Məhkəmə qərarları › İş №2(102)-1946/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1946/2021

03.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1946/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borcun tutulması) 03.03.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7007/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin h alları: xx xxx 2012-ci il tarixdə Bakı şəhərinin 9 saylı X1 Rafiq Vəliyeviçlə Cavabdeh arasında borc müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə görə İddiaçı tərəfindən Cavabdeh xx xxxx 2012-ci il tarixə kimi qaytarmaq şərti ilə 100.000 (yüz min) manat məbləğində borc verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları 2015-ci ildə İddiaçı iddia və əlavə iddia ərizələri ilə məhkəməyə müraciət edərək notariatda təsdiq edilmiş xx xxx 2012-ci il tarixli borc müqaviləsinə əsasən Cavabdeh borc verməsini, lakin sonuncunun borcun qaytarılmasından boyun qaçırmasını əsas göstərməklə həmin məbləğin və borcun ödənilmədiyi gündən məhkəmə qərarı qəbul olunanadək borc məbləğinin Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi illik faiz bank uçot dərəcəsinə uyğun hesablanmaqla cavabdehdən alınaraq ona verilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-970/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim: S.İ.Ədilova) iddia qismən təmin edilərək Cavabdeh İddiaçı xeyrinə 100.000 manat tutulması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə Cavabdeh apellyasiya şikayəti verərək iddiaçının iddia müddətinin ötürülməklə məhkəməyə müraciət etməsini, qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7007/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – Z.A.Şirinov (sədrlik edən və məruzəç i), F.Ş.Talışinski və R.Ə.Eyvazov) Cavabdeh apellyasiya şikayəti qismən təmin edilərək Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-970/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iddianın rədd olunmasına dair qətnamə qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəməsi iddianı rədd edərkən İddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində müəyyən olunmuş üç illik iddia müddətini ötürməklə məhkəməyə müraciət etməsini əsas göstərmişdir. Apellyasiya instansiyası məhkəməsinə görə iddia müddətinin son günü xx xxxx 2015-ci il tarixdə bitməsinə baxmayaraq iddiaçı hazırkı tələblə məhkəməyə xx xxxx 2015ci il tarixdə müraciət etməklə iddia müddətini ötürmüşdür. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları K assasiya şikayətinin dəlilləri İş üzrə İddiaçı kassasiya şikayəti verərək borcun qaytarılması tələbi ilə 2015-ci ildə məhkəmədə qaldırdığı iddianın məhkəmənin xx xxxxxxxx 2015-ci il tarixli qərardadı ilə baxılmamış saxlanılmasını, halbuki, Almaniyaya köçməsi ilə əlaqədar işə onun iştirakı olmadan baxılmasını xahiş etməsini, borcun qaytarılması tələbi ilə məhkəməyə xx xxxx 2015-ci il tarixdə müraciət etməsinə baxmayaraq apellyasiya instansiyası məhkəməsinin iddia ərizəsinin məhkəməyə xx xxxx 2015-ci il tarixdə təqdim olunmaqla iddia müddətinin ötürülməsi barədə səhv nəticəyə gəlməsini əsas göstərməklə qətnamənin ləğv edilməsi və iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh kassasiya şikayətinə qarşı yazılı eti razla məhkəməyə müraciət edərək İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin əsassız olduğundan təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları İş üzrə iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verməklə təmin olunmasını xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 373.2 Müqavilə tələbləri üzrə iddia müddəti 3 il təşkil edir. Maddə 377.2 İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Maddə 375.2 Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 739.1 Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və ta m baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 418.1 Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol ve rilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsinə yönəldiyindən, kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Apellyasiya instansiyası məhkəməsi iddia müddətinin ötürülməsi səbəbindən iddianı rədd edərkən kredit müqaviləsində borc un xx xxxx 2012-ci il tarixədək qaytarılmasının nəzərdə tutulmasına baxmayaraq qaytarılmamasını və həmin vaxtdan hüquqlarının pozulmasının iddiaçıya məlum olmasını, belə olduqda iddia müddətinin xx xxxx 2015-ci il tarixdə bitməsinə baxmayaraq iddiaçının bir gün sonra, xx xxxx 2015-ci il tarixdə məhkəməyə müraciət etməklə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2ci maddəsində müəyyən olunmuş üç illik iddia müddətinin ötürülməsini əsas göstərmişdir. İş materiallarından görünür ki, mübahisəyə birinci instansiya məhkəməsində baxılarkən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məhkəməyə xx xxxx 2015-ci il tarixdə təqdim olunmaqla iddia müddətinin ötürülməməsini göstərmiş və bunu təsdiq edən sübut kimi məhkəməyə işin 108-ci səhifəsində olan iddia ərizəsinin surətini təqdim etmişd ir. Həmin sənəd iddia ərizəsinin surəti olsa da, onun üzərində olan məhkəmənin ştampından görünür ki, iddia ərizəsi xx xxxx 2015-ci il tarixdə məhkəmənin Zaur Xəlilov adlı işçisi tərəfindən imzalanmaqla qəbul edilmişdir. Bununla əlaqədar birinci instansiya məhkəməsi iddia müddətinin ötürülməsi barədə cavabdehin dəlilini əsassız sayaraq işə mahiyyəti üzrə baxmaqla iddianı təmin etmişdir. Apellyasiya instansiyası məhkəməsi isə bununla əlaqədar müvafiq araşdırmalar aparmadan həmin sənədi (iddia ərizəsinin) kserosurət olmasına əsaslanaraq iddia müddətinin bir gün ötürülməsinə əsaslanmaqla iddianı rədd etmişdir. İşə kassasiya qaydasında baxılarkən iddiaçının nümayəndəsi və vəkili kollegiyaya iddia ərizəsinin üzərində qəbul olunması ilə əlaqədar aparılmış qeydiyyatın əslini əks etdirən surətini kollegiyaya təqdim etmiş və göstərmişdir ki, onun tərəfindən birinci instansiya məhkəməsinə həmin sənəd təqdim olunduqdan sonra məhkəmə işin 108-ci səhifəsindəki sənədin həqiqiliyini müəyyən edərək iddia müddətinin ötürülməməsi barədə nəticəyə gəlmişdir. Göstərilən vəziyyətdə kollegiya hesab edir ki, qətnamə ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli və işə yenidən apellyasiya qaydasında baxılarkən iddia müddətinin tətbiqi üçün əsasların olub-olmaması məsələsi tam və hərtərəfli yoxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7007/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar