Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1943/2023 31.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Qazaq qızına, X4 və X5 qarşı iş üzrə QƏRARİ İş № 2(102)-1943/2023 Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi Bakı şəhəri 31 may 2023-cü il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və X6 ibarət tərkibdə, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-in Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Qazaq qızına, X4 və X5 qarşı borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi və ipoteka predmetinin açıq hərracda satılması tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1710/2022 nömrəli, 22 dekabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə 31 may 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh1 ilə İddiaçı ASC arasında xx.xx.2015-ci il tarixli kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh1 illik 27 faizlə 24 ay müddətinə 40000 ABŞ dolları məbləğində kredit verilmişdir. 2. xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrasına təminatı olaraq Cavabdeh2 və Cavabdeh3 Qazaq qızı ilə İddiaçı ASC arasında xx.xx.2015-ci il tarixli zaminlik müqavilələri bağlanmış, həmin müqavilələrə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə zaminlər kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşımasını öz üzərlərinə götürmüşlər.
3. Bundan başqa xx.xx.2015-ci il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının digər təmini üsulu kimi xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsi ilə hər birinin payı ¼ hissə olmaqla Cavabdeh1, X7, X4 və X5 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, ev 135-də yerləşən, ümumi sahəsi 61.88 kv.metr, yaşayış sahəsi 37.58 kv.metr, yardımçı sahəsi 24.3 kv.metr sahədən ibarət olan 3 otaqlı, 25 saylı mənzil İddiaçı ASC qarşısında ipoteka ilə yüklü edilmiş, ipoteka notarial qa ydada təsdiq edilmiş, dövlət qeydiyyatına alınmış, tərəflərin qarşılıqlı razılığına əsasən yaşayış sahəsi 80000 ABŞ dolları məbləğində qiymətləndirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-in Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Qazaq qızına qarş borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi və ipoteka predmetinin açıq hərracda satılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3 Qazaq qızından və Cavabdeh2 müştərək qaydada ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 39810 ABŞ dolları əsas borc, müqavilə müddəti üçün hesablanmış 15793,54 ABŞ dolları faiz borcu, 18710,60 ABŞ dolları cərimə borcu, müqavilənin bitdiyi tarixdən 03 noyabr 2020-ci ıl tarixədək gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 5856,27 ABŞ dolları borc, cəmi 80170,41 ABŞ dolları məbləğində borcun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat rüsumun və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun hesablanaraq ödənilməsi, tutmanın Cavabdeh1 xüsusi mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, ev 135-də yerləşən, ümumi sahəsi 61.88 kv.metr, yaşayış sahəsi 37.58 kv.metr, yardımçı sahəsi 24.3 kv.metr sahədən ibarət olan 3 otaqlı, 25 saylı mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və satışından əldə olunan vəsaitin ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, tutma Cavabdeh1 xüsusi mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, ev 135-də yerləşən, ümumi sahəsi 61.88 kv.metr, yaşayış sahəsi 37.58 kv.metr, yardımçı sahəsi 24.3 kv.metr sahədən ibarət olan 3 otaqlı, 25 saylı mənzilə yönəldildikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1, X1, X2 və X3 həmin mənzildən çıxarılması, qeyd edilən mənzilin boşaldılması və ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı Əmanətlərin Sığortalanması Fondunun Kreditlərin İdarə Edilməsi Departamentinin Məhkəmələrlə iş şöbə sinin müdiri Samir Muradzadə məhkəməyə ərizə göndərərək X2 və X3 cavabdehlər qismində mülki işə cəlb olunmasını xahiş etdiyindən X8 və X9 mülki iş üzrə məhkəmə icraatına cavabdehlər qismində cəlb edilmişlər.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2015-ci il tarixli 1131 №-li kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh1 illik 27 faizlə 24 ay müddətinə 40000 (qırx min) ABŞ dolları məbləğində kredit vəsaiti verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 xüsusi mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, ev 135-də yerləşən, ümumi sahəsi 61.88 kv.metr, yaşayış sahəsi 37.58 kv.metr, yardımçı sahəsi 24.3 kv.metr sahədən ibarət olan 3 otaqlı, 25 saylı mənzil xx.xx.2015-ci il tarixli ipoteka müq aviləsi ilə bank qarşısında yüklü edilmişdir.İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş və dövlət reyestrində qeydiyyata alınmışdır. Sözügedən kredit müqaviləsinin təminatı kimi xx.xx.2015-ci il tarixdə Cavabdeh2 və eyni tarixdə Cavabdeh3 Qazaq qızı ilə zaminlik müqavilələri də bağlanmışdır.03 noyabr 2020-ci il tarixədək Cavabdeh1 xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə ləğv prosesində olan İddiaçı ASC-yə 39810 ABŞ dolları əsas borc, müqavilə müddəti üçün hesablanmış 15793,54 ABŞ dolları faiz borcu, 18710,60 ABŞ dolları cərimə borcu və müqavilə müddətinin bitdiyi tarixdən 03 noyabr 2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 5856,27 ABŞ dolları borc, cəmi 80170,41 ABŞ dolları məbləğində borcu vardır.Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 borcu ö dəməkdən boyun qaçırır.Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün reyestr orqanına ərizə də göndərilmiş və həmin ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirməmişdir. 7. “X14” MMC-nin xx.xx.2021-ci il tarixli fərdi yaşayış evinin qiymətləndirilməsinə dair hesabatından görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, ev 135-də yerləşən, ümumi sahəsi 61.88 kv.metr, yaşayış sahəsi 37.58 kv.metr, yardımçı sahəsi 24.3 kv.metr sahədən ibarət olan 3 otaqlı, 25 saylı mənzilin hazırki dövrə olan bazar qiyməti 90000 manat, likvid qiyməti isə 85000 manat təşkil edir.
8. Laçın rayon məhkəməsinin (bundan sonra- birinci instansiya məhkəməsi) 11 noyabr 2021-ci il tarixli, 2(047)-170/2021 saylı qətnaməsi ilə (sədrlik edən C.İbrahimov) iddia tələbi qismən təmin edilərək Cavabdeh1 əsas borc üzrə 39810 ABŞ dolları, faiz borcu üzrə 15793,54 ABŞ dolları, cərimə borcu üzrə 6000 ABŞ dolları, müqavilə müddətinin bitdiyi tarixdən 03 noyabr 2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış 5856,27 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla cəmi 67459,81 (altmış yeddi min dörd yüz əlli doqquz ABŞ dolları səksən bir sent) ABŞ dolları məbləğində pulun ödəniş gününə valyutanın cari məzənnəsi ilə Azərbaycan Respublikası manatı ifadəsində borcun, həmçinin ödənilmiş dövlət rüsumunun 20 (iyirmi) manat ının və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş rüsumun 20 (iyirmi) manatının alınıb iddiaçı Ləğv prosesində olan İddiaçı ASCnə ödənilməsi, ödənilmiş dövlət rüsumunun 10 (on) manatının, həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş rüsumun 10 (on) manatının iddiaçının hesabına aid edilməsi, tutmanın kreditin təminatı kimi bank qarşısında ipoteka ilə yüklü edilmiş hər birinin payı dörddə bir hissə olmaqla Cavabdeh1, X7, X4 və X5 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, ev 135-də yerləşən, ümumi sahəsi 61.88 kv.metr, yaşayış sahəsi 37.58 kv.metr, yardımçı sahəsi 24.3 kv.metr sahədən ibarət olan 3 otaqlı, 25 saylı mənzilə yönəldilməsi, həmin mənzilin i lkin satış qiyməti 85000 (səksən beş min) manat müəyyən edilməklə qeyd edilən mənzil açıq hərracdan satılması, əldə olunan vəsait hesabına hazırkı qətnamə ilə tutulan borcun ödənilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin artıq qalan hissəsinin ipoteka qoyanlar Cavabdeh1, X7, X4 və X5 qaytarılması, göstərilən mənzil satıldıqdan 1 ay sonra Cavabdeh1, X10, X8 və X3 həmin mənzildən çıxarılmaqla qeyd edilən mənzilin boşaldılması, iddia tələbinin qalan hissələrdə əsassız olduğundan rədd edilməsi, iş üzrə keçirilmiş “X15” MMC-nin xx.xx.2021-ci il tarixli qiymətləndirilmə tədqiqatının dəyəri olan 300 (üç yüz) manat məbləğində xidmət haqqının 250 (iki yüz əlli) manatının Cavabdeh1 50 (əlli) manatının isə Ləğv prosesində olan İddiaçı Açıq Səhmd ar Cəmiyyətindən alınaraq “X15” MMC-nin hesabına köçürülməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Qazaq qızı, X8 və X9 ilə İddiaçı ASC arasında xx.xx.2015-ci il tarixli kredit, zaminlik və ipoteka müqavilələri bağlanmış və həmin müqavilələrə əsasən Cavabdeh1 illik 27 faizlə 24 ay müddətinə 40000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmçinin qeyd edilən müqavilələrə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq Cavabdeh2 və Cavabdeh3 Qazaq qızı zamin durmuş və bununla da borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə zaminlər kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşımasını öz üzərlərinə götürmüşlər. Bundan başqa əsas kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının digər təmini üsulu kimi hər birinin payı ¼ hissə olmaqla Cavabdeh1, X7, X4 və X5 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, ev 135-də yerləşən, ümumi sahəsi 61.88 kv.metr, yaşayış sahəsi 37.58 kv.metr, yardımçı sahəsi 24.3 kv.metr sahədən ibarət olan 3 otaqlı, 25 saylı mənzil İddiaçı ASC qarşısında ipoteka ilə yüklü edilmiş, ipoteka notarial qaydada təsdiq edilmiş, dövlət qeydiyyatına alınmış, tərəflərin qarşılıqlı razılığına əsasən yaşayış sahəsi 80000 ABŞ dolları məbləğində qiymətləndirilmiş və qeyd edilən ipoteka müqaviləsində İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015ci il tarixli kredit müqaviləsinin bütün vacib şərtləri öz əksini tapmışdır. Lakin kredit müqaviləsinə əsasən borclu kreditin ödənilməsini vaxtlı-vaxtında aparmam ış və bununla da müqavilə üzrə götürdüyü öhdəlikləri lazımı qaydada icra etməyərək müqavilənin şərtlərini pozmuşdur. Cavabdeh1 banka iddiaçının təqdim etdiyi maliyyə arayışına əsasən xx.xx.2020-ci il tarixə əsas borc üzrə 39810 ABŞ dolları, 15793,54 ABŞ dolları faiz borcu, 18710,60 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 5856,27 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 80170,41 ABŞ dolları məbləğində borcu qalmışdır. Ona görə də iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən cavabdehlərə kredit borcunun ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildiriş və xəbərdarlıq göndərilərək cavabdehlərdən banka olan borclarının ödənilməsinin təmin edi lməsi xahiş edilmiş, əks təqdirdə mənzilin açıq hərracda satılması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalacaqlarını bildirmişlər. Lakin qeyd edilən bildiriş və xəbərdarlığa cavabdehlər tərəfindən münasibət bildirilmədiyindən iddiaçı tərəfindən Azərbaycan Respublikası ƏMDK-nin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə ipoteka predmeti olan mənzilə tutmanın yönəldilməsinə dair bildiriş göndərilmiş və Azərbaycan Respublikası ƏMDK-nin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi idarəsinin xx.xx.2020-ci il tarixli məktubuna əsasən hər birinin payı % hissə olmaqla Cavabdeh1, X7, X4 və X5 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, ev 135-də yerləşən, ümumi sahəsi 61.8 8 kv.metr, yaşayış sahəsi 37.58 kv.metr, yardımçı sahəsi 24.3 kv.metr sahədən ibarət olan 3 otaqlı, 25 saylı mənzilə tutmanın yönəldilməsinə dair bildiriş həmin tarixdə qeydə alınmışdır.
10. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlərdən tələb etdiyi 18710,60 ABŞ dolları məbləğində cərimə pulu tənasübsüz surətdə yüksək olduğundan dəbbə pulu azaldılmalı və 6000 ABŞ dolları həcmində müəyyən edilməlidir.
11. Məhkəmə hesab etmişdir ki, xx.xx.2015-ci il tarixli zaminlik müqavilələri ilə təmin edilmiş kredit öhdəliyinin müddəti xx.xx.2017-ci il tarixində bitdiyindən, kreditor zaminlərə qarşı xx.xx.2018-ci il tarixinədək iddia qaldıra bilərdi. Hazırki işin materiallarına əsasən LPO İddiaçı ASC-nin Ləğv edicisi Əmanətlərin Sığortalanması Fondu xx.xx.2020-ci il tarixdə məhkəmədə iddia qaldırmış və bununla da Mülki Məcəllənin 477.0.4-cü maddəsinin tələbi baxımından zaminliyə xitam verilməsi üçün hüquqi zəmin yaratmışdır.
12. Həmçinin, iddia tələbinin digər hissələri ilə əlaqədar məhkəmə qeyd etmişdir ki, iddia tələbinin satışdan əldə olunan vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsinə dair hissəsi-qətnamənin icrası ipoteka predmetinin satışından əldə olunacaq vəsaitdən asılı olduğundan, hazırkı vəziyyətdə tələbin həmin hissədə təmin edilməsi qanunvericiliyin tələblərinə uyğun hesab edilə bilməz və ona görə də iddia tələbi həmin hissədə də rədd edilməlidir. Göstəriləndən əlavə iddia tələbinin mənzilin banka təhvil verilməsi hissəs i də əsassız olduğundan rədd edilməlidir. Çünki, qeyd edilən mənzil açıq hərracda satıldıqdan sonra həmin mənzili yeni mülkiyyətçi əldə edir.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 269.1, 319.1, 385.1, 442, 445.7, 449.1, 462.1, 465.2, 467, 470.1, 470.2, 472.1, 477.0.1, 477.0.4, 739.1, 739.2-ci, “İpoteka haqqında” qanunun 34, 36.1, 47.5-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
14. Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın qismən təmin edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq nor maları pozulmaqla məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və sübutlara obyektiv qiymət verilməməsi ilə qəbul edilmişdir. İddia tələbində əks olunan borca etiraz edilərək iş üzrə məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsinə dair şifahi vəsatət verilsə də, buna qiymət verilməmişdir, tələb olunan əsas, faiz və cərimə borcu həqiqəti əks etdirmir.
16. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(106)-1710/2022 nömrəli, 22 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – X11 (sədrlik edən və məruzəçi),X12 və X13) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Laçın Rayon Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli, 2(047)-170/2021 saylı qətnaməsi Cavabdeh1 tə rəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq və təfsir edilməsi ilə qəbul edildiyindən qanuni və əsaslıdır, bu baxımdan məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və sübutlara obyektiv qiymət verilməməsi ilə qətnamə qəbul edilməsi barədə dəlillər əsassız sayılmışdır.
18. Məhkəmə qeyd etmişdir ki, iş üzrə məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsinə dair şifahi vəsatət verilsə də, buna qiymət verilməməsi, tələb olunan əsas, faiz və cərimə borcunun həqiqəti əks etdirməməsi barədə apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq cavabdehin vəsatəti ilə 22 sentyabr 2022-ci il tarixli qərardadla məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş, məhkəmə mühasibatlıq ekspertizasının 14 noyabr 2022-ci il tarixli ekspert rəyi ilə Cavabdeh1 İddiaçı ASC-yə kretid müqaviləsinin müddətinin bitdiyi tarixə və maliyyə arayışının tarixinə olan borcu: xx.xx.2017-ci il tarixə (kredit müqaviləsinin müddətinin bitdiyi tarixə) əsas borc üzrə 39810,00 ABŞ dolları, faiz borcu üzrə 15793,54 ABŞ dolları, müqavilənin müddətinin bitdiyi tarixdən illik 5 faizlə hesablanmaqla xx.xx.2020-ci il tarixə (maliyyə arayışında göstərilən tarixə) əsas borc üzrə 39810,00 ABŞ dolları, faiz borcu üzrə 21649,80 ABŞ dolları müəyyən edilir. Həmçinin rəydə qeyd edilmişdir ki, hazırki ekspertiza tədqiqatı zamanı tərəflər arasında imzalanmış 24 noyabr 2 015-ci il tarixli, 1131 saylı kredit müqaviləsi üzrə cərimə bəndi nəzərdə tutulsa da bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun silinməsi ilə əlaqədar məlumat (cərimə hesabı üzrə silinmələri özündə əks etdirən çıxarış) olmadığı üçün soruşulan tarixlərə Cavabdeh1 cərimə borcu hesablanmadı. Eyni zamanda tərəflər arasında imzalanmış 24 noyabr 2015-ci il tarixli, 1131 saylı kredit müqaviləsi üzrə edilmiş ödənişlər üzrə silinmələr təqdim edilmiş hesabdan çıxarış məlumatlarına əsasən düzgün aparılmışdır.
19. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 269.1, 319.1, 385.1, 442, 445.7, 449.1, 462.1, 465.2, 467, 470.1, 470.2, 472.1, 477.0.1, 477.0.4, 739.1, 739.2-ci, “İpoteka haqqında” qanunun 34, 36.1, 47.5-ci, Azərbaycan Respublikası Mülki Prosessua l Məcəllənin 9.1, 9.3, 101.7, 102.3, 103.1, 217.1, 217.3, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
20. Cavabdeh1 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, faiz və cərimə borcu əsaslı olmamaqla, şişirdilmiş məbləğdir. Bununla yanaşı ipoteka predmetinin ilkin satış qiyməti reallığı əks etdirmir və “X15” MMC-nin xx.xx.2021-ci il tarixli rəyi əsassızdır. Belə ki, 85000 manat yalnız torpaq sahəsinin qiymətidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz verərək kassasiya şikayətinin təm in edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
23. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
24. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
25. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
26. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
27. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
28. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
29. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsi zlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
30. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. “İpoteka haqqında” Qanun
31. Maddə 1.0.9. ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.
32. Maddə 39.3.3 İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiy yətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
38. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
39. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
41. Hazırkı kassasiya şikayətlərində qətnamə Cavabdeh1 tərəfindən faiz, cərimə borcu və ipotekanın ilkin satış qiyməti hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
43. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlili ekspert rəyinin əsassız olması, kredit üzrə faiz və cərimə borcunun məbləği v ə ipoteka predmetinin ilkin satış qiymətinin aşağı olması ilə bağlıdır.
44. İşdən görünür ki, ekspert rəyinin qeyri-mötəbərliyinin hər hansı sübutla təsdiq edilməmiş, ekspert rəyinin qiymətləndirilməsi zamanı hər hansı bir prosessual pozuntuya yol verməmişdir.
45. Buna görə də kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas deyildir.
46. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılmalıdır.
47. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Ləğv prosesində olan İddiaçı ASC-in Ləğvedicisi Əmanətləri n Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1710/2022 nömrəli, 22 dekabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən faiz, cərimə borcu və ipotekanın ilkin satış qiyməti hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.