Məhkəmə qərarları › İş №2(102)-1946/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1946/2025

24.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1946/2025 24.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: maddi zərər, yükün məhv olması zamanı daşıyıcının məsuliyyəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Həsənov Rəşad Məhəmməd və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" QSC-yə qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 dekabr 2024-ci il tarixli, 2(103)-6863/2024 nömrə li qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakılar müəyyən etdi: İşin halları

1. İddiaçı1 (sərnişin) xx.xx.2022-ci ildə "xxxx" QSC-nin tabeliyində olan "xxxx" Sərnişin Aviaşirkətinə aid İstanbul-Bakı aviareysi ilə Azərbaycana gələrkən baqaj olaraq aviaşirkətə təhvil verdiyi, digər İddiaçı2 (əşyanın mülkiyyətçisi) məxsus suvenir vaza qırılaraq yararsız hala düşüb. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixdə Türkiyə Respublikasının İstanbul şəhərindən Bakı şəh ərinə gələrkən, X8 Hava Limanında baqaj olaraq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Milli Aviadaşıyıcısına (AZAL-a) təhvil verdiyi mənəvi dəyəri 10000 manat, öz dəyəri isə 25500 manat, ümumi dəyəri 35500 manat olan baqajının qırılaraq yararsız hala düşməsi ilə əlaqədar ona vurulan zərərin Azərbaycan Respublikasının Milli Aviadaşıyıcısı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçılar iddia ərizəsini onunla əsaslandırmışdır ki, Türkiyə Respublikasının vətəndaşı İddiaçı1 (Pasport nömrəsi: U********) çalışdığı "MGM X9 Malzemeleri Dış Ticaret Limited Şirketi"nin Azərbaycan Respublikasındakı filialının fəaliyyəti ilə bağlı 03 oktyabr 2022-ci il tarixdə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin həyata keçirdiyi, uçuş kodu J29106 olan İsta nbul-Bakı aviareysi ilə sərnişin olaraq gələrkən, işlədiyi şirkət üçün alınmış və Bakı şəhərinə gətirilməsi üçün ona verilmiş suvenir xarakterli vazanı Türkiyənin İstanbul şəhərində X18 Limanında baqaj olaraq “Azərbaycan Hava Yolları'’ Qapalı Səhmdar Cəmiyyətinin Milli Aviadaşıyıcısına (AZAL-a) təhvil verilmişdir. Biletin və baqajın qeydiyyatı zamanı aviadaşıyıcının nümayəndəsinə (qeydiyyatçıya) qeyd olunan əşyanın tezqırılan əşya olduğu bildirilmiş və daşıma zamanı qırılmanın qarşısını almaq üçün həmin qablaşdırılmış baqajın üzərinə qeydiyyatçı tərəfindən qırmızı rəngli, üzərində “şüşə qədəh” şəkli, onun alt hissəsində isə ingilis dilində "Fragile" (tezqırılan) və aviadaşıyıcının adı, habelə loqosu olan stiker yapışdırılmış və baqaj ona hər hansı xəbərdarlıq edilmədən (belə baqajın daşınm ası təhlükəlidir, sına bilər, sınarsa aviadaşıyıcı cavabdehlik daşımır və sairə) daşıma üçün qəbul edilmişdir. Həmin gün o, Bakı şəhərinin "Heydər Əliyev” Hava Limanına çatdıqdan sonra baqajı ona təhvil verilərkən, baqajın qırılaraq tamamilə yararsız hala düşdüyünü görmüş, dərhal bu barədə daşıyıcının nümayəndəsinə məlumat vermiş və həmin tarixdə də, hava limanında onun iştirakı ilə sınmış baqaja müvafiq qaydada baxış keçirilərək fotoşəkillər çəkilməklə rəsmiləşdirilmə aparıldı. Bundan sonra ümumi dəyəri 15000 (on beş min) ABŞ dolları olan baqajın qırılaraq yararsız hala düşməsi ilə əlaqədar vurulan zərərin tam şəkildə ödənilməsi barədə Azərbaycan Respublikasının Milli Aviadaşıyıcısı “Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin vitse-prezidenti cənab Eldar Hacıyevin adına xx.xx.20 23-cü il tarixdə pretenziya göndərmişdir. Onun pretenziyasına üzun müddət cavab verilmədi və ona vurulan ziyan ödənilmədi. 2023-cü ildə etibarnamə verdiyi vəkilin (Vəkil) bu məsələyə müdaxiləsindən sonra ona xx.xx.2023cü il tarixdə “Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətindən guya xx.xx.2022-ci il tarixdə göndərildiyi ehtimal edilən (əslində isə istər ona, istərsə də işlədiyi şirkətin Bakı ofisinə heç bir məktub göndərilməyib) həmin tarixli, İ-1163 nömrəli məktub göndərilmiş və qeyd olunan məktubun məzmununda göstərilmişdir ki, onların pretenziyası “Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Pretenziya Komissiyası tərəfindən əsassız sayılmışdır. Qeyd edir ki, o, baqajını aviadaşıcıya daşınması üçün tam şəkildə vermişdir. Həmçinin, tezsınan baqaj olduğunu bildirmiş, ba qajın üzərinə tezsınan baqaj olmasını bildirən stiker vurulmuş və ona bu kateqoriya baqajın daşınması zamanı qırıldığı təqdirdə bütün məsuliyyətin (maddi və sairə) onun üzərinə düşməsi ilə bağlı hər hansı rəsmiləşdirmə aparılmamışdır. Müvafiq qaydalara görə baqajın üzərinə tezsınan əşya olduğunu bildirən stiker vurulduğu təqdirdə, həmin baqaj istər hava gəmisinə yüklənərkən, istərsə də hava gəmisindən boşaldılardən əl ilə və digər baqajlardan ayrı daşınmalıdır. Dünyanın hər yerində bu qaydalar tətbiq olunur. Bununla bağlı bildirir ki, onun qeyd olunan baqajı həmin qaydalara zidd olaraq digər sərnişinlərin baqajları ilə birgə daşınmışdır ki, nəticədə də baqajın sınaraq tamamilə yararsız hala düşməsinə səbəb olmuşdur.

4. Daha sonra İddiaçı1 nümayəndəsi (vəkili) X5 xx.xx.2024-cü il tarixdə id dia tələbinin azaldılması barədə ərizə təqdim edərək, vazanın tamamilə sınaraq yararsız hala düşməsinə görə cavabdehdən maddi zərərin əvəzi olaraq 10000,50 ABŞ dolları mənəvi zərərin əvəzi olaraq isə 10000 manat, ümumilikdə 27000,85 manat 85 qəpik manat pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Məhkəmə iclasında iştirak edən iddiaçılar nümayəndəsi (vəkili) Vəkil iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Həmçinin bildirmişdir ki, təmsil etdiyi iddiaçı, Türkiyə Respublikasının vətəndaşı İddiaçı1 03 oktyabr 2022-ci il tarixdə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin həyata keçirdiyi, uçuş kodu J29106 olan İstanbulBakı aviareysi ilə Bakı şəhərinə gələrkən, Bakı şəhərində işlədiyi MGM GROUP-un rəhbəri İddiaçı2 tərəfindən alınmış suvenir xarakterli keramik materialdan olan X19 vazanı Türkiyənin İstanbul şəhərində X18 Limanında baqaj olaraq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Milli Aviadaşıyıcısına (AZAL-a) təhvil vermişdir. Biletin və baqajın qeydiyyatı zamanı aviadaşıyıcının nümayəndəsinə (qeydiyyatçıya) qeyd olunan əşyanın tezqırılan əşya olduğu bildirilmiş və daşıma zamanı qırılmanın qarşısını almaq üçün həmin qablaşdırılmış baqajın üzərinə qeydiyyatçı tərəfindən qırmızı rəngli, üzərində “şüşə qədəh” şəkli, onun alt hissəsində isə ingilis dilində “Fragile” (tezqırılan) və aviadaşıyıcınm adı, habelə loqosu olan stiker yapışdırılmış və baqaj ona hər hansı xəbərdarlıq edilmədən (belə baqajın daşınması təhlükəlidir, sına bilə r, sınarsa aviadaşıyıcı cavabdehlik daşımır və sairə bu kimi xəbərdarlıq olunmadan) daşıma üçün qəbul edilmişdir. Həmin gün o, Bakı şəhərinin “Heydər Əliyev” Hava Limanına çatdıqdan sonra baqaj ona təhvil verilərkən, baqajın qırılaraq tamamilə yararsız hala düşdüyünü görmüş, dərhal bu barədə daşıyıcının nümayəndəsinə məlumat vermiş və həmin tarixdə də, hava limanında onun iştirakı ilə sınmış baqaja müvafiq qaydada baxış keçirilərək, fotoşəkillər çəkilməklə rəsmiləşdirilmə aparılmış, habelə izahatı alınmışdır. Məhkəmənin diqqətinə çatdırır ki, tərəflərindən həmin baqajın dəyərinin 10000 ABŞ dolları, yəni 17.000 manat olduğu müəyyənləşdirilmiş və bununla bağlı ilkin olaraq vurulan zərərin tam şəkildə ödənilməsi barədə Azərbaycan Respublikasının Milli Aviadaşıyıcısı "xxxx" Qapalı Səhmdar Cəmi yyətinə 10 oktyabr 2023cü il tarixdə Pretenziya göndərilmiş, lakin pretenziya "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Pretenziya Komissiyası tərəfindən əsassız sayılaraq vurulan maddi ziyan ödənilməmişdir. Bundan sonra tərəflərindən cavabdehə qarşı “vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edilərək, cavabdehdən maddi zərərin əvəzi olaraq 10000,50 ABŞ dolları, AZN məzənnəsi ilə 17000,85 manat, mənəvi zərərin əvəzi olaraq isə 10000 manat alınıb iddiaçıya ödənilməsi xahiş edilmiş və məhkəməyə iddia məbləğini təsdiq edən müvafiq sübutlar təqdim olunmuşdur. Lakin cavabdeh əmlakın tələb olunan dəyəri ilə razılaşmadığından, məhkəmə tərəfindən müvafiq ekspertiza təyin olunsa da, ekspert tədqiqata təqdim olunan vazanın əl işi olduğunu, bu s ahədə mütəxəssisin olmadığını və bu səbəbdən də qiymətləndirmənin mümkün olmadığını bildirmişdir. Bundan sonra məhkəmə tərəfindən müvafiq arayışın alınması məqsədilə X1 sorğu ünvanlanmış və həmin sorğuya qeyd olunan Mərkəzdən verilən xx.xx.2024-cü il tarixli 134 saylı məktubda göstərilmişdir ki, qiymətləndirilməsi xahiş edilən predmetin (vazanın) Azərbaycan Respublikasının ərazisində topdan və ya pərakəndə satılmadığını və bu səbəbdən də satış qiyməti barədə məlumat əldə etməyin mümkün olmadığını bildirməklə yanaşı, malın qiymətinin tərəflərindən təqdim olunan hesab-fakturaya əsasən xx.xx.2022- ci il tarixə 17000,85 manat təşkil etdiyi qeyd olunmuşdur. Başqa sözlə, mütəxəssis də qeyd olunan məbləğin, məhz malın mümkün dəyəri olduğunu bir daha təsdiq etmişdir. Qeyd etmək lazımdır ki, cava bdeh tərəfin malın qiyməti ilə bağlı etirazı, habelə məhkəməyə təqdim etdiyi sənədlər qəbul edilən deyildir. Belə ki, cavabdeh tərəf, məhkəməyə tərəflərindən həmin malın bilavasitə əl işi olduğunu göstərən sübut və rəsmi sənəd təqdim etmələrinə baxmayaraq, özlərinin təqdim etdikləri qeyri-rəsmi şəkillərdə olan malın guya qiymətinin çox aşağı olduğunu bildirmiş və özlərinin sənədlərindəki malın əl işi olması barədə heç bir təsdiqedici sənəd təqdim etməmişdir. Həmçinin, hazırda İstanbul şəhərində mağazalarda orijinal olmamaqla çox aşağı qiymətə əl işi olmayan həmin maldan almaq olar. Bir daha qeyd edir ki, onlara aid sınan əşya Türkiyənin Kapadokiya bölgəsində yerləşən “Aldağ Seramik” adlı şirkət tərəfindən istehsal edilmiş tam əl işidir. Onu da bildirir ki, Türkiyənin Kapadokiya bölgəsi tur istik bölgədir və bütün hallarda turistik bölgələrdə istehsal olunan və ya satılan əşyalar həmişə baha qiymətə satılır. Hələ bu mal əl işidirsə, daha baha satılır. Bu anlamda təqdim etdikləri qiymət yuxarıda göstərilən şərtlərə cavab verdiyindən tam qəbul ediləndir. Malın qiyməti ilə bağlı qeyd edilənlər ümumiləşdirilsə, cavabdehin qiymətlə bağlı təqdim etdiyi malın əl işi olmadığını, qiymətlərin turistik bölgəyə aid olmadığını nəzərə alaraq, tərəflərindən təqdim edilən malın qiymətinin məhkəmə tərəfindən əsas götürülməsi qanuni və əsaslı hesab ediləcəkdir. Bundan başqa, cavabdeh bir tərəfdən iddia tələbini tamamilə rədd etsə də, digər tərəfdən də öz fikirlərini təkzib edərək, iddianın məbləğinin daha az olduğuna istinad edir. Məsələyə məntiqlə yanaşılsa, bu fakt da dolayısıyla cavabdehin iddianın qanuni və əsaslı olduğunu qəbul etdiyini, lakin məbləği ilə razılaşmadığını deməyə əsas verir. Belə olmasa idi, malın qiyməti barədə məhkəməyə sənəd təqdim etməzdi. Başqa bir məsələ isə cavabdehin, guya malın sərnişin tərəfindən düzgün qablaşdırılmaması nəticəsində tamamilə yararsız hala düşməsi və buna görə daşıyıcının məsuliyyət daşımadığına istinad etməsidir. Lakin cavabdehin məsuliyyət daşımadığına dair gətirdiyi dəlillərin hüquqi əsası yoxdur. Belə ki, əvvəla Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyəti tərəfindən sərnişinlərin, baqajın və yüklərin daşınması Qaydalarının 15.2-ci bəndində Aviadaşıyıcının baqajın daşıma üçün qəbul edilməsindən imtina hüququ təsbit edilmişdir. Həmin bəndin 3cü abzasında göstərilib ki, baqajın qablaşdırılması nizamlı və təhlükəsiz daşınmaya i mkan vermədiyi halda baqaj daşınmaya qəbul olunmur. Həmçinin, həmin bəndin 10-cu abzasında göstərilib ki, Aviaşirkət baqaj qismində daşımaya qəbul edilməsindən imtina etdiyi malları və ya əşyaları öz nəzarəti altına götürməyə borclu deyil və onlara görə məsuliyyət daşımır. Nəzərə alaraq ki, işin hallarına görə Aviadaşıyıcı tərəfindən baqajın düzgün qablaşdırılmaması ilə bağlı sərnişinə hər hansı irad bildirilməyib və hətta qablaşdırma düzgün aparılmamışdırsa belə aviadaşıyıcı qeyd olunan Qaydaların 15.2-ci bəndində təsbit edilmiş imtina hüququndan istifadə etməyib, Aviadaşıyıcı həmin baqajı daşımağı öz öhdəsinə götürüb. Bu isə o deməkdir ki, həmin baqajın təhlükəsiz daşınmasına görə cavabdeh məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və qanunvericiliyə uyğun olaraq hava daşımalarına dair müddəaların rəsmiləşdirilməsi və Sənədlərin tərtib edilməsi Qaydası’nın 4.3.1-ci bəndinə görə daşıyıcı baqajı daşınma üçün qəbul etdiyi andan lazımi şəxsə və ya digər təşkilata təhvil verənə qədər onun qorunub saxlanmasına görə müəyyən edilmiş qaydalara uyğun məsuliyyət daşıyır. Bundan başqa, qeyd olunan Qaydaların 15.4.2-ci bəndndə göstərilib ki, Sərnişinin baqajı rəsmiləşdirildikdən sonra onun qorunması və daşınmasına görə məsuliyyəti Aviaşirkət öz üzərinə götürür. Qaydaların 15.4.3-cü bəndində göstərilib ki, Baqajın təhlükəsiz daşınması və mexaniki vasitələrdən istifadə etməklə emal olunmasını təmin edən qıfıllı çamadanlara və y a digər müvafiq konteynerlərə yığılmadığı halda Aviaşirkət həmin baqajın qeydiyyatdan keçmiş baqaj kimi qəbul olunmasından imtina etmək hüququna malikdir. Bu müddəadan da göründüyü kimi bu halda da Aviadaşıyıcı baqajın lazımi qaydada qablaşdırılmadığını aşkar etdiyi hallarda həmin baqajın daşınmasından imtina etməli idi. Bundan başqa, qeyd edilməlidir ki, mübahisə predmeti olan vaza Türkiyə Respublikasında fəaliyyət göstərən “MGM GROUP” şirkətinin adından, həmin şirkətin iştirakı ilə Bakı şəhərində keçirilən bir tədbirdə təqdim edilməsi üçün alınmış və tədbirin təşkilatçıları bu barədə əvvəlcədən məlumatlandırılmışdır. Bu isə vazanın mənəvi dəyərinin də çox yüksək olduğuna dəlalət edir. Lakin son anda vazanın aviadaşıyıcının təqsiri ucbatından sınması və tədbirdə təqdim edilə bilməməsi h üquqlarını təmsil etdiyi İddiaçı2 baş vermiş hadisə nəticəsində keçirdiyi psixoloji sarsıntı nəzərə alınmaqla, əlavə olaraq 10000 (on min) manat məbləğində mənəvi ziyanın da ödənilməsini həm qanuni, həm də ədalətli hesab edir.

6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddia ərizəsinə etirazın məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Həmçinin bildirmişdir ki, qırılan vazaya dair tərəflərindən təqdim edilən qəbz məhz qarşı tərəfin əşyanın dəyərini təhrif etməsinə görə təqdim edilmişdir. İddiaçının təqdim edilən qəbzində QR kod yoxdur. Bu səbəbdən qəbzin saxta olub-olmaması müəyyən edilmir. Son olaraq, vazanın alındığı dükan araşdırılmış və müəyyən edilmişdir ki, kiçik dükandır və orada əl işləri satılmır.Ümumiyyətlə isə onlar bu məsələdə hər hansı cavabdehlik daşımırlar. İddiaçı sərnişinin bileti üzrə yük həcminə nəzər salınsa, onun həmin vazanı təyyarəyə əl yükü kimi götürmək imkanı olmuş, lakin o, bunu etməmiş, vazanı baqaja daşınmaya vermişdir. Aviaşirkət heç bir məsuliyyət daşımır.

7. Cavabdeh “Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti iddia tələbinə xx.xx.2023-cü il tarixdə etirazında bildirmişdir ki, cavabdeh xx.xx.2022-ci il tarixində iddiaçının “İstanbul-Bakı” istiqamətində J2 9106 nömrəli reyslə uçuşu yerinə yetirən hava gəmisində Türkiyə Respublikasından Azərbaycan Respublikasına gəlmişdir. Hava gəmisinin qalxma və enmə məntəqələri iki müxtəlif dövlətin ərazisində olduğundan beynəlxalq hava daşımasıdır. Bu səbəbdən iddiaya baxılarkən yerli qanunvericilik, həmçinin cavabdehin “Sərnişinlər in, baqajın və yükün daşınması qaydaları”ilə (bundan sonra-Qaydalar) yanaşı 1999-cu il mayın 28-də Monreal şəhərində imzalanmış “Beynəlxalq hava daşımalarının bəzi qaydalarının unifikasiyası üçün Konvensiya”nın (bundan sonra-Konvensiya) (Azərbaycan Respublikasının 30 sentyabr 2014-cü il 1022İVQ nömrəli Qanunu ilə təsdiq edilib) normaları da tətbiq edilməlidir (Konvensiyanın 1-ci maddəsi), hüquqi aktlar arasında ziddiyət yarandığı təqdirdə Konvensiyanın normaları milli qanunvericiliyə və Qaydalara münasibətdə üstünlüyə malikdir. İddiaçı aviabileti aldığı andan cavabdeh və iddiaçı arasında daşıma müqaviləsi bağlamış hesab edilir və axırıncı bu müqavilənin bütün şərtləri ilə razılaşmış hesab edilir. İddiaçı ilə bağlanmış daşıma müqaviləsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 408.7-ci ma ddəsinin müddəalarına əsasən ümumi oferta hesab edilir. Cavabdehin xx.xx.2013-cü il tarixli 120 nömrəli əmri ilə təsdiq edilmiş və mülki aviasiya sahəsində dövlət idarəetmə (İcra hakimiyyəti) orqanı olan Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Agentliyi ilə razılaşdırılmış Qaydaları (cavabdehin www.azal.az saytında dərc edilmişdir) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 418.1-ci maddəsinə müvafiq olaraq tərəflər arasında bağlanmış daşıma müqaviləsinin tərkib hissəsidir. Cavabdehin Qaydalarına əsasən onun məsuliyyəti real vurulan ziyan məbləğindən artıq olmamalıdır (bənd 22.5.1.), ona qarşı irəli sürülən hər bir iddiada onun irəli sürülmə səbəbləri, vurulan ziyan, itirilmiş və ya zədələnmiş baqajın içindəki əşyalar, vurulan ziyanın xarakteri və məbləği təsvir edilməlidir, maraq lı tərəf ziyan məbləğini sübut etməlidir (bənd 23.1.3.), ziyanın ödənilməsini tələb etmək hüququnu sübut edən bütün zəruri sənədləri–bileti, normadan artıq baqaja görə ödəniş qəbzini (və ya onların surətini), baqaj birkasının qopardılmış talonunu, çəkilən məsrəfləri göstərən çekləri, qəbzləri iddiaya əlavə etməlidir (23.1.4.). İddiaçının məhkəməyə təqdim etdiyi yeganə sübut daşıma zamanı zədə almış (sınmış) vazanın fotoşəkilidir ki, oradan açıq-aydın görünür ki, iddiaçı onu müvafiq materialdan düzəldilmiş kənar təsirə davamlı qutuya (taraya) və ya bərk divarlı çamadana deyil, yumşaq materiala bükərək polietelen torbaya yerləşdirmişdir ki, baqajın bu şəkildə qablaşdırılması şübhəsiz ki, hava gəmisinin qalxması və enməsi, həmçinin hava gəmisinin müvafiq hündürlükdə (eşalonda) uçuşu yerinə ye tirdiyi zaman, ələlxüsus güclü turbolentlik şəraitində, baş verə biləcək kəskin silkələnmələr zamanı kövrək materialdan hazırlanmış saxsı qabın müxtəlif səbəblərdən zədələnməməsinə təminat verə bilməzdi. Məhz bu kimi hallar nəzərə alınaraq Qaydaların 15.4.7-ci bəndində qeydiyyata alınmış baqaja tezsınan, kövrək və tezkorlanan əşyalar daxil edilməməsini sərnişinlərin xüsusi olaraq diqqətinə çatdırılır ki, bu da gələcəkdə baş verə biləcək hər hansı bir hadisəyə görə cavabdehin belə zərər üçün məsuliyyət daşımadığını ehtiva edir. İddiçının baqajın üzərinə yapışdırılmış “Şüşə qədəh” əks etdirən stikerə və ingilis dilində “Fragile” (Tezqırılan) yazısına gəldikdə isə bütün bunlar bağajın hava gəmisinə/gəmisindən yüklənməsi/boşaldılmasını həyata keçirən yerüstü xidmətin işçilər üçün məlumat xar akteri daşısa da, baş vermiş halla heç bir səbəb əlaqəsi yoxdur. Konvensiyanın 17-ci maddəsinin (Sərnişinlərin ölümü və bədən xəsarəti almaları. Baqajın zədələnməsi) 2-ci bəndinə görə məhv olma, itirilmə və ya zədələnməyə səbəb olmuş hadisə hava gəmisinin göyərtəsində və ya qeydiyyata alınmış baqajın daşıyıcının mühafizəsi altında olduğu müddətdə baş verdikdə, daşıyıcı qeydiyyata alınmış baqajın məhv edilməsi, itirilməsi və ya zədələnməsinə görə məsuliyyət daşıyır. Lakin zərər müəyyən dərəcədə baqaja xas olan nöqsan, keyfiyyət və ya qüsurun nəticəsidirsə, daşıyıcı məsuliyyət daşımır. Artıq, yuxarıda qeyd edildiyi kimi, iddiaçı baqajı Qaydaların (bax Qaydaların 15.4.7-ci bəndi) müvafiq tələbini pozmuş, həmçinin, keyfiyyətinə görə daşımanın istənilən mərhələsində sınması riskinin mümkünlüyü açıq-aşkar istisna edilməsə də, onu şəxsi istəyi ilə cavabdeh hava gəmisinin baqaj bölməsində daşımaya təqdim etmişdir, baxmayaraq ki, vaza öz ölçü və qabaritinə görə əl yükü kimi hava gəmisinin salonuna daşına bilərdi.

8. Cavabdeh “Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti xx.xx.2024-cü il tarixdə 2(006)-697/2024 nömrəli mülki iş üzrə əsl olmayan tərəfin əvəz edilməsi və sübutun xaric edilməsi haqqında ərizə göndərərək bildirmişdir ki, X4 və İddiaçı2 Ürüsanın birgə iddiaları əlaqədar AZAL QSC-nin İstanbul nümayəndəliyindən təqdim edilmiş sərnişin manifestindən məlum olur ki, xx.xx.2022-ci il tarixində “İstanbul-Bakı” istiqamətində J2 9106 nömrəli reysi yerinə yetirmiş hava gəmisində sərnişin kimi iddiaçılardan yalnız X6 qeydə alınaraq uçmuşdur. İddiaçı2 adlı şəxs xx.xx.2022-ci il tarixində “İstanbul-Bakı” istiqamətində J2 9106 nömrəli reysi yerinə yetirmiş hava gəmisinə sərnişin kimi qeydə alınmamış və uçmamışdır. Yaranmış şərait İddiaçı2 AZAL QSC-nin qeyd edilən reysində uçuş üçün bilet almaması (daşıma müqaviləsi bağlamaması) onun məhkəmədə iddia qaldırmaq və hər hansı bir sübut təqdim etmək hüququnun olmadığını ehtiva edir. Yuxarıda göstərilənlərə əsasən, İddiaçı2 əsl olmayan iddiaçı kimi əvəz edilməsi və “Capella” DİŞ TİCARET A.Ş.-nin “Prohorma İnvoce”nun sübutlardan xaric edilməsini məhkəmədən xahiş etmişdir. 9. "xxxx" QSC-nin X7 Aeroportundakı nümayəndəsi Rüstəm Hüseynov xx.xx.2024cü il tarixdə AZAL QSC-nin Hüquq İdarəsinin Hüquq şöbəsinin rəis müavini Sahib Məmmədov tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş sorğuya cavab olaraq bildirmişdir ki, sərnişinlə r vazanı qabaqcadan əməkdaşlara göstərib, tez sınan əşya olduğundan əl yükü kimi təyyarənin bortuna aparmaq istəklərini bəyan etməmiş və onu öz seçimləri ilə qeydiyyata alınmış baqaj kimi daşınmaya təhvil vermişlər. Qeyd edir ki, əgər sərnişinlərdən belə bir müraciət daxil olsa idi, əməkdaşlar birmənalı şəkildə AZAL QSC-nin "Sərnişinlərin, baqajın və yükün daşınması qaydalarına (sonradan-Qaydalar) uyğun olaraq tezsınan əşyanın təyyarənin sərnişin salonunda qeydə alınmamış bağaj (əl yükü) kimi daşınmasına icazə verərdilər. Bildirir ki, sərnişinlər ümümiyyətlə əməkdaşlara qeydiyyata alınmış baqajın dəyərini bəyan etməmişlər, əks təqdirdə vaza Qaydaların 15.6-cı bəndində nəzərdə tutulmuş şərtlərlə daşımaya qəbul edilərdi. Əlavə olaraq qeyd edir ki, sərnişin manefestindən göründüyü kimi xx.xx. 2022-ci il tarixdə İstanbul-Bakı istiqamətində uçuşu yerinə yetirmiş J29106 nömrəli reysə Muhammed Ürüşan Güven sərnişin kimi qeydə alınmamışdır.

10. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumatda qeyd edilmişdir ki, aparılmış tədqiqat nəticəsində üzərində “Special Hand made Nor Collection" yazıları olan vaza əl işi olduğundan və respublikada yerləşən ticarət şəbəkələrində, mağazalarda, internet saytlarında satışı və qiyməti barədə məlumat olmadığından qiymətləndirmə aparmaq mümkün olmamışdır.

11. Məhkəmə tərəfindən mübahisə predmeti olan qırılmış vazanın dəyərini müəyyən etmək məqsədi ilə, “Alternativ Ekspertiza” Mərkəzinə vazanın xx.xx.2022-ci il tarixinə olan sa tış qiyməti barədə mütəxəssis arayışının təqdim edilməsi barədə müraciət olunmuş və “Alternativ Ekspertiza” Mərkəzinin xx.xx.2024-cü il tarixli, 134 nömrəli mütəxəssis arayışı ilə bildirilmişdir ki, mərkəzin qiymətləndirmə üzrə mütəxəssisləri tərəfindən müvafiq araşdırma aparılaraq müəyyən olunmuşdur ki, sözügedən vazanın Azərbaycan Respublikası ərazisində topdan və pərakəndə satış qiymətləri barədə məlumatı əldə etmək mümkün olmamışdır. Lakin, təqdim olunmuş xx.xx.2022-ci il tarixli hesab-faktura sənədinə (“Capella Dis Ticaret’ proforma invoice) əsasən, "X15 Collection" yazıları olan vazanın ilkin satış qiyməti 10000,50 ABŞ dolları məbləğində təşkil etmişdir. 2022-ci ildə Azərbaycan manatının ABŞ dollarına olan məzənnəsi 1,70 manat olduğunu nəzərə alaraq, “X15 Collection” yazıları olan va zanın xx.xx.2022-ci il tarixinə sənəd üzrə satış qiyməti manat ilə 17.000,85 (10000,50 x 1.70) manat təşkil edir. 12. “X16 Sanayi ve Ticaret” Məhdud Şirkətinin GİB**********026 eArxiv faktura qəbzindən görünür ki, “çini miferli kaftan” (kaftan dəblək kaftan) adlı əşyanın dəyəri 13.500 TL, ƏDV məbləği 2700 TL əlavə edilməklə 16200 TL təşkil edir.

13. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-697/2024 nömrəli qətnaməsi ilə, iddia qismən təmin edilərək, cavabdeh "xxxx" QSC-dən dəymiş maddi ziyana görə 805.14 manat, mənəvi zərərə görə 300 manat, məhkəmə xərcinin əvəzi olaraq 31 manat olmaqla, cəmi 1.136,14 manat məbləğində pul vəsaitinin iddiaçı X2 xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir (hakim Vüsalə Musayeva).

14. Məhkəmə müəyyən etmişdir ki, İ ddiaçı1 Türkiyə Respublikasının Sabiha X12 Azərbaycan Respublikasına səfər edərkən ona digər İddiaçı2 tərəfindən tapşırıq şəklində Azərbaycana gətirilməsi həvalə edilmiş vazanı daşıyıcının baqajına təhvil vermişdir. Bakı şəhərinə çatdıqdan sonra baqaj yükünün, yəni vazanın qırıldığını görmüş, cavabdehə pretenziya göndərmiş və pretenziyası əsassız hesab edildikdən sonra məhkəməyə müraciət etmişdir. İddiaçı bildirir ki, ona tezsınan əşyanın baqaja yükləndikdən sonra qırılması halında aviadaşıyıcının məsuliyyət daşımaması izah edilməmişdir. Bu səbəbdən, vazanın dəyərinin ona ödənilməsini və baş verən hadisəyə görə ona dəymiş mənəvi zərərin ödənilməsini istəmişdir.

15. Məhkəmə araşdırması zamanı bir neçə hal mübahisələndirilmişdir. Bunlar cavabdehin qeyd edilən halda məsuliyyətinin istisna edi lməsi, məhv olmuş baqajın dəyəri və İddiaçı2 hazırki iddia tələbi ilə çıxış etməyə subyektiv hüququnun olması ilə bağlı məsələlərdir.

16. Məhkəmə ilk növbədə iddiaçıların belə bir iddia tələbi ilə müraciət etməsi ilə bağlı qeyd etmişdir ki, mübahisə olunan vaza ilkin olaraq İddiaçı2 tərəfindən dəyəri ödənilməklə əldə edilmiş, onun mülkiyyətində olmuş və o, həmin əşyanın Bakıya gətirilməsini İddiaçı1 tapşırmışdır. Vazanın dəyərini ödəyən şəxsin İddiaçı2 olması müəyyən edildiyindən, məhkəmə hesab edir ki, iddia tələbi İddiaçı2 münasibətdə əsaslıdır, digər İddiaçı1 isə cavabdehin daşıma xidmətindən istifadə edən sərnişin olmasına baxmayaraq zərər ona deyil, vazanın dəyərini ödəməklə maddi vəsait sərf etmiş digər İddiaçı2 dəydiyi üçün bu iddia tələbi üzrə yalnız X13 subyektiv hüquqa malikdir.

17. İkinci mübahisə edilən hal cavabdehin daşıyıcı kimi məsuliyyəti ilə bağlı məsələdir ki, məhkəmə bununla bağlı vurğulayır ki, iddiaçı cavabdeh aviaşirkətdən müvafiq daşıma xidməti üçün bilet aldığı zaman, iddiaçının aviadaşıyıcı şirkət tərəfindən müəyyənləşdirilmiş qaydaları qəbul etməklə, tərəflər arasında müqavilə bağlanmış hesab edilir. Cavabdeh aviaşirkətin daxili qaydalarından görünür ki, sərnişinin baqajı rəsmiləşdirildikdən sonra, aviaşirkət həmin baqajın tezsınan əşyalara aid olduğunu, bunu həmin baqajın üzərinə öz loqosu ilə “Fragile” (tezsınan) yapışdırıcısını bərkitməklə bilməsini təsdiqləməklə, həmin əşyanı daşımağa qəbuldan imtina etməmiş, bunun məsuliyyətinin sərnişinə aid edilməsi barədə sərnişini xəbərdar etməsini rəsmiləşdirməmişdir. Bununla da daşıyıcı həmin əşyanı daş ımağa qəbul etdiyi andan onun qorunması və daşınmasına görə məsuliyyəti öz üzərinə götürmüş hesab edilməlidir. Odur ki, cavabdehin onun tezqırılan əşyanın daşınmasına görə məsuliyyətinin istisna edilməsinə dair dəlili tamamilə əsassızdır.

18. Digər mübahisəli hal isə, dəymiş zərərin miqdarının müəyyən edilməsidir ki, iddiaçı qırılan əşyanın dəyərinin 10000,05 ABŞ dolları olduğunu bildirdiyi halda, cavabdeh bunu təkzib edərək əşyanın dəyərinin 13.500 türk lirəsi olduğunu bildirir. Hər iki tərəf öz mülahizəsini müvafiq ödəniş qəbzləri ilə əsaslandırır. Məhkəmə hər iki ödəniş qəbzini müqayisə edərək bu qənaətə gəlir ki, cavabdeh tərəfindən təqdim edilmiş ödəniş qəbzi daha mötəbər hesab edilməlidir. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş sübut yalnız fotoşəkil formasında olduğundan etiba rlılığı müəyyən edilmədiyi halda, cavabdeh tərəfindən təqdim edilmiş ödəniş qəbzindəki QR kod vasitəsi ilə qəbzin həqiqiliyini yoxlamaq mümkün olur. Həmçinin məhkəmə bir məqamı da vurğulamağı zəruri hesab edir ki, həqiqətən də dəyəri 10000 ABŞ dolları olan vazanın yalnız kağız örtüklə örtülərək daşınması üçün ağır çəkili yüklərin də verildiyi ümumi baqaja verilməsi adi məntiqə uyğun deyildir. Əgər, həqiqətən də vaza iddiaçının iddia etdiyi kimi müstəsna əhəmiyyətli əl işi məhsulu olmaqla kifayət qədər yüksək dəyərə malik olmuş olsa idi, nə ona 10000 ABŞ dolları ödəmiş İddiaçı2, nə də vazanın Bakıya gətirilməsi həvalə edilmiş İddiaçı1 onu bu şəkildə daşınması üçün baqaja təhvil verməzdi. Odur ki, məhkəmə bu qənaətə gəlir ki, həmin vazanın dəyəri heç də iddiaçıların iddia etdiyi kimi 10000 A BŞ dolları dəyərində deyil, cavabdehin təqdim etdiyi qəbzə uyğun dəyərdə olması daha qəbulediləndir.

19. Beləliklə, şəxsə dəymiş maddi ziyanın ödənilməsi tələbinin təmin edilməsi üçün ziyan faktı, dəymiş ziyanın məbləği və ziyan vurulmasında təqsirli olan subyektlər və onların ziyan vuran əməlləri müəyyən edilməli olduğundan, hazırki iş üzrə məhkəmə araşdırması zamanı hər bir hal tam şəkildə öz təsdiqini tapmışdır. İddiaçı2 dəyərini ödədiyi vazaya görə həmin vazanı daşımağa qəbul etmiş aviadaşıyıcının təqsirli hərəkətləri nəticəsində vazanın dəyəri məbləğində ziyan dəyməsi sübuta yetirilir. Bununla yanaşı məhkəmə iddiçıya qeyd edilən halla bağlı mənəvi zərər dəyməsini də qəbul edir və bildirir ki, iddiaçıya bu faktla əlaqədar dəymiş mənəvi zərərə görə də kompensasiya ağlabatan həddə cavabd ehdən tutulmalı,İddia tələbi qalan hissədə rədd edilməlidir.

20. Məhkəmə mövqeyini Mülki Məcəllənin 18, 21.1, 21.2, 21.3, 842.1, 842.3, 859.1, 859.2, 1096.1, 1096.2-ci maddələrinə; Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və qanunvericiliyə uyğun olaraq hava daşımalarına dair müqavilələrin rəsmiləşdirilməsi və sənədlərin tərtib edilməsi Qaydası”-nın 4.1.1, 4.3.2, 4.3.7, 4.3.8, 4.4.1-ci, "xxxx" QSC-nin xx.xx.2013-cü il tarixli 120 saylı əmri ilə təsdiq edilmiş “Sərnişinlərin, baqajın və yüklərin daşınması” qaydalarının 15.4.2, 15.4.6, 15.6.1-ci bəndlərinə, o cümlədən Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 107, 119, 217.3. 217.4-cü maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məh kəməsində icraat

21. İddiaçı2 və cavabdeh tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmişdir.

22. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir.

23. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

24. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-6863/2024 nömrəli qətnaməsi ilə, iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbinin təmin edilməmişdir (hakimlər: Namiq Cəfərov – sədrlik edən və məruzəçi, İkram Şirinov, Elşən Kazımov).

25. Məhk əmə kollegiyası mövqeyini belə əsaslandırmışdır: “... ticarət məntəqəsinin verdiyi satıs-alış qəbzindən görünür ki, suvenir vaza keramikadan hazırlanıb (cild 1, iş v. 133). Keramik mallar keyfiyyətinə görə tezsınan və kövrək olur. Bu, həmin vazanın fotosundan da görünür (cild 2, iş v. 21). Bundan başqa, sərnişin iddia ərizəsində bəyan edib ki, vazanın bazar dəyəri 25.500 manat, mənəvi dəyəri 10000 manat, ümumi dəyəri 35.500 manat olub. Göründüyü kimi, sərnişin vazanın tezsınan və kövrək olduğunu bilib, habelə onu 35.000 manat civarında qiymətləndirdiyinə görə vaza onun üçün xüsusi əhəmiyyətə malik olub, buna baxmayaraq, o, vazanı xüsusi mühafizəedici qablaşdırma (qoruyucu yastıqlar və s.) olmadan adi (karton) qablaşdırmada digər sərnişinlərin yükləri ilə birlikdə daşınması üçün daşıyıcya təhvil verib (iş v. 9)

26. Sərnişinin yuxarıda göstərilən hərəkəti zərərin yaranmasına şərait yaradıb. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.3-cü maddəsinə görə, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

27. Vaza tezsınan və kövrək olduğundan, habelə xüsusi mühafizəedici qablaşdırma olmadan daşıyıcıya təhvil verildiyindən, vazanın sınmasına görə daşıyıcı məsuliyyət daşımır. Daşıyıcının məsuliyyətini istisna edən qaydalar aşağıdakılardır.

28. Birinci, "xxxx" QSC-nin xx.xx.2013-cü il tarixli 120 nömrəli əmri ilə təsdiq edilmiş və Azərbaycan Respublikası Dövlə t Mülki Aviasiya Administrasiyası ilə razılaşdırılmış “Sərnişinlərin, baqajın və yüklərin daşınması qaydaları”nın 15.4.7-ci bəndinin birinci abzasından görünür ki, aviaşirkət tezsınan və kövrək əşyaların qeydiyyata alınmış baqaja daxil edilməsini məsləhət görmür. Həmin bəndin sonuncu abzasında qeyd olunub ki, sərnişin bu tövsiyəni yerinə yetirmədiyi təqdirdə aviaşirkət həmin əşyaların çəkisinin əskik gəlməsi istisna olmaqla, onların bütövlüyü və saxlanması üçün məsuliyyət daşımır. Sərnişin İddiaçı1 daşıyıcıdan bilet almaqla həmin qaydalarla razılaşıb.

29. İkinci, Azərbaycan Respublikasının xx.xx.2014-cü il tarixli Qanunu ilə təsdiq edilmiş “Beynəlxalq hava daşımalarının bəzi qaydalarının unifikasiyası üçün Konvensiya”nın 17-ci maddəsinin 2-ci hissəsindən görünür ki, məhv olma, itirilmə və ya zədələnməyə səbəb olmuş hadisə hava gəmisinin göyərtəsində və ya qeydiyyata alınmış baqajn daşıyıcının mühafizəsi altında olduğu müddətdə baş verdikdə, daşıyıcı qeydiyyata alınmış baqajın məhv edilməsi, itirilməsi və ya zədələnməsinə görə məsuliyyət daşıyır. Bunun ardıca həmin maddədə qeyd olunub: “Lakin zərər müəyyən dərəcədə baqaja xas olan... keyfiyyətin... nəticəsidirsə, daşıyıcı məsuliyyət daşımır”.

30. Üçüncü, AR Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və qanunvericiliyə uyğun olaraq hava daşımlarına dair müqavilələrin rəsmiləşdirilməsi və sənədlərin tərtib edilməsi Qaydası”nın 4.3.4-cü bəndinə görə, daşıyıcı baqajın zədələnməsinə görə baqajın dəyərinin azaldığı məbləğ də məsuliyyət daşıyır. Lakin 4.3.7ci bənddən görünür ki, daşıyıcı zədələnmənin daşınan əşyaların təbii xassələri ilə əlaqədar baş verdiyini sübut edərsə, məsuliyyətdən azad olunur...”. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

31. İddiaçı2 apellyasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir.

32. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, cavabdeh bir tərəfdən iddianı qəbul etməsə də, digər tərəfdən vazanın dəyərinin daha az olması barədə sübutlar təqdim etməklə dolayısı ilə iddianın qanuniliyi və əsaslılığını qəbul etmiş, sadəcə məbləğ ilə razılaşmamışdır. Lakin işə baxan apellyasiya məhkəməsi bu hala qiymət verməmişdir.

33. İddiacı şikayətində bildirmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçılar tərəfindən vazanın dəyəri qismində iddia tələbinin ilkin variantında tələb olunan məbləği göstərmiş, iddia tələbinin həcminin azaldılması ilə bağlı ərizəni nəzərə almamışdır.

34. Kassasiya şikayətinin daha bir dəlillinə görə aviadaşıyıcının özü həmin baqajın salonda daşınmasına icazə verməmiş, tezsınan və kövrək olduğunu bilmiş, hətta onun üzərinə “tezsınan əşya” stikerini vurmuş, hər hansı imtina hüququndan istifadə etməmiş və məhkəməyə özünün haqlı olduğunu təsdiq edən hər hansı sənəd təqdim etməmişdir. Əksinə, sərnişin İddiaçı1 Bakı X17 Limanında vazanın qırıldığını bildikdən dərhal sonra bu barədə Hava Limanının aidiyyəti əməkdaşlarına məlumat vermiş, fakt təsdiqini tapmış, bununla bağlı müvafiq akt t ərtib edilmiş və həmin aktın tərtibatı zamanı İddiaçı1 bildirmişdir ki, vazanı əl baqajı kimi salona keçirmək istəmiş, lakin Aviadaşıyıcının nümayəndələri buna imkan verməmiş və o da məcbur qalıb vazanı adi baqaj kimi təhvil vermişdir. Bütün bunlar qeyd edilən aktda öz əksini tapmış və həmin akt həm onun özü, həmdə Aviadaşıyıcının nümayəndələri tərəfindən imzalanmışdır. Cavabdeh həmin aktı mübahisələndirməmiş və məhkəməyə aktın mətəbərliyini şübhə altına alan hər-hansı sübut təqdim etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

35. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz ünvanlayaraq, şikayətin əsassız olduğu üçün təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən h üquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

36. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

37. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

38. Maddə 842.1. Sərnişin daşınması müqaviləsinə görə daşıyıcı müəyyən nəqliyyat növü ilə sərnişini, habelə onun əl yükünü yola düşmə yerindən təyinat yerinə çatdırmağı, sərnişin isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür.

39. Maddə 842.2. Sərnişin daşınması müqaviləsi sərnişinin daşıyıcıdan sərnişin daşınması üçün nəqliyyat sənədi (gediş bileti) aldığı, yaxud gediş haqqı ödəniş alətindən istifadə etməklə ödənildiyi andan və ya daşıyıcının razılığı ilə sərnişinin nəqliyyat vasitəsində yer tutması nəticəsində bağlanmış sayılır.

40. Maddə 842.3. Əgər bu Məcəllənin bu paraqrafından ayrı qayda irəli gəlmirsə, sərnişin daşınması haqqında müqaviləyə tapşırıq müqaviləsi haqqında göstərişlər tətbiq edilir.

41. Maddə 859.1. Yükün itirildiyi və ya məhv olduğu halda daşıyıcı onun tam dəyərini ödəyir. Əgər yük daşıyıcı tərəfindən daşımaya qəbul edildikdən sonra üç ay ərzində çatdırılmazsa, əksi sübut edilənədək itirilmiş sayılır.

42. Maddə 859.2. Bundan başqa, daşıyıcı ça tdırmanın gecikdirilməsi və ya yükün zədələnməsi və ya qismən məhv olması ilə bağlı bütün zərər üçün məsuliyyət daşıyır.

43. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

44. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

45. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

46. Ma ddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.

47. Maddə 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

48. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

49. Maddə 77.1. Hər bir tərəf öz tə ləblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

50. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

51. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

52. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol ver ilmir.

53. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

54. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiy mətləndirilməməlidir.

55. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

56. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

57. İddiaçı2 kassasiya şikayətinin dəlilləri iddia ərizəsində, apellyasiya şikayətində və işə aşağı instansiya məhkəmələri tərəfindən baxılan zaman irəli sürülmüş dəlillərlə eyni məzmunludur, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin dəlillər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmaqla hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür. Hesab edir ki, iddiaçının kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər öz təsdiqini tapmadığından apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

58. İddiaçının kassasiya ş ikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-nin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına i stinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

59. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1 və 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın qismən təmin edilməsi barədə nəticəsi ma hiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)- 6863/2025 nömrəli iş üzrə 27 dekabr 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar