Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1944/2020 02.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Xəlilov İsmayıl Kamil oğlu, Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı-ninvəkili V1 oğlunun və Cavabdeh1vəkili V2 qızının iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)**/2019 nömrəli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Mə hkəməsinin (hakim İ.Burcayev) xx.xx.2017-ci il tarixli, 2(008)-*/2017 nömrəli qətnaməsi ilə İddiaçı-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair ilk iddiasının qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada ilk İddiaçı-nin xeyrinə 149328.68 ABŞ dolları əsas borc, 13066.46 ABŞ dolları faiz borcu, 2000 ABŞ dolları cərimənin qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə, 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun tutulması, tələbin ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, V2 saylı fərdi yaşayış evinə yönəldilməsi, evin açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına cavabdehlərin banka olan borcunun ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 300000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan Bakı şəhəri, V2 saylı fərdi yaşayış evinə tutma yönəldikdə və o, satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən Cavabdeh1 və Cavabdeh2 çıxarılması, ekspertiza xərci 100 manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq dövlət hesabına keçirilməsi, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı-yə qarşı “kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsi” tələbinə dair qarşılıqlı iddiasının qismən təmin edilməsi, Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış **** saylı, xx.xx.2014-cü il tarixli əsas kred it müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2014-cü il tarixli, **** saylı əlavə kredit müqaviləsinin xx.xx.2015-ci il tarixdən ləğv edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər V.Baxışova, V.Həsənov, N.Cəfərov) xx.xx.2018-ci il tarixli, 2(103)-X/2019 nömrəli qətnaməsi ilə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(008)-*/2017 nömrəli qətnaməsinin qismən-qarşılıqlı iddianın təmin edildiyi hissədə ləğv edilməsi, Cavabdeh1 İddiaçı-yə qarşı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2014-cü il tarixli, **** saylı əlavə kredit müqaviləsinin xx.xx.2015-ci il tarixdən ləğv edilməsi tələbinə dair qarşı lıqlı iddianın rədd edilməsi, qətnamənin qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Ə.Şadiyev, Q.Allahverdiyev, İ.Xələfov) xx.xx.2018-ci il tarixli, 2(102)-*/18 saylı qərarları ilə ilkin iddia tələbi üzrə cavabdeh və qarşılıqlı iddiaçı Cavabdeh1 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(103)-X/2019 nömrəli qətnaməsindən verdiyi kasasiya şikayətindən imtinasının qəbul edilməsi və həmin iş üzrə kasasiya icraatına xitam verilməsi, ilk İddiaçı-nin kasasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(103)-X/2019 nömrəli qətnaməsinin mübahisələndirilən hissədə, ilkin iddianın faiz borcunun tutulması təl əbinə dair hissəsində ləğv edilməsi, işə həmin hissədə yenidən apelyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İ.Kərimli, X.Cəmilova, E.Şamayev) xx.xx.2019-cu il tarixli, 2(103)-**/2019 nömrəli qətnaməsi ilə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(008)-*/2017 nömrəli qətnaməsinin faiz borcunun tutulması hissəsində dəyişdirilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada ilk İddiaçı-nin xeyrinə 149328.68 ABŞ dolları əsas borc, 70335.49 ABŞ dolları faiz borcu, 2000 ABŞ dolları cərimə olmaqla, cəmi 221664.17 ABŞ dolları məbləğində pulun qətnamən in icra olunduğu günə olan Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının Azərbaycan manatı məzənnəsi ilə manatla, habelə iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 manatın və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun tutulması, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(008)-*/2017 nömrəli qətnaməsinin qarşılıqlı iddianın təmin edildiyi hissədə ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilməsi, Cavabdeh1 İddiaçı-yə qarşı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2014-cü il tarixli, **** saylı əlavə kredit müqaviləsinin xx.xx.2015-ci il tarixdən ləğv edilməsi tələbinə dair qarşılıqlı iddianın rədd edilməsi, il kin iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun, habelə apelyasiya şikayəti verilərkən ödənilmiş 15 manat pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı-yə ödənilməsi, iş üzrə məhkəmə ekspertizalarının keçirilməsinə sərf olunmuş 245 manat pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilməsi qət edilmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kasasiya şikayəti vermişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə m üraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada İddiaçı-nin xeyrinə **** saylı, xx.xx.2014-cü il tarixli əsas kredit müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2014-cü il tarixli, **** saylı əlavə kredit müqaviləsi üzrə 149328.68 ABŞ dolları əsas borc, 4704.05 ABŞ dolları faiz borcu, 639.10 ABŞ dolları cərimə olmaqla, cəmi 154671.83 ABŞ dollarının və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun müştərək qaydada tutulması, tələbin ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan V2 saylı fərdi yaşayış evinə yönəldilməsi, bu əmlakın açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 xx.xx.2014-cü il tarixli, **** saylı əlavə kredit müqaviləsi üzrə cəmi 154671.83 ABŞ dollarının və iddiaçı tərəfindən dövlət r üsumu kimi ödənilmiş 30 manat məbləğində pulun tutularaq İddiaçı-yə ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 170000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan V2 saylı fərdi yaşayış evinə tutma yönəldikdə və o, satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada İddiaçı-nin xeyrinə **** saylı, xx.xx.2014-cü il tarixli əsas kredit müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2014-cü il tarixli, **** saylı əlavə kredit müqaviləsi üzrə 149328.68 ABŞ dolları əsas borc, 13066.46 ABŞ dolları faiz borcu, 10119.92 ABŞ dolları cərimə olm aqla, cəmi 172515.06 ABŞ dollarının və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manatın və xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun müştərək qaydada tutulması, tələbin ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, V2 saylı fərdi yaşayış evinə yönəldilməsi, bu əmlakın açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 xx.xx.2014-cü il tarixli, **** saylı əlavə kredit müqaviləsi üzrə cəmi 172515.06 ABŞ dollarının və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manatın və xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun tutularaq İddiaçı-yə ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 170000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan Bakı şəhəri, V2 saylı fərdi yaşayış evinə tutma y önəldikdə və o, satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh1 cavabdeh İddiaçı-yə qarşı “kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla İddiaçı arasında **** saylı, xx.xx.2014-cü il tarixli əsas kredit müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2014-cü il tarixli, **** saylı əlavə kredit müqaviləsi üzrə iddiaçının məhkəməyə müraciət etdiyi ilk vaxtdan ərizəsində göstərdiyi əsas borcun 149328.68 ABŞ dolları, faiz borcunun 4704.05 ABŞ dolları, cərimə borcunun 639.10 ABŞ dolları olmaqla, cəmi 154671.83 ABŞ dolları olması əsas götürülərək həmin kredit müqaviləsinə xitam verilməsi barədə qətnamə ç ıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada İddiaçı-nin xeyrinə **** saylı, xx.xx.2014-cü il tarixli əsas kredit müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2014-cü il tarixli, **** saylı əlavə kredit müqaviləsi üzrə 149328.68 ABŞ dolları əsas borc, 17695.66 ABŞ dolları faiz borcu, 20361.45 ABŞ dolları cərimə olmaqla, cəmi 187385.79 ABŞ dollarının və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manatın və xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun müştərək qaydada tutulması, tələbin ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, V2 saylı fərdi yaşayış evinə yönəldilməsi, bu əmlakın açıq hərracda satılması və onun satışından əldə ol unmuş pul vəsaiti hesabına Cavabdeh1 xx.xx.2014-cü il tarixli, **** saylı əlavə kredit müqaviləsi üzrə cəmi 187385.79 ABŞ dollarının və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manatın və xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun tutularaq İddiaçı-yə ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 133500 manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan Bakı şəhəri, V2 saylı fərdi yaşayış evinə tutma yönəldikdə və o, satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada İddiaçı-nin xeyrinə **** saylı, xx.xx.2014-cü il tarixli əsas kredit müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2014-cü il tarixli, **** saylı əlavə kredit müqaviləsi üzrə 149328.68 ABŞ dolları əsas borc, 44350.85 ABŞ dolları faiz borcu, 154592.77 ABŞ dolları cərimə olmaqla, cəmi 348272.30 ABŞ dollarının və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manatın və xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun müştərək qaydada tutulması, tələbin ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, V2 saylı fərdi yaşayış evinə yönəldilməsi, bu əmlakın açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 xx.xx.2014-cü il tarixli, **** saylı əlavə kredit müqaviləsi üzrə cəmi 348272.30 ABŞ dollarının və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manatın və xidmət haqqı kimi ödən ilmiş 30 manat məbləğində pulun tutularaq İddiaçı-yə ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 125000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan Bakı şəhəri, V2 saylı fərdi yaşayış evinə tutma yönəldikdə və o, satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı Cavabdeh1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla İddiaçı arasında xx.xx.2014-cü il tarixdə 48 ay müddətinə bağlanmış əlavə kredit müqaviləsinin dəyişdirilməsi, onunla İddiaçı arasında xx.xx.2014-cü il tarixli əsas kredit müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2014-cü il tarixli, **** saylı əlavə kredit müqaviləsi üzrə iddiaçının məhkəməyə müraciə t etdiyi ilk vaxtdan ərizəsində göstərdiyi əsas borcun 149328.68 ABŞ dolları, faiz borcunun 4704.05 ABŞ dolları, cərimə borcunun 639.10 ABŞ dolları olmaqla, cəmi 154671.83 ABŞ dolları olması əsas götürülməklə, müqavilədə nəzərdə tutulan məbləğin həmin tarixdə mövcud olan məzənnəyə uyğun manatla hesablanması və kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada İddiaçı-nin xeyrinə **** saylı, xx.xx.2014-cü il tarixli əsas kredit müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2014-cü il tarixli, **** saylı əlavə kredit müqaviləsi üzrə 149328.68 ABŞ dolları əsas borc, 70335.49 ABŞ dolları faiz borcu, 426444.26 ABŞ dolları cərimə olmaqla, cəmi 646108.43 ABŞ dollarının və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manatın və xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun müştərək qaydada tutulması, tələbin ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, V2 saylı fərdi yaşayış evinə yönəldilməsi, bu əmlakın açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 xx.xx.2014-cü il tarixli, **** saylı əlavə kredit müqaviləsi üzrə cəmi 646108.43 ABŞ dollarının və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manatın və xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun tutularaq İddiaçı-yə ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 300000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan Bakı şəhəri, V2 saylı fərdi yaşayış evinə tutma yönəldikdə və o, satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 vəvəkili V2 qızı kasasiya şikayətini onunla əsaslandırmışlar ki, bankla Cavabdeh1 arasında bağlanmış müqavilənin 2.11 və 3.1.3-cü bəndlərinə əsasən öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsi hallarında müqaviləyə birtərəfli qaydada vaxtından əvvəl xitam vermək və kreditin qalıq məbləğini müqavilədə nəzərdə tutulmuş bütün dövr üçün hesablanmış kredit faizinin qalıq məbləği ilə birlikdə qaytarılmasını borcalandan tələ b etmək hüququ nəzərdə tutulmuşdur. Bank iddia ərizəsində tərəflər arasında bağlanmış kredit müqaviləsinin ləğv edilməsi barədə tələb irəli sürülməməsi, cavabdehdən kredit öhdəliyi üzrə bütün qalıq borcu tələb etməsi kredit müqaviləsinin iddia qaldırılanadək artıq bank tərəfindən birtərəfli qaydada ləğv edildiyini və bankın iradə ifadəsinin müqavilə münasibətlərinə xitam verilməsi olduğunu təsdiq edir. Bu səbəbdən bankla cavabdeh arasında bağlanan kredit müqaviləsinə iddia qaldırılan gündən, yəni xx.xx.2015-ci il tarixdən xitam verilməli və cavabdehdən kreditdən istifadəyə görə hesablanmış 4704.05 ABŞ dolları məbləğində faiz borcu tutulmalıdır. Göstərilənlərə əsasən onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-**/2019 saylı qətnaməsinin C avabdeh1 ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli, ****saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış **** saylı əlavə kredit müqaviləsinin xx.xx.2015-ci il tarixdən ləğv edilməsi, ondan və Cavabdeh3 müştərək qaydada ilk İddiaçı-nin xeyrinə qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə 4704.05 ABŞ dolları məbləğində faiz borcunun tutulması, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanması barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1, digər ilk iddia üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməm işlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1vəkili V2 qızı kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə İddiaçı-ninvəkili V1 oğlu kasasiya şikayətinə etiraz edərək məhkəmədən şikayətin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-**/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respubİikası MPM-nin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəm əsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli **** saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış xx xxxxxx 2014-cü il tarixli *****/14 saylı əlavə kredit müqaviləsində kreditin qaytarılması müddəti xx xxxxxx 2018-ci il tarixədək müəyyən edilmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə “...kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən isti fadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.” İddiaçı bank müqavilənin icra müddəti başa çatanadək Azərbaycan Respublikası MPM-in 53-cü maddəsində nəzərdə tutulmuş hüququndan istifadə edərək iddia tələbini faiz borcunun tutulması hissəsində artırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 424.3-cü maddəsinə əsasən, müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasınd a dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Apelyasiya kollegiyası hesab etmişdir ki, Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli **** saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış xx xxxxxx 2014-cü il tarixli **** saylı əlavə kredit müqaviləsinin xx xxxxxx 2015-ci il tarixdən ləğv edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə həm Mülki Məcəllənin 421.3-cü maddəsinin, həm də tərəflər arasında bağlanmış əlavə kredit müqaviləsinin 2.8ci bəndinin tələblərinə ziddir. Belə ki, Mülki Məcəllənin 421.3-cü maddəsinə görə müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edild ikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. İş materiallarından görünür ki, qeyd olunan kredit müqaviləsi üzrə müqavilənin icrasından birtərəfli imtina edən tərəf Cavabdeh1 olmuşdur. Əlavə kredit müqaviləsinin 2.8.1-ci bəndinə əsasən, borcalan krediti və onun faizlərinin ödənilməsi dövriliyini ən azı 2 dəfə 5 təqvim günündən çox pozduqda borcverən bu müqaviləyə vaxtından əvvəl birtərəfli qaydada xitam verə və kreditin qalıq məbləğini bu müqavilənin 1.3-cü bəndində nəzərdə tutulmuş bütün dövr üçün hesablanmış kredit faizi ilə birlikdə qaytarılmasını tələb edə bilər. İş materiallarından görünür ki, bank tərəfindən borcalana müqavilənin 2.9-cu bəndində nəzərdə tutulmuş qaydada kreditin və kreditdən istifadəyə görə faizlərin qaytarılmasına dair yazılı bildiriş göndərilməmişdir. Buna görə də müqavilənin bank tərəfindən birtərəfli qaydada ləğv edilmiş olmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı deyil. İddiaçı bank tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2017-ci il tarixli maliyyə arayışında faiz borcunun məbləği 70335,49 ABŞ dolları göstərilmiş, xx.xx.2017-ci il tarixdə bank tərəfindən sonuncu dəfə iddia tələbinin həcminin artırılması barədə ərizə verilərkən 70335,49 ABŞ dolları məbləğində faiz borcu tələb olunmuşdur. Apelyasiya icraatı zamanı təyin olunub keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının xx xxxx 2019-cu il tarixli rəyinə əsasən, Cavabdeh1 İddiaçı-yə xx xxxxxx 2017-ci il tarixə əsas borcu 149***,62 ABŞ dolları, faiz borcu 70476,97 AB Ş dolları, cəmi borcu 219792,59 ABŞ dolları təşkil edir. Odur ki, apelyasiya kollegiyası işin faktiki hallarını və sübutları qiymətləndirərək hesab etmişdir ki, iş üzrə cavabdehin banka olan faiz borcunun məbləği müqavilənin icra müddəti çərçivəsində və iddia tələbi həddində 70335,49 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməmə si başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1 və 739.2-ci maddələrinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Kasasiya kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə r azılaşır və kasasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, yuxarıda qeyd edilənlərdən göründüyü kimi, həmin dəlillər üzrə apelyasiya kollegiyası apardığı araşdırma nəticəsində düzgün hüquqi mövqedə olmuşdur. Kasasiya yoxlaması zamanı apelyasiya kollegiyası tərəfindən hər hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Beləliklə, kasasiya kollegiyası belə qənaətə gəlir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbayca n Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tərəfindən kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-P/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1944/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1944/2020
02.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver