Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1942/2021 06.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı X2 Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: notarial qaydada təsdiq olunmuş borcun qaytarılması ) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, İddiaçı X2 Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6037/2020 nömrəli, 25 avqust 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı cavabdehlə Bakı “ASAN” xidmət mərkəzinin notariat kontorunun xüsusi notariusu X1 iştirakı ilə 13.000 (on üç min) ABŞ dolları məbləğində borc vermişdir. Buna görə də 5 saylı Bakı “ASAN” xidmət mərkəzinin notariusunun təsdiqi ilə aralarında kredit müqaviləsi bağlanmışdır. Aralarında notarial qaydada bağlanılmış həmin müqaviləyə görə Cavabdeh 13.000 ABŞ dolları məbləğində borcu 28 oktyabr 2016-cı il tarixində qaytarmalı idi. İddiaçı həmin pulun qaytarılmaması əsası ilə hazırkı mübahisəni başlatmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı X3 Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, 28 sentyabr 2016-cı il tarixli kredit müqaviləsinə əsasən 13.000 (on üç min) ABŞ dolları məbləğində borcun Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2490/2017 saylı, 15 may 2017ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim R.Quliyev) iddia tələbi təmin edilmiş, Cavabdeh 13.000 ABŞ dolları məbləğində borc qətnamə icra olunan günə Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddiaçı X2 xeyrinə tutulmuşdur.
4. Məhkəmə iddia tələbini təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1, 386.1, 425.1, 433.1, 442, 448, 740.1, 740.2, 739-cu maddələrinə istinad etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat
5. Bakı Apelyasiya Məhkəməsi MK-nın 25 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər- X.Mərdanova (sərlik edən və məruzəçi), E.Həsənov və F.Babayev ) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2490/2017 saylı, 15 may 2017ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
6. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
7. Cavabdeh kasasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və işə yenidən baxılması üçün apellyasiya instnsiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. Kassasiya şikayəti belə əsaslandırılmışdır: məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq:
11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməl i və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
12. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
13. Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
14. Həmin Məc əllənin 740-cı maddəsinə əsasən, borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər.
15. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlə rin pozulması başa düşülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
16. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
18. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
19. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallar ında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
20. Apelyasiya Məhkəməsi iddia tələbini təmin edən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqda haqlı olmuşdur.
21. Belə ki, cavabdeh iddiaçıdan 13.000 manat məbləğində borc almış və 5 saylı Bakı “ASAN” xidmət mərkəzinin notariusunun təsdiqi ilə aralarında kredit müqaviləsi bağlanmışdır. Aralarında notarial qaydada bağlanılmış həmin müqaviləyə görə Cavabdeh 13.000 ABŞ dolları məbləğində borcu 28 oktyabr 2016-cı il tarixində qaytarmalı idi, amma dəfələrlə bildir məyinə baxmayaraq, bu günə qədər qaytarmamış, öz üzərinə götürdüyü öhdəliyi icra etməmişdir.
22. Yuxarıda qeyd olunan mülki qanunvericiliyin normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazıminca icra edilməməsi kimi qiymətləndirilməlidir.
23. Belə ki, cavabdeh iddiaçı qarşısında götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu vaxtında və lazımi qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur.
24. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalıdır.
25. Qeyd olunanları rəhbər tutaraq məhkəmə kollegiyası hesab edir apellyasiya instansiyası məhkəməsi mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarını düzgün tətb iq etdiyi üçün qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
26. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6037/2020 nömrəli iş üzrə XXXX 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.