Məhkəmə qərarları › İş №2(102)-1955/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1955/2023

16.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1955/2023 16.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının cavabdehlər Cavabdeh, X3, X4 və X6 qarşı iş üzrə QƏRARİ Açar sözlər: (kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi hakim) Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının cavabdehlər Cavabdeh, X3, X4 və X6 qarşı “kredit müqaviləsi üzrə borcun, hesablanmış faizlərin, cərimənin ödənilməsi, tələ bin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 yanvar 2023-cü il tarixli, 2(103)-137/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Kreditor QSC «X11 Bankı (bundan sonra-Bank) ilə borcalan Cavabdeh arasında bağlanmış 12 iyun 2010-cu il tarixli, 1xx/xx/2485/10 saylı kredit müqaviləsi üzrə borcalana illik 20% faiz dərəcəsi ilə 24 ay müddətinə qaytarmaq şərti ilə 55.957 manat məbləğində kredit verilmişdir.

2. Sözügedən kredit müqaviləsi üzrə borc öhdəliyinin təminatı olaraq, həmin tarixli ipoteka müqaviləsi ilə X1 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Qafqaz küçəsində olan 0, 01148 ha torpaq sahəsində yerləşən 27 nömrəli, 108,2 kv.m ümumi, 51,8 kv.m yaşayış, 56,4 kv.m yardımçı sahədən ibarət 2 otaqlı fərdi yaşayış evi (bundan sonra - ipoteka predmeti) kreditor qarşısında ipoteka ilə yüklü edilmişdir. X7 mənzili ipotekaya qoyarkən subay olmuş, gələcəkdə bununla bağlı ortaya hər-hansı bir mübahisə çıxarsa, mübahisənin həllini öz üzərinə götürmüşdür. Digər cavabdehlər X8 və X10 mənzilin ipoteka qoyulmasına etiraz etməmiş, ipoteka qoyulmuş əmlaka ödəniş yönəldiyi halda onu heç bir məhkəmə qətnaməsi tələb etmədən və məhkəməyə müraciət etmədən qeyri-şərtsiz tərk etməyi öhdələrinə götürmüşlər.

3. Borcalan öhdəliyin icrasını gecikdirmiş, kreditor tərəfindən borcun ödənilməsi, əks halda məhkəməyə müraciət ediləcəyi barədə borcalana xəbərdarlıq edilmiş və ipoteka predmet inə tutmanın yönəldilməsi haqqında bildiriş daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankı cavabdehlər Cavabdeh, X7, X8 və X6 qarşı iddia ərizəsi və daha sonra iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 56905,47 manat əsas, 3306,23 manat faiz, 367,87 manat cərimə borcu olmaqla, cəmi 60,579.57 manat borcun, 20 manat dövlət rüsumunun və illik 26 faizlə hesablanmış cərimə məbləğinin tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka qoyanın və onun ailə üzvlərinin evdən çıxarılması və açıq hərracdan satılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əs aslandırmışdır ki, tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə iddiaçı tərəfindən Cavabdeh dəfələrlə xəbərdarlıq edilmiş, lakin kredit müqaviləsinin şərtləri yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmiş, nəticədə iddiaçıya ümumilikdə 60579,57 manat borcu yaranmışdır.

6. Məhkəmə iclasında cavabdehi Cavabdeh nümayəndəsi iddia tələbini qismən qəbul edərək izahatında bildirmişdir ki, cavabdeh R.X14 Cəmiyyəti “Bank Standard” Kommersiya Bankından 12 iyun 2010-cu il tarixdə kredit müqaviləsi əsasında illik 20% ödənilməsi şərti ilə 24 ay müddətinə 57.000 manat məbləğində kredit götürmüşdür. Kredit müqaviləsi üzrə Cavabdeh öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh X7 tam mülkiyyət hüququ ilə özünə məxsus olan Bakı şəhəri, Xətai rayonu, Qafqaz küçəsində olan 0.01148 ha torpaq sahəsində yerləşən 27 nömrəli, 108,2 kv.metr ümumi, 51,8 kv.metr yaşayış, 56,4 kv.metr yardımçı sahədən ibarət 2 otaqlı fərdi yaşayış evini 12 iyun 2010-cu il tarixində 100/2485/10 saylı ipoteka müqaviləsi əsasında bank qarşısında ipoteka ilə yüklü etmişdir. Lakin hazırda Cavabdeh maddi imkanı yaxşı olmadığı üçün pulunu ödəyə bilmir, yaxın vaxtlarda borclarını ödəyəcəkdir. Bank tərəfindən əsas məbləğə faiz və cərimə borcu çox hesablanıb. Borcun ödənilməsi üçün bankla razılığa gəlməsi üçün onlara vaxt verilməsini xahiş etmişdir.

