Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1941/2023 03.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 ASC-nin cavabdehlər Cavabdeh4 və qeyrilərinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: “kredit müqaviləsi üzrə borcun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi və sair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Həsənov Vüqar Təvəkgül oğlundan (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı1 ASC-nin cavabdehlər Cavabdeh4 və qeyrilərinə qarşı “kredit müqaviləsinin ləğv edilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına kr edit müqaviləsi üzrə öhdəliklərin icrası vurulmuş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 dekabr 2022-ci il tarixli 2(106)-06/2022 saylı qətnaməsindən İddiaçı1 ASC və Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətləri üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı1 ASC-nin Şirvan filialı ilə Cavabdeh1 arasında 25 dekabr 2015-ci il tarixdə bağlanmış 15021-2/000927 saylı kredit müqaviləsinə əsasən, sonuncuya illik faiz dərəcəsi 18% müəyyən olunmaqla və 72 ay müddətinə qaytarılması şərti ilə 128.500 manat məbləğində kredit verilmişdir.
2. Kredit müqaviləsi ilə yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədilə 2 5 dekabr 2015-ci il tarixdə digər cavabdehlər Cavabdeh2 və Cavabdeh6 ilə zaminlik müqavilələri bağlanmış, sonuncular Cavabdeh1 bank qarşısında öhdəliklərinin yerinə yetirilməsinə görə cavabdehlik daşımağı üzərilərinə götürmüşlər. 3. 25 dekabr 2015-ci il tarixli 15021-2/000927 saylı kredit müqaviləsi üzrə öhdəliklərin təminati kimi Cavabdeh1 ilə 25 dekabr 2015-ci il tarixli 15021-1/000927 Sİ saylı sonrakı ipoteka müqaviləsi bağlanmış, Cavabdeh1 məxsus Şirvan şəhəri, X8 küçəsində, 0.0553 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 118.2 kv/m, yaşayış sahəsi 76.5 kv/m, yardımçı sahəsi 41.7 kv/m olan 1 mərtəbəli, 4 otaqlı 28A nömrəli fərdi yaşayış evi, Cavabdeh2 ilə bağlanmış 25 dekabr 2015-ci il tarixli 15021-1/013987 İ saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh2 məxsus Şirvan şəhəri, Xəqani k üçəsində, istifadədə olan 0.1225 ha torpaq sahəsində yerləşən, 1 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 4-cü mərtəbəsində, ümumi sahəsi 67.48 kv/m, 46.96 kv/m yaşayış sahəsindən ibarət 3 otaqlı 12 nömrəli mənzil, Cavabdeh4 ilə bağlanmış 25 dekabr 2015-ci il tarixli 15021-1/106152 İ saylı ipoteka müqaviləsi əsasında Cavabdeh4 məxsus Şirvan şəhəri, Xəqani küçəsində, 44 B ünvanında yerləşən 0.007 ha torpaq sahəsi və Cavabdeh5 ilə bağlanmış 28 oktyabr 2016-cı il tarixli 16021-0651/176704 İ saylı ipoteka müqaviləsi əsasında Cavabdeh5 Sıxalı oğluna məxsus ünvan 2 ünvanında, 5 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 72.1 kv/m, yaşayış sahəsi 55.7 kv/m, yardımçı sahəsi 16.4 kv/m olan 4 otaqlı, 35 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir.
4. Tutmanın ipoteka predmetinə y önəldilməsinə dair bildirişlər Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır. 5. 05 yanvar 2018-ci il tarixinə 25 dekabr 2015-ci il tarixli 15021-2/000927 saylı kredit müqaviləsi üzrə əsas borcun məbləği 114398.46 manat, vaxtı keçmiş və vaxtı keçməmiş faiz borcunun məbləği 40199.16 manat, hesablanmış cərimə (penya) 4224.04 manat olmaqla, ümumilikdə 158821.66 manat təşkil etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı1 ASC cavabdehlər Cavabdeh1, İddiaçı2, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə arasında bağlanmış 25 dekabr 2015-ci il tarixli 15021-2/000927 saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabd eh1, Cavabdeh2 və Cavabdeh6 114398.46 manat əsas kredit borcu, 40199.16 manat faiz borcu, 4224.04 manat gecikdirməyə görə hesablanmış penya borcu olmaqla, ümumilikdə 158821.66 manat məbləğində pulun, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun xeyrinə tutulması, tutmanın cavabdeh (borc alan) Cavabdeh1 məxsus Şirvan şəhəri, X8 küçəsində 0.0553 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 118.2 kv/m, yaşayış sahəsi 76.5 kv/m, yardımçı sahəsi 41.7 kv/m olan 1 mərtəbəli, 4 otaqlı 28A nömrəli fərdi yaşayış evinə, Cavabdeh2 məxsus Şirvan şəhəri, Xəqani küçəsində 0.1225 ha torpaq sahəsində yerləşən, 1 nömrəli, 5 mərtəbəli binanın 4-cü mərtəbəsində, ümumi sahəsi 67.48 kv/m, 46.96 kv/m yaşayış sahəsindən ibarət 3 otaqlı 12 nömrəli mənzilə, Cavabdeh4 məxsus ünvan 3 ünvanında yerləşən 0.007 ha torpaq sahəsinə, Cavabdeh5 məxsus ünvan 2 ünvanında 5 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 71.1 kv/m, yaşayış sahəsi 55.7 kv/m, yardımçı sahəsi 16.4 kv/m olan 4 otaqlı 35 nömrəli mənzilə yönəldilməsi, ipoteka predmetlərinin açıq hərracda satılması, satışdan əldə edilən pul vəsaiti hesabına banka olan borcun ödənilməsi, ipoteka predmetlərinin satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması, ipoteka predmetlərinin satışından əldə olunan vəsait qətnamənin icrasına yetərli olmadığı halda isə, qalan borcun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh6 ümumi qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, bankın Şirvan filialı ilə cavabdeh (borc alan) arasında 25 dekabr 20 15-ci il tarixdə 15021-2/000927 saylı kredit müqaviləsi bağlanmışdır. 25 dekabr 2015-ci il tarixli kredit müqaviləsinə, əsasən, cavabdeh (borc alan) 128.500 manat məbləğində kredit götürmüş, kreditdən istifadəyə görə illik 18% ödəməyi öhdəsinə götürmüş, kreditin müddəti 72 ay müəyyən edilmişdir. 25 dekabr 2015-ci il tarixli 15021-2/000927 saylı kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi cavabdeh (borc alan) ilə 25 dekabr 2015-ci il tarixli 15021-1/000927 Sİ saylı sonrakı ipoteka müqaviləsi bağlanmış, cavabdehə (borc alan) məxsus Şirvan şəhəri, X8 küçəsində, 0.0553 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 118.2 kv/m, yaşayış sahəsi 76.5 kv/m, yardımçı sahəsi 41.7 kv/m olan 1 mərtəbəli, 4 otaqlı 28A nömrəli fərdi yaşayış evi, Cavabdeh2 ilə bağlanmış 25 dekabr 2015-ci il tarixli 1502 1-1/013987 İ saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh2 məxsus Şirvan şəhəri, Xəqani küçəsində istifadədə olan 0.1225 ha torpaq sahəsində yerləşən, 1 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 4-cü mərtəbəsində ümumi sahəsi 67.48 kv/m, 46.96 kv/m yaşayış sahəsindən ibarət 3 otaqlı 12 nömrəli mənzil, Cavabdeh4 ilə bağlanmış 25 dekabr 2015-ci il tarixli 15021-1/106152 İ saylı ipoteka müqaviləsi əsasında Cavabdeh4 məxsus Şirvan şəhəri, Xəqani küçəsində, 44 B ünvanında yerləşən 0.007 ha torpaq sahəsi və Cavabdeh5 ilə bağlanmış 28 oktyabr 2016-cı il tarixli 16021-0651/176704 İ saylı ipoteka müqaviləsi əsasında Cavabdeh5 Sıxalı oğluna məxsus ünvan 2 ünvanında, 5 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 72.1 kv/m, yaşayış sahəsi 55.7 kv/m, yardımçı sahəsi 16.4 kv/m olan 4 ota qlı, 35 nömrəli mənzil cavabdehlərin notarial qaydada təsdiq olunmuş razılıq ərizələri əsasında ipoteka ilə yüklü edilmişdir. Bundan başqa 25 dekabr 2015-ci il tarixli 15021-2/000927 saylı kredit müqaviləsinin təminatı olaraq 25 dekabr 2015-ci il tarixdə bankla Cavabdeh2 arasında 1502-2/013987 Z saylı, Cavabdeh6 ilə 15022/306196 Z saylı zaminlik müqavilələri bağlanmış, sonuncular cavabdehin (borc alan) kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərilərinə götürmüşlər. Cavabdeh (borc alan) kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, kreditin müqavilə ilə müəyyən edilmiş vaxtlarda qaytarılmasını təmin etməmişdir. Cavabdeh1, eləcə də, onun zaminləri Cavabdeh2 və Cavabdeh6 edilmiş xəbərdarlıqlara baxmayaraq, kredit müqaviləsindən irəli gələn öhdəlikl ər lazımi qaydada icra edilməmişdir. Cavabdehin (borc alan) 05 yanvar 2018-ci il tarixinə banka 114398.46 manat əsas borc, 40199.16 manat kreditdən istifadəyə görə faiz borcu, 4224.04 manat penya borcu olmaqla, ümumilikdə 158821.66 manat məbləğində borcu mövcuddur.
8. Birinci instansiya məhkəməsində cavabdehin (borc alan) vəkili və eyni zamanda nümayəndəsi Vəkil1 iddianı etiraf etməyərək izahatında göstərmişdir ki, cavabdeh (borc alan) əvvəllər iddiaçı bankın Cəlilabad filialının müdiri vəzifəsində işləmişdir. İddiaçı bank tərəfindən müştərilərə paylanılan kreditlər qaytarılmadığından, bankın Şirvan filialı cavabdeh (borc alan) ilə 25 dekabr 2015-ci il tarixli 15021-2/000927 saylı kredit müqaviləsi bağlamış və əvvəlki borclar ödənilmişdir. 25 dekabr 2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdeh (borc alan) 128.500 manat məbləğində kredit götürmüşdür. 25 dekabr 2015-ci il tarixli 15021-2/000927 saylı kredit müqaviləsi üzrə öhdəliklərin təminati kimi cavabdeh (borc alan) ilə 25 dekabr 2015-ci il tarixli 15021-1/000927 Sİ saylı sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Fərdi yaşayış evinin qiymətləndirilməsi barədə "xxxx" MMC-nin rəyləri ilə ipoteka predmetləri düzgün qiymətləndirilməmişdir. İddia olunan məbləğ də çox şişirdilmişdir. Belə ki, təmsil etdiyi şəxs tərəfindən ödənişlər edilmiş, lakin onlar nəzərə alınmamışdır.
9. Birinci instansiya məhkəməsində icraat zamanı (iddia ərizəsi məhkəmədə 31 yanvar 2018-ci ildə qeydiyyatdan keçib) cavabdehlərdən ipoteka qoyan Cavabdeh5 19 fevral 2018-ci il tarixdə öldüyü məlum olmuş, hüquqi varisi müəyyən olunanadək icraat day andırılmış, notariat ofisinə məhkəmə tərəfindən verilən sorğu əsasında adına vərəsəlik işinin açılmadığı müəyyən edilmiş, həmin tərəf hüquqi varisi ilə əvəz edilmədən icraat təzələnərək araşdırma davam etdirilmişdir.
10. Birinci instansiya məhkəməsi tərəfindən təyin olunan məhkəmə əmtəəşünaslıq ekspertizası üzrə müstəqil qiymətləndirici "xxxx" MMC-nin 01 mart 2019-cu il tarixli hesabatlarına əsasən, cavabdehə (borc alan) məxsus Şirvan şəhəri, X8 küçəsində 0.0553 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 118.2 kv/m, yaşayış sahəsi 76.5 kv/m, yardımçı sahəsi 41.7 kv/m olan 1 mərtəbəli, 4 otaqlı 28A nömrəli fərdi yaşayış evinin bazar dəyəri 45000 manat, Cavabdeh2 məxsus Şirvan şəhəri, Xəqani küçəsində, 0.1225 ha torpaq sahəsində yerləşən, 1 nömrəli, 5 mərtəbəli binanın 4-cü mərtəbəsində, ümu mi sahəsi 67.48 kv/m, 46.96 kv/m yaşayış sahəsindən ibarət 3 otaqlı 12 nömrəli mənzilinin bazar dəyəri 40000 manat, Cavabdeh4 məxsus ünvan 3 ünvanında yerləşən 0.007 ha torpaq sahəsinin dəyəri 7000 manat və Cavabdeh5 məxsus ünvan 2 ünvanında 5 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 71.1 kv/m, yaşayış sahəsi 55.7 kv/m, yardımçı sahəsi 16.4 kv/m olan 4 otaqlı, 35 nömrəli mənzilin bazar dəyəri 41000 manat qiymətləndirilmişdir.
11. Şirvan Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 8 aprel 2019-cu il tarixli, 2(032)-21/2019 saylı qətnaməsi ilə (hakim E.Qurbanov) iddia qismən təmin olunaraq, iddiaçı bankın Şirvan filialı ilə cavabdeh (borc alan) arasında 25 dekabr 2015-ci ildə bağlanmış 15021-2/000927 saylı kredit müqaviləsinin ləğv edilməsi, gecikdirilm əyə görə hesablanmış 4224.04 manat penya borcunun 422.40 manatadək azaldılması, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh6 114398.46 manat əsas kredit borcu, 39831.56 manat faiz borcu, cəmi 154230.02 manat məbləğində pulun alınaraq iddiaçıya verilməsi, tələbin cavabdehə (borc alan) məxsus Şirvan şəhəri, S.Ə.Şirvani küçəsi 28A saylı fərdi yaşayış evinə ilkin satış qiyməti 45000 manat, Cavabdeh2 məxsus Şirvan şəhəri, Xəqani küçəsi 1 saylı evin 12 nömrəli mənzilinə ilkin satış qiyməti 40000 manat, Cavabdeh4 məxsus Şirvan şəhəri, Xəqani küçəsi 44 B saylı torpaq sahəsinə ilkin satış qiyməti 7000 manat, Cavabdeh5 məxsus Şirvan şəhəri, Xəqani küçəsi 5 saylı evin 35 nömrəli mənzilinə ilkin satış qiyməti 41000 manat müəyyən edilməklə yönəldilməsi, həmin əmlakların açıq hərracda satılması, satışd an əldə olunmuş vəsait hesabına cavabdehin (borc alan) 25 dekabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış borcunun ödənilməsi, ipoteka predmeti olan Şirvan şəhəri, S.Ə.Şirvani küçəsi 28A nömrəli fərdi yaşayış evi satıldıqda cavabdeh (borc alan) tərəfindən bir ay ərzində, ipoteka predmeti olan Şirvan şəhəri Xəqani küçəsi 1 saylı evin 12 nömrəli mənzili satıldıqda cavabdehlər İddiaçı2, Cavabdeh2 və Cavabdeh3 tərəfindən bir ay ərzində, ipoteka predmeti olan Şirvan şəhəri Xəqani küçəsi 44 B saylı torpaq sahəsi satıldıqda Cavabdeh4 tərəfindən bir ay ərzində, İpoteka predmeti olan Şirvan şəhəri, Xəqani küçəsi 5 saylı evin 35 nömrəli mənzili satıldıqda, cavabdehlər Cavabdeh4, Cavabdeh1 tərəfindən bir ay ərzində boşaldılması, ipoteka predmetlərinin satışından əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalan hissədə borcun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh6 alınaraq iddiaçıya verilməsi, qalan hissədə iddianın təmin olunmaması qət edilmişdir.
12. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh (borc alan) arasında etibarlı kredit müqaviləsinin bağlanmasına baxmayaraq, cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən və bununla da əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi müəyyən ediliyindən, cavabdeh (borc alan) ilə bağlanmış 25 dekabr 2015-ci il tarixli 15021-2/000927 saylı kredit müqaviləsi ləğv edilməli, cavabdeh (borc alan) kredit müqaviləsi ilə aldıqlarını iddiaçıya qaytarmalı, bununla da iddia bu hissədə təmin olunmalıdır.
13. Məhkəmə mövqeyinin hüquqi əsası kimi Azərbaycan Res publikası Mülki Məcəlləsinin 319.1, 319.6, 467, 472.1, 472.2, 739.1, 743, “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun 39.3.3, 59.3, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
14. Cavabdeh1 (Vəkil1) apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını, iddia tələbinin təmin edilməməsini, 09 dekabr 2015-ci il tarixli 15021-1/000927 saylı kredit müqaviləsi üzrə borc məbləği əsassız olaraq özbaşına şəkildə bank tərəfindən artırıldığından və həyata keçirilmiş ödənişlər nəzərə alınmadığından, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunub rəy alınmaqla, borc məbləğinin həmin rəydə göstərilən həddə müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qəbul etmiş olduğu qətnamə tamamilə qanunsuz və əsassız olduğundan ləğv edilməli, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməlidir. Belə ki, tərəfindən məhkəmə baxışının gedişatında cavabdehin (borc alan) adına «Azərbaycan Kredit Bürosundan Çıxarış» təqdim edilmiş və həmin çıxarışın məzmununa istinad etməklə sūbut olunmuşdur ki, hazırkı mülki iş üzrə iddia tələbinin predmeti olan 25 dekabr 2015-ci il tarixli 15021-2/000927 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 faktiki olaraq heç bir məbləğdə pul vəsaiti ödənilməmişdir. Belə ki, 25 dekabr 2015-ci il tarixli 15021-1/000927 saylı kredit müqaviləsi üzrə müəyyən olunmuş kredit məbləğinin faktiki olaraq Cavabdeh1 təqdim edi lməsinin sübutu olaraq iş materiallarına müvafiq kassa məxaric orderinin surəti əlavə olunsa da, eyni bankda rəsmiləşdirilmiş 09 dekabr 2015-ci il tarixli 15021-1/000927 saylı kredit müqaviləsi üzrə 109000 manat məbləğində öhdəliyin tam şəkildə icra olunması tarixinin məhz 25 dekabr 2015-ci il tarix kimi göstərilməsi ona dəlalət edir ki, faktiki olaraq 25 dekabr 2015-ci il tarixli 15021-2/000927 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 kredit məbləği təqdim olunmamış, müqavilənin rəsmiləşdirilməsi iddiaçı bankın Cəlilabad şəhər filialının rəhbəri olmuş Cavabdeh1 qarşı təzyiq və təhdidlərin nəticəsində həyata keçirilmiş, məqsəd isə kredit məbləğinin süni səkildə artımı, habelə Cavabdeh1lə yanaşı, onun bütün ailə üzvlərinin mülkiyyətlərində olan daşınmaz əmlakların ipoteka ilə yüklü edilməsind ən ibarət olmuşdur. Hər hansı bir kredit müqaviləsi üzrə kredit məbləğinin faktiki olaraq kredit götürənə təqdim olunmasından ibarət ilkin öhdəlik kredit verənin üzərində olduğundan, yalnız bu öhdəlik icra edildikdən sonra kredit götürənin kredit məbləğini qaytarmaq öhdəliyi yarandığından, açıq-aşkar görünən odur ki, ilkin öhdəlik kredit verən tərəfindən icra edilmədikdə, kredit alan kimi qeyd olunan şəxsin almadığı krediti qaytarmaq öhdəliyi də mövcud olmur. Lakin birinci instansiya məhkəməsinin qətnaməsinin məzmunundan da göründüyü kimi, məhkəmə tərəflərindən istinad edilən bu xüsusata qiymət verməmiş, ümumiyyətlə bununla bağlı təqdim etdikləri rəsmi sənədi öz qətnamədə qeyd etməmişdir. Məhkəmə baxışının gedişatında tərəfindən şifahi qaydada vəsatətlə müraciət olunaraq bank qarşısında öh dəliyin real həcminin müəyyən edilməsi üçün müvafiq məhkəmə mühasibatlıq ekspertizasının təyin edilməsi xahiş olunsa da, məhkəmə bu vəsatətə digər vəsatətlərinə münasibətdə olduğu kimi qərəzli yanaşmış və təmin etməmişdir.
16. Mülki işin apellyasiya baxışı zamanı təyin olunmuş məhkəmə-mühasibatlıq ekspertizasının 26 aprel 2022-ci il tarixli rəyinə əsasən, 25 dekabr 2015-ci il tarixli 150212/000927 saylı kredit müqaviləsi üzrə 05 yanvar 2018-ci il tarixinə bank qarşısında icra edilməmiş əsas borc üzrə kredit öhdəliyi 128254.58 manat, faiz borcu üzrə öhdəliyi 0.00 manat, 25 dekabr 2021-ci il tarixinə əsas borc üzrə kredit öhdəliyi 96754.58 manat, faiz borcu üzrə öhdəliyi 0.00 manat təşkil edir. 25 dekabr 2015-ci il tarixli 15021-2/000927 saylı kredit müqaviləsi üzrə təqdim edilmiş sənədlər ə əsasən 25 dekabr 2021-ci ildən (kredit müqaviləsinin son tarixi) sonra 1000 manat ödəniş edilmişdir. Hazırki qərardadla müqavilə üzrə borc qalığının hesablanması 25 dekabr 2021-ci il tarixinədək hesablandığından sonra ödənilən 1000 manat məbləğində kredit ödənişi hal-hazırki hesablamada nəzərə alınmamışdır.
17. Mülki işin apellyasiya baxışı zamanı iddiaçı bankın vəsatəti əsasında təyin olunmuş təkrar məhkəmə-mühasibatlıq ekspertizasının 09 sentyabr 2022-ci il tarixli rəyinə əsasən 25 dekabr 2015-ci il tarixli 15021-2/000927 saylı kredit müqaviləsi üzrə 05 yanvar 2018-ci il tarixinə (bankın tələb etdiyi tarix) bank qarşısında icra edilməmiş əsas borc üzrə kredit öhdəliyi 128254.58 manat, faiz borcu üzrə öhdəliyi 0.00 manat müəyyən edilmişdir. 25 dekabr 2015-ci il tarixli 15021-2/000927 sa ylı kredit müqaviləsi üzrə təqdim edilmiş sənədlərə əsasən 05 yanvar 2018-ci ildən (sualda göstərilən tarixdən) sonra 32500.00 manat məbləğində ödəniş edilmişdir. Qərardadda müqavilə üzrə borc qalığının hesablanması 05 yanvar 2018-ci il tarixinədək göstərildiyindən, sonradan ödənilən 32500.00 manat məbləğində kredit ödənişi nəzərə alınmamışdır.
18. Mülki işin apellyasiya baxışı zamanı müstəqil qiymətləndirici "xxxx" MMC ipoteka predmetlərinin qiymətləndirilməsinə dair 01 mart 2019-cu il tarixli hesabatlara əlavə təqdim edərək bildirmişdir ki, cavabdehə (borc alan) məxsus Şirvan şəhəri, X8 küçəsində 0.0553 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 118.2 kv/m, yaşayış sahəsi 76.5 kv/m, yardımçı sahəsi 41.7 kv/m olan 1 mərtəbəli, 4 otaqlı 28A nömrəli fərdi yaşayış evinin likvid dəyəri 40000 manat, Cavabdeh2 məxsus Şirvan şəhəri, Xəqani küçəsində, 0.1225 ha torpaq sahəsində yerləşən, 1 nömrəli, 5 mərtəbəli binanın 4-cü mərtəbəsində, ümumi sahəsi 67.48 kv/m, 46.96 kv/m yaşayış sahəsindən ibarət 3 otaqlı 12 nömrəli mənzilinin likvid dəyəri 36000 manat, Cavabdeh4 məxsus ünvan 3 ünvanında yerləşən 0.007 ha torpaq sahəsinin likvid dəyəri 6000 manat və Cavabdeh5 məxsus ünvan 2 ünvanında 5 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 71.1 kv/m, yaşayış sahəsi 55.7 kv/m, yardımçı sahəsi 16.4 kv/m olan 4 otaqlı, 35 nömrəli mənzilin likvid dəyəri 37000 manat təşkil edir.
19. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(106)-06/2022 nömrəli, 7 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər X3 (sədrlik edən və mə ruzəçi), X2 və X4) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehlərdən 39831.56 manat faiz borcunun tutulması, tutmanın ipoteka qoyan Cavabdeh4 məxsus ünvan 3 ünvanında yerləşən 0.007 ha torpaq sahəsinə yönəldilməsi, torpaq sahəsinin açıq hərracdan satılması və satıldıqdan sonra bir ay ərzində boşaldılması hissələrində ləğv olunması, həmin hissələrdə iddianın rədd edilməsi, qətnamənin Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə qalan hissələrində dəyişdirilmədən saxlanılması, mülki işin apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə mühasibatlıq ekspertizası tədqiqatlarının dəyərini təşkil edən 400 manat ekspertiza xərcinin Cavabdeh1 alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
20. Kollegiya ilk növbədə cavabdeh İkram Abdullayevin iddia tələbinin predmeti olan 25 dekabr 2015-ci il tarixli 15021-2/000927 nömrəli kredit müqaviləsi üzrə ona heç bir məbləğdə pul vəsaitinin ödənilməməsindən ibarət dəlilinə qiymət verərək hesab edir ki, həmin dəlil əsassız olmaqla, iş materiallarında olan(1-ci cild 76-cı vərəq) 25 dekabr 2015ci il tarixli kassa məxaric orderi, notariat qaydada təsdiq olunan ipoteka müqavilələri, sonrdan tərəfindən edilmiş ödənişlər və nəhayət ekspertizaların rəyləri ilə birbaşa inkar olunur.
21. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdeh (borc alan) Cavabdeh1 iddiaçı ilə bağlamış olduğu kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyindən, iddiaçının həmin cavabdehə qarşı irəli sürdüyü kredit müqaviləsi üzrə öhdəliklərinin icrasından ibarət tələb i yuxarıda sadalanan qanunvericilik aktı normaları baxımından əsaslı olmuşdur. Bununla belə mülki işin apellyasiya baxışı zamanı təyin olnmuş məhkəmə mühasibatlıq, təkrar məhkəmə mühasibatlıq ekspertizalarının rəyləri ilə iddiaçı bankın 05 yanvar 2018-ci il tarixinədək hesablayaraq ödənilməsini tələb etdiyi əsas borc məbləğinin real borcdan az olduğu (bank 114398.46 manat əsas borc tələb etmiş, ekspertiza əsas borc məbləğinin qalığının 128254.58 manat təşkil etdiyini müəyyən etmişdir), faiz borcunun isə ümumiyyətlə mövcud olmadığı müəyyən edilmişdir. Ekspertizanın və təkrar ekspertizanın rəyləri bir-birini tamamlamaqla, əsaslılığını şübhə altına alan sübutlar iş materiallarında müəyyən olunmadığından mötəbər sübut kimi qəbul edilməli, məhkəmənin yalnız irəli sürülmüş tələb daxilində qərar qəbul etmək səlahiyyətinin olması nəzərə alınmalı və apellyasiya şikayəti mübahisələndirilən borc məbləği hissədə qismən əsaslı hesab edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh6 39831.56 manat faiz borcunun tutulması hissədə ləğv olunaraq, həmin hissədə iddia təmin edilməməlidir.
22. İddiaçı cavabdehlə arasında bağlanmış kredit müqaviləsinin şərtlərindən irəli gələn, öhdəliklərin vaxtında və lazımınca icra edilməməsinə görə hesablanmış dəbbə pulunun tutulmasını yuxarıda sadalanan qanunvericilik aktı normaları baxımından tələb etməkdə haqlıdır. Bununla belə kollegiya qeyd etməyi zəruri hesab edir ki, hər hansı müqavilə, o cümlədən kredit müqaviləsi münasibətlərində dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Dəbbə pulu (cərimə) öhdə liklərin icrasının təmin edilməsi üsulu, öhdəliklərin icra olunmaması halında isə nəzərdə tutulan maliyyə sanksiyasıdır. Buna görə də, cavabdehin həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasına səbəb olan dəbbə məbləğinin tənasübsüz surətdə yüksək olması düzgün deyil. Bu baxımdan kollegiya cərimə məbləğinin azaldılması hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin müəyyən edilmiş hallarına uyğun olaraq qanuni və əsaslı sayır.
23. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən ipoteka predmetinin qiymətlədirilməsi ekspertizası təyin olunaraq aparılması müstəqil qiymətləndirici "xxxx" MMC-nə həvalə edilmiş və məhkəmə tərəfindən qətnamə qəbul olunarkən istinad olunmuş ipoteka predmetlərinin qiymətləndirilməsinə dair hesabatlara əsasən ipoteka predmetlərinin bazar qiyməti müəyyən edilmişdir. Mülki işin hazırki apellyasiya baxşı zamanı "xxxx" MMC ipoteka predmetlərinin qiymətləndirilməsinə dair 01 mart 2019-cu il tarixli hesabatlara əlavə təqdim etmiş, təqdim olunan əlavədə ipoteka predmetlərinin müəyyən olunan likvid dəyərləri bazar dəyərindən 10% aşağı nisbətdə müəyyən edilmişdir. Nəqədər ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçı (ipoteka saxlayan) tərəfindən apellyasiya qaydasında mübahisələndirilməmiş, sonuncu ipoteka predmetlərinin ilkin satış qiymətinin bazar qiyməti ilə müəyyən olunan qiymətlərlə hərraca çıxarılmasına razı olmuşdur, apellyasiya instansiyası məhkəməsi isə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsi nin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına müvafiq olaraq birinci instansiya məhkəməsinin qətnaməsini yalnız cavabdehlərdən Cavabdeh1 münasibətdə mübahisələndirilən hissədə yoxladığından, cavabdehin apellyasiya şikayəti qeyd olunan hissədə təmin oluna bilməz.
24. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzili ipoteka müqaviləsi üzrə kreditin qaytarıl ması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. İş materiallarında olan sənədlərdən ipoteka qoyanlar və onlarla birlikdə yaşayan ailə üzvlərinin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmələrinə dair öhdəlik götürdükləri görünür. Apellyasiya şikayətinin dəlillri qətnamənin həmin hissədə də, ləğv olunması üçün əsas ola bilməz.
25. Bununla yanaşı mülki işin apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, İddia çı1 ASC-nin Şirvan filialının direktoru H.S.İmanovun Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinə 03 avqust 2021-ci il tarixli 021/743 nömrəli məktubla müraciət edərək, 25 dekabr 2015-ci il tarixli 15021-2/000927 saylı kredit müqaviləsinin təminatı olan, bankla Cavabdeh4 arasında bağlanmış 28 oktyabr 2016-cı il tarixli 1602-0651/176704 İ saylı ipoteka müqaviləsinə əsasən yüklü edilmiş ünvan 3 ünvanında yerləşən 0.007 ha torpaq sahəsinin (reyestr nömrə **********96) girovdan azad olunmasına etiraz etmədiyini bildirmişdir. İpoteka yüklülüyündən azad edilmiş əmlaka tutmanın yönəldilməsi yolverilməz olduğundan, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tutmanın ipoteka predmeti olaraq ipoteka qoyan Cavabdeh4 məxsus ünvan 3 ünvanında yerlə şən 0.007 ha torpaq sahəsinə yönəldilməsi, torpaq sahəsinin açıq hərracdan satılması və satıldıqdan sonra bir ay ərzində boşaldılması hissələrdə ləğv olunaraq, iddia həmin hissələrdə təmin edilməməlidir.
26. Məhkəmə kollegiyası mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13, İnsan Hüquqlarının və X1 Haqqında Konvensiyaya dair 20 mart 1952-ci il tarixli 1 saylı protokolun “Mülkiyyətin müdafiəsi” adlanan 1, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3, 6.2, 14.1, 14.2.1, 269.1, 317, 319.1, 385.1, 386.1, 389.1, 389.2, 427.3, 442, 445.2.1, 448.1, 448.2, 460.1, 462.1, 465.2, 467, 739.1, 739.2, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9, 10.4, 34.1.1, 39.3, 59.3, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 107, 115.0.1, 119.1, 384.0.2, 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinə, "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair 14 may 2015-ci il tarixli qərarına istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
27. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən hər iki tərəf kassasiya şikayəti vermişdir.
28. İddiaçı 1 ASC (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin faiz borcunun tutulması hissəsində ləğv olunması və işin yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
29. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, cavabdehin (borc alan) krediti üzrə borc arayışı iddia verilərkən məhkəməyə təqdim edilmiş, hesabdan çıxarış isə ekspertin vəsatəti əsasında məhkəməyə təqdim edilmişdir. Lakin bank tərəfindən təqdim edilmiş sənədlərə ekspert tərəfindən nəzər yetirilməmiş və bu səbəbdən ekspert tərəfindən verilmiş rəylərdə uyğunsuzluq müəyyən edilmişdir. İlk öncə onu qeyd etmək lazımdır ki, ekspert cavabdeh (borc al an) tərəfindən aparılmış ödənişləri düzgün hesablanmamışdır. Belə ki, 26 aprel 2022-ci il tarixli rəydə cəmi 74550,92 manat ödəniş olunmuşdur. Əsas borcdan, 31745,42 manatın və faiz borcundan 15805,50 manatın borcdan silinməsi göstərilir. Lakin iş materiallarına əlavə edilmiş hesabdan çıxarışdan müəyyən etmək olar ki, cavabdeh (borc alan) tərəfindən 47605,37 manat məbləğində ödəniş aparılmış, həmin ödənişdən 46601,54 manat əsas borcdan, 1549,38 faiz borcundan silinmişdir. 09 sentyabr 2022-ci il tarixli ekspert rəyinin nəticə hissəsində borclunun xx.xx.2018-ci il tarixə 128.254,58 manat borcu qalmışdır və ödənilən 32500 manat məbləğində kredit ödənişi hal-hazırki hesablamada nəzərə alınmamışdır. Eyni zamanda kredit hesabının silindiyi cari hesabdan çıxarışda müştərinin cəmi kredit ödənişl ərini və buna əsasən hesabdan silinmiş əsas borc, faiz borcu, əsas borc üzrə cərimə və faiz borcu üzrə cərimələrin silinməsi müqavilənin tələblərinə uyğun olaraq silinməsini aydın görmək olar. Ekspertin cavabına əsasən, xx.xx.2018-ci il tarixə 128254,58 manat borcu təşkil edir. Ekspert rəyinə əsasən aparılan ödənişlər əsas borca silindiyindən faiz borcu hesablanmamışdır. Kredit müqaviləsinin 3.03 bəndində açıq aydın göstərilmişdir ki, 72 ay müddətinə illik 18% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 128500 borcluya kredit verilmişdir. Kredit müqaviləsinin tərkib hissəsi olan ödəniş cədvəlindən açıq aydın görmək olur ki, qrafik üzrə hər ay üçün faiz borcu hesablanmışdır. 09 sentyabr 2022-ci il tarixli ekspertizanın rəyində, hesabdan çıxarışa əsaslanaraq qeyd etmişdir ki, xx.xx.2015- ci il tarixli kredit müqaviləsi üzrə borc qalığının hesablanması təqdim edilmiş və iş materiallarında olan sənədlər üzrə həmçinin faizlərin hesablanmasının dayandırılması nəzərə alınmaqla aparılır və faizlərin hesablanmasının dayandırıldığı qənaətinə gəlir. Apellyasiya instansiya məhkəməsi qərar qəbul edərkən İddiaçı1 ASC-nin təqdim etdiyi sübutları nəzərə alınmamış, qətnamədə bunlara dair heç bir istinad verməmişdir. Bunlardan başqa, apellyasiya baxışı zamanı təyin edilmiş ekspertiza və təkrar ekspertizanın nəticələri fərqlənmir. Belə ki, təkrar ekspertizanın keçirilməsini iddiaçı tələb etsə də ekspert ilk rəyə uyğun heç bir sübuta istinad etmədən və əlavə araşdırma aparmadan birinci qeyd olunanları köçürməklə yeni bir rəy vermişdir. Məhkəmə isə öz növbəsində bu halı nəzərə almamışdır. Ha lbuki təkrar ekspertizanın keçirilməsi ilə bağlı vəsatəti təmin edərkən birinci rəydə qeyd edilənlərlə razılaşmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyini Məhkəmə Ekspertizası tərəfindən edilən çoxsaylı yanlışlıqlar Apellyasiya instansiya məhkəməsi tərəfindən nəzərə alınmamış, qanunsuz və ədalətsiz qərar qəbul edilmişdir.
30. Cavabdeh1 (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işə yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
31. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya şikayətində kredit müqaviləsinin bağlanması şəraiti barədə ətraflı göstərilmiş, eyni zamanda ipoteka predmeti olan əmlakların qiymətinin "xxxx" MMC tərəfindən məqsə dli olaraq az göstərilməsi qeyd edilmişdir. Belə ki, həmin əmlakların real bazar dəyəri, qiymətləndirmə təşkilatı tərəfindən məqsədli şəkildə tutmanın tam əhatə olunmaması üçün aşağı göstərilmişdir. Həmin xüsusata apellyasiya şikayətində, eləcə də onun dəlilləri elan edilən zaman cavabdehin nümayəndəsinin izahatında və şifahi vəsatətində göstərilməsinə baxmayaraq işə baxan məhkəmə tərəfindən məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilməmişdir. Əvəzində isə eyni qiymətləndirmə təşkilatı tərəfindən əlavə hesabat təqdim edilmiş və işə baxan məhkəmə bununla kifayətlənmişdir. Halbuki, qüvvədə olan mülki prosessual qanunvericiliyin tələbinə uyğun olaraq işdə olan ziddiyyət əsasında məhkəmə öz təşəbbüsü illə məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilməsinə maraqlı olmalı olmuşdur. Belə ki, bununla hüquqi müəyyənlik prinsipi, həmçinin mülkiyyət hüququnun qorunmasına xidmət edilməlidir. İş üzrə cavabdeh qismində cəlb edilmiş şəxslərə məxsus yuxarıda qeyd edilən əmlaklar onların hər birinə mülkiyyət hüququ əsasında məxsus yuxarıda qeyd edilən əmlakın onların hər birinə mülkiyyət hüququ əsasında məxsus olmaqla konstitusion hüquq əsasında dövlət tərəfindən qorunan və təmin edilən hüquqdur. Qeyd etmək lazımdır ki, apellyasiya instansiya məhkəməsi işə birtərəfli qaydada yanaşmış, cavabdehlərin iddia ərizəsinə etirazları, eləcə də onlar tərəfindən təqdim edilmiş sübutlara əhəmiyyət vermədən birtərəfli qaydada qətnamə çıxarmışdır. “Azərbaycan kredit Bürosu”ndan çıxarışdan görünür ki, 25 dekabr 2015-ci il tarixli 150212/000927 saylı kredit müqaviləsi üzrə cavabdehə (borc alan) ümumi yyətlə hər hansı pul məbləği verilməmişdir. Bundan başqa, məhkəmədə işə baxılan zaman cavabdeh tərəfindən ilkin iddia tələbinin təmin edilməsini aradan qaldıran hallarla bağlı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edilmiş, xx.xx.2019-cu il tarixli məhkəmə sədri tərəfindən ünvanlanmış məktuba əsasən məhkəmədə qarşılıqlı iddia ərizəsinin itirilməsinə dair məlumat verilmişdir. Bu səbəbdən də apellyasiya instansiya məhkəməsində iş üzrə icraatın dayandırılması, qarşılıqlı iddia ərizəsində göstərilən xüsusatlarla bağlı yeni iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edilmişdir. Buna görə də hesab etmişdir ki, həmin hissədə də cavabdehin (borc alan) Azərbaycan Respublikası Konstitusiyası və Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş hüquqların məhkəmə müdafiəsi və fiziki şəxsin pozulmuş hüquqlarının bərpası, eləcə də hüquqlarının müdafiə olunması üçün müraciət etmək hüquq pozulmuşdur. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
32. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası
33. Maddə
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi
34. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
35. Maddə 6.2. F iziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
36. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
37. Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmay an müqavilələr və başqa əqdlərdir. (14.2.1)
38. Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.
39. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
40. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka m ülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır.
41. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
42. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
43. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
44. Maddə 389.2. Mü qavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir.
45. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
46. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
47. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borcunun icranı gecikdirməsi sayılır.
48. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
49. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
50. Maddə 460.1. Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər.
51. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hə rəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
52. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər.
53. Maddə
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
54. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
55. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İnsan Hüquqlarının və X1 Haqqında Konvensiyaya dair 20 mart 1952-ci il tarixli 1 saylı protokol
56. Maddə
1. Hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu
57. Maddə 1.0.9. İlkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilmə si üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.
58. Maddə 10.4 İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir.
59. Maddə 34.1.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardan biri əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsidir.
60. Maddə 39.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini (39.3.3-cü maddə) göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
61. Maddə 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarı şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli qərarı
62. Arzu olunan hüquqi nəticəni yaradan iradə ifadəsi olaraq əqd, o cümlədən onun ən geniş istifadə edilən növü olan müqavilələr bazar iqtisadiyyatı şəraitində iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir. Əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair 14 may 2015-ci il tarixli qərarı
63. Kredit müqaviləsi pul öhdəliyinin əmələ gəlməsinin əsaslarından biridir. Pul öhdəliyi alqı-satqı, icarə, podrat, xidmət və digər müqavilələr əsasında da əmələ gələ bilər. Həmin müqavilələr üzrə pul ödəniş vasitəsi kimi çıxış edir və onları tənzimləyən Mülki Məcəllənin normalarında söhbət pulun məhz ödənilməsindən gedir. Alqı-satqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxı ş edir. Başqa sözlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
64. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
65. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
66. Maddə
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
67. Maddə 115.0.1. İşə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssis lərə, tərcüməçilərə verilməli olan məbləğlər aiddir.
68. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
69. Maddə 384.0.2 Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
70. Maddə 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır. Kassasiya baxışının hədləri
71. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bi lər.
72. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı və cavabdehlərdən Cavabdeh1 tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı onların dəlilləri əsasında yoxlanır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
73. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
74. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə cavabdehin kassasiya şikayətində irəli sürdüyü dəlillərə mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
75. İddiaçının kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edilməlidir ki, işin faktiki hallarını araşdırmaq səlahiyyətinə malik olan məhkəmə olaraq apellyasiya instasiyası məhkəməsi iki dəfə ekspertiza təyin etmiş, alınmış rəylə müəyyən olunmuşdur ki, borc alan olan cavabdehin bank qarşısında faiz öhdəliyi mövcud deyil. Faizlə bağlı borcunun mövcud olmasına dair isə iddiaçı hər hansı mötəbər sübuta istinad etməmişdir.
76. Cavabdeh olan bor c alanın kassasiya şikayətinin dəlillərinə dair isə qeyd edilməlidir ki, məhkəmə ipoteka predmetinin likvid dəyərini məhz alınmış qiymətləndirmə rəyi əsasında müəyyən etmişdir. Bundan fərqli qiymətin mövcud olması isə təsdiq olunmur.
77. Məhkəmələr müəyyən etmişlər ki, iddiaçı ilə borc alan cavabdeh arasında kredit münasibətləri olmuş, cavabdeh tərəfindən həmin öhdəliklər qismən icra edilmiş və faktiki olaraq öhdəliyin icrasından imtina edildiyi üçün hazırkı iddia tələbi irəli sürülmüşdür. Müqavilə məhz cavabdeh tərəfindən bağlanmış və imzalanmışdır. Bunun əksini təsdiq edən sübutlar isə müəyyən olunmur.
78. Kassasiya şikayətlərinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
79. Ona görə də kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
80. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-06/2022 nömrəli mülki iş üzrə 07 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsı