Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1957/2024 02.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı "xxxx" Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh və X1 qarşı mülki iş üzrə QƏRARDADİ (Açar sözlər: qərardaddan kassasiya şikayəti verilməsinin nəzərdə tutulmaması əsası ilə kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi) Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Babayev Zəki Baba oğlu (məruzəçi hakim), Əliyev Zaur Əli oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh və X1 qarşı “borcun tutulması” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-720/2024 nömrəli, 27 mart 2024-cü il tarixli qərardadından Cavabdeh (vəkili Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, 02 may 2024-cü il tarixdə aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı "xxxx" Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra iddiaçı) cavabdehlər Cavabdeh və X1 (bundan sonra cavabdehlər və ya ad, soyadları) qarşı iddia ərizəsi ilə Füzuli Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 5.000 manat əsas borc, 1.880 manat faiz borcu, 1.100 manat penya, 20 manat dövlət rüsumu olmaqla, cəmi 8.000 manat borcun tutlması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraa t:
2. Füzuli Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(064)27/2023 nömrəli, 25 avqust 2023-cü il tarixli qərardadı ilə (hakim Həşimov Yaşar) iddiaçının cavabdehlərə qarşı “borcun tutulması” tələbinə dair iddiası baxılmamış saxlanılmışdır.
3. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən, məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar olunmuş iddiaçı və cavabdehin məhkəmə iclasına gəlməmələri və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmələrinə əsaslanmışdır.
4. Daha sonra, xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixlərdə iddiaçının nümayəndəsi X2 ərizə ilə məhkəməyə müraciət edərək, iddiaya baxılmasını və təmin olunmasını, işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir.
5. Füzuli Rayon Məhkəməsinin 2(064)-27/2 023 nömrəli, 18 dekabr 2023-cü il tarixli qərardadı ilə iddiaçının nümayəndəsinin ərizəsi təmin edilmiş və mülki iş üzrə birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilərək, mülki iş üzrə icraat təzələnmiş və işin baxılması 10 yanvar 2024-cü il tarixə saat 12:15-ə təyin edilmişdir.
6. Cavabdeh həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini, iddiaçı tərəfindən verilmiş iddia ərizəsinin baxılmamış saxlanılması barədə 25 avqust 2023-cü il tarixli qərardadın ləğv olunaraq işə mahiyyəti üzrə baxılmasına dair ərizənin təmin olunmaması barədə qərardad qəbul olunmasını xahiş etmişdir.
7. Füzuli Rayon Məhkəməsinin 2(064)-1/2024 nömrəli, 08 yanvar 2024-cü il tarixli qərardadı ilə Cavabdeh birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadında n şikayəti geri qaytarılmışdır.
8. Məhkəmə həmin qənaətə gələrkən, qərardadın ləğv olunaraq işə mahiyyəti üzrə baxılmasının təzələnməsi haqqında sonraki qərardadın işin sonrakı hərəkətinə mane olmadığını, həmçinin Azərbaycan Respublikası MPM-də göstərilən qərardaddan şikayət verilməsi halı nəzərdə tutulmadığını, bu səbəbdən də qərardaddan şikayətin geri qaytarılmalı olmasını qeyd etmişdir.
9. Bundan sonra, Cavabdeh həmin qərardaddan da şikayət verərək, 18 dekabr 2023-cü il tarixli qərardaddan verdiyi şikayətin geri qaytarılması barədə 08 yanvar 2023-cü il tarixli qərardaddan şikayət verilməsi müddətini buraxmağının səbəbini üzürlü hesab edərək, buraxılmış müddətin bərpa olunmasını, iş üzrə 18 dekabr 2023-cü il tarixli qərardadın ləğv olunmasını, iddiaçı tərəfindən verilmiş “iddia ərizəsini n baxılmamış saxlanılması barədə 25 avqust 2023-cü il tarixli qərardadın ləğv olunaraq işə mahiyyəti üzrə baxılmasına dair” ərizənin (vəsatətin) təmin olunması haqda qərardad çıxarılmasını xahiş etmişdir.
10. Füzuli Rayon Məhkəməsinin 2(064)-1/2024 nömrəli, 09 fevral 2024-cü il tarixli qərardadı ilə Cavabdeh vəsatəti təmin olunmuş, birinci instansiya məhkəməsinin şikayətin geri qaytarılması haqqında xx.xx.2024-cü il tarixli qərardaddan Cavabdeh tərəfindən şikayət verilməsi üçün müəyyən edilmiş prosessual müddəti buraxmasının səbəbləri üzürlü hesab edilərək bərpa olunmuşdur. 11.Füzuli Rayon Məhkəməsinin 2(064)-1/2024 nömrəli, 20 fevral 2024-cü il tarixli qərardadı ilə (hakim Həşimov Yaşar) Cavabdeh şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin şikayətin geri qaytarılması haqqınd a xx.xx.2024-cü il tarixli qərardaddan şikayətin geri qaytarılması haqqında qərardadı dəyişdirilmədən (və ya ləğv edilmədən) saxlanılmış və şikayət işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
12. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(106)-720/2024 nömrəli, 27 mart 2024-cü il tarixli qərardadı ilə (hakimlər Cahid İmanov (sədrlik edən və məruzəçi), Tale Kərimov, Samir Mayılov) birinci instansiya məhkəməsinin 08 yanvar 2024-cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətin qeyri-mümkün hesab edilməsi və şikayətin geri qaytarılması üçün mülki işlə birlikdə Füzuli Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
13. Qərardaddan Cava bdeh (vəkili Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qərardadının ləğv olunmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi;
14. Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraat a xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında.
15. Maddə 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər.
16. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər t ələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər.
17. Maddə 404-1.2. İşə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.
18. Maddə 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.1. kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə.
19. Maddə 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır.
20. Maddə
409. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci mad dələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
21. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh (vəkili Vəkil) tərəfindən apellyasiya instansiya məhkəməsinin 27 mart 2024-cü il tarixli qərardadından verilmiş kassasiya şikayəti prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən qeyrimümkün hesab edilməli və geri qaytarılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
22. Belə ki, apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi və geri qaytarılması barədə qərardadla şəxsin onun işinə apellyasiya instansiyası məhkəməsində baxılması məsələsi həll edildiyindən, qanunverici bu hüququn əhəmiyyətini nəzərə alaraq belə qərardadlardan kassasiya şikayəti verilməsi qaydasını müəyyən etmişdir. Burada qanunun məqsədi kassasiya şikayəti verilməsi mümkün olan məhkəmə aktlarına kassasiya qaydasında baxılması imkanını səmərəli təmin etməkdən ibarətdir.
23. Bununla belə, qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəllənin 402.2-ci maddəsində kassasiya şikayəti verilməsi mümkün olan qərardadların növləri dəqiq göstərilmişdir.
24. Həmin normada iddianın baxılmamış saxlanılması haqqında məsələ üzrə məhkəmə qərardadları, kassasiya şikayəti verilməsi mümkün olan qərardadlara aid edilməmişdir.
25. Prosessual qanunvericilikdə məhkəmə aktının özündən kassasiya şikayəti verilməsi nəzər də tutulmayıbsa, həmin aktdan verilmiş şikayətin qeyri-mümkün hesab edilməsi və qaytarılması barədə qərardaddan da şikayət verilə bilməsi istisna olunmuşdur. Belə şikayətlərə kassasiya qaydasında baxılması MPM-in 402-ci maddəsinin məqsədlərinə cavab vermir və son illərdə kassasiya icraatının hədlərinin məhdudlaşdırılması istiqamətində aparılan qanunvericilik islahatlarına ziddir.
26. Hazırki iş üzrə apellyasiyanın qeyri-mümkün hesab edilməsinin əsasında iddianın baxılmamış saxlanması haqqında qərardaddan verilmiş şikayət durduğundan, həmin qərardaddan isə kassasiya şikayəti verilməsi prosessual qanunda nəzərdə tutulmadığından, Mülki Prosessual Məcəlləyə əsasən hazırda apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərardadından da kassasiya şikayəti verilə bilməz. Buna baxmayaraq a pellyasiya instansiyası məhkəməsi səhvə yol verərək, qərardadın nəticə hissəsində həmin qərardaddan kassasiya şikayəti verilməsininin mümkün olmasını qeyd etmişdir.
27. Həmçinin qeyd olunmalıdır ki, Cavabdeh (vəkili Vəkil) adı çəkilən qərardaddan verdiyi şikayəti kassasiya şikayəti adlandırsa da, həmin şikayətini Şirvan Apellyasiya Məhkəməsinə ünvünlayaraq daha da xaotik vəziyyət yaratmışdır.
28. Azərbaycan Respublikası MPM-nin 409-cu maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müdd ətində kassasiya instansiyası məhkəməsinə göndərilir.
29. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi kassasiya şikayəti daxil olduqda onu vermiş şəxsin kassasiya şikayəti vermək hüququna malik olmasını (şikayət verilmiş qərardadın MPM-nin 402.2-ci maddəsində nəzərdə tutulmuş kassasiya şikayəti verilməsi istisna edilmiş qərardadlar kateqoriyasına aid olub-olmamasını), kassasiya şikayətinin qanunla müəyyən olunmuş müddətdə verildiyini, kassasiya şikayətinin qanunla nəzərdə tutulmuş forma və məzmun tələblərinə cavab verdiyini yoxlamalı, həmin qaydalara riayət olunduğu halda kassasiya şikayətini baxılması üçün göndərməli, göstərilən tələblərə cavab vermədiyi halda isə, kassasiya şikayətinin geri qaytarılması barədə əsaslandırılmış qərardad çıxarmalıdır.
30. Lakin hazırkı iş üzrə apellya siya instansiyası məhkəməsi bu tələblərə əməl etməmişdir. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayəti verilmiş qərardadın MPM-nin 402.2-ci maddəsində kassasiya şikayəti verilməsi istisna olunan qərardadlara aid olub-olmamasını araşdırmalı idi.
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 404-1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir.
32. Həmin Məcəllənin 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.
33. Kassasiya qaydasında baxmaq üçün prosessual əsasların ol maması, apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətinin geri qaytarılması kimi hüquqi nəticəyə səbəb olur.
34. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh (vəkili Vəkil) tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilməli, kassasiya şikayətinin geri qaytarılması apellyasiya instansiyasının səlahiyyəti olduğuna görə, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.
35. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 408 və 411-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-720/2024 nömrəli, 27 mart 2024-cü il tarixli qərardadından Cavabdeh (vəkili Vəkil) tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərardad qətidir və qəbul edildiyi andan qüvvəyə minir.