7. Məhkəmə iclasında X7 və X2 nümayəndəsi iddia tələbini qismən qəbul edərək izahatında göstərmişdir ki, Cavabdeh banka olan borcunu ödəyə bilmədiyi üçün bankdan onlara vaxt verilməsini xahiş etmişlər.

8. Bakı şəhəri Xətai R ayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 11 avqust 2011-ci il tarixli, 2(011)-3847/2011 nömrəli qətnaməsi ilə (hakim İ.İbrahimli) iddia qismən təmin edilərək, Cavabdeh iddiaçının xeyrinə 56905,47 manat məbləğində əsas borc, 3306,23 manat məbləğində faiz, 50 manat məbləğində cərimə olmaqla, ümumilikdə 60261,70 manat məbləğində pulun və 20 manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, həmin mənzilin açıq hərracda satıldıqdan sonra cavabdehlərin mənzildən ən geci 1 ay ərzində çıxarılması, əldə olunmuş vəsait hesabına birinci cavabdehin iddiaçıya olan borcunun ödənilməsi, satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsinin X3 ödənilməsi qət edilmişdir.

9. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh 12 iyun 2010-cu il tarixli, 1xx/xx/2485/10 saylı kredit müqaviləsi üzrə banka 28 fevral 2011-ci il tarixinə əsas borcu 56.905,47 manat, faiz borcu 3.306,23 manat, cərimə borcu 367,87 manat, cəmi 60.579,57 manat təşkil edir.

10. Məhkəmə Azərbaycan Respublikasının Mülki Məcəllləsinin 467-ci maddəsinə əsaslanaraq hesab etmişdir ki, iddia qismən təmin edilməli, kreditorun əmlak mənafeləri və bütün əsaslı mənafeləri nəzərə alınaraq 367,87 manat cərimə pulunun 50 (əlli) manat məbləğinədək azaldılması və iddia tələbinin 56,905,47 manat məbləğində əsas borcun ödənilməsi, illik 26 faiz cərimə məbləğinin hesablanmaqla tutulması hissəsində təmin edilməməsi məqsədəmüvafiqdir.

11. Məhkəmə həm də mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295, 298.1, 298.2, 317.1, 317.2, 319.1, 385.1, 442, 445.1, 445. 2.1, 445.3, 448, 449.4, 739.1, 741-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 26.1.3, 33, 34.1, 41.1, 59.1, 59.3, 59.4-cü maddələri ilə əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat

12. Cavabdeh xx.xx.2021-ci il tarixdə apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələblərinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti belə əsaslandırılıb ki, Cavabdeh xx.xx.2010-cu il tarixdə ölkə ərazisini tərk etmiş, yalnız xx.xx.2021-ci il tarixdə ölkəyə qayıtmışdır. Belə vəziyyətdə məhkəmədə onu təmsil etmək üçün kiməsə etibarnamə verməsi tamamilə absurddur. Hazırkı iş üzrə məhkəmə iclaslarından məlumatı olmamış və sözügedən məhkəmə qətnaməsinin surəti ona təqdim edilməmişdir. B elə ki, o, bir müddət bundan əvvəl kredit almaq məqsədilə banka müraciət edəndə müəyyən edilmişdir ki, onun adında 57000 manat aktiv kredit var. Araşdıran zaman məlum olmuşdur ki, onun adından kredit alınması ilə bağlı saxta kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən verilmiş pulun götürülməsini əks etdirən kassa məxaric orderində onun imzası saxtalaşdırılmış və kassadan pul götürülmüşdür. Bundan sonra o, kredit müqaviləsinin etibarsızlığına dair Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsində iddia qaldırmış, Səbail RPİ-yə müraciət etmiş və aparılmış istintaq zamanı müəyyən edilmişdir ki, tanışı Valeh Rüstəmli adlı şəxs onun etibarından sui-istifadə edərək, onun adına 57000 manat kredit alaraq dələduzluq etmişdir. Onunla bank arasında kredit müqaviləsi bağlanmamışdır. Odur ki, hazırkı işə apellyasiya qaydasında baxılarkən müqavilədə olan imzanın ona məxsus olub-olmamasının müəyyən edilməsi üçün məhkəmə xətşünaslıq ekspertizası keçirilməlidir.

14. Cavabdeh apelyasiya instansiya məhkəməsinə məktub ünvanlayaraq, kredit müqaviləsinin etibarsızlığı və mərkəzləşdirilmiş kredit reyestrində müvafiq düzəlişin aparılması tələbi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etdiyini və bununla əlaqədar iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının xx.xx.2022-ci tarixli qərardadı ilə həmin iddia tələbi üzrə mülki işin icraatı dayandırılmışdır.

15. Cavabdeh banka qarşı iddiası Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 201/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim N.Tağıyeva) təmin olunmamış, qətnamə qanuni qüvvəyə minmiş dir.

16. Bundan sonra iş üzrə icraat təzələnmişdir.

17. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 yanvar 2023-cü il tarixli, 2(103)-137/2023 nömrəli qətnaməsi ilə (hakimlər A.İsgəndərov (sədrlik edən və məruzəçi), V.Sadıqov və M.Rüstəmli) Cavabdeh apelyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh iddiaçının xeyrinə 56905,47 manat məbləğində əsas borc, 3306,23 manat məbləğində faiz borcunun tutulması hissəsində dəyişdirilmiş, birinci cavabdehdən tutulacaq əsas borcun məbləği 55957 manat, faiz borcunun məbləği 3210 manat müəyyən edilmiş, ümumilikdə cavabdehdən iddiaçının xeyrinə tutulacaq borcun məbləği 59217 manat müəyyən edilməklə bunun 55957 manatı əsas borca, 3210 manatı faiz borcuna və 50 manatı cərimə borcuna aid edilmiş, qətnamə m übahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə birinci cavabdehin kredit müqaviləsinin etibarsızlığı ilə bağlı iddia tələbi rədd olunmuşdur. Göründüyü kimi, hazırkı işdə iddia tələbinin faktiki əsası kimi istinad olunan kredit müqaviləsi qüvvədədir, ləğv edilməmiş və etibarsız sayılmamışdır.

19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, kredit müqaviləsinin bağlandığı müddətdə, yəni 12 iyun 2010-cu il tarixdə Cavabdeh Azərbaycan Respublikası ərazisində olmuşdur. Digər dəlilə münasibətdə isə qeyd edilməlidir ki, Cavabdeh tərəfindən xx.xx.2010-cu il tarixdə notarial qaydada təsdiq edilmiş etibarnamə verilmiş, həmin etibarnamən in əsasında onun nümayəndəsi hazırkı iş üzrə məhkəmə iclasında iştirak etmişdir. Etibarnamə verilən tarixdə Cavabdeh Azərbaycan Respublikası ərazisində olmuşdur (i.v 119 ).

20. Göründüyü kimi, hazırkı işə birinci instansiya məhkəməsində baxılarkən Cavabdeh nümayəndəsi məhkəmə iclasında iştirak edərək iddianı qismən qəbul etmiş, Cavabdeh kredit götürdüyünü, lakin maddi cəhətdən imkanı çatmadığı üçün ödəyə bilmədiyini bildirmişdir, yaxın vaxtlarda ödəyəcəyini, borcun ödənilməsi üçün bankla razılığa gəlməsi üçün ona vaxt verilməsini xahiş etmişdir.

21. Həmçinin işdən görünür ki, qətnamə çıxarıldıqdan və icraya yönəldikdən sonra iddiaçı ərizə ilə müraciət edərək kredit müqaviləsinin əslinin qaytarılmasını xahiş etmiş, 03 noyabr 2011-ci il tarixli məktubla kredit müqaviləsi banka qaytarılmış, b u barədə müvafiq poçt reyestri işə əlavə edilmişdir.

22. Bu baxımdan apelyasiya instansiya məhkəməsi hesab etmişdir ki, hazırda iş materiallarında kredit müqaviləsinin əslinin mövcud olmaması kredit müqaviləsinin ümumiyyətlə mövcud olmaması demək deyil. Belə ki, mübahisəyə baxıldığı dövrdə kredit müqaviləsi iş materiallarında mövcud olmuş, bankın ərizəsinə əsasən ona qaytarılmışdır.

23. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, tərəflər arasında bağlanmış 12 iyun 2010-cu il tarixli kredit müqaviləsinə əsasən ona illik 20% ödənilməsi şərti ilə 24 ay müddətinə 57000 manat məbləğində kredit verildiyi göstərilmişdir. Lakin iş materiallarına əlavə olunmuş xx.xx.2010-cu il tarixli kassa məxaric orderindən görünür ki, cavabdehə cəmi 55957 manat kredit verilmişdir. İşə əlavə edilmiş hesabdan çıxarış məlumatlarından və ödəniş cədvəlindən isə görünür ki, cavabdehə 2011-ci ilin fevral ayınadək 7210 manat faiz borcu hesablanmış, borcalan kredit üzrə cəmi 4000 manat ödəniş etmiş, həmin məbləğ faiz borcuna silinmiş, nəticədə həmin dövrə görə cəmi 3210 manat faiz borcu qalmışdır. Buna görə də, cavabdehə cəmi 55957 manat kredit verildiyindən və əsas borc üzrə hər hansı ödəniş aparılmadığından əsas borcun məbləği 55957 manat müəyyən edilməlidir.

24. Faiz borcuna münasibətdə isə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına uyğun saymadığından belə qənaətə gəlmişdir ki, faiz borcu da dəyişdirilməli və 3210 manat müəyyən edilməlidir. Nəticədə cavabdehdən əsas borca görə 55957 manat, faiz borcuna görə 3210 manat, dəbbə borcuna görə 50 manat pul tutu lmalıdır.

25. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 442, 448.1, 739.1-ci, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34, 59.3, 59.4,-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

26. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işə yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

27. Kassasiya şikayəti apelyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-201/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən göründüyü kimi onun kredit müqaviləsini etibarsı z sayılması və mərkəzləşdirilmiş kredit reyestrində düzəliş aparılması tələbinə dair iddiası təmin edilməmişdir. Həmin iddia tələbi, hazırki iddia tələbinin faktik əsası olan kredit müqaviləsinin və kassa məxaric orderlərinin olmaması əsası ilə rədd edilmişdir.

28. Bundan başqa, birinci instansiya məhkəməsi kimi apellyasiya instansiya məhkəməsi də öz qətnaməsində göstərmişdir ki, guya etibarnamə üzrə nümayəndəsi X9 məhkəmə iclasında iştirak edərək iddianı qismən qəbul etmişdir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2021-ci il tarixli, 33/1590 saylı arayışından göründüyü kimi, xx.xx.2010-cu il tarixdə ölkə ərazisini tərk etmiş, yalnız xx.xx.2014-cü il tarixdə ölkəyə qayıtmışdır. Belə olan vəziyyətdə məhkəmədə təmsil edilməsi üçün kiməsə etibarnamə verməyi ta mamilə absurddur.

29. Həmin dövrdə X5 başqa bir işlə bağlı etibarnamə verilmişdir. Həmin etibarnamənin bu işə aidiyyəti yoxdur.

30. İşdə olan etibarnaməyə gəldikdə isə, həmin etibarnamənin tarixinə nəzər yetirilsə görünər ki, həmin etibarnamə nümayəndəyə hələ kredit müqaviləsi bağlanmamışdan əvvəl verilmiş etibarnamədir.

31. Tərəfindən Səbail Rayon Polis İdarəsində aparılan cinayət işi ilə bağlı izahatında da qeyd edərək bunu bildirmişdir. Hal-hazırda Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsində polisin istintaqı gedir. “Bank Standard” rəhbərliyinin axtarışı ilə bağlı cinayət işi dayandırılmışdır. 26 noyabr 2018-ci il tarixli vəsatətlə və Səbail rayon prokurorluğunun təqdimatı əsasında Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən çıxarılmış 5(009)-4049/2018 saylı qərar QSC “Bank Stand ard” Kommersiya Bankına təqdim edilmiş, bankın 28 dekabr 2018-ci il tarixli cavab məktubunda Cavabdeh ilə QSC “BankStandard” Kommersiya Bankı arasında bağlanmış 12 iyun 2010-cu il tarixli müqavilənin xx.xx.2016-cı il tarixli aktla məhv edildiyi qeyd edilmişdir. Bakı Apellyasiya Məhkəməsində vəsatət verib Nəsimi Rayon Məhkəməsinin icraatında olan mülki işin gətirilməsini tələb edərək həmin mülki işə baxış keçirilməsini və təqdim edilmiş sübutlara hüquqi qiymət verilməsini xahiş etsə də, vəsatəti əsassız olduğundan rədd edilmiş və təqdim edilmiş sübutlara əsaslı qiymət verilmədiyindən məhkəmə tərəfindən səhv nəticəyə gəlinmişdir.

32. Bundan başqa, işə apellyasiya qaydasında baxılarkən onunla Bank arasında bağlandığı iddia olunan xx.xx.2011-ci il tarixli kredit müqaviləsində olan imzanın ona məxsus olub-olmadığını müəyyən etmək üçün məhkəmə xətşünaslıq ekspertizasının keçirilməsini xahiş etmiş, lakin işə baxan apellyasiya instansiya məhkəməsi bu dəlilinə qiymət verməmişdir. Apellyasiya instansiya məhkəməsi mübahisələndirilən kredit müqaviləsini tələb edib, həmin kredit müqaviləsində olan imzanın ona məxsusluğunu müəyyən etməli olduğu halda bunu etməmiş, hər necə olursa olsun olmayan kredit müqaviləsini rəsmi sənəd kimi qəbul edib, ondan ümumilikdə 59217 manat kredit borcunun iddiaçı bankın xeyrinə tutulmasına dair əsassız və qanunsuz qətnamə çıxartmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

33. İddiaçı kassasiya şikayətinə qarşı etiraz göndərərək, kassasiya şikayətinin təmin olunmamasını, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmas ını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

34. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.

35. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır.

36. Maddə 319.4. Açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haq qında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir.

37. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

38. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

39. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məz munu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

40. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

41. Maddə 467.1. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

42. Maddə

739. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu

43. Maddə

33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçü n ipoteka predmetinə tutma yönəldilə bilər.

44. Maddə 34.1.2 Əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayana ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu verir.

45. Maddə 39.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir:... 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

46. Maddə 59.3 İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzind ə tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

48. Maddə 47.1. İşdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vi cdanla istifadə etməyə borcludurlar.

49. Maddə 69.1. Hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir.

50. Maddə 73.1. Nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir.

51. Maddə 73.2. Fiziki şəxslər tərəfindən verilmiş etibarnamələr notariat qaydasında, yaxud etibar edənin oxuduğu və ya işlədiyi hüquqi şəxsin rəhbərliyi, etibar edənin yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən, sosial xidmət müəssisəsi tərəfindən, etibar edənin müalicə olunduğu xəstəxana və ya digər stasionar müalicə-profilaktika müəssisəsi tərəfindən, etibarnamə hərbi qulluqçulara, hərbi hissənin işçilərinə və ya onların ailə üzvlərinə verilirsə, müvafiq hərbi hissənin komandiri tərəfindən təsdiq edilir.

52. Maddə 74.1. Nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir.

53. Maddə 74.2. İddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir.

54. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

55. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

56. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

57. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

58. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

59. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının süb ut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

60. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

61. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

62. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya in stansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

63. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

64. Hazırkı kassasiya şikayətində qətnamə birinci cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası mə hkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

65. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

66. Kassatorun kredit müqaviləsini etibarsız sayılması və mərkəzləşdirilmiş kredit reyestrində düzəliş aparılması tələbinə dair iddiasının Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-201/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə hazırki iddia tələbinin faktik əsası olan kredit müqaviləsinin və kassa məxaric orderlərinin olmaması əsası ilə rədd edilməsi barədə dəlili, qətnamənin ləğvinə əsas vermir. Çünki əvvəla Nəsimi Rayon Məhkəməsi 2(006)-201/2022 saylı iş üzrə iddianı rədd edərkən «müqavilənin» olmamasına deyil, «müqavilənin əslinin» olmamasına istinad etmişdir. Məhkəmə həmin qətnaməsində qeyd etmişdir ki, «Məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh ilə cavabdeh QSC “Bank Standard” KB arasında 12 iyun 2010-cu il tarixli kredit müqaviləsi bağlanmışdır».

67. Göründüyü kimi məhkəmə Cavabdeh ilə cavabdeh QSC “Bank Standard” KB arasında 12 iyun 2010-cu il tarixli kredit müqaviləsi bağlandığını müəyyən etmiş və müqavilənin əsli olmadığına görə, həmin müqavilənin etibarsız sayılması barədə iddia tələbini rədd et mişdir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

68. Bundan başqa, birinci instansiya məhkəməsində kassatorun etibarnamə üzrə nümayəndəsi Cavabdeh QSC “Bank Standard” KB-dən 12 iyun 2010-cu il tarixdə 1xx/xx/2485/10 saylı kredit müqaviləsi əsasında kredit götürməsi faktını təsdiq etmişdir.

69. Kassator qeyd edir ki, “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2021-ci il tarixli, 33/1590 saylı arayışından göründüyü kimi, xx.xx.2010-cu il tarixdə ölkə ərazisini tərk etmiş, yalnız xx.xx.2014-cü il tarixdə ölkəyə qayıtmışdır. Belə olan vəziyyətdə məhk əmədə təmsil edilməsi üçün kiməsə etibarnamə verməyi tamamilə absurddur. İşdə olan etibarnaməyə gəldikdə isə, həmin etibarnamənin tarixinə nəzər yetirilsə görünər ki, həmin etibarnamə nümayəndəyə hələ kredit müqaviləsi bağlanmamışdan əvvəl verilmiş etibarnamədir”.

70. Kassatorun bu dəlilləri açıq-aşkar əsassızdır. Çünki etibarnamə kassatorun Azərbaycan Respublikasında olduğu müddətdə verilmişdir. Etibarnamə kredit müqaviləsi bağlanandan əvvəl deyil, müqavilə bağlanandan sonda verilmişdir (Kredit müqaviləsi xx.xx.2010-cu ildə bağlanmış, sözügedən etibarnamə isə 15 noyabr 2010-cu ildə verilmişdir).

71. Kassatorun “həmin dövrdə X5 başqa bir işlə bağlı etibarnamə verməsi, həmin etibarnamənin bu işə aidiyyəti olmaması” barədə dəlili də əsassızdır. Çünki mülki işin 52-ci vərəqində olan etibarnam ədə onun məhz konkret işlə bağlı verilməsi qeyd olunmayıb. Etibarnamənin məzmunundan göründüyü kimi, etibar edilənə iddia tələblərini bütünlüklə və ya qismən etiraf etmək, işi sülh yolu ilə qurtarmaq da daxil olmaqla geniş səlahiyyətlərin verildiyi əksini tapmışdır.

72. Səbail Rayon Polis İdarəsində aparılan cinayət işinin alınıb öyrənilmədiyi barədə dəlillər də qətnamənin ləğvinə əsas vermir. Çünki MPM-nin 82.4-cü maddəsi baxımından cinayət təqibi üzrə müəyyən olunan hallar yalnız o halda preyudisial əhəmiyyətli olur ki, bu hallar məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı ilə müəyyən edilmiş olsun.

73. Həmçinin kassatorun xx.xx.2011-ci il tarixli kredit müqaviləsində olan imzanın ona məxsus olub-olmadığını müəyyən etmək üçün məhkəmə xət şünaslıq ekspertizasının keçirilməsi barədə vəsatətinin təmin olunmaması barədə dəlil iş üzrə gəlinən nəticəni dəyişmir. Çünki yuxarıda qeyd olunan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olmuş 2(006)-201/2022 saylı mülki iş üzrə ekspertiza təyin olunmuş, müqavilənin əsli olmadığına görə ekspertiza keçirilməmiş, müqavilənin etibarsız sayılması tələbinə dair iddiası rədd edilmişdir. MPM-nin 82.2-ci maddəsindən irəli gələn preyudisiallıq prinsipi, müqavilənin eyni əsasla etibarsız sayılması barədə dəlillərin yenidən araşdırılmasını mümkünsüz edir.

74. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

75. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 yanvar 2023-cü il tarixli, 2(103)-137/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar