Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1954/2020 02.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı vəkili V1 oğlunun və Cavabdeh2 vəkili V2 oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-****/2019 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim L.Rəhimli) xx.xx.2019-cu il tarixli, 2( 011)Z/2019 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddiası təmin edilərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 30000 ABŞ dollarının (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə), 4500 manat məbləğində pul vəsaitinin və 30 manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İ.Xəlilov, X.Cəmilova, İ.Kərimli) xx.xx.2019-cu il tarixli, 2(103)-****/2019 nömrəli qətnaməsi ilə Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)-Z/2019 saylı qətnaməsinin Cavabdeh2 münasibətdə ləğv edilməsi, iddia tələbinin ona münasibətdə təmin edilməməsi qət edilmişdir. İddiaçı iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12.112.2019-cu il tarixli qətnaməsindən kasasiya şikayəti vermişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 4500 manat pulun alınıb ona verilməsi, Cavabdeh2 ödəniş gününə olan məzənnə ilə 30000 ABŞ dolları məbləğində Azərbaycan manatının alınıb ona verilməsi, həmçinin məhkəməyə iddiaya görə ödənilmiş 30 manat dövlət rüsumunun müştərək qaydada cavabdehlərdən alınıb onun xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin artırılması barədə iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ödəniş gününə olan məzənnə ilə 30000 ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatının, 45000 manat pulun və məhkəməyə verilmiş iddiaya görə ödənilmiş 30 manat dövlət rüsumunun alınıb onun xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı və vəkili V1 oğlu kasasiya şikayətini onunla əsaslandırmışlar ki, Bakı Apellyasiya Məhkəməsi qətnaməni dəyişməklə Cavabdeh2 birgə ortaqlıq prosesində olmamasına hüquqi don geydirə bilməmişdir. Məhkəmə ümumiyyətlə nəzərə almamışdır ki, R və N verilən, bank yolu ilə köçürülən pullar məhz onlara ayrı-ayrılıqda deyil, birgə planlaşdırı lan idman zalı qurmaq üçün verilmişdir. Cavabdeh2 verilən suallara cavab olaraq o, həqiqətən də bankda olan hesabın onun adına açılmasını, avadanlığı onun T yaşayan müəllimi vasitəsi ilə alınacağını və 2 dəfə də 500 manat olmaqla onun adına olan bankdakı hesabına F tərəfindən ayrı-ayrı vaxtarda pul ödənilməsini bildirmişdir. Məhkəmə Cavabdeh2 əvvəllər verdiyi izahatlarını nəzərə almamışdır. Belə ki, Cavabdeh2 F onlara verdiyi 30000 ABŞ dollarını bankda onun adına açılmış hesaba qoyulmamasının səbəbi kimi onun banka pul borcu olması səbəbindən əgər onun adına açılmış hesaba 30000 ABŞ dolları qoyulardısa bank tərəfindən həmin hesaba tutma yönəldə biləcəklərini bildirməsini və bu səbəbdən də həmin pulu bankda onun adına açılmış hesaba qoymadıqlarını bildirmişdir. Həmçinin apelyasiya məhkəməsi ndə də Cavabdeh2 verilən suallara cavab olaraq o, sonradan alınan idman avadanlıqlarını da R özünün şəxsən Q almasını demişdir. Bütün bunlar deməyə əsas verir ki, Cavabdeh2lə Cavabdeh1 birgə idman zalı işlətmək adı altında İddiaçı aldıqları pullara görə onlar birgə əməkdaşlıq etmişlər. Onların öhdəlikləri birgə olduğundan, yəni ümumi niyyət idman zalı işlətmək olduğundan birgə də cavabdehlik daşımalıdırlar. Apelyasiya məhkəməsi sübutlar düzgün qiymətləndirməməklə səhv nəticəyə gəlmişdir. Bu da maddi hüquq normalarının pozuntusuna gətirib çıxarmışdır. Bundan başqa, məhkəmə Cavabdeh2 iddianı qismən etiraf etməsini də nəzərə almamışdır. Çünki Cavabdeh2 İddiaçı verdiyi 30000 ABŞ dolları pulu məhz onun, yəni Rövşənin adına bankda açılmış esaba qoyulmaqla idman avadanlıqlarını T müəlliminə göndə rməli idi. Bakı Apellyasiya Məhkəməsi Cavabdeh2 iddianı qismən etiraf etməsinə - idman avadanlıqlarının onun tərəfindən T yaşayan müəllimi vasitəsi ilə sifariş veriləcəyinə, 30000 ABŞ dollarını T göndərmək üçün R adına bank hesabının açılmasına, İddiaçı tərəfindən ayrı-ayrı vaxtlarda bank vasitəsi ilə R adına 2 dəfə olmaqla hər dəfə 500 manat göndərməsinə, işin əvvəlində olan razılaşmaya əsasən əldə olunacaq gəlirin 60%-nin F, qalan 40%-nin F R arasında bölüşdürülməsini, sonradan qaçıb gizləndikdən sonra işin sonunda Q idman avadanlıqlarını məhz R gedib gətirməsinə heç bir hüquqi qiymət verməmişdir. Məhkəmənin kobud səhvlərindən biri də Cavabdeh2 bu göstərilən münasibətlərdə öhdəliyinin olmaması qənaətinə gəlməsi, bu səbəbdən də iddia tələbinin 30000 ABŞ dolları hissəsində iddianın təmin o lunmaması hissəsində qətnaməsi də məntiqə və hüquqa sığmır. Məhkəmə nəzərə almamışdır ki, iddiada R və N birgə cavabdeh qismində qoyulmuşdur. İddiada pulun R tutulmaması hissəsi təmin edilmirdisə, məhkəmə iddianın 30000 ABŞ dollarına aid hissədə iddianın rədd edilməsini deyil, həmin məbləğin N tutulması hissəsində dəyişdirmədən saxlamalı idi. Çünki iddiada R və N birgə cavabdeh qismində verilmişdir. Məhkəmə həm də apelyasiya şikayətinin hədlərindən kənara çıxmışdır. Çünki Cavabdeh1 apelyasiya şikayəti verməmiş, məhkəmə isə qətnamədə mübahisələndirilən məbləğin N aid olan hissəsinə də, yəni 30000 ABŞ dollarının təmin olunmaması ilə (yəni heç kimdən tutulması) də kobud prosessual pozuntuya yol vermişdir. Göstərilənlərə əsasən onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx. xx.2019-cu il tarixli, 2(103)-****/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)-Z/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən, məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili V1 oğlu kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə i clasında iştirak edən Cavabdeh2 vəkili V2 oğlu kasasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-****/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apelyasiya kollegiyası qənaətini onunla əsaslandrmışdır ki, işin faktiki halları ondan ibarətdir ki, iddiaçı cavabdehlər ilə birlikdə idman zalı işlətmək barədə razılığa gəlmişlər. Aralarında olan razılığa əsasən, idman avadanlıqları T gətirilməli idi. Avadanlıqların alınmasında R T olan müəllimi kömək edəcəyi üçün h əmin pul vəsaiti R verilmiş, daha sonra tərəflər həmin pulu R bankda olan hesabına qoymaq üçün “Bank of Baku”ya getmişlər, orada onun adına kartda hesab açılmış, lakin problem olduğu üçün pul hesaba qoyulmamışdır. Bundan sonra N həmin pulu R götürərək özündə saxlamışdır. İdman avadanlıqları N təşəbbüsü ilə T alınmamış, Qusar rayonunda düzəldilmiş, zala gətirilərək yerləşdirilmişdir. İddiaçı bununla razılaşmamış və verdiyi pulu geri tələb etmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, F ilə N arasında xx.xx.2016-cı il tarixli kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən N 80 000 ABŞ dolları məbləğində pulu Fa verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə hazırkı mübahisələndirilən məsələlər ilə əlaqədar bağlanmışdır. F Binəqədi rayon polis idarəsinin istintaq şöbəsinə verdiyi izahatdan görünür ki, borc müqaviləsini N pulu qaytarmasını təmin etmək məqsədi ilə bağlamışlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14-cü maddəsində mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları sadalanmışdır. Hazırkı işdə həmin əsaslara uyğun gələ biləcək bir sıra hallar ehtimal olunur. Tərəflər arasında (14.2.1.) qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər ola bilərdi, (14.2.6.) başqa şəxsə zərər vurulması halı ola bilərdi, (14.2.7.) əsassız varlanma halı baş verə bilərdi. Hazırkı işdə tərəflər arasında müqavilə münasibətləri yoxdur. İşə baxan məhkəmə zərər vurmadan və əsassız varlanmadan irəli gələn maddi hüquq normalarını tətbiq etməklə apelyantdan pul tutmuşdur. Lakin apelyasiya kollegiyası belə bir dəyərləndirmə ilə razılaşmamışdır. Əvvəla, işin hallarından Cavabdeh2 əsassız əmlak əldə etməsi təsdiq olunmur. İşin hallarından, polisdə aparılmış yoxlama materiallarından açıq-aydın görünür ki, əslində bütün vəsait N çatmış və vəsaitin xərclənməsinə o nəzarət etmişdir. Sonda yenə özü kredit müqaviləsi bağlayaraq borcu qaytarmağı öhdəsinə götürmüşdür. Ona görə R hər-hansı mənfəət əldə etməsi sübuta yetmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1. maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Ona görə əsassız varlanmadan irəli gələn maddi hüquq normalarını tətbiq etməklə Rövşəndən pul tutulması üçün əsaslar yoxdur. Bundan başqa, elə yuxarıda qeyd olunan faktlar Cavabdeh2 iddiaçıya zərər vurması halını da istisna edir. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1. maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Cavabdeh2 hansı hərəkətləri ilə iddiaçıya zərər vurması məlum deyil. Belə ki, birgə biznesin qurulması üçün F, A və N razılığa gəlmiş, idman zalının tapılması, təmiri və ləvazimatlarla təmin olunması işini N görməli idi. R idman zalında məşqçi kimi işləməli və müştəriləri cəlb etməklə vəsait qazanmalı idilər. Lakin N pulu mənimsəməsi və səmərəsiz israf etməsi nəticəsində idman zalı açılmamışdır. Yəni birgə biznesdə R öz vəzifələrini icra etməyə başlamamışdan əvvəl hazırkı mübahisə başlamışdır. Ona görə R iddiaçıya zərər vurması əsası ilə iddianın təmin olunması əsaslı görünmür. Kasasiya kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kasasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçı kasasiya şikayətində Cavabdeh2 tərəfindən iddianın qismən etiraf edilməsinin apelyasiya məhkəməsi tərəfindən nəzərə alınmadığını göstərsə də, işdə olan materiallarla Cavabdeh2 tərəfindən iddianın qismən eti raf edilməsi öz təsdiqini tapmır. Əksinə apelyasiya məhkəməsinin qeyd etdiyi kimi, iş materialları ilə də təsdiq olunur ki, 30000 ABŞ dolları R bank hesabında pulun qoyulması alınmadığı üçün N tərəfindən götürülərək özündə saxlanılmışdır. Digər tərəfdən iddiaçı kasasiya şikayətindən apelyasiya məhkəməsinin apelyasiya şikayətinin hədlərindən kənara çıxmaqla qətnamədə mübahisələndirilən məbləğin N aid olan hissəsində, yəni 30000 ABŞ dollarının təmin olunmaması ilə (yəni heç kimdən tutulması) də kobud prosessual pozuntuya yol verməsini göstərsə də, iş materiallarından da görünür ki, iddiaçı tələb etdiyi məbləğləri cavabdehlərdən müştərək qaydada tutulmasını tələb etmiş, apelyasiya məhkəməsi Cavabdeh2 münasibətdə iddianı təmin etməməklə, 30000 ABŞ dollarının ümumiyyətlə heç kimdən tutulmamas ı qənaətinə gəlməmiş, sadəcə olaraq iddia tələbini Cavabdeh2 aid hissədə təmin etməmiş, Cavabdeh1 münasibətdə isə qətnamədə hər hansı dəyişiklik etməmişdir. Kasasiya yoxlaması zamanı apelyasiya kollegiyası tərəfindən hər hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2ci maddələrinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığın ı məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, kasasiya kollegiyası belə qənaətə gəlir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)****/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1954/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1954/2020
02.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver