarixli ekspert rəyinə əsasən, 05.10.2018-ci il tarixə (qətnamə qəbul edilən tarix) banka olan əsas kredit borcu 594.325,31 manat, faiz borcu isə 444.561,75 manat müəyyən edilmişdir. İş materiallarından görünür ki, qeyd olunan rəyin mötəbərliyinə şübhə ilə yanaşmağa əsas verən hər hansı dəlil məhkəməyə təqdim edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehlərin iddiaçıya olan əsas borcu 594.325,31 manat, faiz borcu isə 444.561,75 manat məbləğində müəyyən edilməlidir. İddianın cərimə borcu ilə bağlı apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddia tələbi qeyd olunan hissədə əsaslı olmuşdur. Kassasiya kollegiyası kassatorların apellyasiya instansiyası məhkəməsi tərəfindən təkrarən ekspertizanın keçirilməməsi dəlillərinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 102.1-ci maddəsinə görə ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. İş materiallarından göründüyü kimi əlavə ekspe rtizanın təyin edilməsinə zərurət olmamışdır. Kassasiya kollegiyası qeyd edir ki, kassatorlar kassasiya şikayətlərində apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını və işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini, qeyd etsələr də, iş materialları ilə bu hallar öz əksini tapmır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətləri ilə mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı “xxxx” ASC və cavabdeh Borclu1 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-169/2020 nömrəli iş üzrə 22 sentyabr 2020-ci il tarixli qətnaməsi kassasiya şikayətləri ilə mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1937/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-1937/2021
27.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver