Məhkəmə qərarları › İş №2(102)-1950/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1950/2020

11.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1950/2020 11.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), X3 və X2 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi ilə, İddiaçı "İddiaçı" Məhdud Məsuliyyətli Cəmiyyətitərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-11906/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Nizami rayon məhkəməsinin (hakim Babək Qasımov) xx xxxxx 2019-cu il tarixli 2(007)-894/2019 nömrəli qətnaməsi ilə İddiaçı-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər – Şeyda Məhərrəmova sədrlik edən və məruzəçi, Vüqar Həsənov, Xəyal Sarıyev) xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami rayon məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi İddiaçı-yə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon məhkəməsinə müraciət edərək Cavabdeh 9350 manat məbləğində pulun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Rəcəbov X1 əmək fəaliyyəti ilə məşğul olmaq ü çün giriş vizasının alınması məqsədi ilə İddiaçı-yə müraciət etmişdir. Onun bu müraciəti əsasında tərəflər arasında xx xxxx 2018-ci il tarixdə 38 nömrəli müqavilə bağlanmışdır. Müqavilə bağlanarkən iddiaçı ilkin olaraq 5500 ABŞ dollarının (9350 manat), viza alındıqdan sonra isə 3000 ABŞ dollarının (5100 manat) ödənilməli olduğunu cavabdehə bildirmişdir. Həmçinin iddiaçı tərəfindən cavabdehə belə bir məlumat da verilmişdir ki, ilkin ödəniləcək 5500 ABŞ dolları (9350 manat) bu işin görülməsi üçün “xxxx” MMC tərəfindən Amerikada fəaliyyət göstərən “xxxx” MMC-yə ödənilməli olan məbləğdir. Cavabdeh isə tələb olunan bu pulun 2500 ABŞ dollarını (4250 manat) müqavilə bağlandıqdan sonra bir neçə gün ərzində, qalan 3000 ABŞ dollarını (5100 manat) müqavilənin bağlanılmasından sonrakı 1 ay ərzində, ye kun 3000 ABŞ dollarını isə (5100 manat) vizanın alınmasından sonra ödəyə biləcəyini bildirmiş və razılaşmanın bu şəkildə edilməsini xahiş etmişdir. Cavabdeh ilə İddiaçı-nin rəhbəriarasında tanışlıq olduğuna və ona etimad edildiyinə görə, iddiaçı onun təklifi ilə razılaşmışdır. Tərəflər arasında bağlanmış müqavilədə isə yenə də cavabdehin xahişinə əsasən ilkin ödənişin yalnız 4250 manat məbləğində olması göstərilmişdir (cavabdeh onunla danışıqların bu şəkildə olduğunu özü də etiraf edə bilər). Bundan sonra müqavilədə sadalanan sənədlərin təhvil verilməsi cavabdehdən tələb olunmuşdur. Cavabdeh isə bu sənədlərdən yalnız pasportun surətini iddiaçıya vermiş, iddiaçının işə başlamasını xahiş edərək lazım olan sənəd və ödənişləri tezliklə edəcəyini vəd etmişdir. Beləliklə “xxxx” MMC tərəfindən müqavilə üzrə öhdəliklərin icrasına başlanılmış, ABŞ-da fəaliyyət göstərən “xxxx” MMC-yə müraciət olunmuş, eyni zamanda xx xxxx 2018-ci il tarixdə adı çəkilən şirkətin tələb etdiyi 5500 ABŞ dolları (həmin günün məzənnəsinə uyğun olaraq 9350 manat) ilkin ödəniş Cavabdeh görə “xxxx” MMC-yə ödənilmişdir. Halbuki, müqavilənin bağlanılmasından xeyli müddət keçməsinə baxmayaraq Cavabdeh nə ilkin ödəniş kimi öz öhdəsinə götürdüyü 4250 manat pulu, nə 1 ay ərzində ödəməli olduğu 5100 manatı iddiaçıya verməmiş, nə də ki, iddiaçının tələb etdiyi sənədləri sonuncuya təqdim etməmişdir. Dəfələrlə cavabdehlə əlaqə saxlanılaraq, müvafiq sənədlərin təqdim olunması tələb olunmuş, əks halda işin görülməsinin qeyri-mümkün olduğu barəsində cavabdehə xəbərdarlıqlar edilmişdir. Lakin cavabdeh yenə də tələb oluna n sənədləri təqdim etməmiş və ödənişləri icra etməmişdir. Cavabdeh tərəfindən müqavilə öhdəlikləri faktiki olaraq yerinə yetirilmədiyinə, yəni zəruri sənədlər təqdim edilmədiyinə görə icraçı müqavilə öhdəliklərini tam şəkildə icra edə bilməmişdir. Belə ki, cavabdehin müqavilə öhdəliklərini icra etməməsi nəticəsində vizanın alınması mümkün olmamış, hətta iddiaçıya 5500 ABŞ dolları (9350 manat) məbləğində maddi ziyan dəymişdir (iddiaçıya dəymiş ziyanı təsdiq edən sənədlər, yəni “xxxx” MMC ilə “xxxx” MMC arasında bağlanmış müqavilə, “xxxx” MMC tərəfindən həmin müqaviləyə uyğun olaraq Cavabdeh barəsində müvafiq işlərin görülməsi üçün “xxxx” MMC-yə müraciət edildikdən sonra “xxxx” MMC tərəfindən Kanadada fəaliyyət göstərən sponsor şirkət “xxxx” MMC-yə müraciət məktubları və cavab məktubları, “x xxx” MMC tərəfindən “xxxx” MMC-yə 5500 ABŞ dolları məbləğində pulun ödənilməsini təsdiq edən qəbzlə təsdiq olunur). Buna görə də yaranmış mübahisənin həll etmək üçün iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı "İddiaçı" Məhdud Məsuliyyətli Cəmiyyəti kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-11906/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu iddia ərizəsinin və apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələb lərini pozmuşdur. Məhkəmə tərəfindən nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır və nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Tərəflərin izahatları: Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmal ı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarına əsasən, İddiaçı ilə Cavabdeh arasında Kanadada əmək fəaliyyəti ilə məşğul olmaq üçün giriş vizasının alınması məqsədi ilə müqavilə bağlanmışdır. “xxxx” MMC tərəfindən Amerikada fəaliyyət göstərən “xxxx” MMC-yə müraciət olunmuş, eyni zamanda xx xxxx 2018-ci il tarixdə adı çəkilən şirkətin tələb etdiyi 5500 ABŞ dolları ilkin ödəniş Cavabdeh görə “xxxx” MMC-yə ödənilmişdir. Müqaviləyə əsasən müqavilə imzalandığı an 4250 manat məbləğində pulu içraçıya ödəməyi, geri qalan 10200 manat pulu isə viza aldıqdan sonra ödəməyi öhdəsinə götürmüşdür. Hazırda iddiaçı cavabdehin xx xxxx 2018-ci il tarixli 38 nömrəli müqaviləsi üzrə öhdəliklərini tam icra etməməsi əsası ilə ona qarşı məhk əmədə iddia qaldırmışdır. xx xxxx 2018-ci il tarixli 38 nömrəli müqavilədən və ona əlavələrdən görünür ki, İddiaçı və Cavabdeh arasında müqavilə bağlanmış və müqavilənin şərtlərinə əsasən icraçı sifarişçini Kanadada əmək məqsədi ilə verilən giriş vizasının alınması ilə bağlı xidmətlərlə təmin etməli, sifarişçi isə göstərilən xidmət müqabilində bu müqavilə ilə müəyyən olunmuş pul məbləğini (xidmət haqqını) təyin olunmuş vaxtlarda icraçıya ödəməyi öhdəsinə götürmüşdür. xx xxxx 2018-ci il tarixli 828476 nömrəli qəbzin tərcümə olunmuş və notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 5500,00 ABŞ dollar pulu müştəri-Cavabdeh üçün “iş icazəsi” almaq məqsədilə “xxxx” LLC-yə ödəmişdir. xx xxxxxx 2018-ci il tarixli 318674/18 nömrəli müqavilənin tərcümə və notarial qaydada təsdiq edi lmiş iki hüquqi tərəf arasında razılaşma müqaviləsinin surətindən görünür ki, ABŞ, Cənubi Karolina qanunları əsasında təsis edilmiş “xxxx” MMC və Azərabaycan Respublikası qanunları əsasında təsis edilmiş İddiaçı ilə icraçı Sifarişçi tərəfin müştərilərinə Kanadaya “Təhsil icazə və iş icazəsi” xidmətləri təqdim edir və Sifarişçi bu müqavilədə göstərilən bütün məbləğlər üçün icraçıya xidmət haqqını tam ödəməyi öhdəsinə götürür. “xxxx” LLC-nin xx xxxx 2018-ci il tarixli məktubunun tərcümə və notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh Musaqat-ŞV********/Azərbaycan vətəndaşı/ Müqavilə № 38 üzrə İddiaçı şirkətinin sifarişini almışdır. “xxxx” LLC-nin xx xxxx 2018-ci il tarixli məktubunun tərcümə və notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh Musaqat oğlu (Ş V********/Azərbaycan vətəndaşı) adlı müştəri üçün sponsorluq prosesinə başlanılacaqdır. Vacib qeyd: Müvəqqəti xarici işçinin işə götürülməsi, Kanada insan Resursları və Bacarıqların İnkişafı (HRSDC) müsbət “əmək bazarı fikirləri” (LMO) üçün müraciət edən işəgötürənlər ilə başlayır. Təsdiq edilmiş LMO olmadan, Vətəndaşlıq və immiqrasiya Kanada iş icazəsi verə bilməz. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Apelyasiya instansiyası məhkəməsi iş materialları araşdıraraq və qanunvericiliyin tələblərini rəhbər t utaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq mülki iş barəsində düzgün qənaətə gəlmişdir. Belə ki, Cavabdeh İddiaçı qarşısında öhdəliyi yaranmadığından iddiaçının cavabdehdən 9350 manat məbləğində pulun ödənilməsini tələb etməkdə haqlı deyil. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələr olmaqla qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətb iq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. İddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi və apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən iddiaçının göstərdiyi dəlillərə hüquqi qiymət verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, maddi və həmçinin prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlan ılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı "İddiaçı" Məhdud Məsuliyyətli Cəmiyyətinin kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-11906/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar