Məhkəmə qərarları › İş №2(102)-194/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-194/2022

11.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-194/2022 11.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azərikimya” İstehsalat Birliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: istehsalatda baş vermiş qəza nəticəsində işçinin sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, X6 oğlunun katibliyi, İddiaçı, onun vəkili Vəkil, Cavabdeh1 Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azərikimya” İstehsalat Birliyinin vəkili İsmayılov Eldəniz Nəs rəddin oğlunun iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 mart 2021-ci il tarixli, 2(105)-54/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 11 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı 04.11.1971-ci il tarixdə M.Əzizbəyov adına Sumqayıt Səthi Aktiv Maddələr zavodunun 1 nömrəli sexinin kimya laboratoriyasına 5-ci dərəcəli laborant vəzifəsinə qəbul edilmiş, 21 may 1975-ci il tarixli əmrlə Mənzil-Kommunal İdarəsinin 7 saylı yataqxanasına tərbiyəçi vəzifəsinə keçirilmiş, 01.08.2002-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştatı ixtisara düşdüyünə görə) əmək müqaviləsinə xitam verilmişdir.

2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 12 saylı Zona Tibbi Sosial Ekspert Komissiyasının 27.01.2012-ci il tarixli qərarı əsasında Məhərrəmova Pakizə Xalıqverdi qızı peşə xəstəliyinə görə İİ qrup müddətsiz əlil hesab edilmiş, əlilliyin səbəbi kimi “peşə xəstəliyi” göstərilmişdir.

3. Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin 07.08.2017-ci il tarixli arayışında göstərilir ki, İddiaçı 25.03.1994-cü il tarixdən yaşa görə ömürlük əmək pensiyası alır, pensiyanın məbləği 199,90 manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh1 Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin təqsiri üzündən sağlamlığına vurul muş zərərin əvəzi olaraq 27 yanvar 2012-ci il tarixdən başlanmaqla 01 sentyabr 2018-ci il tarixədək ödənişlər üzrə yaranmış 19200 manat məbləğində borcun və 01 sentyabr 2018-ci il tarixdən etibarən hər ay 240 manat məbləğində ödənişin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1973-cü ilin aprel ayında M.Əzizbəyov adına Sumqayıt Səthi Aktiv Maddələr zavodun 3 saylı (civə üsulu ilə xlorun alınması) sexinin laboratoriyasında xidməti vəzifəsini yerinə yetirən zaman istehsalat qəzası nəticəsində zəhərlənmə baş vermiş və nəticədə sağlamlığına zərər dəymişdir. Zəhərlənmə nəticəsində əmək qabiliyyətini itirdiyinə görə laboratoriyada əmək fəaliyyətini lazımınca yerinə yetirə bilməmiş və bu səbəbdən də, zavodu n nəzdində olan 7 saylı yataqxanaya yüngül işə - tərbiyəçi vəzifəsinə keçirilmişdir. 07 may 1975-ci il tarixdən ona İİİ qrup ümumi xəstəlik üzrə pensiya təyin edilmişdi və hazırda İİ qrup əlilik üzrə pensiya alır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 12 saylı zona TSEK-nın keçirdiyi ekspertizanın 27.01.2012-ci il tarixli, 515 saylı müayinə aktına əsasən o, istehsalatda baş verən qəza nəticəsində peşə əmək qabiliyyətini 80% itirməklə müddətsiz İİ qrup peşə xəstəliyi üzrə əlil hesab olunmuşdur. İstehsalatda baş vermiş qəza nəticəsində onun sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsinə dair ərizə ilə cavabdehə müraciət etsə də, cavabdeh ərizəyə əlavə olunmuş sənədlərin qanunun tələblərinə cavab vermədiyini bəhanə gətirərək, sağlamlığına vurulmuş zərərin əvəzini ödəməkdən imtin a etmişdir. Cavabdeh2ndə çalışan 5-ci dərəcəli laborantın hazırki orta aylıq əmək haqqı 300 manat təşkil edir. Əmək qabiliyyətinin 80 faizi itirilməsi nəzərə alınmaqla, cavabdehin ona vurulmuş ziyanın əvəzi olaraq aylıq ödənişi 240 manat təşkil etməlidir. 27 yanvar 2012-ci il tarixdən başlayaraq 01 sentyabr 2018-ci il tarixədək sağlamlığına vurulmuş ziyanın əvəzi olaraq cavabdeh ona 19200 manat məbləğində ödəniş etməlidir.

6. Cavabdeh birinci instansiya məhkəməsində iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı onlara V.Y.Axundov adına İnstitutun onun xəstəliyinin peşə xəstələyi ilə əlaqədar olması barədə sənədini təqdim etmişdir. Onlar həmin İnstituta məsələ ilə bağlı müraciət etdikdə oradan iddiaçının onlara müraciət etmədiyini bildirilmişlər. İddiaçı 1973-cü ildə Azərbaycan SS R M.M.Əfəndizadə adına Əmək Gigiyenası və Peşə xəstəlikləri ETİ-nun klinikasına müayinəyə göndərilib, müayinədən keçirilib və 05.04.1973-cü il tarixdə xlorla kəskin zəhərlənməyə dair məlumatlar olmadığından ümumi xəstəlik kimi müalicə həkiminə göndərilmişdir. İddiaçı 10.03.1994-cü il tarixdə yenidən müayinə olunması üçün klinikaya göndərilmiş, təkrar müayinədən keçirilmiş və iddiaçıda aşkar olunmuş xəstəliyin peşəsi ilə əlaqəsi olmadığı öz əksini tapmışdır. 19.08.1996-cı il tarixdə çıxarılmış məhkəmə qətnaməsində iddiaçının xəstəliyi peşə xəstəliyi ilə əlaqədar olmadığı göstərilmişdir.

7. Sumqayıt Şəhər Məhkəməsinin 14 mart 2019-cu il tarixli, 2(060)-1255/2019 saylı qətnaməsi ilə (hakim Rəşad Qoşqarlı) iddia tələbi təmin edilməmişdir.

8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının aldığı xəsarətin Cavabdeh2ndə əmək vəzifələrinin yerinə yetirilməsi ilə səbəbli əlaqəsinin olmasına dəlalət edən birbaşa və ya dolayı sübut mövcud deyildir. Hadisənin hansı şəraitdə, hansı işləri və kimin tapşırığı əsasında yerinə yetirərkən baş verməsi, hadisənin şahidlərinin kimlər olması, bu hadisənin həmin vaxt istehsalatda baş verən bədbəxt hadisə kimi rəsmiləşdirilməsi, bu hadisədə müəssisənin təqsirinin olub-olmaması və təqsirinin dərəcəsi barədə hər hansı məlumatın olması sübut edilmir.

9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191, 239cu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli, 27 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın 1.2, 1.3, 1.6, 1.7-ci bəndləri, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 09 yanvar 2003-cü il tarixli, 03 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği”nin 1.1, 1.3, 3.5-ci bəndlərinə istinadla əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat

10. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 mart 2021-ci il tarixli, 2(105)-54/2021 saylı qətnaməsi ilə (hakimlər T.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Abbasov və S.Qafari) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə, habelə əsaslandırması ilə razılaşmış, əlavə olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1117 və 1118-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

13. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və işin yenidən baxılması üçün göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

14. Kassasiya şikayətində işin faktik halları təkrar göstərilmiş və əlavə olaraq qeyd olunmuşdur ki, apellya siya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. Ekspert rəyində iddiaçının ikinci qrup əlilliyinin peşəsi ilə səbəbli əlaqəsinin müəyyən edilmədiyinə baxmayaraq, 12 nömrəli TSEK tərəfindən onun əmək qabiliyyətinin 80 faiz itirməsi və bunun peşə xəstəliyi ilə əlaqədar olduğu müəyyən edilmişdir. Məhkəmə bu halı nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. İddiaçı və vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər.

17. Cavabdeh1 Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azərikimya” İstehsalat Birliyinin vəkili İsmayılov Eldəniz Nəsrəddin oğlu kassasiya şikayətinin dəlilləri ilə razı laşmadığını bildirərək, şikayətin rədd olunmasını xahiş etdi. Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə

239. Əməyin mühafizəsi normalarının pozulması nəticəsində işçinin səhhətinə vurulan zərərə görə, yaxud onun həlak olması ilə əlaqədar maddi məsuliyyət

1. İstehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir.

19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə

21. Zərərin əvəzinin ö dənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 1117. Müqavilə öhdəliklərinin və ya digər vəzifələrin icrası zamanı fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi Müqavilə öhdəliklərinin icrası zamanı, habelə hərbi qulluq, polisdə qulluq vəzifələrinin və digər müvafiq vəzifələrin icrası zamanı fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzi, əgər qanunda və ya müqavilədə daha yüksək məsuliyyət ölçüsü nəzərdə tutulmayıbsa, bu Məcəllənin bu fəslində nəzərdə tutulmuş qaydalar üzrə ödənilir. Maddə 1118. Sağlamlığı pozmaqla vurulmuş zərərin əvəzinin ödənilməsi həcmi və xarakteri 1118.1. Fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Maddə 1119. Sağlamlığın pozulması nəticəsində itirilmiş qazancın (gəlirin) müəyyənləşdirilməsi 1119.1. Zərərçəkənin itirdiyi və əvəz i ödənilməli qazancın (gəlirin) miqdarı onun xəsarətdən və ya sağlamlığının başqa şəkildə pozulmasından və ya əmək qabiliyyətini itirməsindən əvvəlki orta aylıq qazancından (gəlirindən) faizlər şəklində müəyyənləşdirilir. Bu faizlər zərərçəkənin professional əmək qabiliyyətini itirməsi dərəcəsinə, professional əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətini itirməsi dərəcəsinə uyğun gəlməlidir.

20. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

21. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallar ının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

22. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

23. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

24. Hazırkı kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

25. Ali Məhkəmənin Mülki Kollegiyası məruzəçi hakimin məruzəsin i, iş üzrə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. Tərəflər arasında yaranmış hüquq münasibətləri peşə xəstəliyində təqsirli olan işəgötürənin işçiyə vurulan zərərə görə maddi məsuliyyəti ilə bağlı yaranan mülki mübahisədir və mübahisənin həlli zamanı Azərbaycan Respublikası Əmək Məcəlləsinin və Mülki Məcəlləsinin müddəaları tətbiq edilməlidir.

27. Əmək Məcəlləsi i lə peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə dəymiş zərərə görə müvafiq ödənclər ödənilməsi nəzərdə tutulmuşdur. Belə ki, Əmək Məcəlləsinin 191-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.

28. Əmək Məcəlləsinin 239-cu maddəsinin 1-ci hissəsinə əsasən, istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar ç əkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir.

29. Həmin maddənin 2-ci hissəsinə görə işəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir.

30. Mülki Məcəllənin 1117-ci maddəsinə əsasən, müqavilə öhdəliklərinin icrası zamanı, habelə hərbi qulluq, polisdə qulluq vəzifələrinin və digər müvafiq vəzifələrin icrası zamanı fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzi, əgər qanunda və ya müqavilədə daha yüksək məsuliyyət ölçüsü nəzər də tutulmayıbsa, bu Məcəllənin bu fəslində nəzərdə tutulmuş qaydalar üzrə ödənilir.

31. Həmin Məcəllənin 1118.1-ci maddəsinə görə fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin.

32. Əmək Məcəlləsinin 239-cu maddəsinin 3-cü bənd ində göstərilir ki, istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir.

33. Əmək Məcəlləsinin 239-cu maddəsinə əsasən işçilərə verilməli ödənclərin verilmə qaydaları, şərtləri və məbləği, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 09 yanvar 2003-cü il tarixli, 03 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği” ilə tənzimlənir.

34. Həmin Qaydaların 1.1-ci bəndinə gö rə bu Qaydalar Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilmə qaydalarını, şərtlərini və məbləğini müəyyən edir. İşçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda (bundan sonra - istehsalda əmək xəsarəti), bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar (bundan sonra – təqsirkar işəgötürən (təqsirkar müəssisə) işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Bu zərər təqsirkar müəssisələrdə gəlir hesabına, büdcədən maliyyələşdirilən müəssisələrdə isə büdcə v əsaiti, yaxud büdcədənkənar vəsaitlər hesabına “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ödənilir. Zərərçəkənə istehsalatda əmək xəsarəti nəticəsində onun itirdiyi peşə əmək qabiliyyətinin (peşə əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətinin) dərəcəsindən asılı olaraq aylıq ödənclər, habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclər ödənilir. Zərərçəkənin qəsdi nəticəsində əmələ gəlmiş zərərdən başqa, zərərçəkənin günahının dərəcəsindən asılı olmayaraq dəyən zərərin əvəzi ödənilir.

35. Həmin Qaydaların 1.3-cü bəndinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisə haqqında qanunvericiliklə müəyyən edilmiş formada tərtib olunmuş akt və yaxud işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə işçi ilə istehs alatda bədbəxt hadisənin baş verməsi barədə məhkəmənin hökmü (qətnaməsi, qərarı), işçinin peşə əmək qabiliyyətinin itirilməsini və yaxud peşə xəstəliyini təsdiq edən Tibbi-Sosial Ekspert Komissiyasının (TSEK) qərarı və yaxud ölümü haqqında şəhadətnamə olduqda, təqsirkar işəgötürən əmək xəsarətinə görə dəyən zərəri ödəməlidir.

36. Məhkəmələr işin hallarını bu normalar əsasında araşdıraraq müəyyən etmişlər ki, iddiaçının iddia ərizəsində göstərdiyi kimi “istehsalat xəsarəti alması, yəni 1973-cü ilin aprel ayında zavodun 3 saylı (civə üsulu ilə xlorun alınması) sexinin laboratoriyasında xidməti vəzifəsini yerinə yetirən zaman istehsalat qəzası nəticəsində zəhərlənmə baş verməsi və nəticədə sağlamlığına zərər dəyməsi, zəhərlənmə nəticəsində əmək qabiliyyətini itirdiyinə görə laboratoriyada əmə k fəaliyyətini lazımınca yerinə yetirə bilməməsi sübut olunmur.

37. Məhkəmələr bu zaman ona istinad etmişlər ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 09 yanvar 2003-cü il tarixli, 03 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği”nin 1.3-cü bəndinə görə təqsirkar işəgötürən əmək xəsarətinə görə dəyən zərəri o halda ödəməlidir ki, istehsalatda baş vermiş bədbəxt hadisə haqqında qanunvericiliklə müəyyən edilmiş formada tərtib olunmuş akt və yaxud işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə işçi ilə istehsalatda bədbəxt hadisənin baş verməsi ba rədə məhkəmənin hökmü (qətnaməsi, qərarı), işçinin peşə əmək qabiliyyətinin itirilməsini və yaxud peşə xəstəliyini təsdiq edən Tibbi-Sosial Ekspert Komissiyasının (TSEK) qərarı olsun.

38. Məhkəmələr qeyd etmişdir ki, iddiaçı istehsalatda baş vermiş bədbəxt hadisə haqqında qanunvericiliklə müəyyən olunmuş hər hansı sübutu təqdim etməmişdir.

39. Əksinə məhkəmələr müəyyən etmişdir ki, iddiaçı bundan əvvəl də Səthi Aktiv X2rşı səhhətinin pozulmasına görə vurulan ziyanın ödənilməsi tələbinə dair iddia ilə müraciət etmiş, lakin Sumqayıt Şəhər Xalq Məhkəməsinin 19 avqust 1996-cı il tarixli qətnaməsi ilə İddiaçı Səthi Aktiv X2rşı səhhətinin pozulmasına görə vurulan ziyanın ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan rədd edilmişdir. Həmin qətnamədə iddianın rədd edilməsi onunla əsaslandırı lmışdır ki, iddiaçı onun xəstəliyinin Səthi Aktiv Maddələr İstehsalat Birliyində hadisə ilə əlaqəsi barədə heç bir sübut təqdim etməmişdir.

40. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

41. Bu müddəa, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir.

42. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir.

43. Müki hüquqda faktlar dedikdə, mülki-hüquq münasibətlərinin əmələ gəlməsinin, dəyişdirilməsinin və ya xitam olunmasının əsası kimi mülki qanunvericilikdə nəzərdə tutulan hallar başa düşülür. Başqa sözlə faktlar mülki-hüquqi nəticələrin baş verməsi ilə mülki qanunvericiliyin əlaqələndirdiyi və bağladığı həyati hallardır. Bu faktlar olmadan hər hansı bir mülki-hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitam olunması mümkün deyildir.

44. Bundan başqa, məhkəmənin istinad et diyi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi V.Y.Axundov adına X1 İnstitutunun 21 fevral 2019-cu il tarixli, 35/4 saylı məktubunda göstərilir ki, mülki işdə qaldırılmış tələb M.M.Əfəndizadə adına Əmək Gigiyenası və Peşə xəstəlikləri ETİ-nun klinikasında olan sənədlərdə öz təsdiqini tapmamışdır. Belə ki, İddiaçı Xudaverdi qızı 02.04.1973-cü il tarixdə Azərbaycan SSR M.M.Əfəndizadə adına Əmək Gigiyenası və Peşə xəstəlikləri ETİ-nun klinikasına müayinəyə göndərilmiş, xəstə müayinədən keçirilmiş və 05.04.1973-cü il tarixdə (Xlorla kəskin zəhərlənməyə dair məlumatlar olmadığından) “Dəmirdefisitli anemiya” (ümumu xəstəlik kimi) diaqnozu ilə müalicə həkiminə göndərilmişdir. Xəstə İddiaçı Xudaverdi qızı 10.03.1994-cü il tarixdə yenidən klinikaya göndərilmiş, təkrar müayinədən keçirilmiş və aşkar edilmiş “Astmatik komponentli xroniki bronxit. Ağ ciyərlərin emfizemasi. TC İ-İİ. Revmatizm, qeyri aktiv faza. Revmokardit. Mitral qapaq qüsuru. Nəzərə çarpan astenovegetativ sindrom” diaqnozlarının da peşə ilə əlaqəsi təsdiq edilmədiyindən 22.03.1994-cü il tarixdə yenidən müalicə həkiminə göndərilmişdir. Hazırda yaranmış zərurətlə əlaqədar, mövcud olan sənədlərə istinad edərək bidirilir ki, İddiaçı Xudaverdi qızının istər 02.04.05.04.1973-cü il tarixlərdə klinikada təsdiq edimiş “Dəmirdefisitli anemiya”, istərsə də 10.03.-22.03.1994-cü il tarixlərdə təsdiq edilmiş “Astmatik komponentli xroniki bronxit. Ağ ciyərlərin emfizemasi. TC İ-İİ. Revmatizm, qeyri aktiv faza. Revmokardit. Mitral qapaq qüsuru. Nəzərə çarpan asteno-vegetativ sindrom” diaqnozlarının peşə ilə əlaqəsi yoxdur.

45. Məhk əmənin sübut kimi istinad etdiyi Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 08 iyun 2020-ci il tarixli rəyində göstərilir ki, xəstə İddiaçı dəvət olunmuş, 28.02.2020-ci ildə ekspertiza müayinəsinə başlanılmış, xəstənin hazırki vəziyyətinin dəqiqləşdirilməsi üçün Səhiyyə Nazirliyinin Elmi X7 Xəstəlikləri İnstitutuna göndəriş verilmişdir. İddiaçı Ağ X3 12.03.2020-ci il tarixli rəyi ilə 06.05.2020-ci il tarixdə Xidmətdə müayinə olunmuşdur. 12 nömrəli TSEK-in 07 iyun 2018-ci il tarixli, 30 nömrəli məktubundan məlum olur ki, İddiaçı 27.01.2012-ci il tarixdə 12 nömrəli TSEK-də müayinə edilmiş və “Toksik diffuz miokardit, sinus ritminin pozğunluğu, sinus taxikardiyası, bronxial astma, infeksion-allergik forma, tez-tez baş verən boğulma tutmaları ilə, tənəffüs çatmamazlığı ikinci d ərəcə, revmatizm aktiv faza, mitral qapaq çatmamazlığı” diaqnozu ilə peşə xəstəliyi səbəbi ilə müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. Bu barədə TSEK-də müayinə iclaslarının qeydiyyat jurnalında 515 nömrəli aktla qeydiyyat aparılmışdır. İddiaçı 27.01.2012-ci il tarixdə 12 nömrəli TSEK tərəfindən təyin edilmiş ikinci dərəcə əlilliyə səbəb olan xəstəliklərin 1973-cü ildə xidməti vəzifəsini yerinə yetirərkən baş vermiş zəhərlənmə ilə səbəbli əlaqəsini müəyyən edən tibbi sənədlər (X4 rəyi) olmadığından, 2012-ci ildə təyin edilmiş əlilliyin peşə ilə səbəbli əlaqəsi müəyyən edilmir. İddiaçı 27.01.2012-ci il tarixdə 12 nömrəli TSEK-də təyin edilmiş 80 faiz əmək qabiliyyətinin itirilmə faizinin itirilməsinin 1973cü ildə xidməti vəzifəsini yerinə yetirərkən baş vermiş zəhərlənmə ilə səbəb li əlaqəsini müəyyən edən tibbi sənədlər olmadığından, peşə ilə səbəbli əlaqəsi müəyyən edilmir.

46. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsinin İddiaçı Xudaverdi qızının istər 02.04.-05.04.1973-cü il tarixlərdə klinikada təsdiq edimiş “Dəmirdefisitli anemiya”, istərsə də 10.03.-22.03.1994-cü il tarixlərdə təsdiq edilmiş “Astmatik komponentli xroniki bronxit. Ağ ciyərlərin emfizemasi. TC İ-İİ. Revmatizm, qeyri aktiv faza. Revmokardit. Mitral qapaq qüsuru. Nəzərə çarpan asteno-vegetativ sindrom” diaqnozlarının peşə ilə əlaqəsinin olmaması, 2012-ci ildə təyin edilmiş əlilliyin peşə ilə səbəbli əlaqəsinin müəyyən edilməməsi barədə gəldiyi nəticə əsaslıdır.

47. Məhkəmə kollegiyası kassatorun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 12 nömrəli Tibbi-Sosial Ek spert Komissiyasının 27.01.2012-ci il tarixli qərarı ilə peşə xəstəliyi səbəbindən müddətsiz 2-ci dərəcə əlillik təyin edilməsi barədə dəlili ilə bağlı həm də qeyd edir ki, “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği”nin 2.1ci bəndinə görə istehsalatda əmək xəsarəti nəticəsində zərərçəkənin əmək qabiliyyətinin azalması və ya ölümü nəticəsində dəyən zərərin əvəzi aylıq ödənişlər yolu ilə ödənilir. Həmin aylıq ödənc zərərçəkənin xəsarət almazdan və yaxud peşə əmək qabiliyyətini itirdiyi gündən əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin xəsarət nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin faizi miqdarında müəy yən edilib ödənilir.

48. Zərərə görə aylıq ödəncin miqdarının hesablanmasında götürülən orta əmək haqqı zərərçəkənin əmək xəsarəti almamışdan və ya peşə əmək qabiliyyətini itirməmişdən əvvəlki 12 təqvim ayı üzrə hesablanır. Zərərçəkənin orta aylıq əmək haqqı onun sağlamlığının pozulmasından əvvəlki on iki aylıq əmək haqqının ümumi məbləğinin on ikiyə bölünməsi yolu ilə hesablanır. Zərər vurulanadək zərərçəkənin on iki aydan az işləmiş olduğu halda, orta aylıq əmək haqqı sağlamlığının pozulmasından əvvəlki faktiki işlənmiş aylar üçün əmək haqqının ümumi məbləğinin həmin ayların sayına bölünməsi yolu ilə hesablanır. Zərərçəkənin tam işləmədiyi aylar onun arzusu ilə tam işlənilmiş əvvəlki aylarla əvəz edilir və ya əvəz etmək mümkün olmadıqda, hesabdan çıxarılır. Zərərçəkənə peşə xəstəliyinə t utulduqda, zərərə görə aylıq ödəncin miqdarının hesablanmasında götürülən orta əmək haqqı zərərçəkənin işlədiyi peşə (vəzifə) üzrə əmək fəaliyyətinin dayandırıldığı və ya peşə xəstəliyinin təsdiq edildiyindən əvvəlki 12 təqvim ayı üzrə hesablanır. (3.3-cü bənd).

49. Göründüyü kimi bu qaydalarda zərərçəkənə dəymiş zərərə görə ödənclərin növləri və miqdarı müəyyən edilmişdir və bu ödənclər «xəsarət almazdan və yaxud peşə əmək qabiliyyətini itirdiyi gündən əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin xəsarət nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin faizi miqdarında», digər halda isə, «əmək xəsarəti almamışdan və ya peşə əmək qabiliyyətini itirməmişdən əvvəlki 12 təqvim ayı üzrə» hesablanır.

50. İddiaçıya peşə xəstəliyi səbəbindən müddətsiz 2-ci dərəcə əlillik 2012-ci ildə təyin ed ilmişdir və cavabdeh müəssisədən 2002-ci ildə işdən çıxmışdır.

51. Kassasiya şikayətində sadalanan digər hallar işin faktik halları, həmin faktların araşdırılmaması barədədir ki, bu hallar kassasiya qaydasında araşdırmanın predmetini təşkil etmir. Kassasiya icraatı yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır.

52. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 mart 2021-ci il tarixli, 2(105)-54/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar