Məhkəmə qərarları › İş №2(102)-1954/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1954/2021

03.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1954/2021 03.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı “İddiaçı” ASC-nin cavabdehlər “xxxx” MMC-yə, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2, Cavabdeh7 qarşı kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və əmlakın açıq hərracdan satılması tələbinə dair mülki iş üzrə QƏRAR Açar sözlər: apellyasiya şikayətinin geri qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X2 oğlunun katibliyi, İddiaçının vəkili Qədirova Vəfa İdris qızının, Cavabdeh2 iştirakı ilə, Bakı Apelly asiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8023/2020 nömrəli iş üzrə 24 noyabr 2020-ci il tarixli qərardadından Cavabdeh2 və vəkili Vəkil Cabbar oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 03 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı müəyyən etdi: İş üzrə məhkəmə icraatı Birinci instansiya məhkəməsində birinci icraat İddiaçı “xxxx” ASC cavabdehlər “xxxx” MMC-yə, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2, Cavabdeh7 qarşı iddia ərizəsi, sonradan isə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdeh “xxxx” MMC-dən iddiaçı “İddiaçı” ASC-nin xeyrinə 28 mart 2011-ci il tarixli, 0043 saylı kredit müqaviləsinə əsasən 40 000 (qırx min) manat əsas, 18 050 (on səkkiz min əlli) manat faiz, cəmi 58 050 (əlli səkkiz min əlli) ma nat borcun, 22 avqust 2011-ci il tarixli, 0056 saylı kredit müqaviləsinə əsasən 59 725 (əlli doqquz min yeddi yüz iyirmi beş) manat əsas, 33 269 (otuz üç min iki yüz altmış doqquz) manat faiz, cəmi 92 994 (doxsan iki min doqquz yüz doxsan dörd) manat borcun, 13 fevral 2012-ci il tarixli, 0028 saylı overdraft müqaviləsinə əsasən 35 000 (otuz beş min) manat əsas, 12 862 (on iki min səkkiz yüz altmış iki) manat faiz, cəmi 47 862 (qırx yeddi min səkkiz yüz altmış iki) manat borcun, 25 may 2011-ci il tarixli, 30 iyun 2011-ci il tarixli, 05 oktyabr 2011-ci il tarixli qarantiya müqavilələrinin şərtlərinə uyğun olaraq 06 iyul 2012-ci il tarixində cavabdeh “xxxx” MMC-nin ssuda hesabında açılmış kredit öhdəliyinə əsasən 23.260 (iyirmi üç min iki yüz altmış) manat əsas, 10 254 (on min iki yüz əlli dö rd) manat faiz, cəmi 33 514 (otuz üç min beş yüz on dörd) manat borcun tutulması, tutma ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh3 məxsus olan Bakı şəhəri, X mənzilə yönəldilməsi, həmin mənzil açıq hərracdan satılaraq, bankın kredit tələbi satılmış mənzil hesabına ödənilməsi, Xmənzili satıldıqda Cavabdeh3, Cavabdeh5, Cavabdeh7, Cavabdeh4, Cavabdeh2 və onlarla birlikdə yaşayan digər ailə üzvləri 1 ay ərzində həmin mənzili tərk etmədikləri halda onlar məcburi qaydada çıxarılması və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehlərdən tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Yasamal Rayon Məhkəməsinin (hakim Azər Tağıyev) 15 avqust 2014-cü il tarixli 2(004)604/2014 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin olunaraq “xxx x” MMC-dən “İddiaçı” ASCnin xeyrinə 28 mart 2011-ci il tarixli, 0043 saylı kredit müqaviləsinə əsasən 40 000 (qırx min) manat əsas, 18 050 (on səkkiz min əlli) manat faiz, cəmi 58 050 (əlli səkkiz min əlli) manat, 22 avqust 2011-ci il tarixli, 0056 saylı kredit müqaviləsinə əsasən 59 725 (əlli doqquz min yeddi yüz iyirmi beş) manat əsas, 33 269 (otuz üç min iki yüz altmış doqquz) manat faiz, cəmi 92 994 (doxsan iki min doqquz yüz doxsan dörd) manat, 13 fevral 2012-ci il tarixli, 0028 saylı overdraft müqaviləsinə əsasən 35 000 (otuz beş min) manat əsas, 12 862 (on iki min səkkiz yüz altmış iki) manat faiz, cəmi 47 862 (qırx yeddi min səkkiz yüz altmış iki) manat, 25 may 2011-ci il tarixli, 30 iyun 2011-ci il tarixli, 05 oktyabr 2011-ci il tarixli qarantiya müqavilələrinin şərtlərinə uyğun o laraq 06 iyul 2012-ci il tarixində cavabdeh “xxxx” MMC-nin ssuda hesabında açılmış kredit öhdəliyinə əsasən 23 260 (iyirmi üç min iki yüz altmış) manat əsas, 10 254 (on min iki yüz əlli dörd) manat faiz, cəmi 33 514 (otuz üç min beş yüz on dörd) manat və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu, ümumilikdə 232.450 (iki yüz otuz iki min dörd yüz əlli) manat məbləğində pul vəsaitinin tutulması, tələb mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus olan X mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması və əldə olunan vəsaitin cavabdehin banka olan borcunun ödənilməsinə yönəldilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Qətnamədən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin apellyasiya şikayəti verərək onun ləğv edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 30.06.2011-ci il tarixli və 05.10.2011-ci il tarixli qarantiya müqavilələrinə əsasən bank “Aeroflot” Avia kompaniyasının hesabına 66.776 manat məbləğində vəsait köçürdüyü zaman “xxxx” MMC-nin banka olan borcları dəqiqləşdirilməmiş, eyni zamanda ipoteka ilə yüklü edilmiş əmlakla bağlı alınan kreditin əsas və faiz borcları ilə bağlı ssuda hesabından çıxarış, hesablaşma hesabından çıxarış təqdim edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 yanvar 2015-ci il tarixli qətnaməsi ilə (sədrlik edən və məruzəçi: E.M.Həsənov, X.B.Məhərrəmova, İ.Ş.Vəliyev; iş № 2(103)-525\2015) “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Yasa mal Rayon Məhkəməsinin 2(004)-604/2014 saylı iş üzrə 15 avqust 2014-cü il tarixli qətnaməsi “xxxx” MMC-yə aid və onun mübahisələndirdiyi hissədə - “xxxx” MMCdən “İddiaçı” ASC-nin xeyrinə 28 mart 2011-ci il tarixli 0043 saylı kredit müqaviləsinə əsasən 40 000 (qırx min) manat əsas, 18 050 (on səkkiz min əlli) manat faiz olmaqla cəmi 58 050 (əlli səkkiz min əlli) manatın, 22 avqust 2011-ci il tarixli 0056 saylı kredit müqaviləsinə əsasən 59 725 (əlli doqquz min yeddi yüz iyrimi beş) manat əsas, 33 269 (otuz üç min iki yüz altmış doqquz) manat faiz olmaqla cəmi 92 994 (doxsan iki min doqquz yüz doxsan dörd) manatın, 13 fevral 2012-ci il tarixli 0028 saylı overdraft müqaviləsinə əsasən 35 000 (otuz beş min) manat əsas, 12 862 (on iki min səkkiz yüz altmış iki) manat faiz olmaqla cəmi 47 862 (qırx yeddi min səkkiz yüz altmış iki) manatın, 25 may 2011-ci il tarixli, 30 iyun 2011-ci il tarixli, 05 oktyabr 2011-ci il tarixli qarantiya müqavilələrinin şərtlərinə uyğun olaraq 06 iyul 2012-ci il tarixində “xxxx” MMC-nin ssuda hesabında açılmış kredit öhdəliyinə əsasən 23 260 (iyirmi üç min iki yüz altmış) manat əsas, 10 254 (on min iki yüz əlli dörd) manat faiz olmaqla cəmi 33 514 (otuz üç min beş yüz on dörd) manatın və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 232 450 (iki yüz otuz iki min dörd yüz əlli) manat məbləğində pul vəsaitinin tutulması – hissəsində dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək mülki işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9, 217-cü maddələrinin tələblərinin pozulması ilə çıxarılmış, iddia tələbində göstərilmiş kredit faizlərinin necə hesablandığını araşdırmamış, yalnız iddiaçının göstərişlərini əsas götürmüş, nəticədə əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin (hakimlər Əli Rüstəmov - sədrlik edən və məruzəçi, Ənvər Şadiyev və İlqar Dəmirov) 21 may 2015-ci il tarixli 2(102)-2089/15 qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin 2(103)-525/2015 saylı 09 yanvar 2015-ci il tarixli qətnaməsi dəyişdir ilmədən saxlanılmışdır. Birinci instansiyası məhkəməsindəki ikinci icraat Cavabdeh5 05.12.2019-cu il tarixdə apelyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə və apellyasiya şikayəti ilə Yasamal rayon Məhkəməsinə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ötən illər ərzində yəni 2012-ci il tarixindən mərhum əri yataq xəstəsi olmuşdur. Ona görə də onun ailəsinin həmin məhkəmə prosesindən xəbəri olmamışdır. Yasamal rayon Məhkəməsinin (hakim Fərid Əyyubov) 19.12.2019-cu il tarixli 2(004)604/2014 nömrəli qərardadı ilə ərizə təmin edilərək iddiaçı “İddiaçı” ASC-nin cavabdehlər “xxxx” MMC-yə, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2, Cavabdeh7 qarşı kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və əmlakın açıq hərracdan sat ılması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15.08.2014-cü il tarixli, 2(004)604/2014 saylı qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət üzürlü hesab edilərək bərpa edilmiş, apelyasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmışdır. 09 yanvar 2020-ci il tarixdə “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Yasamal Rayon Məhkəməsinin 19 dekabr 2019-cu il tarixli, 2(004)-604/2014 saylı qərardadının ləğv edilməsini və ərizənin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat Bakı Apelyasiya Məhkəməsinin (hakimlər Azad İmanov - sədrlik edən və məruzəçi, Abiddin Hüseynov və Vahid Sa dıqov) 2(103)-2299/2020 saylı 11 fevral 2020-ci il tarixli qərardadı ilə Yasamal Rayon Məhkəməsinin 2(004)-604/2014 saylı, 19.12.2019-cu il tarixli qərardadının ləğv edilməsi və Cavabdeh5 Ağamməd qızının ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Məhkəmə müəyyən etmişdir ki, Cavabdeh5 09.02.2016-cı il tarixdə ipoteka müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Bu iddia onun sözügedən iş üzrə kredit borcu, ipoteka müqaviləsi üzrə mübahisələrdən məlumatlı olduğunu göstərir. Buna görə də, müddətin bərpası üçün əsaslar müəyyən edilməmişdir. Birinci instansiyası məhkəməsindəki üçüncü icraat Bundan sonra ipoteka qoyan Cavabdeh3 oğlu Cavabdeh2 21.08.2020-ci il tarixdə Yasamal Rayon Məhkəməsinin 15.08.2014-cü il tarixli, 2(004)-604/2014 saylı qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə və apellyasiya şikayəti ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Yasamal rayon Məhkəməsinin (hakim Fərid Əyyubov) 09.09.2020-ci il tarixli 2(004)604/2014 nömrəli qərardadı ilə ərizə təmin edilərək Cavabdeh2 ərizəsi təmin edilərək, iddiaçı “İddiaçı” ASC-nin cavabdehlər “xxxx” MMC-yə, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2, Cavabdeh7 qarşı kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və əmlakın açıq hərracdan satılması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15.08.2014-cü il tarixli, 2(004)-604/2014 saylı qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət üzürlü hesab edilərək bərpa edilmiş, apelyasiya şikayəti mülki i şlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh2 ünvanına göndərilsə də, o, həmin ünvanda yaşamadığından geri qaytarılmışdır. Qətnamə cavabdehə onun müraciəti əsasında təqdim edilmişdir. Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat Bakı Apelyasiya Məhkəməsinin (hakimlər Xumar Mərdanova - sədrlik edən və məruzəçi, Şeyda Məhərrəmova və Fuad Babayev) 2(103)-8023/2020 saylı 24 noyabr 2020-ci il tarixli qərardadı ilə iddiaçı “İddiaçı” ASC-nin cavabdehlər “xxxx” MMC-yə, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2, Cavabdeh7 qarşı kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və əmlakın açıq hərracdan satılması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Mə hkəməsinin 15 avqust 2014-cü il tarixli, 2(004)-604/2014 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş və apellyasiya şikayət geri qaytarılması üçün mülki işlə birlikdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1199/2017 saylı 02.10.2017-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh5 Ağamməd qızı “İddiaçı” ASC, X1 və “xxxx” MMC-yə qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbinin əsası isə ipoteka qoyan Cavabdeh3 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1626/2017 saylı 22.06.2017-ci il tarixli qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan şəxs hes ab olunduğundan 22.08.2011-ci il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi olmuşdur. Xətai Rayon Məhkəməsinin 2(011)9675/2016 saylı 21.10.2016-cı il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Həmin qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1199/2017 saylı 02.10.2017-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir. Mübahisəli ipoteka müqaviləsinin etibarsız hesab edilməsinə dair mübahisə üzrə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1199/2017 saylı 02.10.2017-ci il tarixli qətnaməsi mövcuddur. Həmçinin borc üzrə isə Azərbaycan Respublikasının Ali Məhkəməsinin 21 may 2015-ci il tarixli 2(102)-2089/15 qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin 2(103)-525/2015 saylı 09 yanvar 2015-ci il tarixli qətnamə si dəyişdirilmədən saxlanılmışdır. Apellyator Cavabdeh2 həmin ipoteka müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia ərizəsi də Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatındadır. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya şikayəti əsasında yoxlanılmış hissələrin, Cavabdeh2 apellyasiya şikayəti üzrə təkrarən apellyasiya qaydasında yoxlanılması yolverilməzdir. “Apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının 04/2020 saylı 14 oktyabr 2020-ci il tarixli qərardadına əsasən, apelyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şə xsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin (və ya tərəflərin) apelyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apelyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Məhkəmə aktlarının apelyasiya qaydasında yoxlanılmış hissələrindən verilmiş apelyasiya şikayəti (və ya şikayətləri) apelyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə əsasən qeyri-mümkün hesab edilməlidir. Məhkəmə aktlarının kassasiya qaydasında yoxlanılmış hissələrindən verilmiş kassasiya şikayətinin (və ya şikayətlərinin) icraata qəbulundan kassasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mü lki Prosessual Məcəlləsinin 411-ci maddəsinə əsasən imtina edilməlidir. Cavabdeh2 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin 24.11.2020-ci il tarixli qərardadının ləğv edilərək işə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh2 qanunla ona verilmiş hüquqdan istifadə etməklə apellyasiya şikayəti vermişdir. Onun apellyasiya şikayətinə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsaslar vardır. Lakin apellyasiya məhkəməsi işə qərəzli və qeyriobyektiv yanaşmış, əsassız olaraq Azərbaycan Respublikası MPM-nin 366.2-ci maddəsinə istinad edib apellyasiya şi kayətini qeyri-mümkün hesab etmişdir. Məhkəmə qeyd etmişdir ki, həmin iş üzrə digər bir Cavabdeh5 Ağamməd qızının başqa bir məhkəmədə ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia tələbi birinci və apellyasiya instansiyaları məhkəmələri tərəfindən təmin edilməmişdir. Halbuki, həmin qətnamə qanuni qüvvəyə minməmişdir, çünki, həmin iş üzrə hazırda kassasiya şikayəti verilmiş və iş kassasiya məhkəməsinin icraatındadır. Bundan başqa hazırkı iş üzrə cavabdehin ipotekanın etibarsızlığı ilə bağlı apellyasiya şikayətinə heç bir vaxt baxılmamışdır. Yalnız digər cavabdeh kredit götürənin “xxxx” MMC- nin verdiyi kreditlə bağlı şikayətə baxılmışdır. Halbuki, apellyasiya şikayəti vermək iş üzrə tərəflərin qanunla müəyyən olunmuş hüquqlarıdır. Bu hüquqdan iş üzrə cavabdehi məhrum etmək yol verilməzdir. Məhkəmənin istinad etdiyi hallar isə əsassızdır. İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı etiraz və ya izahatları məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili Qədirova Vəfa İdris qızı kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, lakin onlar, məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual M əcəlləsi: Maddə 357.1 Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 366.2. Əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Maddə

416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normal arının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin qeyd edilən qərardadı əsaslıdır, məhkəmə prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir. Apelyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, Cavabdeh2 tərəfindən mübahisələndirilən məsələlərə apellyasiya və kassasiya qaydasında baxılmış, qətnamə qanuni qüvvəyə minmiş, icraya yönəldilmişdir. Cavabdeh2 apellyasiya qaydasında baxılmış iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini mübahisələndirmişdir. Belə ki, a pellyator şikayətində qətnaməni bütünlüklə mübahisələndirmiş, onun ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində həm kredit borcunun məbləğinin düzgün olmamasını, həm də ipoteka müqaviləsinin fəaliyyət qabiliyyətsiz şəxs tərəfindən bağlandığına istinad etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, kredit borcunun məbləği ilə bağlı hissədə qətnamənin qanuniliyi yuxarı məhkəmələr tərəfindən qiymətləndirilmişdir. İpotekanın etibarsız hesab edilməsi barədə isə apellyator məhkəmədə ayrıca iddia qaldırmışdır, həmin dəlillərə həmin iş üzrə məhkəmə icraatında baxılıb qiymət verilməlidir. M.İbrahimovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 iyun 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qan unlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyun 2017-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki,...məhkəmə instansiyaları məhkəmə aktlarından verilmiş şikayətlərə baxarkən qanuni qüvvəyə minmiş qərarların stabilliyi və tarazlığı prinsipini nəzərə almalı, məhkəmənin həmin işə baxmağa səlahiyyətli olub-olmamasını, şikayət verilərkən məhkəmə hakimiyyətinin iyerarxiyasına riayət edilib-edilməməsini yoxlamalıdır... Məhkəmə müdafiəsi prosedurunun və konkret formasının seçilməsi məhkəmə qərarının qanuni qüvvəsini təmin edən, müxtəlif məhkəmə aktlarının kolliziyasının istisna edilməsinə yönələn məhkəmə qərarlarının stabilliyi prinsipi nəzərə alınmaqla həyata keçirilməlidir. Belə ki, bu prinsip məhkəmə aktlarının bir-birinə zid d olmamasının, eləcə də hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə yönəlir. Məhkəmə kollegiyası, kassasiya şikayətinin dəlillərini müzakirə edərək, onları əsassız sayır və qeyd edir ki, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün qanuni əsas deyildir. Buna görə də, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, qərardad qəbul edilərkən mülki prossesual normaların tələbləri pozulmadığından kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8023/2020 nömrəli iş üzrə 24 noyabr 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar