Məhkəmə qərarları › İş №2(102)-1938/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1938/2021

12.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1938/2021 12.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: yazılı sübutlar, sübutların qiymətləndirilməsi, yazılı sübutların əslinin qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5041/2020 nömrəli iş üzrə 18 avqust 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti nə dair işə 12 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 3350 manat məbləğində pul vəsaitinin, 300 manat hüquqi xidmətlər üzrə xərcin və 31 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, “xxxxxx“ univermağında satıcı işləyir. Cavabdeh1 və sonuncunun əri kimi təqdim etdiyi Cavabdeh2 nisyə olaraq 1 ay ərzində ödənilmək şərtilə çəkisi 74,8 qram, dəyəri 4860 manat olan 1 ədəd qızıl boyunbağı satmışd ır. Bu barədə ona (iddiaçıya) məxsus olan hesab kitabında müvafiq qeydlər aparılmış və pulun götürülməsi, hansı məbləğdə borcun qalması Cavabdeh1 öz imzası ilə də təsdiq olunmuşdur. Təminat olaraq Cavabdeh2 sürücülük vəsiqəsi də ona verilmişdir. Lakin hal hazıra kimi cavabdehlər 3350 manat məbləğində borcu ödəməmiş, buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı tərəfindən birinci instansiya məhkəməsinə üzərində “28/x 2016 kardinal N 89 – 74.8+520 m” “Aldım” sözünün qarşısında imza və mobil nömrələr olan dəftər vərəqinin ksero sürəti təqdim edilmişdir. Cavabdeh1 iddianı qəbul etmədiyini bildirərək izahatında göstərmişdir ki, o, iddiaçıdan 1 ədəd 620 manat dəyərində olan boyunbağı və kulonu nisyə olaraq almışdır. İlkin ödəniş kimi 120 manat pul vermiş, qalan məbləğ i isə hissə-hissə 3 dəfəyə ödəmişdir. Hazırda onun iddiaçıya borcu yoxdur. Cavabdeh həmçinin göstərmişdir ki, 28 oktyabr 2015-ci il tarixdə aparılmış qeydin altındakı imza ona məxsus olsa da, sonradan həmin qeydin üzərində düzəliş aparılmışdır. Həmçinin, 28 noyabr 2015-ci il və 10 noyabr 2015-ci il tarixlərdə aparılmış qeydlərdə olan imzalar ona məxsus deyildir. Digər Cavabdeh2 iddianı qəbul etmədiyini bildirərək izahatında göstərmişdir ki, Cavabdeh1 iddiaçıdan dəyəri 620 manal olan qızıl – zinət əşyasını nisyə almış və dəyərini hissə-hissə ödəmişdir. Digər qızıl - zinət əşyalarının alınması ilə bağlı onun heç bir məlumatı yoxdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xətşünaslıq ekspertizasının 25 avqust 2017-ci il tarixli, 19206 saylı rəyinə əsasən, id diaçı tərəfindən məhkəməyə təqdim olunmuş hesab dəftərinin 61-ci vərəqinin sonunda “Sep kardinal №89 - 74,8-t-520m” sözlərinin aşağı hissəsində “Təfil aldım” sözləri və həmin sözlərin qarşısında olan imza, 62-ci vərəqəsində “28/Xl – 2015” sözlərindən sonra götürdüm Gülnar” sözləri və həmin sözlərin qarşısında olan imza, həmin vərəqədə 28/Xİ 2015” sözlərindən sonra “Təhfil götürdüm xxxxx sözləri və həmin sözlərin əvvəlində olan imza - Eyni Şəxs, Cavabdeh1 tərəfindən icra olunmuşdur Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim F.Qasımov) 2(001)-1632/2017 nömrəli iş üzrə 22 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə (bundan sonra – birinci instansiya məhkəməsi) iddia tələbi qismən təmin edilmiş, 3350 manat məbləğində pul vəsaitinin Cavabdeh1 tutularaq iddiaçıya ödənilməsi, iddia tələbinin di gər Cavabdeh2 aid hissədə rədd olunması qət edilmişdir. Qətnamə ilə həmçinin məhkəmə xərcləri ilə bağlı məsələlər həll edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh G.Ağayaeva nisyə alğı-satqı müqaviləsinə əsasən aldığı əşyaların dəyərini ödəməyi öhdəsinə götürsə də, öhdəliyi tam icra etməmişdir. Ona görə də, 3350 manat pul həmin cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Digər Cavabdeh2 münasibətdə məhkəmə iddia tələbini rədd etmiş, qətnamə iddiaçı tərəfindən bu hissədə mübahisələndirilməmişdir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442.1, 567 və 600.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkə məsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-5041/2020 nömrəli iş üzrə (hakimlər – X.Mərdanova (sədrlik edən və məruzəçi), E.Həsənov və F.Babayev) 18 avqust 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, tərəflər arasında bağlanmış nisyə alğı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, müqavilədə göstərilən əmlakları cavabdehə vermiş, cavabdeh isə üzərinə götürdüyü öhdəliyin tam icrasından yayınmışdır. Cavabdeh tərəfindən iddiaçı ilə aralarında bağlanmış şifahi m üqavilə üzrə götürdüyü öhdəliklər yerinə yetirilmədiyinə görə, birinci instansiya məhkəməsi cavabdehdən iddiaçının xeyrinə borcun tutulması hissəsində iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi, həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsində işə baxılan zaman tərəflər arasında qızılın alışı və satışı barədə aparılmış, iddiaçıya məxsus olan və ekspertiza tədqiqatında da sübut kimi istifadə olunan qeyd dəftəri iş materiallarına əlavə edilməmişdir. Lakin məhkəmə kollegiyasının iclasında iştirak edən tərəflər həmin qeyd dəftərinin mövcudluğunu inkar etməmişlər. Apellyasiya şikayətinin dəlillərinə qiymət verən apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sa də və ya notarial) formada bağlanır. Tərəflər arasında yazılı müqavilənin bağlanmaması onların arasında müqavilə olmamasına dəlalət edə bilməz. Məhkəmə qətnaməni Mülki Məcəllənin 329.2, 567, 600.5, 622.3-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 77.1 və 14.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil oğlu) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilə arasında hər hans ı rəsmi müqavilə bağlanmamışdır. İddiaçı ümumiyyətlə qeyri-rəsmi şəkildə qızıl-zinət əşyaların alğı-satqısı ilə məşğul olur və ona görə də mal satdığı şəxslərin adlarını və qızıl-zinət əşyasının qramını özünün şəxsi dəftərinə qeyd edir. Bu cür qeydlərdən biri də onunla bağlı olmuşdur ki, o, həmin dəftərdə yalnız ümumi dəyəri 862 manat olan 7,4 qram qeydin qarşısında imza etmişdir. Lakin sonradan onlar arasında söz-söhbət yarandığından iddiaçı qərəzli şəkildə və cavabdehlərin və şahidin yanında həmin dəftərdə bilərəkdən düzəliş edəcəyini və məbləği yüksəldərək məhkəmə vasitəsi ilə alacağını bildirmişdir. İddiaçı bu hədəsini icra edərək qızılın qramını yüksəldərək qiymətini də artırmışdır. Bu faktları onlar dəfələrlə məhkəmə iclaslarında bildirərək bu faktı təsdiq edəcək şahidin olduğunu və onun məhkəməyə çağırmaq istədiklərini bildirmiş, lakin məhkəmə bu vəsatəti qəbul etməmişdir. Məhkəmə bununla da MPM-in tələblərini pozmuşdur. Bundan başqa iş üzrə məhkəmə ekspertizası təyin edilmiş və rəydə yalnız dəftərdə imza edən şəxsin imzasının cavabdehə aid olub-olmaması araşdırılmışdır. Halbuki, məhkəmədə cavabdeh iddiaçı tərəfindən edilmiş düzəlişin sonrdan edilməsinin yoxlanması ilə bağlı əlavə və ya təkrar ekspertizanm təyin edilməsi haqqında vəsatətiərini də təmin etməmişdir. Bu faktın da araşdırılması və həqiqətin müəyyən edilməsi çox əhəmiyyətli olmasına baxmayaraq, məhkəmə növbəti dəfə prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Hər iki instansiya məhkəməsi tərəfindən iddianın qismən təmin edilməsi üçün yeganə sübut olan dəftər və oradakı qeydlər artıq öz-özlüyündə m übahisəlidir və məhkəmə tərəfındən bunun danılmaz sübut kimi qəbul edilməsi yolverilməzdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə ol unan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfi ndən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Baxılan iş üzrə iddia tələbi birinci instansiya məhkəməsi tərəfindən qismən təmin edilmiş, tələbin rədd edilən hissəsi iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh1 apellyasiya şikayətinə əsasən qətnaməni iddia tələbinin təmin edilən hissəsində yoxlamışdır. Hazırkı kassasiya şikayətində iş üzrə Cavabdeh1 apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvin i xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.5. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədik də və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Maddə 622.3. Malların pərakəndə nisyə alğı-satqısı müqavilələrinə, o cümlədən alıcı tərəfindən malların hissə-hissə ödənilməsi şərti ilə bağlanmış müqavilələrə bu Məcəllənin 600.5-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilməməlidir. MPM Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir (maddə 9.1). Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (maddə 9.3). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur (maddə 76.1). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır(maddə 80). Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (maddə 81). Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir (maddə 88). Yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasınd a təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır (maddə 89.1). Lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir (maddə 89.3). Kassasiya instansiyası məhkəməsinin mövqeyi MPM-in 80, 81, 88 və 89-cu maddələrinin tələbləri baxımından məhkəmə işdə olan sübutlara həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, düzəliş, montaj və saxtalaşdırma əlamətlə rinin olubolmaması və s.) baxımından qiymət verilməlidir. Məhz bu zərurətdən irəli gələrək MPM-in 89.3-cu maddəsi əsas sübut növlərindən biri olan və iş üçün əhəmiyyətli hallar barədə məlumat verən yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surətlərinin məhkəməyə təqdim edilməli olduğu barədə qayda müəyyən edir. Mülki prosessual qanunvericilik işdə olan sənədlərin əslinin məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra onları təqdim etmiş şəxslərə qaytarılmasını mümkün hesab edir. Lakin həmin şəxslər bu sənədləri tələb etməklə yanaşı, onların lazımi qaydada təsdiq olunmuş surətlərini məhkəməyə təqdim edə və ya işdə qalan surətlərin həqiqiliyini təsdiq etməyi məhkəmədən xahiş edə bilərlər. Qətnamə qanuni qüvvəyə minənədək sənədlərin onları təqdim edən şəxslərə qaytarılmas ına o şərtlə yol verilir ki, bu sənədlərin qaytarılması mübahisənin düzgün həllinə xələl gətirməsin (MPM-in 90-cı maddəsi). İşdə olan sənədlərin əslinin məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra onları təqdim etmiş şəxslərə qaytarılması barədə qeyd olunan qayda ədalət mühakiməsinin maraqlarına xidmət etməklə, məhkəmə aktından şikayət verildiyi halda yuxarı instansiya məhkəməsinin MPM-in 80, 81, 88 və 89-cu maddələrinin tələbləri baxımından sübutları qiymətləndirmək imkanını, habelə həmin sübutlarla bağlı verilmiş şikayətlərin dəlillərinin yoxlanılmasını təmin etməyə yönəlmişdir. Baxılan iş üzrə iddiaçı sübut qismində məhkəməyə cavabdehlə birlikdə yazılı qeydlər apardıqları dəftər vərəqinin kserosurətini təqdim etmişdir. Birinci instansiya məhkəməsində işə baxılması zamanı həmin dəft ərin əsli məhkəməyə təqdim edilmiş, Cavabdeh1 həmin dəftərdə 28.10.2015-ci il tarixə aparılmış qeydin altındakı imzanın ona məxsus olduğunu etiraf etsə də, sonradan həmin qeydin üzərində düzəliş aparıldığını, habelə 28.11.2015-ci il və 10.11.2015-ci il tarixlərdə aparılmış qeydlərdə olan imzaların ona məxsus olmadığını bildirmişdir. Birinci instansiya məhkəməsi cavabdehin qeydin üzərində düzəliş aparıldığı barədə etirazının dəlilinə münasibət bildirmədən, öz təşəbbüsü ilə məhkəmə-xətşünaslıq ekspertizası təyin etmiş və verilmiş rəylə imzaların Cavabdeh1 tərəfindən icra edildiyi müəyyən edilmişdir. İş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi 22.09.2017-ci il tarixdə qəbul edilmiş və qətnamənin surəti 03.10.2017-ci il tarixdə iddiaçının nümayəndəsinə rəsmi qaydada verilmişdir. Eyni tar ixdə, yəni qətnamə qanuni qüvvəyə minmədən hesab dəftərinin əsli də iddiaçının nümayəndəsinə qaytarılmışdır. Cavabdeh1 qətnamədən verdiyi apellyasiya şikayətinin dəlillərindən biri də ondan ibarət olmuşdur ki, iddiaçı öz dəftərində dəyişikllik edərək 7,4 qramı bilərəkdən 74 qram göstərmişdir. Apellyasiya baxışı iclasında da cavabdeh bu dəlilə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsində işə baxılan zaman tərəflər arasında qızılın alışı və satışı barədə aparılmış, iddiaçıya məxsus olan və ekspertiza tədqiqatında da sübut kimi istifadə olunan qeyd dəftəri iş materiallarına əlavə edilməmişdir. Lakin məhkəmə kollegiyasının iclasında iştirak edən tərəflər həmin qeyd dəftərinin mövcudluğunu inkar etməmişlər. Beləliklə, apellyasiya instans iyası məhkəməsi MPM-in 89.3-cü maddəsinə zidd olaraq tərəfin mötəbərliyini mübahisələndirdiyi (üzərində sonradan birtərəfli qaydada düzəlişlər olunduğunu iddia etdiyi) yazılı sübutun əsli işdə olmadan, yaxud ona baxış keçirmədən cavabdehin dəlillərini əsassız olduğu barədə qənaətə gəlmişdir. Halbuki mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüq uq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri). Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, kassasiya şikayəti təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İşə yenidən baxılarkən bu Qərarın əsaslandırıcı hissəsində istinad olunan prosessual hüquq normalarının tələblərinə cavab verən məhkəmə aktı qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5041/2020 nömrəli iş üzrə 18 avqust 2020-ci il t arixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar