Məhkəmə qərarları › İş №2(102)-1940/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1940/2021

16.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1940/2021 16.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı-nin cavabdehlər X4 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-****/21 (Açar sözlər: kredit borcu, borcun ipoteka predmetinə yönəldilməsi) Bakı şəhəri, xx xxxx 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-***/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh X5 tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər X4 və Cavabdeh2 qarşı “kreditin və kredit borcuna görə hesablanmış faizlərin ödənilməsi, tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 xx xxxxxx 2015-ci il tarixli, ****** nömrəli kredit müqaviləsi üzrə əsas borc-0, əsas borca hesablanmış faiz borcu-20724,56 ABŞ dolları olmaqla, cəmi 20724,56 ABŞ dolları məbləğində borcun, xx xxxxxx 2016-cı il tarixli, ****** nömrəli kredit müqaviləsi üzrə əsas borc 146134,85 manat, əsas borca hesablanmış faiz borcu-9184,67 manat olmaqla, cəmi 155319,52 manat məbləğində borcun, ipoteka predmetinə tutma haq qında bildirişlərin dövlət qeydiyyatına alınmasıüçün köçürülmüş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı olmaqla, cəmi 30 manat xərcin və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı-yə ödənilməsi, tutmanın bank qarşısında ipotekaya qoyulmuş və tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan Bakı şəhəri, ********* ünvanında istifadədə olan 0.0285 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 247,3 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış binasına yönəldilməsi, ipoteka predmetinin hərracda satılması üçün ilkin satış qiymətlərinin müəyyən edilməsi, açıq hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipoteka predmetləri hərracda satıldıqdan sonra bir ay ərzində Bakışəhəri, ********* ünvanında istifadədə olan 0.0285 h a torpaq sahəsində yerləşən 1 mərtəbəli, 247.3 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış binasının boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X7 məhkəməyə iddia ərizəsinə dəqiqləşdirmə barədə ərizə təqdim edərək, cavabdeh X1 xx xxxxxx 2015-ci il tarixli, **********3/2 nömrəli kredit müqaviləsi üzrə əsas borc-0, əsas borca hesablanmış faiz borcu 20724,56 ABŞ dolları olmaqla, cəmi 20724,56 ABŞ dolları məbləğində borcun, xx xxxxxx 2016-cı il tarixli ****** nömrəli kredit müqaviləsi üzrə əsas borc-146134,85 manat, əsas borca hesablanmış faiz borcu19726,82 manat olmaqla, cəmi 165861,67 manat məbləğində borcun, ipoteka predmetinə tutma haqqında bildirişlərin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı olmaqla, cəmi 30 manat xərcin və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı-yə ödənilməsi, tutmanın bank qarşısında ipotekaya qoyulmuş və tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan Bakı şəhəri, ********* ünvanında istifadədə olan 0.0285 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 247,3 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış binasına yönəldilməsi, ipoteka predmetinin hərracda satılması üçün ilkin satış qiymətlərinin müəyyən edilməsi, açıq hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipoteka predmetləri hərracda satıldıqdan sonra bir ay ərzində Bakı şəhəri, ********* ünvanında istifadədə olan 0.0285 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 247.3 kv.m. ümumi sahədən ibarət qeyri-yaşay ış binasının boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh X5 arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, ******** nömrəli kredit müqaviləsinə əsasən X4 24 ay müddətinə, illik 17% olmaqla, 136000 ABŞ dolları məbləğində kredit verilmişdir. İddiaçı ilə cavabdeh X5 arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli, ****** nömrəli kredit müqaviləsinə əsasən X4 36 ay müddətinə, illik 18% olmaqla, 169000 məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı kimi İddiaçı ilə Cavabdeh2 arasında xx xxxxxx 2015-ci il tarixli, ******** nömrəli və xx xxxxxx 2016-cı il tarixli, ****** nömrəli sonrakı ipoteka müqavilələri imzalanmı ş və həmin ipoteka müqavilələrinə əsasən tam mülkiyyət hüququ ilə X3 məxsus olan Bakı şəhəri, ********* ünvanında istifadədə olan 0.0285 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 247.3 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış binası bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Cavabdeh X5 hər iki kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Bununla əlaqədar, dəfələrlə yazılı formada xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdeh bundan heç bir nəticə çıxarmamışdır. Bu halda, bank tərəfindən ipoteka predmetinə tutma yönəldilməsi barədə ipotekaya qoyan Cavabdeh2 xx.xx.2017-ci il tarixli, *************** nömrəli bildiriş göndərilmiş və ipotekayaqoyan qeyd edilən bildirişi xx xxxx 2017-ci il tarixdə rəsmi qaydada aldıqdan sonra bildiriş xx xxxx 2017-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Kredit müqaviləsi üzrə borclu X5 öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyinə görə, İddiaçı-nin ipoteka predmetinə tutmanın yönəldilməsinə başlamaq hüququ yaranmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx xxxxxxxx 2017-ci il tarixli qərardadı ilə (hakim Anar Tanrıverdiyev) əmlakın qiymətləndirilməsi ekspertizası təyin edilmiş, ekspertizanın aparılması “X11” MMC-yə həvalə edilmişdir. “X11” MMC-nin xx.xx.2018-ci il tarixli rəyinə əsasən, Bakı şəhəri, ********* ünvanında istifadədə olan 0.0285 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 247,3 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış binasının xx.xx.2018-ci il tarixinə olan bazar qiyməti 272000 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin 2(00 9)-****/2018 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə (hakim Anar Tanrıverdiyev) iddia tələbi təmin edilərək, cavabdeh X1 xx xxxxxx 2015-ci il tarixli, ****** nömrəli kredit müqaviləsi üzrə əsas borca hesablanmış faiz borcu-20724,56 ABŞ dollarının (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə), xx xxxxxx 2016-cı il tarixli, ****** nömrəli kredit müqaviləsi üzrə əsas borc-146134,85 manatın, əsas borca hesablanmış faiz borcu-19726.82 manatın, ipoteka predmetinə tutma haqqında bildirişlərin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 10 manat dövlət rüsumunin, 20 manat xidmət haqqının və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı-yə ödənilməsi,tutmanın Cav abdeh2 xüsusi mülkiyyət hüququ əsasında məxsus olan Bakı şəhəri, ********* ünvanında istifadədə olan 0.0285 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 247,3 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasına yönəldilməsi və qeyri-yaşayış sahəsinın açıq hərracdan satılması, qeyri-yaşayış binasının ilkin satış qiymətinin 272000 manat məbləğində müəyyən edilməsi, Qeyri-yaşayış binasının satışından əldə edilən vəsait hesabına banka olan borcun ödənilməsi, iporeka predmetinin hərracda satıldıqdan bir ay sonra boşaldılması, ekspertiza tədqiqatının dəyəri olan 150 manatın X1 alınaraq «X11» MMC-nin hesabına ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, iddiaçının tələb etdiyi borc məbləği üzrə qeyd edilməlidir ki, iş materialları ilə müəyyən olunur ki, cavabdeh X5 bank qarşısında borcun ödənilməsi ilə bağlı öhdəliyini vaxtında icra etməmişdir. Odur ki, iddiaçının göstərilən məbləğdə borc tələbi əsaslıdır və təmin edilməlidir. Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər icra olunmadığından, məhkəmə, tutmanın Cavabdeh2 məxsus olan Bakı şəhəri, ********* ünvanında istifadədə olan, 0.0285 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 247.3 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasına yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, hərracdan satıldıqdan 1 ay müddətində qeyri yaşayış binasının boşaldılması barədə tələbləri də əsaslı hesab edir. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 317.1, 319.1, 385, 421.2, 423.2, 442, 443.1, 445.1, 445.2.1, 448.1, 739-cu, “İpoteka haqqında” Az ərbaycan Respublikası Qanununun 34.1.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88 və 217.4-cü maddələri ilə əsaslandırmışdır. Cavabdeh X6 apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Xəyalə Cəmilova - sədrlik edən və məruzəçi, İsmayıl Xəlilov, İlham Kərimli) 2(103)-*******/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi ******** saylı xx xxxx 2019-cu il tarixli ekspert rəyinə əsasən hesabdan çıxarış məlumatları, xx.xx.2015-ci il tarixli kredit müqaviləsində qeyd olunan şərtlər nəzərə alınaraq müəyyən olunmuşdur ki, X2 xx xxxx 2017-ci il tarixə “xxxx” ASC-yə olan borcu ümumilikdə 15.934,83 ABŞ dolları məbləğində müəyyən edilmişdir, o cümlədən: xx.xx.2017-ci il tarixə əsas borc üzrə 0,00 ABŞ dolları, faiz borcu üzrə 15.934,83 ABŞ dolları, ****** saylı xx xxxxxx 2016-cı il tarixli kredit müqaviləsi üzrə isə borcu ümumilikdə 155.307,94 manat məbləğində müəyyən edilmişdir, o cümlədən: xx.xx.2017-ci il tarixə əsas borc üzrə 145.351,37 manat, faiz borcu üzrə 9.956,57 manat təşkil edir. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Xəyalə Cəmilova - sədrlik edən və məruzəçi, İsmayıl Xəlilov, İlham Kərimli) 2(103)-******/2019 saylı, xx xxxx 2019-cu il tarix li qərardadı ilə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi ****** saylı xx xxxxxx 2020-ci il tarixli ekspert rəyinə əsasən müəyyən olunmuşdur ki, X2 xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə xx xxxxx 2018-ci il tarixə “xxxx” ASC-yə olan borcu ümumilikdə 15.934,83 ABŞ dolları məbləğində müəyyən edilmişdir, o cümlədən: xx.xx.2018-ci il tarixə əsas borc üzrə 0,00 ABŞ dolları, faiz borcu üzrə 15.934,83 ABŞ dolları, ****** saylı xx xxxxxx 2016-cı il tarixli kredit müqaviləsi üzrə isə borcu ümumilikdə 176.747,27 manat məbləğində müəyyən edilmişdir, o cümlədən: xx.xx.2018-ci il tarixə əsas borc üzrə 145.351,37 manat, faiz b orcu üzrə 31.395,90 manat təşkil edir. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Xəyalə Cəmilova - sədrlik edən və məruzəçi, Mirzə Tağızadə, Ülvi Mayılov) 2(103)-***/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ilə əlavə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması “xxxx” MMC-yə həvalə edilmişdir. “xxxx” MMC tərəfindən verilmiş *********** saylı xx.xx.2020-ci il tarixli rəyə əsasən müəyyən olunmuşdur ki, Bakışəhəri, ********* ünvanında yerləşən 1 mərtəbəli, 247,3 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının mövcud bazar qiyməti 280000 manat təşkil edir. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Xəyalə Cəmilova - sədrlik edən və məruzəçi, Mirzə Tağızadə, Ülvi Mayılov) 2(103)-***/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-*****/2018 saylı xx xxxx 2018-ci il tarixli qətnaməsinin mübahisələndirilən- iddianın cavabdeh Mübariz Hacıyevə qarşı təmin olunmuş faiz borcunun tutulması və ipoteka predmetinin satış qiymətinin müəyyən edilməsi“ hissələrində dəyişdirilməsi, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə cavabdeh X1 tutulmalı olan faizin miqdarı 15934,83 ABŞ dolları məbləğində, ipoteka predmetinin ilkin satış qiyməti isə 280000 manat dəyərində müəyyən edilməsi, qətnamənin xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə cavabdehdən 19726,82 manat faizin tutulması hissəsində dəyişdirilmədən saxlanılması, iş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olaraq 150 manat məbləğində p ulun 50 manatının iddiaçı xxxx” Açıq Səhmdar Cəmiyyətindən, 100 manatının isə cavabdeh Mübariz Hacıyevdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməsi, əmlakın qiymətləndirilməsi ilə bağlı qiymətləndirmənin dəyəri olaraq 500 manat pulun 200 manatının iddiaçı xxxx” Açıq Səhmdar Cəmiyyətindən, 300 manatının isə cavabdeh X1 tutularaq “xxxx” MMC-nin hesabına köçürülməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi ekspert rəyi nəzərə alınaraq xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehdən 20724,56 ABŞ dolları məbləğində faizin tutulması hissəsində dəyişdirilərək, həmin müqavilə üzrə faizin miqdarı 15934,83 ABŞ dolları məbləğində müəyyən edi lməli, qətnamə xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə cavabdehdən 19726,82 manat faizin tutulması hissəsində isə ekspert rəyində faiz məbləği qətnamədə olan faiz məbləğindən yüksək göstərildiyindən və qətnamə yalnız cavabdeh tərəfindən mübahisələndirildiyi üçün dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası işin hallarını, iş materiallarında olan rəylərin məlumatlarını nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehdən 20724,56 ABŞ dolları məbləğində faizin tutulması və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilərək, xx.xx.2015-ci il tarixli müqavilə üzrə faizin miqdarı 15934,83 ABŞ dolları məbləğində, ipoteka predmetinin ilkin satış qiyməti “xxxx” M MC tərəfindən verilmiş rəyə əsasən 280000 manat dəyərində müəyyən edilməli, qətnamə xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə cavabdehdən 19726,82 manat faizin tutulması hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kssasiya şikayətlərinin dəlilləri Cavabdeh X5 (vəkili Vəkil5) kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, Səbail Rayon Məhkəməsinə və Baki Apellyasiya Məhkəməsinə banka ödənişlərim olması barədə sübutları təqdim etmiş və bildirmişdir ki, əgər iddiaçı qeyd etdiyi kimi, xx xxxxxx 2015-ci il tarixli, **********32 nömrəli kredit müqaviləsi üzrə əsas borc yoxdursa ona hesablanmış faiz borcu nədən vardır. Məlumdur ki, əsas borca hesablanmış faiz borcu artıq vardırsa, ödənişlərin çox hissəsi həmin faiz borcun silinməsinə yönəldilir bank tərəfindən. Mövcud müqavilə üzrə artıq əsas borc ödənilmişdir və yox idi lakin buna baxmayaraq kifayət qədər faiz borcu hesablanmışdır. Bundan narazı qalaraq vəsatət verərək məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsini xahiş etmişdir. Məhkəmə Ekspertizası mərkəzi tərəfindən keçirilmiş ekspertizasının nəticəsi olaraq xx xxxxxx 2020-ci il tarixli ekspert rəyi təqdim olunmuşdur. Ekspert rəyinə əsasən xx xxxxxx 2015-ci il tarixli, **********2 nömrəli kredit müqaviləsi üzrə əsas borca hesablanmış faiz borcu iddiaçının tələb etdiyi faiz borcundan aşağı məbləğdə müəyyən edilmişdir. Buna baxmayaraq həmin ekspert rəyindən narazı olduğunu məhkəməyə bildirmişdir. Ekspert öz rəyində göstərilməmişdir ki, hansı tarixdə xx xxxxxx 2015-ci il tarixli, **********2 nömrəli kredit müqaviləsi üzrə əsas borc tamamilə ödənilmişdir və hansı tarixdən əsas borca yönəldilmiş faiz borcu hesablamağa başlamışdır. Hesab edir ki, xx xxxxxx 1015-ci il tarixli, **********32 nömrəli kredit müqaviləsi üzrə onun banka heç bir borcu palmamışdır və ekspertin rəyi bu hissəsində səhvdir və tam deyil. İpoteka predmeti olan Bakı şəhəri Səbail rayonu, Salyan şossesi 32 ünvanında istifadədə olan 0.0285 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 247.3 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış binasının bazar dəyəri qiymətinin müəyyən edilməs i üçün vəsatət verilmişdir və xahiş edilmişdir ki, ekspertizanın obyektiv olması üçün iki il bundan əvvəl keçirildiyi kimi X9 qiymətləndirilmə keçirilsin. Buna baxmayaraq qiymətləndirmənin keçirilməsi məlum olmayan səbəbdən “xxxx” MMC-yə həvələ edilmişdir. Həmin MMC tərəfindən təqdim olunmuş xx.xx.2020-ci il tarixli rəyə əsasən ipoteka predmətinin bazar dəyəri 280000 manat müəyyən edilmişdir. Hesab edir ki, "xxxx” MMC tərəfindən keçirilən qiymətləndirmə nəticəsində müəyyən edilən ipoteka predmetinin bazar qiyməti real bazar qiymətindən qat-qat aşağıdır. “xxxx” MMC-nin əməkdaşları ipoteka predmeti olan obyektə heç gəlməmişlər və həmin qiyməti obyekti görmədən necə müəyyən etmələri məlum deyil. Həmin obyektin yerləşdiyi yeri nəzərə alaraq və ölkədə müəyyən iqtisadi prosesləri nəzərə alaraq c əmi 8000 manat obyektin bazar qiymətinin bahalaşmağına heç cür inanmaq olmur. Həmin obyektin aşağı qiyməti ******* manata qiymətləndirilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq İddiaçı-nin səlahiyyətli nümayəndəsi, cavabdehlər X5 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Cavabdeh X2 vəkili Vəkil5 məhkəməyə teleqram ünvanlayaraq, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd edib məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Lakin teleqrama vəkili səhhəti ilə əlaqədar hər hansı sənəd əlavə edil məmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pr osessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.3. Kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmı r. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə faiz borcunun tutulması və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində mübahisələndirildiyindən məhkəmə aktı iddianın həmin hissələrdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiall arını və kasasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kasasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilməli və mülki iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Kasasiya şikayətinin dəlillləri üzrə, yəni ilk öncə faiz borcunun mübahisələndirilməsinə dair dəlili üzrə qeyd edilməlidir ki, kasasiya şikayətinin qeyd edilən hissə üzrə dəlili əsassızdır. Belə ki, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, iş üzrə borc məbləğinin müəyyən edilməsi üçün məhkəmə-mühasibatlıq və əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və əldə e dilmiş ekspert rəyinə uyğun olaraq cavabdehin mübahisələndirildiyi hissə üzrə faiz borcunun tutulmalı olması müəyyən edilmişdir. İşə mahiyyəti üzrə baxmış apelyasiya kollegiyası da ekspert rəyinə istinadən qeyd edilmiş müqavilə üzrə cavabdehdən tutulmalı faiz borcunun məbləğini təyin etmişdir. Hazırki halda cavabdeh faiz borcunun tutulmasının əsassız olmasını göstərsə də, bu barədə hər hansı sübutu məhkəməyə təqdim etməmiş və ya hər hansı sübuta istinad edə bilməmişdir. Odur ki, kasasiya şikayətinin qeyd edilən hissə üzrə dəlilləri əsassızdır və mübahisələndirilən bu hissə üzrə qətnamənin ləğv edilməsi üçün əsas deyildir. Kasasiya şikayətinin ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi barədə dəlilləri üzrə isə ilk öncə qeyd edilməlidir ki, kasasiya yoxlaması nəticəsində mü əyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2015-ci il tarixində sonrakı ipoteka müqaviləsi bağlanarkən müqavilənin 2.2ci bəndinə əsasən ipoteka predmetinin likvid dəyəri 200000 manat müəyyən edilmiş, müqavilənin bağlanmasından təxminən üç ilə yaxın müddət sonra, yəni xx.xx.2018-ci il tarixində daşınmaz əmlakın bazar dəyərinin 272000 manat, bu tarixdən də daha iki ildən artıq müddət sonra isə bazar dəyərinin 280000 manat müəyyən edilməsi rəylər üzrə daşınmaz əmlakın dəyərinin qeyri-obyektiv müəyyən edilməsinin göstəricisi, cavabdehin kasasiya şikayətinin bu hissədə əsaslılığının təsdiqidir. Belə ki, işə mahiyyəti üzrə baxmış apelyasiya kollegiyası qeyd edilən xüsusları nəzərə alıb iş materiallarını araşdırarkən nəzərə almalı idi ki, işə birinci instansiya məhkəməsində baxılarkən əldə edil miş rəylə qeyri-yaşayış binasının bazar qiyməti 272000 manat müəyyən edildiyi halda, həmin zamandan iki il sonra adıçəkilən əmlakın dəyərinin 280000 manat müəyyən edilməsi, yəni rəylər arasında cəmi 8000 manat fərqin olması əmlakın dəyərinin real qiymətləndirilməməsinə bərabərdir. Belə olan halda apelyasiya kollegiyası ekspert rəyini digər sübutlarla yanaşı qiymətləndirməli, ekspert rəyinə tənqidi yanaşmalı olduğu halda, həmin rəyə istinad edib, yəni rəyi mötəbər sübut kimi qəbul edib qətnamə qəbul etməməli idi. Apelyasiya kollegiyası qeyd edilən xüsusları nəzərə almamaqla prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. Azərbaycan Respublikası MPM-nin 101.7-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Beləliklə, işdən görünür ki, apelyasiya kollegiyası ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində işin hallarını tam, hərtərəfli araşdırmamış, ədalət mühakiməsini faktlar əsasında həyata keçirməmiş, işin hallarına düzgün hüquqi qiymət verməmiş, sübutların müqayisəli tədqiqatını həyata keçirməmiş, ədalətli məhkəmə araşdırmasının ədalətliliyi ilə bağlı təməl prinsipləri pozmuşdur. Azərbaycan Respublikasının MPM -nin ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Kasasiya kollegiyası həmçinin hesab edir ki, prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən ed ilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar düzgün qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 417.1.3-cü maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-in 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ya xud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alaraq kasasiya kollegiyası hesab edir ki, apelyasiya kollegiyası işə mahiyyəti üzrə baxmağa səlahiyyətli məhkəmə olduğundan, yuxarıda göstərilmiş və iş materialları üzrə ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsinə dair işin hallarının tam, hərtərəfli və düzgün araşdırılması, tərəflərin bərabərliyinin və məhkəmə araşdırmasının ədalətliliyinin təmin edilməsi məqsədilə kasasiya şikayəti qismən təmin edilməli, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-***/2020 nömrəli qətnaməsi ipoteka predmeti olan ə mlakın ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilməli və həmin hissədə iş yeni apelyasiya baxışına qaytarılmalı, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kasasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh X5 tərəfindən verilmiş kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-***/2020 saylı qətnaməsi ipoteka predmeti olan əmlakın ilkin sat ış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilsin və həmin hissədə mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar