Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1945/2020 11.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), X8 və X4 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X9, Cavabdeh2 nümayəndəsi və vəkili X1, Digər Cavabdeh1 vəkili X3 iştirakı ilə, Cavabdeh2 tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)5728/2019 nömrəli iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Səbail rayon məhkəməsinin (hakim Nurəddin Bağırov) 2(009)-81/2018 saylı işi üzrə xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, “xxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2015-ci li 045/M №-li Kredit Müqaviləsi üzrə yaranmış 947128,67 ABŞ dolları əsas, 5027,13 ABŞ dolları hesablanmış faiz borcu olmaqla, cəmi 952155,80 ABŞ dolları məbləğinin ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə pul vəsaiti və iddianın qaldırılması ilə bağlı ödənilmiş 30 manat məbləğində dövlət rüsumu əvəzi Cavabdeh1 tutulub “xxxx” ASC-nin hesabına köçürülməsi, ödəmənin «xxxx” ASC (ipoteka saxlayan) ilə Cavabdeh2 (ipoteka qoyan) arasında bağlanmış xx.xx.2015-ci il tarixli ipoteka Müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş Cavabdeh2 məxsus Bakı şəhəri, Nəri manov rayonu, Hacı Murad küçəsındə yerləşən 341,7 kvadrat metr yaşayış sahəsi, 582,4 kvadrat metr köməkçi sahəsi, 0,1131 ha torpaq sahəsi olan 7 otaqlı, 2 mərtəbəli 27 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin ilkin satış qiymətinin ******* manat müəyyən edilməsi, mənzilin həmin ilkin satış qiyməti ilə satılması üçün açıq hərraca çıxarılması, əldə edilən pul vəsaiti yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi məbləğində “xxxx” ASC-yə ödənilməsi, satışdan əldə olunmuş pul vəsaitinin qalan (tələbdən artıq məbləğ) hissəsinin Cavabdeh2 verilməsi, ipoteka predmeti olan fərdi yaşayış evi açıq hərrac yolu ilə satıldıqdan sonra bir ay ərzində boşaldılması, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatın ın dəyərini təşkil edən 145 manat vəsaitin Cavabdeh1 tutulub ƏN Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi, “xxxx» MMC tərəfindən aparılmış əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyərini təşkil edən (iddiaçı tərəfindən ödənilmiş) 400 manat vəsaitin Cavabdeh1 tutulub «xxxx” ASC-nə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər – Fuad Talışinski sədrlik edən və məruzəçi, Zaur Əliyev, Rafael Eyvazov) xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Səbail rayon məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi (fərdi yaşayış evinin ilkin satış qiyməti hissəsində) dəyişdirilmiş, Bakı şəhəri, Nərimanov rayonu, Hacı Murad küçəsində yerləşən 341.7 kvadrat metr yaşayış sahəsi, 582,4 k vadrat metr köməkçi sahəsi, 0,1131 ha torpaq sahəsi olan 7 otaqlı 2 mərtəbəli 27 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti ******* (dörd milyon) manat müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdşır. Ekspertiza xərci olan 500 manat məbləğdə pul vəsaitinin Cavabdeh2 tutularaq “xxxx” Firmasının hesabına ödənilməsi müəyyən edilmişdir. İşin halları: İddiaçı “xxxx” ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit müqaviləsinin ləğvi, kredit borcu və ona hesablanmış faiz borcunun ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2015-ci il tarixli 045/M saylı Kredit Müqaviləsinin ləğvi, Cavabdeh1 1699291,67 ABŞ dolları əsas borc, 49273,78 ABŞ dolları faiz borcu, 9562 ABŞ dolları cərimə borcu, ümumilikdə 1 758127,45 (bir milyon yeddi yüz əlli səkkiz min yüz iyirmi yeddi dollar qırx beş sent) ABŞ dolları və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin tutularaq «xxxx» ASC-yə verilməsi, tələbin Cavabdeh2 tərəfindən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nərimanov rayonu, Hacı Murad küçəsində yerləşən 27 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlaka dair cavabdehin hüquqlarının itirilməsi, əmlakın açıq hərracdan satılması, qeyd olunan əmlak satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması, cavabdehlər Cavabdeh2 onunla birlikdə yaşayan ailə üzvlərinin həmin əmlakdan çıxarılması, əmlakın açıq hərracdan satılması nəticəsində əldə olunan vəsait hesabına «xxxx» ASC-yə cəmi 1758127,45 ABŞ dolları məbləğin və 30 otuz manat dövlət rüsumunun əvəzinin ödənilməsi barədə qətnamə qəbul edilməsin i xahiş etmişdir. Sonradan iddiaçı MPM-nin 53-cü maddəsinə əsasən ərizə təqdim edərək, xx.xx.2015-ci il tarixli 045/M saylı Kredit Müqaviləsinin ləğvi, Cavabdeh1 1699291,67 ABŞ dolları əsas borc, 49273,78 ABŞ dolları faiz borcu, 9562 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 1758127,45 ABŞ dolları və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin tutularaq «xxxx» ASC-yə verilməsi, tələbin Cavabdeh2 tərəfindən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nərimanov rayonu, Hacı Murad küçəsində yerləşən 27 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, qeyd olunan əmlak satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması, əmlakın açıq hərracdan satılması nəticəsində əldə olunan vəsait hesabına «xxxx» ASC-yə, cəmi 1758127,45 ABŞ dolları məbləğin və 30 manat dövlət rüsumunun əvəzinin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı AR MPM-nın 53-cü maddəsinə əsasən iddia tələblərinin dəyişdirilməsi barəsə ərizə təqdim edərək, xx.xx.2015-ci il tarixli 045/M saylı Kredit Müqaviləsinə xx.xx.2016-cı il tarixli Əlavənin ləğvi, Cavabdeh1 947128,67 ABŞ dolları əsas borc, 5027,13 ABŞ dolları faiz borcu ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat vəsaitin tutularaq «xxxx» ASC-yə verilməsi, tələbin Cavabdeh2 tərəfindən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nərimanov rayonu, Hacı Murad küçəsində yerləşən 27 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, qeyd olunan əmlak satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması, əmlakın açıq hərracdan satılması nəticəsində əldə olunan vəsait hesabına "xx xx" ASC-yə yuxarıda göstərilən məbləğin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh2kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Belə ki apellyasiya məhkəməsi fərdi yaşayış evinin qiymətinin müəyyən edilməsində yanlışlığa yol vermişdir. Səbail rayon məhkəməsinin qətnaməsindən apellyasiya şikayətinin əsasını şəxsi vəsaiti hesabına keçirdiyi qiymətləndirmə olmuşdur. “X13” MMC tərəfindən qi ymətləndirmə üçün müraciət edilmişdir. Adıçəkilən təşkilatın xx xxxxxx 2018-ci il tarixli rəyinə əsasən, ipoteka predmeti olan fərdi yaşayış evinin dəyəri ******* manat qiymətləndirilmişdir. Həmçinin, “X13" MMC “xxxx” MMCdən fərqli olaraq, qiymətləndirmə sahəsində uzun illərdir fəaliyyət göstərir və dövlət strukturlarına aid iri lahiyələrdə iştirak edir. Bakı Apellyasiya Məhkəməsi təkrar qiymətləndirmə təyin etmişdir. Qiymətləndirmə məhz iddiaçı bankın nümayəndəsinin təklif etdiyi “xxxx” şirkətinə həvalə edilmişdir. Həmin şirkət isə iddiaçı ilə sıx əməkdaşlıq edən təşkilatdır. ”xxxx” MMC-nin ipoteka predmeti olan fərdi yaşayış evinə ******* manat qiymət qoymuşdur. Apellyasiya instansiyasında təkrar qiymətləndirmə üçün müraciət edilmişdir. "xxxx” MMC artıq uzun müddətdir ki, məhkəmələrlə və digər qurumlarla birgə fəaliyyətdədir. Müraciəti əsasında adıçəkilən təşkilatın qoyduğu qiymət ******* manatdır. Lakin apellyasiya instansiyası hansısa səbəbdən yalnız iddiaçı ilə sıx əməkdaşlıq edən "xxxx” MMC-nin rəyini mötəbər sübut kimi qəbul edərək ədalətsiz qətnamə çıxarmışdır. Tərəflərin izahatları: Cavabdeh2 nümayəndəsi və vəkili X2, digər Cavabdeh1 vəkili X6 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X11 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı m addəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, apelyasiya instansiyası məhkəməsinin qtnaməsindən yalnız Cavabdeh2 kasasiya şikayəti vermişdir. Kasasiya şikayətinin məzmunundan göründüyü kimi, cavabdeh qətnaməni yalnız ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissədə mübahisələndirir. Ona görə də, qətnamə cavabdehin kasasiya şikayətinə əsasən yalnız mübahisələndirilən hissədə kasasiya qaydasında yoxlanıldı. Məhkəmə kollegiyası məruzəçini, məhkəmə iclasında iştirak edən şəxsləri izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxxx 2019cu il tarixli qətnaməsi Cavabdeh2 kasasiya şikayətinə əsasən münahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, «xxxx” ASC (borc verən) ilə Cavabdeh1 (borc alan) arasında bağlanmış xx xxxx 2015-ci il tarixli 045/M №-li Kredit Müqaviləsinə əsasən, borc verən illik 15 faizlə 12 ay müddətinə borc alana ******* ABŞ dolları məbləğində kredit verməyi, borc alan isə ona verilmiş krediti ödəniş cədvəlinə uyğun olaraq qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan «xxxx” ASC (ipoteka saxlayan) ilə Cavabdeh2 (ipoteka qoyan) arasında bağlanmış xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən xx.xx.2015-ci il tarixli 045/M №-li kredit müqaviləsi üzrə borc öhdəliklərinin təminatı kimi Bakı şəhəri, Nərimanov rayonu, Hacı Murad küçəsində yerləşən 341.7 kvadrat metr yaşayış sahəsi, 582,4 kvadrat metr köməkçi sahəsi, 0,1131 ha torpaq sahəsi olan 7 otaqlı 2 mərtəbəli 27 saylı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. X7 2.4-cü maddəsinə əsasən tərəflərin razılığına əsasən ipoteka predmetinin dəyəri ******* (iki milyon beş yüz min) manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan ƏMDK yanında DƏDRX-nın Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı ******* saylı Çıxarışın surətindən görünür ki, qeyd olunan qeyri-yaşayış sahəsi xx.xx.2015-ci il tarixli 045/M KM №-li Kredit Müqaviləsi üzrə öhdəliyin təminatı qismində «xxxx” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir və bu barədə xx.xx.2015-ci il tarixdə müvafiq qeydiyyat aparılmışdır. Hazırda cavabdehin qətnamənin narazı qaldığı hissəsi ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, Hacı Murad küçəsində yerləşən 341.7 kva drat metr yaşayış sahəsi, 582,4 kvadrat metr köməkçi sahəsi, 0,1131 ha torpaq sahəsi olan 7 otaqlı 2 mərtəbəli 27 saylı fərdi yaşayış evinin açıq hərracdan ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlıdır. «İpoteka haqqında» Qanunun 39.3-cü və 39.3.3-cü maddələrinə əsasən maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidi. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsinin 2.4-cü bəndində tərəflərin razılığına əsasən ipoteka predmetinin dəyəri ******* manat məbləğində qiymətləndiri ldiyi qeyd edilmişdir. Hazırkı iş üzrə ipoteka predmetinin bazar dəyərinin məbləği ilə bağlı mübahisə olduğundan ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, Hacı Murad küçəsində yerləşən 341,7 kvadrat metr yaşayış sahəsi, 582,4 kvadrat metr köməkçi sahəsi, 0,1131 ha torpaq sahəsi olan 7 otaqlı 2 mərtəbəli 27 saylı fərdi yaşayış evinin bazar qiymətinin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilərək, ekspertizanın aparılması «xxxx» MMC-yə həvalə edilmişdir. «xxxx» MMC-nin xx.xx.2018-ci il tarixli LP-195/18 saylı qiymətləndirmə hesabatına əsasən, fərdi yaşayış evinin hazırki dövrə olan orta bazar qiyməti ******* manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsində və « xxxx” ASC-nin iddia ərizəsində göstərilən ipoteka predmetinin ilkin satış qiyməti arasında ziddiyyət olduğnu nəzərə alaraq, hesab etmişdir ki, ipoteka predmetinin ilkin satış qiyməti hazırkı bazar dəyərinə uyğun olaraq müstəqil qiymətləndiricinin («xxxx» MMCnin) rəyi əsasında ******* manat məbləğində müəyyən etmişdir. Apelyasiya instansiyası məhkəməsində işə baxılan zaman cavabdehin apellyasiya şikayətinin dəlilinin yoxlanılması məqsədi ilə məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə mülki iş üzrə qiymətləndirmə (əmttəşünaslıq) ekspertizası təyin edilmişdir. Qiymətləndirmə “xxxx” Firmasına həvalə edilmişdir. “xxxx” Firması tərəfindən xx.xx.2019-cu il tarixli, 19 saylı qiymətləndirmə rəyinə əsasən, fərdi yaşayış evinin bazar dəyəri 400000 manat təşkil etmişdir. Apelyasiya instansiyası məhkəməsi həmin rəyə istinad edərək fərdi yaşayış evinin ilkin satyış qiyməti hissədə qətnaməni dəyişdirərək ******* manat müəyyən emtişdir. Cavabdeh kasasiya şikayətində göstərmişdir ki, fərdi yaşyış evinin ilkin satış qiyməti “X13" MMC tərəfindən ******* manat, "xxxx” MMC tərəfindən isə ******* manat qiymətləndirilmişdir. Lakin apelyasiya instansiyası məhkəməsi bu qiymət fərqinə münasibət bildirməyərək iddiaçı banka yaxın olan təşkilat tərəfindən verilmiş rəyə istinad etməklə mübahisələndirilən hissədə düzgün olmayan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası kasasiya şikayətinin bu dəlilləri ilə bağlı qeyd edir ki, kasasiya şikayətində qeyd edilmiş “X13" MMC ******* manat qiymətləndirmə rəyi digərlərindən əhəmiyyətli dərəcədə fərqlənir. "xxxx” MMC tərəfindən verilmiş rəy isə apelyasiya in stansiyası məhkəməsinə iş üzrə mübahisəyə mahiyyəti üzrə baxılıbı qətnamə qəbul edildikdən sonra təqdim edilmişdir. (iş v. 28) Ona görə də, apelyasiya instansiyası məhkəməsi işdə olan sübutlar əsasında ipoteka predmetinin qiymətləndirilməsi barədə ən son rəy olan “xxxx” Firmasının verdiyi rəyə istinad edərək fərdi yaşayış evinin qiymətini 400000 manat düzgün qiymətləndirmişdir. Bu qiymət tərəflərin ipoteka müqaviləsində müəyyən etdikləri qiymətə (2500000) də uyğundur Cavabdeh kasasiya şikayətində “xxxx” Firmasının iddiaçıya yaxın təşkilat olduğunu qeyd etmişdir, lakin cavabdehin bu dəlili formal mülahizə olmaqla heç bir sübuta söykənmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi ha lları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi Cavabdeh2 kasasiya şikayətinə əsasən mü nahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh2 kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-5728/2019 nömrəli iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi Cavabdeh2 kasasiya şikayətinə əsasən münahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-1945/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1945/2020
11.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver