Məhkəmə qərarları › İş №2(102)-1950/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1950/2021

12.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1950/2021 12.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh, “X12” Məhdud Məsuliyyətli Cəmiyyətinə və X5 qarşı ilkin Cavabdeh qarşılıqlı iddia tələblərinə dair iş üzrə QƏRARİ Açar sözlər: əqdin etibarsızlığı, iddianın əsası, hüquqi şəxsə və səhmdara (payçıya) dəyən zərərə görə məsuliyyət, xüsusi əhəmiyyətli əqd, ümumi yığıncağın müstəsna səlahiyyətləri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, İddiaçı vəkili Vəkil2, cavabdehlər Cavabdeh və X3 nümayəndəsi, vəkil X4 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8064/2020 nömrəli iş üzrə 12 noyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 12 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları X11 Tangudur (bundan sonra – iddiaçı) olan və 03.08.1999-cu il tarixdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmış “xxxx” Yapı Malzemeleri MMC-nin adı 19 iyul 2002-ci il tarixdə dəyişdirilərək müəssisə “X12” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – MMC) adlandırılmış, 29.04.2008-ci il tarixdə müəssisənin ümumi yığıncağının qərarı ilə Cavabdeh nizamnamə fonduna 50 faiz məbləğində əmlak qoymaqla müəssi səyə təsisçi kimi daxil edilmişdir. 27 may 2014-cü il tarixdə cəmiyyətin nizamnamə kapitalı 449200 manata artırılmaqla yenidən dövlət qeydiyyatından keçirilmişdir. Hazırda müəssisənin təsisçiləri Cavabdeh (50%) və İddiaçı (50%), qanuni təmsilçisi Cavabdehdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh və MMC-yə qarşı iddia ərizəsi, sonradan isə X6 da cavabdeh qismində göstərdiyi iddia tələblərinin dəqiqləşdirilməsi (iddia ərizəsinə əlavə) barədə ərizə ilə məhkəməyə müraciət edərək, MMC və X7 arasında bağlanmış 16.09.2019-cu il tarixli üzləşmə aktının və 25 iyul 2019-cu il tarixli 19/07-05 saylı müqavilənin etibarsız hesab edilməsi, MMC tərəfindən X5 ödənilmiş 492000 manat pul vəsaitinin X2 alınaraq MMC-nin xəzinəsinə qaytarı lması, 2007-ci ildən 2019-cu ilə qədər MMC-nin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin, o cümlədən 3 ədəd yaşayış binasının tikintisindən əldə edilmiş 3 176 000 manatın, beton zavodun fəaliyyəti ilə əlaqədar əldə edilmiş 1 440 000 manatın, ağır texnikanın icarəsindən əldə edilmiş 270 000 manatın, avtonəqliyyat vasitələrinin icarəsindən əldə edilmiş 756 000 manatın, daşınmaz əmlakın icarəsindən əldə edilmiş 210 000 manatın, MMC tərəfindən görülmüş podrat işlərindən əldə edilmiş 500 000 manatın, ümumilikdə isə 6 467 200 manat məbləğində xalis mənfəətin 50 faizinin, yəni 3 233 600 manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını, həmçinin MMC-nin direktoru Cavabdeh barəsində xüsusi qərardad qəbul olunaraq Baş prokurorluq yanında Korrups iyaya qarşı Mübarizə İdarəsinə məlumat verilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, bir təsisçi kimi borc məbləğindən və onun əvəzinin ödənilməsindən xəbəri olmayıb. Əslində mənfəətin bölünməsini tələb etdikdən sonra cavabdeh MMC-nin borcla işləməsi görüntüsü yaratmaq və MMC-yə məxsus bahalı əmlakları balansdan çıxarmaq üçün bu yola əl atıb. Üzləşmə aktında göstərilən əmlaklar real dəyərindən çox aşağı qiymətə borcla əvəzləşdirilərək özgəninkiləşdirilib və ya belə görüntü yaradılıb. Həmin əmlaklardan bəzilərinin nizamanamə fonduna pay şəklində qoyulması səbəbilə onların direktor tərəfindən satılması qanunsuz olub. X2 alındığı iddia edilən borc məbləğləri vergi hesabatlarında əksini tapmayıb. Cavabdeh qarşılıqlı iddia ərizəsi təqdim edərək, iddiaçıdan 1 944 092 m anat və 7474,24 ABŞ dolları vəsaitin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırmışdır ki, Cəmiyyətin nizamnaməsi 2014-cü ildə yenilənərək təsdiqləndikdən sonra iddiaçı cəmiyyətin fəaliyyəti ilə bağlı maraqlanmamış, İsmayıllı rayonu, M.F.Axundov küçəsində üç bloklu çoxmərtəbəli yaşayış evlərinin tikintisində heç bir vəsait cəlb etməmiş, 2007-ci ildən 2019-cu ilə qədər əldə olunmuş xalis mənfəətin 50 faizinin tələb etməsinə baxmayaraq, cəmiyyətə həmin ərəfələrdə cəlb olunan vəsaitin 50 faizini ödəməmişdir, buna görə də onun Cəmiyyətə 3 862 773,62 manat və 14 948 ABŞ dolları məbləğində borcu yaranmışdır və bu borc məbləği iddiaçıdan onun xeyrinə tutulmalıdır. Məhkəməyə təqdim edilmiş sənədlərə əsasən MMC-nin adından qanuni təmsilçi qism ində Cavabdeh ilə X7 arasında bağlanmış 03.04.2014-cü il, 14.07.2014-cü il və 01.08.2014-cü il tarixli müqavilələr əsasında adı çəkilən şəxs MMC-yə ümumilikdə 600000 manat borc vermiş (hər müqavilə üzrə 200 000 manat), alınmış borc məbləğləri 07.05.2014-cü il, 18.07.2014-cü il və 04.08.2014-cü il tarixlərdə MMC-nin xəzinəsinə mədaxil edilmiş, 09.09.2014-cü il tarixdə 363 490 manat, 20.12.2017-ci il tarixdə 12 470 manat, 29.11.2018-ci il tarixdə 40 000 manat, 29.11.2018-ci il tarixdə 36 540 manat, 29.11.2018-ci il tarixdə 39 500 manat MMC-nin xəzinəsindən nağd şəkildə X5 qaytarılmış, 02.09.2019-cu il tarixli qaimə-fakturaya əsasən 21 000 manat dəyərində beton hazırlanması üçün avadanlıqlar borc əvəzində X5 verilmiş, 30.09.2019-cu il tarixinə MMCnin X5 87 000 manat borcu qalmışdır. 16.09.201 9-cu il tarixli üzləşmə aktına görə MMC və X7 arasında bağlanmış 03.04.2014-cü il, 14.07.2014-cü il və 01.08.2014-cü il tarixli müqavilələr əsasında adı çəkilən şəxsdən alınmış 600 000 manat borcun 492 000 manatı pul vəsaiti şəklində, 108 000 manatı isə əmlak şəklində (“Mercedes-Benz Axor” yük maşını - 72 000 manat, Beton hazırlanması üçün avadanlıq – 21 000 manat, “Man yük” maşını – 15 000 manat) qaytarılmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-308/2020 nömrəli iş üzrə 17 mart 2020-ci il tarixli qətnaməsi ilə (hakim K.Əmirxanova) ilkin və qarşılıqlı iddia tələbləri təmin edilməmişdir. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, hər iki tələb sübutlarla təsdiq edilmədiyindən, təmin oluna bilməz. İlk iddia tələbinin ü zləşmə aktının və alqı-satqı müqaviləsinin ləğv edilməsi hissəsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, cavabdeh MMCnin məhkəməyə təqdim edilmiş nizamnaməsindən göründüyü kimi, bu cür əqdlərin bağlanması cəmiyyətin ümumi yığıncağının səlahiyyətlərinə aid deyil. Odur ki, məhkəmə həmin əqdlərin ləğvi üçün əsas görmür. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-8064/2020 nömrəli iş üzrə 12 noyabr 2020-ci il tarixli qərardadı ilə iddiaçının və Cavabdeh apellyasiya şikayətləri qismən təmin olunmuş, birinci instansiya məhkəməs inin qətnaməsi iddiaçının “2007-ci ildən 2019-cu ilə qədər MMC-nin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin, o cümlədən 3 ədəd yaşayış binasının tikintisindən əldə edilmiş 3 176 000 manatın, beton zavodun fəaliyyəti ilə əlaqədar əldə edilmiş 1 440 000 manatın, ağır texnikanın icarəsindən əldə edilmiş 270 000 manatın, avtonəqliyyat vasitələrinin icarəsindən əldə edilmiş 756 000 manatın, daşınmaz əmlakın icarəsindən əldə edilmiş 210 000 manatın, MMC tərəfindən görülmüş podrat işlərindən əldə edilmiş 500 000 manatın, ümumilikdə isə 6 467 200 manat məbləğində xalis mənfəətin 50 faizinin, yəni 3 233 600 manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq ona ödənilməsi” tələblərinin təmin edilməməsi hissəsində ləğv edilmiş, iddiaçının həmin iddia tələbləri üzrə icraata xitam verilmişdi r. Apellyasiya instansiyası məhkəməsinin eyni tarixli qətnaməsi ilə (hakimlər – E.Həsənov (sədrlik edən və məruzəçi), X.Mərdanova və F.Babayev) iddiaçının və Cavabdeh apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının cavabdehlər “X12” MMC və X7 arasında bağlanmış 16.09.2019-cu il tarixli, üzləşmə aktının və 25 iyul 2019-cu il tarixli 19/07-05 saylı müqavilənin etibarsız hesab edilməsi, MMC tərəfindən X5 ödənilmiş 492 000 manat pul vəsaitinin X2 alınaraq MMC-nin xəzinəsinə qaytarılması barədə ilkin iddia tələbinin, həmçinin Cavabdeh qarşılıqlı iddia tələbinin təmin edilməməsi hissələrində dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Cavabdeh MMC-nin 50% payla təsisçisi, eyni zamanda direktorudur (qanuni nüma yəndəsidir) və həm sözügedən üzləşmə aktı, həm də müvafiq müqavilə MMC-nin adından onun tərəfindən imzalanmışdır. Cavabdeh MMC-nin nizamnaməsinin 4.5-ci bəndinə əsasən cəmiyyətin fəaliyyətinə cari rəhbərlik cəmiyyətin icraedici orqanı və qanuni təmsilçilik funksiyasına malik olan Direktor tərəfindən həyata keçirilir. Direktor cəmiyyətin adından vəkalətnaməsiz fəaliyyət göstərir, cəmiyyətin operativ idarə edilməsini həyata keçirir, üçüncü şəxslərlə münasibətdə, o cümlədən məhkəmədə cəmiyyəti təmsil edir, cəmiyyətin adından əqdlər bağlayır, ümumi yığıncağın və digər idarəetmə orqanlarının səlahiyyətlərinə aid edilməyən digər səlahiyyətləri həyata keçirir. Göründüyü kimi, ilkin iddiaçının mübahisələndirdiyi üzləşmə aktı və müqavilə lazımi subyektlərin (səlahiyyətli şəxslərin) arasında bağla nmışdır; həmin əqdlərin, bu növ əqdlər üçün nəzərdə tutulmuş forma və məzmuna uyğun olmadığı da irəli sürülməmiş, onları bağlamış şəxslərin arasında iradə vahidliyinin yoxluğu isə sübuta yetirilməmişdir. Bundan başqa, X1 (borc əvəzi verilən) əmlakların bəzilərinin nizamnamə fonduna pay şəklində qoyulması səbəbilə onların direktor tərəfindən satılmasının qanunsuz olması barədə ilkin iddiaçının dəlilləri Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 91.2, 91.3.6, 90.8-ci maddələrinin tələbləri baxımından əsassızdır. Həmçinin iş üzrə cavabdeh MMC-nin nizamnamə kapitalının azaldılmış olduğu müəyyən olunmamışdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, ilkin iddiaçının müvafiq əqdlərin etibarsız hesab edilməsi tələbi əsaslı deyildir və birinci instansiya məhkəməsinin bununla bağlı gəldiyi nəticə qanuni olmuşdur. Kollegiya onu da qeyd etmişdir ki, cavabdeh MMC-nin 50% payla təsisçisi olan iddiaçı üzləşmə aktında göstərilən əmlakların real dəyərindən aşağı qiymətə satıldığını (borcla əvəzləşdirildiyini) iddia edirsə, qanunvericiliyin yuxarıda sadalanan müddəalarının ona verdiyi hüquqdan istifadə edərək Cavabdeh qarşı müvafiq iddia tələbi irəli sürə bilər. Kollegiya, birinci instansiya məhkəməsinin ilkin iddiaçının “MMC tərəfindən X5 ödənilmiş 492 000 manat pul vəsaitinin həmin şəxsdən alınaraq MMC-nin xəzinəsinə qaytarılması” tələbi üzrə gəldiyi nəticəni də əsaslı hesab etmiş və qeyd etmişdir ki, adı çəkilən şəxslə borc müqavilələri bağlandığı audit rəyi ilə də müəyyən edilmiş, göstərilən məbləğ isə borcun qaytarılması məqsədilə ona ödənilmişdir. Məhkəmə kollegiyası öz mövqeyini Mülki Məcəllənin 49.1-49.5, 90.8, 90.6, 91.2, 91.3.6, 324, 337.1, 339, 390.5, 404-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işin mühüm əhəmiyyəti olan hallarını aydınlaşdırmamış, iş üzrə tətbiq edilməli olmayan maddi hüquq normalarını tətbiq etmiş, prosessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətinin əsaslı olduğunu bildirərək, onun təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ilkin iddianın təmin edilməyən hissəsində ləğv edilməsi və işin həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etdi. Cavabdehlər Cavabdeh və X3 nümayəndəsi, vəkil X8 məhkəmə iclasında kassasiya şikayətinin təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul olunmasını xahiş etdi. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiy a şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələ nsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən yalnız iddiaçı kassasiya şikayəti verdiyindən, habelə şikayətin və iddiaçının vəkilinin izahatının dəlilərinə əsasən həmin məhkəmə aktı ilkin iddianın təmin edilməyən hissəsi ndə yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə 49.3. Hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Hüquqi şəxsin nizamnamə kapitalında ən azı 5 faiz paya (səhmə) malik olan iştirakçısının (iştirakçılarının) tələbi ilə o, vəzifələ rini pozduğu halda, pozuntu nəticəsində hüquqi şəxsə dəymiş zərərin əvəzini ödəməlidir. 49.4. Hüquqi şəxsin mənafeləri üçün bu Məcəllə ilə müəyyən edilən vəzifələrini yerinə yetirməyən və ya lazımınca yerinə yetirməyən hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs hüquqi şəxsə və ya səhmdara (payçıya) dəyən zərərə görə aşağıdakı hallarda məsuliyyət daşıyır: 49.4.1. hüquqi şəxsin zərərlə işlədiyi halda və ya hüquqi şəxsin mənfəətinə qeyrimütənasib həcmdə hüquqi şəxsin idarəetmə orqanlarının üzvlərinə bonusların ödənilməsi; 49.4.2. hüquqi şəxsin əmlakının bazar şərtlərindən əhəmiyyətli dərəcədə aşağı şərtlərlə və qiymətlə özgəninkiləşdirilməsi və ya istifadəyə verilməsi; 49.4.3. h üquqi şəxsə aidiyyəti olan şəxslərlə qanunun tələblərini pozan və ya hüquqi şəxsin maraqlarına təhlükə yaradan müqavilələrin bağlanması; 49.4.4. hüquqi şəxsin bağlanmış müqavilələr əsasında malları (işləri, xidmətləri) onların real dəyərindən əhəmiyyətli dərəcədə yuxarı qiymətə satın alması; 49.4.5. özü üçün, hüquqi şəxsə aidiyyəti olan şəxslər və ya digər şəxslər üçün maddi və qeyri-maddi əmlak nemətləri və bu cür əmlaka hüquqların təmin edilməsi məqsədi ilə hüquqi şəxsin əmlakının mənimsənilməsi və ya israf edilməsi; 49.4.6. səhmdarlara (payçılara) vuran əqdlərin bağlanması. münasibətdə ədalətsiz və ya onlara ziyan Maddə 87.10. Məhdud məsuliyyətli cəmiyyətin xalis aktivlərinin dəyərinin əlli faizindən artıq məbləğdə olan əqd xüsusi əhəmiyyətli əqd hesab edilir. Xüsusi əhəmiyyətli əqdin bağlanılması barədə qərar cəmiyyətinin iştirakçılarının ümumi yığıncağında qəbul edilir. Maddə 91.3. Məhdud məsuliyyətli cəmiyyət iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətinə aşağıdakılar aiddir:...91.3.6. bu Məcəllənin 49-1.2-ci və 87.10-cu maddələrində nəzərdə tutulmuş əqdlərin bağlanması haqqında qərar qəbul etmək. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (maddə 337.1). Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir (maddə 337.2). Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasında n asılı olmayaraq özlüyündə etibarsız olan əqddir (maddə 337.3). Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (maddə 337.4). Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (maddə 337.5). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Azərbaycan Respublikasının Mülki Məcəlləsi etibarsız əqdlərin mübahisə edilən və əhəmiyyətsiz əqdlər növlərini müəyyən edir. Birinci əqdlər barəsində mübahisə edildikdə həmin əqdlər bağlandığı andan etibarsız olur. Əhəmiyyətsiz əqdlər isə məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsızdır. Etibarsız əqdlər onların etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, başqa hüquqi nəticələrə səbəb olmur və bağlandığı andan etibarsızdır (maddə 337). Bu baxımdan qanunda birbaşa nəzərdə tutulmuş hallar istisna olmaqla bağlanmış əqd etibarsız olduğu üçün onun nəticələrinin tətbiqi (ödənilən məbləğlərin və ya əmlakların geri qaytarılması və s) barədə iddia verən şəxs mütləq qaydada əqdin etibarsızlığı barədə ayrıca tələb irəli sürməyə borclu deyil. Yaxud əqdin etibarsızlığı barədə ayrıca tələb irəli sürülmədiyi əsası ilə belə iddialar rədd oluna bilməz. Bu cür iddialarda əqdin etibarsız olması iddianın əsasını tə şkil etdiyi üçün mübahisəni mahiyyəti üzrə həll edən məhkəmə hər bir halda tərəflər arasında iddiaçının istinad etdiyi əsaslarla etibarlı əqdin bağlanıb-bağlanmadığı barədə məsələyə, başqa sözlə iddianın əsaslı olub-olmadığına qiymət verməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 avqust 2012-ci il tarixli Qərarında da ifadə edildiyi kimi iddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur. Baxılan iş üzrə iddiaçı 50% payla təsisçisi olduğu hüquqi şəxsin adından bağlanmış borc müqaviləsi üzrə ödəni lən məbləğlərin və borcun əvəzi kimi verilmiş əmlakların geri qaytarılmasını tələb edir. İddia tələbi onunla əsaslandırılmışdır ki, əslində hüquqi şəxslə üçüncü şəxs arasında bağlanmış borc müqaviləsi uydurma əqddir və heç bir hüquqi nəticə yaratmaq niyyəti olmadan bağlanmışdır. Bu baxımdan iddianın əsası kimi istinad olunan hal – etibarlı borc müqaviləsinin bağlanıb-bağlanmadığı barədə məsələyə, başqa sözlə əqdin uydurma olması səbəbilə əhəmiyyətsiz olub-olmamasına hüquqi qiymət verilmədən həmin müqavilə üzrə verilənlərin qaytarılması tələbinin mahiyyəti üzrə həlli mümkün deyildir. İddiaçının belə bir iddianı qaldırmağa subyektiv hüququnun olub-olmadığı məsələsinə münasibətdə isə Məhkəmə kollegiyası aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikasının mülki qanun vericiliyi hüquqi şəxsdə müəyyən paya malik olan təsisçilərin (payçıların) hüquqi şəxsin fəaliyyəti və mənafeləri ilə öz adından iddia qaldırmaq hüquqlarını istisna etmir. Belə ki, Mülki Məcəllənin 49-cu maddəsinə əsasən hüquqi şəxs adından çıxış edən şəxs qanundan və hüquqi şəxsin nizamnaməsindən irəli gələn vəzifələrini pozduğu halda hüquqi şəxsin nizamnamə kapitalında ən azı 5 faiz paya (səhmə) malik olan iştirakçının (iştirakçıların) pozuntu nəticəsində hüquqi şəxsə dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır (49.3). Eyni zamanda hüquqi şəxsin adından əqdlər bağlayarkən, habelə Məcəllənin 49.4.149.4.6-cı maddələrində sadalanan vəziyyətlərdə bu vəzifələri pozan hüquqi şəxs adından çıxış edən şəxs həm hüquqi şəxsə, həm də səhmdara (payçıya) dəyən zərərə görə məsuliyyət daşıyır (49.4). Bu məsələ ilə bağlı, həmçinin nəzərə alınmalıdır ki, hüquqi şəxsin növlərindən biri olan məhdud məsuliyyətli cəmiyyətin xalis aktivlərinin dəyərinin əlli faizindən artıq məbləğdə olan əqdlər xüsusi əhəmiyyətli əqdlər hesab edilir və belə əqdlərin bağlanması cəmiyyətin ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir (Mülki Məcəllənin 87.10 və 91.3.6-cı maddələri). Bu baxımdan hüquqi şəxsin iştirakçıları tərəfindən hüquqi şəxsin adından bağlanmış əqdlərin mübahisələndirilməsi zamanı həmin əqdlər Mülki Məcəllənin 87.10-cu maddəsi baxımından dəyərləndirilməli, hüquqi şəxsin adından ümumi yığıncağın qərarı olmadan bağlanan belə əqdləri mübahisələndirmək hüququ həm hüquqi şəxsin özü, həm də iştirakçısı (iştirakçıları) üçün tanınmalıdır. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi şəxsin təsisçisinin (iştirakçısının) hüquqi şəxsin adından onun təmsilçisi (o cümlədən digər təsisçisi (iştirakçısı) olan şəxs) ilə üçüncü şəxslər arasında bağlanmış və əhəmiyyətsiz hesab etdiyi əqd üzrə ödənilən məbləğlərin və ya verilmiş əmlakların qaytarılması barədə iddiaya yuxarıda istinad olunan maddi hüquq normalarının tələbləri nəzərə alınmadan baxılması son nəticədə yuxarıda sadalanan maddi hüquq normalarının pozulmasına səbəb olmuşdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddiaçının kassasiya şikayəti baxılan hissədə təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilkin iddianın təmin edilməyən hissəsində ləğv edilməli, iş həmin hissədə yeni apellyasiya baxışına göndərilməli, işə yenidən baxılarkən bu Qərarın əsaslandırıcı hissəsində istinad olunan maddi hüquq normalarının tələblərinə cavab verən məhkəmə aktı qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qətnamənin ləğv olunmasına aid hissədə təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8064/2020 nömrəli iş üzrə 12 noyabr 2020-ci il tarixli qətnaməsi qismən – 16.09.2019-cu il tarixli üzləşmə aktının və 25 iyul 2019-cu il tarixli, 19/07-05 saylı müqavilənin etibarsız hesab edilməsi, ödənilmiş 492 000 manat pul vəsaitinin qaytarılması barədə ilkin iddia tələblərinin təmin edilməməsi hissəsində ləğv edilsin və iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar