Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1953/2020 08.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi hakim), X4 və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2 və onun vəkili X2 iştiraklar ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh “xxxxxx” Mənzil Tikinti Kooperativinə qarşı “ödənilmiş pulun qaytarılması, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli 2(103)-4127/2019 nömrəli qətnaməsindən cavabdeh “xxxxxx” Mənzil Tikinti Kooperativinin kassasiya şikayəti üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh “xxxxxx” Mənzil Tikinti Kooperativinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən inşa edilmiş ünvan 1 ünvanında yerləşən yaşayış binasında “Çiller” sisteminin quraşdırılması üçün ödənilmiş 20525 ABŞ dollarının, sonradan evlərinə quraşdırdıqları kondisioner-kombi sistemlərinə görə 20270 manat, kommunal xərclərə görə 18000 maddi zərər, süründürməçilik, əsəb və sarsıntıya görə 30000 manat mənəvi zərərin, dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 31 manatın cavabdehdən onların xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Binəqədi Rayon Məhkəməsinin 2(001)-1394/2018 sayl ı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, “xxxxxx” Mənzil Tikinti Kooperativindən “Çiller” sisteminin quraşdırılmasına görə ödənilmiş 20525 ABŞ dollarının, mənəvi zərərə görə 1000 manatın, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 17 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 ödənilməsi, iddianın digər hissələrdə rədd edilməsi, məhkəmə tikinti-texniki ekspertizalarının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaitinin 50 manat məbləğində hissəsinin “xxxxxx” MTK-dən, 50 manat məbləğində hissəsinin iddiaçılardan müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. (hakim Fərrux Qasımov) İddiaçı lar Binəqədi Rayon Məhkəməsinin 2(001)-1394/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin iddia tələbinin təmin olunmayan, cavabdeh isə təmin olunan hissəsindən apelyasiya şikayəti şikayəti vermişlər. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6574/2018 saylı, xx xxxx 2018-ci iltarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1394/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi iddianın təmin edilən hissəsində ləğv edilmiş, iddia tələbi həmin hissələrdə də təmin edilməmiş, iddiaçıların apellyasiya şikayəti təmin edilməmiş, qətnamə iddiaçıların mübahisələndirdikləri hissədə dəyişdirilmədən saxlanmış, ekspertiza xərcinin iddiaçılardan tutulması qət edilmişdir. (hakimlər Elşən Kazımov (sədrlik edən və məruzəçi) Tofiq Sə mədov, İkram Şirinov) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarı ilə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-65744/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş yeni apellyasiya baxışına qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4127/2019 saylı, xx xxxx 2019-cu iltarixli qətnaməsi ilə iddiaçılar və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Binəqədi Rayon Məhkəməsinin 2(001)-1394/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Rəfail Eyvazov (sədrlik edən və məruzəçi) Vüqar Həsənov, Fuad Talışinski) Cavabdeh “xxxxxx” Mənzil Tikinti Kooperativi (Vəki l) kassasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişldir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə maddi və prosessual hüquq pozuntuları ilə qəbul edilmişdir. İş üzrə obyektiv araşdırma aparılmamışdır. İddiaçılar Çiller-Fankoyl” sisteminin işlək vəziyyətə gətirilməməsi, sistemin onlara təhvil verilməməsini əsas gətirib, həmin sistemin quraşdırılması üçün ödədikləri pulu tələb etsələr də, həmin sistemin quraşdırılması, bir müddət işləməsi işin mübahisə edilməyən halıdır. Belə olan halda quraşdırılmış sistemə görə ödənilmiş pulun tutulması düzgün olmamışdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı2 və onun vəkili X1 şikayətini qəbul etməyərək, onun təmin olunmamasını xahiş etdilər. İddiaçı1məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün Mülki-Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq işin kassasiya baxışında onun izahatı dinlənilmədi. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, İddiaçı3 və cavabdehin nümayənədəsi (vəkili) məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pr osessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmə kollegiyası iddiaçının vəkilini dinləyib,kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4127/2019 saylı, xx xxxx 2019-cu iltarixli qətnaməsi iddianın təmin edilən hissəsində ləğv edilməli, iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına i stinad edilməsinə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi də şikayətin belə dəlillərini araşdırmır və onlara qiymət vermir. Başqa sözlə, qanunvericiliyin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq zərurətindən irəli gələrək, müəyyən işlər üzrə (kassasiya şikayətindən dəlillərindən və s. asılı olaraq) aşağı instansiya məhkəmələri tərəfindən araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Bu baxımdan hazırki iş üzrə də məhkəmə kollegiyasının apelyasiya instansiyası məhkəmə si tərəfindən müəəyn edilmiş hallar istinad etməsi işin faktiki hallarını araşdırma kimi qəbul edilməməlidir. İddia tələbindən görünür ki, iddiaçılar maddi zərərin əsası kimi üç hala istinad etmişlər. Birinci hal yaşadıqları mənzilə “Çiller” sisteminin (isitmə/soyutma sistemi) quraşdırılmasına görə iddiaçılar hər biri ayrı-ayrılıqda müvafiq olaraq cavabdeh şirkətə 5950 ABŞ dolları, 5325 ABŞ dolları və 9250 ABŞ dolları olmaqla, ümumilikdə 20525 ABŞ dolları ödəyib və həmin sistem binanın təhvil verilməsindən uzun illər keçsə də, işlək vəziyyətə gətirilməyib. İkinci hal (iddia tələbinin artırılması barədə ərizəyə əsasən) “Çiller” sisteminin işlək vəziyyətə gətirilməməsinə görə əlavə olaraq iddiaçıların özlərinin müstəqil şəkildə kombi və kondisioner quraşdırmalarına 20270 manat vəsait xərcl əmələri barədədir. Üçüncü hal quraşdırıdıqları kombi və kondisionerin işləməsinə görə kommunal xərclər qismində 18000 manat pul ödəmləridir. Digər zərər isə mənəvi ziyanla bağlıdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi “xxxxxx” Mənzil Tikinti Kooperativindən “Çiller” sisteminin quraşdırılmasına görə ödənilmiş 20525 ABŞ dollarının, mənəvi zərərə görə 1000 manatın, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 17 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 ödənilməsi, iddianın digər hissələrdə rədd edilməsini qət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin hazırda barəsində şikayət verilən qətnaməsi ilə iddiaçıların və cavabdehin apelyasiya şikayətləri təmin edilməmişdir. Apelyasiya instansiyası məhkəmə sinin qətnaməsindən yalnız cavabdeh kassasiya şikayəti vermişdir. Buna görə də məhkəmə kollegiyası apelyasiya məhkəməsinin qətnaməsini kassatorun şikayəti üzrə iddianın təmin olunan (İ instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunan hissədə dəyişdirilmədən saxlanması) hissəsində yoxlayır. Qətnamədən görünür ki, apelyasiya instansiyası məhkəməsi iş materiallarına, o cümlədən ekspert rəyinə və Azərbaycan Respublikası Ali Məhkəməsinin hazırki iş üzrə qərarında şərh edilən göstərişlərə əsasən, iddiaçıların yaşadıqları binaya “Çiller” sisteminin quraşdırılmasının nəzərdə tutulduğunu, buna baxmayaraq, binaya həmin sistem quraşdırılsa da, sistemin fəaliyyət göstərmədiyini müəyyən edərək, iddiaçıların sistemin qurulması üçün ödədikləri pulu geri tələb etmələrində haqlı olması və sistemi n quraşdırlmasına görə ödədikləri 20525 ABŞ dollarının cavabdehdən tutulması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı və qanuni hesab etmişdir. Məhkəmə kollegiyası apelyasiya instansiyasının bu mövqeyi ilə razılaşmır. Əvvəla, “Çiller” sisteminin quraşdırılmasına görə ödənilmiş 20525 ABŞ dollarının geri qaytarılması tələbi o halda əsaslı ola bilər ki, iddiaçıların dəyərini ödədikləri sistem, ümumiyyətlə, quraşdırılmasın. Lakin işin apelyasiya məhkəməsi tərəfindən müəyyən edilən hallarından da görünür ki, həmin sistem quraşdırılıb, bir müddət işləyib, sonradan texniki problemlərə görə işləməyib. Buna görə də pulun geri qaytarılması tələbinin əsasını təşkil edən halı müəyyən etmədiyi halda apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə əsaslı hesab oluna bilməz. Bundan başqa, iddia ərizəsinin məzmunundan görünür ki, “Çiller” sisteminin quraşdırılması ilə bağlı tələb podrat münasibətlərindən doğur. Buna görə də apelyasiya instansiyası məhkəməsi həmin hissədə iddia tələbinə Mülki Məcəllənin podrat münasibətlərini nizama salan normaları baxımından qiymət verilib-verilməməsinin mümkünlüyünə diqqət yetirməli və bütün binaya (hər bir mənzilə, o cümlədən iddiaçıların mənzilinə) quraşdırılmış, fərdi qaydada iddiaçıların mənzilindən çıxarılması mümkün olmayan sistemə görə ödənilmiş pulun geri qaytarılması tələbinin nə qədər əsaslı olub-olmasını da həmin normalara uyğun həll etməli idi. Mülki Məcəllənin 763.1-ci maddəsinə görə əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da y eni məmulat hazırlaya bilər. Mülki Məcəllənin 764.1-ci maddəsinə görə isə əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin hazırki iş üzrə yuxarıda qeyd edilən və apelyasiya instansiyasının istinad etdiyi qərarında da quraşdırılmış sistemin işlək vəziyyətdə olmaması səbəbindən iddiaçıların əlavə xərcə düşərək mənzillərinə mövsümə uyğun olaraq isitmə və soyutma sistemi (kondisioner və kombi) quraşdırmalarının iddiaçıların zərəri kimi qiymətləndirilib-qiymətləndirilməməsinin mümkünlüyü barədə göstəriş olmuşdur. Apelyasiya instansiyası məhkəməsi isə həmin göstəriş lərə səthi yanaşaraq, əlavə olaraq kondisioner və kombi quraşdırmalarının iddiaçıların düşdükləri zərər olub-olmamasını, zərər olduğu halda həmin zərərin məbləğinin iddiada göstərilən 20270 manat olub-olmamasını araşdırmamışdır. Halbuki qanuni və əsaslı qərarın əsas şərtlərindən biri də iddia tələbinə tərəflərin hüquq münasibətlərinə uyğun olaraq maddi hüquq normasının düzgün tətbiq edilməsidir. Mənəvi zərərlə bağlı tələb də, maddi zərərlə bağlı olduğu üçün həmin hissədə tələb də maddi zərərlə bağlı tələbə qiymət verilməklə həll edilə bilər. İddianın kommunal xərclərə görə 18000 manat maddi zərərə aid hissəsi birinci instansiya məhkəməsi tərəfindən rədd edildiyindən, apelyasiya instansiyası məhkəməsi də həmin hissədə iddiaçıların apelyasiya şikayətini təmin etmədiyindən və iddiaçılar ape lyasiya məhkəməsinin qətnaməsini həmin hissədə kassasiya qaydasında mübahisələndirmədiklərindən, başqa sözlə, kassasiyanın predmeti olmadığından məhkəmə kollegiyası həmin tələb üzrə hər hansı araşdrıma aparmamışdır. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iddia tələbinin təmin olunan hissəsində birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməməsi nəticəsinə gələrkən maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu da qətnamənin həmin hissədə ləğvi üçün əsas verir. Çünki Mülki Prosessual Məcəllənin 418.1-ci maddəsinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəmə sinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Mülki Prosessual Məcəllənin 417.1.3.-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya instansiyasının qətnaməsi iddianın təmin edilən hissəsində (birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanması hissəsində) ləğv edilməli, iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin qeyd edilən hissədə ləğv olunma əsası kimi yuxarıda göstərilən nöqsanları aradan qaldırmalı, bunun nəticəsi olaraq mü bahisəyə hansı maddi hüquq normasının tətbiq edilməsini müəyyən etməklə qanuni və əsaslı qərar qəbul etməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh “xxxxxx” Mənzil Tikinti Kooperativinin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-4127/2019 nömrəli qətnaməsi iddianın təmin edilən hissəsində (birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanması hissəsində) ləğv edilsin. İş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1953/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1953/2020
08.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver