Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1939/2019 15.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Musayeva Gülnarə Eldar qızının katibliyi ilə, İddiaçı Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməs i barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdehə qarşı alimentin dəyişdirilməsi tələbinə dair iddia ərizəsi ilə Ağdaş rayon məhkəməsinə müraciət etmişdir. Ağdaş rayon məhkəməsinin 08 iyun 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən F.Nəsibov, iş 2(014)-1251/2018) iddia qismən təmin edilərək, Ağdaş rayon məhkəməsinin 01 mart 2017-ci il tarixli 2(014)-62/2017 saylı qətnaməsi ilə Cavabdeh İddiaçının xeyirinə iki uşağın saxlanılması üçün tutulan alimentin miqdarının artırılması, Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq 27 iyul 2004-cü ildə anadan olmuş X5 və 21 oktyabr 2008-ci il tarixdə anadan olmuş X4 18 yaşına çatana qədər saxlanılamsı üçün İddiaçının xeyrinə hər ay hər uşaq üçün 100 manat, cəmi 200 (iki yüz) manat məbləğində a limentin tutulması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Şükürov (sədrlik edən və məruzəçi), M.Hüseynov və,R.Əliyev iş № 2(107)-2364/2018) Əhmədova Bayaz Fəxrəddin qızının apellyasiya şikayəti təmin edilməmiş, Ağdaş rayon məhkəməsinin 08 iyun 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri: İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2018-ci iltarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş edir. Kassa siya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instans iyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pözulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, doğum haqqında şəhadətnamələrə görə, xx xxxxx 2004 -cü il tarixdə anadan olmuş X2 və xx xxxxx 2008-ci il tarixdə anadan olmuş X4 adlı uşaqların valideynləri İddiaçı ilə Cavabdehdur. Ağdaş Rayon Məhkəməsinin 01 mart 2017-ci il tarixli qətnaməsinə əsasən, Cavabdeh ilə İddiaçı arasında 28 oktyabr 2003-cü il tarixdə bağlanmış nikah pozulmuş, nikah pozularkən xx xxxxx 2001-ci il tarixdə anadan olmuş X25 adlı uşaq atası Cavabdeh, xx xxxxx 2004-cü il tarixdə anadan olmuş X2 və xx xxxxx 2008-ci il tarixdə anadan olmuş X4 adlı uşaq isə anaları İddiaçının himayəsində saxlanılmış, Cavabdeh İddiaçının xeyrinə uşaqlar yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün 75 manat, cəmi 150 manat aliment tutulması qət edilmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh xx xxxxx 2014-cü ildə doğulmuş X1 və xx xxxxx 2008-ci ildə doğulmuş X4 yet kinlik yaşına çatanadək saxlanması üçün təyin edilmiş hər ay hər uşağa 75 manat olmaqla cəmi 150 manat aliment məbləğinin dəyişdirilərək, hər ay hər uşağa 154 manat olmaqla cəmi 308 manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Konstitusiyasının 17, 34-cü, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu, Birləşmiş Millətlər Təşkilatının Uşaq hüquqları haqqında Konvensiyasının 3-cü, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1, 58, 75.1, 78.1, 78.2-ci maddələrini tətbiq etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələbinə görə, valideynlər uşaqlarını saxlamağa borcludur və bu borcun yerinə yetirilməsi valideynlərin fəaliyyət qabiliyyətli, əmək qabiliyyətli olub-olmamasından, habelə uşaqların öz valideynlərinin köməyinə ehtiyac duyub-duymamalarından asılı deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV hissəsinə əsasən isə ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Uşaq hüquqları haqqında Azərbaycan Respublikası qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilm əsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. AM-in 78.1-ci maddəsinin tələbinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. AM-in 78.2-ci maddəsində göstərilir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Azərba ycan Respublikasında 2018-ci il üçün yaşayış minimumu haqqında» Qanunun İ hissəsinə əsasən ölkə üzrə yaşayış minimumunun həddi uşaqlar üçün 154 manat məbləğində müəyyən edilmişdir. Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında Qanunun 3-cü maddəsində göstərlir ki, “Cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formaları qadağandır”. Əhmədova Bayaz Fəxrəddin qızı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi ona istinad etmişdir ki, “.. cavabdehin maddi və mənəvi vəziyyəti aliment ödəmək üçün kifayət qədərdir. Uşaqlar getdikcə böyüyür və onların tələbatı günü-gündən artır, cavabdehin isə aliment ödəməyə maddi cəhətdən imkanı yaxşıdır. Lakin Şəki Apelyasiya Məhkəməsi bunları nəzərə almamış və iddiam tam təmin olunmamışd ır.” Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Belə ki, apellyasiya instansiyası məhkəməsi qətnaməsində qeyd olunanlara hüquqi qiymət vermiş və aşağıdakıları göstərmişdir: “...birinci instansiya məhkəməsi iddiaçı-ananın özünün də bir valideyn kimi uşağı saxlamaq vəzifəsini nəzərə almaqla, alimentin tələb olunan məbləğini qismən, yəni yetkinlik yaşına çatmayan hər uşaq üçün 100 (bir yüz) manat olmaqla cəmi 200 manat həddində təmin etməklə düzgün qənaətə gəlmişdir. Həmçinin, məhkəmə kollegiyası bu nəticəyə gələrkən yetkinlik yaşına çatmayan 24 may 2001-ci il tarixdə anadan olmuş Əvəz adlı uşağın atası Cavabdeh himayəsində qaldığını, eləcədə cavabdehin aliment ödəmək üçün kifayət qədər maddi im kanı olmasını təsdiq edən sübutların iddiaçı tərəfindən təqdim edilməməsini nəzərə alır.” Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün hesab edilə bilməz. Belə ki, kassator Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüqu q normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2018-ci iltarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2018-ci iltarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1939/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1939/2019
15.03.2019 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver