Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1947/2020 19.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli 2(103)-10680/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim G.A.Əsədova, iş № 2(005)-2287/2019) İddiaçı Cavabdeh qarşı iddiası təmin edilərək onlar arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli kredit (borc) müqaviləsi etibarsız hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mü lki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: F.Ş.Talışinski, R.Ə.Eyvazov və Z.Ə.Əliyev) cavabdehin apellyasiya şikayəti təmin edilərək Nərimanov rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. İşin halları: xx xxxxxx 2017-ci il tarixli kredit müqaviləsinə əsasən “xxxxxxxxxxxx” ASC tərəfindən Cavabdeh 36 ay müddətinə illik istifadə dərəcəsi 29,84 % olmaqla 7500 manat məbləğində kredit verilmişdir. Həmin gün, yəni xx xxxxxx 2017-ci il tarixdə Cavabdeh tərəfindən İddiaçı 1 il müddətinə 11.500 manat məbləğində borcun verilməsi barədə notariatda təsdiq olunmuş kredit müqaviləsi bağlanmışdır. xx xxxxxxxx 2018-ci il tarixdə Bakı şəhərinin 6 saylı notariat kontoru tərəfindən xx xxxxxx 2017-ci il tarixli kredit müqaviləsində borcun məbləği kimi göstərilən 11.500 manatın İddiaçı alınıb Cavabdeh verilməsi üçün icra qeydi verilmiş və həmin icra qeydinə əsasən Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsi tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilərək xx xxxxxxx 2018-ci il tarixdə tələbin könüllü icrası barədə E.S. Süleymanova bildiriş göndərilmişdir. Bundan sonra, 2019-cu ilin aprel ayında İddiaçı onunla Cavabdeh arasında bağlanmış kredit müqaviləsinin etibarsız sayılması barədə iddia qaldırmışdır. Tələbini əsaslandırarkən İddiaçı göstərmişdir ki, cavabdehlə birlikdə taxta materiallarından ev quraşdırılması ilə bağlı fərdi əmək fəaliyyəti ilə məşğul olmaq üçün Cavabdeh adına bankdan kredit götürülüb sexin qurulmasına sərf olunması, lakin banka olan borcunun onun tərəfindən ödənilməsi barədə cavabdehlə razılığa gəlmiş, həmin kreditin qaytarılmasının təminatı kimi onlar arasında formal olaraq kredit müqaviləsi bağlansa da əslində həmin müqavilə ilə əlaqədar ona hər hansı məbləğdə pul verilməmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə İddiaçı kassasiya şikayəti verərək cavabdehlə aralarında olan razılaşmaya uyğun olaraq bankdan götürülmüş krediti ödəmək barədə üzərinə cavabdeh qarşısında öhdəlik götürsə də, cavabdehin təklifi ilə bank kreditinin qaytarılmasının təminatı kimi aralarında elə həmin gün formal olaraq borc müqaviləsinin bağlanmasını, sexin yanması ilə əlaqədar fərdi əmək fəaliyyəti ilə məşğul olmalarının mümkün olmamasını, banka ol an borcun onun tərəfindən tam ödənilməsinə baxmayaraq cavabdehin onlar arasında bağlanmış formal müqaviləyə əsaslanmaqla notariat qeydi əsasında ondan 11.500 manat tələb etməsini, lakin apellyasiya instansiyası məhkəməsinin sübutlara düzgün qiymət vermədən, maddi və prosessual hüquq normalarının pozulması ilə işə baxaraq onun iddia tələbini rədd etməsini əsas göstərməklə qətnamənin ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında iddiaçı və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. Cavabdeh Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiyindən məhkəmə tərəfindən onun izahatı dinlənil məmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmalı, qətnamə ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi borc müqaviləsinin etibarsız sayılmasına dair İddiaçı iddiasını rədd edərkən tərəflər arasında bağlanmış müqavilədə bank kreditinə dair borc barədə qeydlərin aparılmamasını, cavabdeh tərəfindən bu münasibətlərin bankla olan kredit münasibətlərin ə aidiyyəti olmadığından etiraf edilməməsini və iddiaçı tərəfindən icra qeydinin mübahisələndirilməməsini əsas göstərmişdir. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi həmin nəticəyə əqdin etibarsızlığı üçün əsas kimi irəli sürülmüş dəlilləri yoxlamadan, onlara müvafiq hüquqi qiymət vermədən, cavabdehin ziddiyyətli izahatları əsasında gəldiyindən qətnamə qanuni və əsaslı sayıla bilməz. İş materiallarından görünür ki, tərəflər birgə biznes fəaliyyəti ilə məşğul olmaq niyyətində olmuş və bu məqsədlə də cavabdehin adına bankdan 7500 manat məbləğində kredit götürülmüşdür. Həmin müqaviləyə əlavə olaraq ümumi razılıq əsasında tərtib edilmiş ödəniş qrafikinə görə Cavabdeh kreditə görə hesablanmış faizlər üzrə banka cəmi 11.440,57 manat ödəmək barədə üzərinə öhdəlik götürmüşdür. B ank krediti müqaviləsinin bağlandığı gün tərəflər arasında daha bir kredit müqaviləsi, yəni Cavabdeh tərəfindən İddiaçı 1 il müddətinə 11.500 manat məbləğində borcun verilməsi barədə müqavilə bağlanmışdır. İşə baxan məhkəmə instansiyaları tərəfindən müəyyən olunmuşdur ki, bankdan götürülmüş kredit həqiqətən də, İddiaçı tərəfindən ödənilmişdir. Cavabdeh isə bank kreditinin götürülmə səbəbləri və onun kim tərəfindən ödənilməli olması və ödənilməsi ilə bağlı ziddiyyətli izahatlar vermişdir. Birinci instansiya məhkəməsində verdiyi izahatında cavabdeh bank kreditinin birgə biznes fəaliyyətinin təmin olunması məqsədi ilə götürülməsi və həmin kreditin ümumi razılaşmaya əsasən iddiaçı tərəfindən ödənilməli olmasını və onun tərəfindən də ödənilməsini göstərməsinə baxmayaraq, apellyasiya şikayətin də və apellyasiya instansiyası məhkəməsində verdiyi izahatında isə bank kreditini öz ehtiyaclarını ödəmək üçün götürdüyünü, bir-iki dəfə iddiaçıdan aylıq borcun ödənilməsini xahiş etsə də iddiaçının bunu etmədiyi üçün cəmi 11.500 manat məbləğində borcu banka özünün ödəməsini göstərmişdir. Göründüyü kimi cavabdeh bank kreditinin götürülmə məqsədi və kim tərəfindən ödənilməsi ilə bağlı yuxarıda göstərildiyi kimi ziddiyyətli izahatlar vermişdir. Banka ödənilməli olan borcun məbləğinin tərəflər arasında bağlanmış borc müqaviləsinin məbləği ilə eyni olması, (11.500 manat) tərəflər arasında bağlanmış borc müqaviləsinin etibarlılığının yoxlanılması üçün mühüm əhəmiyyət kəsb etməsinə baxmayaraq, apellyasiya instansiyası məhkəməsi həmin müqavilənin bağlanması ilə əlaqədar tərəflərin dəlillərini yox lamamış, onlara qiymət verməmişdir. Halbuki məntiqi baxımdan iddiaçının izahatı daha ağlabatan və inandırıcı görünür. İddiaçı onlar arasında borc müqaviləsinin bank krediti müqaviləsi üzrə cavabdehin adına götürülmüş və ona verilmiş kreditin təminatı kimi bağlanmasını iddia etdiyi halda, cavabdeh həmin müqavilənin bank krediti müqaviləsi ilə heç bir aidiyyətinin olmamasını, 11.500 manatı iddiaçıya borc kimi verdiyini bildirməklə iddiaçının göstərdiklərini inkar etmişdir. Cavabdehin qeyri-ardıcıl və ziddiyyətli ifadələrinə görə o, bir tərəfdən sexin qurulması üçün bankdan kredit götürərək iddiaçıya vermiş, digər tərəfdən isə, elə həmin gün iddiaçıya 11.500 manat məbləğində borc vermişdir. Əgər cavabdehin borc verdiyi 11.500 manat məbləğində pulu var idisə onda bankdan 7500 manat məbləğində kreditin götürülüb iddiaçıya verilməsinə və sonra həmin kreditin faizlərlə ödənilməsinə (11.500) ehtiyac yox idi. İddiaçının izahatına görə cavabdeh bankdan götürdüyü 7500 manatdan ona yalnız 6200 manat vermiş, qalan məbləği isə başqa şəxsi kredit borcunu bağlamaq üçün özündə saxlamışdır. İddiaçının izahatından məlum olur ki, bank kreditinin götürüldüyü gün cavabdehin özünün pula ehtiyacı olmuşdur. Belə olduqda onun iddiaçıya 11.500 manat məbləğində borc verməsinin həqiqət olması şübhə doğurur. Tərəflər arasında kredit müqaviləsinin bağlanması və onun notariatda təsdiq olunması o zaman borcludan pulun tələb edilməsi üçün əsas ola bilərdi ki, müqavilə tərəflərin həqiqi niyyətlərinə uyğun bağlanmış olsun və tələb olunan pul məbləği borcluya verilmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəl ləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borclunun öhdəliyi o zaman yaranır ki, müqavilənin predmeti olan pul məbləği “borc verən” tərəfindən “borc alana” verilmiş olsun. Hər iki kredit müqaviləsinin bağlanması ilə əlaqədar İddiaçı göstərdikləri həm məntiqi həm də ağlabatan mühakimə baxımından daha inandırıcı göründüyü üçün onun irəli sürdüyü dəlillərin yoxlanılmasına və qiymətləndirilməsinə ehtiyac olmuşdur. Lakin işə baxan apellyasi ya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərini pozmaqla sübutların qiymətləndirilməsini təmin etməmiş, əqdin etibarlılığına şübhə yaradan dəlilləri yoxlamamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.1-ci maddəsinə görə uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. İddia ərizəsində tərəflər arasında bağlanmış borc müqaviləsinin yalan əqd kimi etibarsız sayılması tələb olunsa da, işin mübahisə olunan halları müqavilənin uydurma əqd kimi etibarsız sayılması üçün əsas verir. Sübut olunacağı təqdirdə müqavilə uydurma əqd kimi etibarsız sayıla bilər. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kollegiya hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə çıxarılmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1947/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1947/2020
19.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver