Məhkəmə qərarları › İş №2(102)-1952/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1952/2020

17.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1952/2020 17.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X4 və X5 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassatorun vəkili X2 və cavabdehlərdən Cavabdeh4 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi XXX kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli qətnaməsi ilə (iş № 2(010)-04/2017, hakim N.T.Tağıyeva) İddiaçı ASC -nin cavabdehlər Cavabdeh7 MMC, “xxxx” MMC, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4, Cavabdeh8, X3, Cavabdeh10 və Cavabdeh11 qarşı kredit müqaviləsinin ləğv edilməsi, ipoteka müqavilələrinin etibarlı hesab olunması, kredit borcunun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi, əmlakların açıq hərracdan satılması və boşaldılması tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-1466/2019, hakimlər E.M.Həsənov, X.A.Mərdanova və F.F.Babayev) İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi XXX apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə ləğv edilmiş, iddia qismən təmin edilmiş, Cavabdeh7 MMC və Cavabdeh8 müştərək qaydada 430.444 ABŞ dolları məbləğində əsas borc, həmçinin xx.xx.2012-ci il tarixindən xx.xx.2016-cı il tarixinədək keçən dövr üçün illik 5% hesabı ilə 352.350 ABŞ dolları faiz borcu olmaqla cəmi 782.794 ABŞ dolları məbləğində pulun ödəniş günü olan məzənnəsinə uyğun Azərbaycan manatı ilə iddiaçının xeyrinə tutulması, ipoteka predmetləri olan X1 məxsus ilkin satış qiyməti 175000 olan Bakı şəhəri, Nəsimi rayonu, Əlibəy Hüseynzadə küçəsində 0.1624 ha torpaq sahəsində yerləşən 18 nömrəli yaşayış mənzilinə, Cavabdeh1 məxsus ilkin satış qiyməti 75.000 olan Bakı şəhəri, Yasamal rayonu, Əbdülrəhim Haqverdiyev küçəsi, 584 saylı məhəllədə 0.702 ha torpaq sahəsində yerləşən 23 nömrəli mənzilə, “xxxx” MMC-yə məxsus ilkin satış qiyməti 225.000 manat olan Bakı şəhəri, Xətai rayonu, Nobel prospektində istifadədəki 2.468 ha torpaq sahəsində yerləşən qeyri-yaşayı ş sahəsinə tutma yönəldilməsi, həmin əmlakların hərracda satılması, həmin əmlakların satışından əldə edilmiş pul vəsaiti hesabına iddiaçıya olan kredit borcunun ödənilməsi, həmin məbləğlər ödənildikdən sonra ipoteka predmetlərinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin X1, Cavabdeh1 və “xxxx” MMC-nə bərabər nisbətlərlə qaytarılması, ipoteka predmetləri olan mənzilləri satıldıqdan sonra 1 ay ərzində boşaldılması qət edilmiş, iddia qalan hissələrdə rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (iş 2(102)-5704/2019 hakimlər A.K.Kalbalıyev, V.Ə.İbayev, Ə.Ə.Əliyev) ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi XXX kassasiya şikayəti qismən təmin edilmiş, Cavabdeh7 MMC-nin ka ssasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxx 2019-cu il tarixli qətnaməsi cərimə və dəbbə pulu tələbinin təmin edilməməsi hissəsində ləğv edilərək, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-13403/2019, hakimlər E.Y.ŞCavabdeh6ev, M.A.Məmmədov və Ş.Ə.Məhərrəmova) İddiaçı ASC-nin ləğvedicisi XXX apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə apellyasiya baxışının predmeti olan hissədə, yəni cərimə və dəbbə pulu tələbinin təmin edilməməsi hissəsində ləğv edilmiş, həmin hissələrdə iddia qismən təmin edilmiş, Cavabdeh7 MMC və Cavabdeh8 müştərək qaydada 43.0 44 ABŞ dolları dəbbə pulunun ödəniş günü üçün məzənnəsinə uyğun Azərbaycan manatı ilə iddiaçının xeyrinə tutulması, ipoteka predmetləri olan əmlaklara tutma yönəldilərkən, həmin əmlaklar hərracda satılarkən, onların satışından əldə edilmiş pul vəsaiti hesabına əsas və faiz borcu ilə yanaşı 43.044 ABŞ dolları dəbbə pulu üzrə borcun iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Həmin qətnamədən iddiaçının nümayəndəsi verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib, iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: xx xxxxxx 2012-ci il tarixdə İddiaçı ASC Cavabdeh7, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4, Cavabdeh8, X3, Cavabdeh10 və Cavabdeh11 qarşı kredit müqaviləsin in ləğv edilməsi, ipoteka müqavilələrinin etibarlı hesab olunması, kredit borcunun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi, əmlakların açıq hərracdan satılması və boşaldılması tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxşlərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən, maddi və prosessual hüquq normaları pozulmuş, iş üzrə əhəmiyyət kəsb edən hallar, o cümlədən cavabdehin qrafik üzrə ödənişləri gecikmələrlə icra etməsi, bu səbəbdən də kredit müqaviləsinin şərtlərinə uyğun olaraq ödəniş məbləğinə ikiqat faizin hesabl anması nəzərə alınmamışdır. Məhkəmə kollegiyasının iclasında kassatorun vəkili kassasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh vəkilsiz iştirak etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddia tələbinin əsasını kredit m üqaviləsi üzrə əsas borc, faiz borcu və dəbbə pulunun tutulması, tutmanın ipoteka predmetlərinə yönəldilməsi təşkil edir. Kassasiya instansiya məhkəməsi tərəfindən apellyasiya məhkəməsinin qətnaməsi iddiaçının kassasiya şikayəti əsasında cərimə və dəbbə pulunun tutulmasına dair tələbin rədd edilməsi hissəsində ləğv edilərək, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmaqla qanuni qüvvəsini almışdır. İddiaçı bank 174.000 ABŞ dolları məbləğində cərimə və 506.134 ABŞ dolları məbləğində dəbbə pulunun tutulmasını tələb etmişvə həmin tələblərini kredit müqaviləsində nəzərdə tutulan şərtlərə istinad etməklə əsaslandırmışdır. İddiaçının istinad etdiyi xx xxxx 2011-ci il tarixli kredit xətti müqaviləsinin 3.8 və 3.9-cu bəndlərinə əsasən borc alan üzərinə düşən öhdəlikləri icra etmədikdə (lazımınca icra etmədikdə, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün) bu müqavilənin 10-cu bəndində nəzərdə tutulmuş dəbbə pulunu ödəyəcəyini vəd edir. Müqavilənin “Dəbbə pulu və zərər” adlanan hissəsinin 10.1-ci bəndinə əsasən, bu müqavilə üzrə borc alanan üzərinə düşən öhdəliklərin icra etməməsi və ya lazımınca icra etməməsi və yaxud müəyyənləşdirilmiş müddətdə icra etməməsi üçün dəbbə pulu müəyyənləşdirilir. Həmin Müqavilənin 10.2-ci bəndinə əsasən, borc alan üzərinə üzərinə düşən öhdəliklərin icra etmədikdə və yaxud müəyyənləşdirilmiş müddətə icra etmədikdə kreditin ödənilməmiş məbləğinin hər gecikdirilmiş günü üçün kreditin qalıq məbləğinin 0,05% miqdarında borc verənə dəbbə pulu ödəm əlidir. Göründüyü kimi, müqavilənin qeyd edilən bəndlərində gecikdirilmiş borc yaranan halda tətbiq edilən sanksiya kimi dəbbə pulu kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Əsas fəaliyyəti kreditlər təqdim etməklə, bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində d əbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Çünki dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu, öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə uyğun olmaz. İşə yenidən baxan apellyasiya məhkəməsi hesab etmişdir ki, kredit alan cavabdeh müqavilə üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyindən və bu hal üçün müqavilə ilə onun tərəfindən kredit verən banka dəbbə pulunun ödənilməsi nəzərdə tutulduğundan, iddiaçının Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462-ci maddəsinə uyğun olaraq dəbbə pulu tələb etmək hüququ vardır. Lakin, iddiaçı ayrı-ayrılıqda həm cərimə, həm də dəbbə pulu t ələbi irəli sürmüş və bunlar arasında olan fərqi əsaslandırmamışdır. Halbuki, mülki qanunvericiliyin tələblərinə görə, cərimə öhdəliyin icrasının təmin etmə üsullarından biri olan dəbbə pulunun növü olmaqla, eyni məqsədlərə xidmət edir. İşə yenidən baxan apellyasiya məhkəməsi hesab etmişdir ki, dəbbə pulu və cərimə üzrə olan ümumilikdə 680.132 ABŞ dolları məbləğində tələbi Bakı Apellyasiya Məhkəməsinin əvvəlki qətnaməsi ilə müəyyən olunmuş əsas borca münasibətdə tənasübsüz surətdə yüksəkdir və işin halları nəzərə alınmaqla, Mülki Məcəllənin 467-ci maddəsinə uyğun olaraq həmin məbləğ azaldılmaqla, 43.044 ABŞ dolları məbləğində, yəni əsas borcun 10% həddində müəyyən edilməsi ədalətlidir, həm kredit verən iddiaçının, həm də cavabdehlərin mənafelərinə uyğundur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Hakim Gündüz Quliyev İlqar Xələfov Zaur Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar