Məhkəmə qərarları › İş №2(102)-1956/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1956/2020

19.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1956/2020 19.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, Dəmirov İlqar Kamal oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X4 iştirakı ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)13272/2019 saylı qətnaməsindən cavabdehlər X3 və Cavabdeh2 kasasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(001)-124/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim F.V.Abdıyev) iddiaçı “xxxx” KB ASC-nin cavabdeh X2 və di gərlərinə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” barədə iddiası qismən təmin edilərək, cavabdehlər xxx və Cavabdeh2 müştərək qaydada ödəniş günü milli manata məzənnədə xx xxxx 2013-cü il tarixli əsas kredit müqaviləsi çərçivəsində bağlanmış xx xxxx 2013-cü il tarixli əlavə kredit müqaviləsi üzrə əsas borca görə 24.854,52 ABŞ dolları, faiz borcuna görə 2.589,51 ABŞ dolları, hesablanmış cəriməyə görə 2.400 ABŞ dolları, cəmi 29.844,03 ABŞ dollarının tutulub iddiaçı təşkilata verilməsi, tutmanın kredit müqaviləsinin təminatı qismində xx xxxx 2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş cavabdeh xxx in mülkiyyətində olan İsmayıllı şəhəri, R.Teyyubzadə küçəsində olan 0,12 ha torpaq sahəsinə və həmin torpaq sahəsində y erləşən 15 saylı fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına kredit borcunun və məhkəmə xərclərinin ödənilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin ipoteka qoyan xxx ə qaytarılması, ipoteka predmetlərinin ilkin satış qiymətinin 120.000 manat müəyyən edilməsi, ipoteka predmetləri açıq hərracdan satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində cavabdehlər xxx və Cavabdeh3 bu ipoteka predmetlərindən çıxmazlarsa, onların məcburi qaydada çıxarılması və qalan hissədə iddianın rədd olunması qət edilib. Cavabdehlər xxx və Cavabdeh2 qətnamədən apelyasiya şikayəti vermişlər. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)13272 /2019 saylı qətnaməsi ilə (hakimlər V.T.Həsənov sədrlik edən, məruzəçi, Ş.A.Məmmədova və X.Ə.Sarıyev) apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə cavabdehlər xxx və Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılıb. Cavabdehlər Cavabdeh2 və xxx qətnamədən kasasiya şikayəti vermişlər. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı “xxxx” KB ASC-nin cavabdeh X2 və digərlərinə qarşı iddia qaldıraraq, cavabdehlər xxx və Cavabdeh2 müştərək qaydada ödəniş günü milli manata məzənnədə xx xxxx 2013-cü il tarixli əsas kredit müqaviləsi çərçivəsində bağlanmış xx xxxx 2013-cü il tarixli əlavə kredit müqaviləsi üzrə əsas borca görə 24.854,52 ABŞ dolları, faiz borcuna görə 2.619,21 ABŞ dolları, hesablanmış cəriməyə görə 4.208,83 ABŞ dolları, cəmi 31.682,56 ABŞ dollarının tutulub iddiaçı təşkilata verilməsi, tutmanın kredit müqaviləsinin təminatı qismində xx xxxx 2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş cavabdeh xxx in mülkiyyətində olan İsmayıllı şəhəri, R.Teyyubzadə küçəsində olan 0,12 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 15 saylı fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına kredit borcunun və məhkəmə xərclərinin ödənilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin ipoteka qoyan xxx ə qaytarılması, ipoteka predmetlərinin ilkin satış qiymətinin 90.000 manat müəyyən edilməsi, ipoteka predmetləri açıq hərracdan satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində cavabdehlər xxx və Cavabdeh3 bu ipoteka predmetlərindən çıxmazlarsa, onların məcburi qaydada çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kasasiya şikayəti onunla əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə yeni qərar qəbul edilməsi xahiş olunub. Kasasiya şikayətinə dair et iraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ İddiaçı “xxxx” KB ASC-ti, cavabdehlər xxx, Cavabdeh2, onların vəkili xxx və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kasasiya instansiyası məhkəməsi məruzəçini dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kasasiya şikayəti təmin edilmədən, iş üzrə apelya siya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirilən hissədə cavabdehlər xxx və Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlayarkən, iddianın qismən təmin edilməsi üçün əsasların olmasına, iddianı qismən təmin etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad edib və hüquqi mövqeyini Mülki Məcəllənin 442, 425, 472.1, 472.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düz gün tətbiq edib, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki xx xxxx 2013-cü il tarixli kredit müqaviləsi çərçivəsində bağlanmış xx xxxx 2013-cü il tarixli kredit müqaviləsinə əsasən iddiaçı təşkilat tərəfindən cavabdeh xxx ə 36 ay müddətinə, illik 23 faiz ödəmək şərti ilə 76.000 ABŞ dolları kredit verilib. Həmçinin sözügedən kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi xx xxxx 2013cü il tarixli ipoteka müqaviləsinə əsasən, cavabdeh xxx ə məxsus olan İsmayıllı şəhəri, R.Teyyubzadə küçəsində yerləşən 0,12 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 15 saylı fərdi yaşayış evi iddiaçı təşkilat qarşısında ipoteka hüququ ilə yüklü edilmişdir. Həmçinin iddiaçı təşkilatla digər Cavabdeh2 arasında bağlanmış xx xxxx 2013-cü il tarixli zaminlik müqaviləsinə əsasən, sonuncu cavabdeh xxx lə iddiaçı təşkilat qarşısında birgə məsuliyyət daşıyacağını öz öhdəsinə götürüb. Apelyasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, cavabdeh xxx kredit müqaviləsi əsasında iddiaçı təşkilatdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmi n müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçı təşkilata qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdehlər kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişlər. Odur ki, iddiaçı təşkilat hər iki cavabdehdən əsas borcun və ona hesablanmış faizlərin və cərimənin ödənilməsini və tələbin ipoteka predmetinə yönəldilməsini tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə, əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya ö hdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Apelyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb qeyd etmişdir ki, mülki iş materiallarında müvafiq məhkəmə bildirişlərinin cavabdehlər ə təqdim edilməsinə dair xəbərnaməli məktublar mövcuddur. Bu hal cavabdehlərin məhkəmə iclasları barədə məlumatsız olmalarına dair bildirdikləri dəlillərin əsassız olması qənaətinə gəlməyə əsas verir. Kredit borcunun məbləği ilə bağlı apelyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçı təşkilatla cavabdeh xxx arasında bağlanmış xx xxxx 2013-cü il tarixli əlavə kredit müqaviləsi üzrə tərtib edilmiş xx xxxx 2017-ci il tarixli maliyyə arayışına əsasən cavabdeh xxx in həmin kredit müqaviləsi üzrə xx xxxx 2017-ci il tarixə 24.854,52 ABŞ dolları əsas, 2.619,21 ABŞ dolları faiz, 4.208,83 ABŞ dolları cərimə olmaqla, cəmi 31.682,56 ABŞ dolları kredit borcunun olduğu müəyyən edilir. İpoteka predmetinin ilkin satış qiyməti isə iddiaçı təşkilatla ipoteka qoyan xxx in qarşılıqlı ra zılaşmasına əsasən 90.000 manat müəyyən edilib, lakin sonradan onlar arasında ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı fikir ayrılığı yarandığından qiymətləndiricinin xx xxx 2018ci il tarixli ekspert rəyinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti 120.000 manat müəyyən edilib. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Bu mənada öhdəliyin pozulması öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Eyni zamanda həmin Məcəllənin 472.1 və 472.2-ci maddələrinin tələblərinə görə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1.1-ci maddəsinə görə, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. Mülki Məcəllənin 317-ci maddəsində isə təsbit edilmişdir ki, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 34.1.1, 34.1.2-ci maddələrinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Apelyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, işin həqiqi hallarını nəzərə alıb düzgün olaraq qeyd etmişdir ki, cavabdehlər xxx və Cavabdeh2 apelyasiya şikayətində kredit borcunun və ipoteka predmetlərinin ilkin satış qiymətlərinin düzgün müəyyən edilmədiyini göstərsələr də etirazlarının əsası kimi istinad etdikləri halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməmişlər. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırkı, işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Əksinə, iddiaçı təşkilat tərəfindən təqdim olunmuş maliyyə arayışı və hesabdan çıxarış məlumatlarından edilmiş ödənişlər və onların kredit müqaviləsinin şərtlərinə uyğun olaraq silinmə ardıcıllığı aşkar olaraq müəyyən olunur. Belə olan halda isə həmin ödənişlərin müqavilə şərtlərinə uyğun olaraq silinmədiyini müəyyən etmək üçün işə baxan məhkəmələr heç bir əsaslı şübhə müəyyən etməmişlər. Kasasiya instansiyası məhkəməsi kasasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara sadalanan maddi və prosessual hüquq normalarının tələbləri baxımından d üzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırıb. Ona görə də kasasiya instansiyası məhkəməsi kasatorun kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, kasasiya şikayəti təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kasasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdehlər X3 və Cavabdeh2 kasasiya şikayət i təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-13272/2019 saylı qətnaməsi kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar