Məhkəmə qərarları › İş №2(102)-196/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-196/2021

04.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-196/2021 04.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı MMC-nin Cavabdeh qarşı, Cavabdeh İddiaçı MMC-yə qarşı iş üzrə (Açar sözlər: ilk iddia - borc; qarşılıqlı iddia - müqavilənin ləğv edilməsi, ilkin ödənişin geri qaytarılması, əsassız hesablanmış borcun silinməsi, mənəvi ziyanın ödənilməsi tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, Cavabdehin vəkili Vəkil iştirakı ilə, Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-885/2020 nömrəli iş ü zrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı MMC Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı MMC-nin xeyrinə 2684 manat əsas borcun, 385 manat cərimə borcun, cəmi 3069 manat borcun və 30,40 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulmasını xahiş etmişdir. Cavabdeh İddiaçı MMC-yə qarşı müqavilənin ləğv edilməsi, ilkin ödənişin geri qaytarılması, əsassız hesablanmış borcun silinməsi, mənəvi ziyanın ödənilməsi tələbi haqqında qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı MMC-nin Ağdaş filialı ilə onun arasında bağlanmış xx xxxxxx 201 8-ci il tarixli nisyə satış müqaviləsinin ləğv edilməsi, onun tərəfindən Samsung QE55Q6FNAUXRU markalı televizor üçün ödənilmiş ilkin ödəniş məbləğini təşkil edən 200 manat məbləğində pul vəsaitinin İddiaçı MMC-dən alınaraq ona verilməsi, İddiaçı MMC tərəfindən xx xxxxxx 2018-ci il tarixli nisyə müqaviləsinə əsasən ona hesablanmış 2684 manat əsas borc, 385 manat cərimə borcu, cəmi 3069 manat borcun silinməsi, İddiaçı MMC tərəfindən ona vurulmuş mənəvi zərərin məbləğini təşkil edən 3000 manat pulun İddiaçı MMC-dən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Ağdaş rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim F.Nəsibov, iş № 2(014)-1394/2019) İddiaçı MMC-nin Cavabdeh q arşı borc tələbi haqqında iddiasının rədd edilməsi, Cavabdeh İddiaçı MMC-yə qarşı müqavilənin ləğv edilməsi, ilkin ödənişin geri qaytarılması, əsassız hesablanmış borcun silinməsi, mənəvi ziyanın ödənilməsi tələbi haqqında qarşılıqlı iddiasının qismən təmin edilməsi, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış xx xxxxxx 2018-ci il tarixli AGK01052 nömrəli nisyə alqısatqı müqaviləsinin ləğv edilməsi, İddiaçı MMC-dən Cavabdeh xeyrinə 200 (iki yüz) manatın tutulması, Cavabdeh İddiaçı MMC-yə qarşı müqavilənin ləğv edilməsi, ilkin ödənişin geri qaytarılması, əsassız hesablanmış borcun silinməsi, mənəvi ziyanın ödənilməsi tələbi haqqında qarşılıqlı iddiasının qalan hissədə rədd edilməsi və ödənilmiş dövlət rüsumunun tərəflərin özlərinə aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli nisyə satış müqaviləsinə görə, İddiaçı MMC Cavabdeh 2851 manat dəyərində Samsung markalı TV məhsulunu 12 ay müddətinə kreditlə nisyə satılmışdır. İlkin ödəniş olaraq 200 manat pul ödənilmişdir. İddiaçı MMC tərəfindən tərtib edilən xx xxxxxx 2018-ci il tarixli təhvil təslim aktına görə, İddiaçı MMC Cavabdeh Samsung markalı televizoru təhvil verdi. İddiaçı MMC tərəfindən tərtib edilmiş maliyyə arayışına görə, Cavabdeh İddiaçı MMC-yə 2684 manat əsas borc, 385 manat cərimə borcu, cəmi 3069 manat borcu qalmışdır. İddiaçı MMC tərəfindən tərtib edilmiş ödəniş cədvəlinə görə, Cavabdeh 12 ay müddətində İddiaçı MMC-yə hər ay 221 manat olmaqla pul ödəməli idi. İddiaçıMMC tərəfindən tərtib edilmiş xx xxxxx 2019-cu il tarixli bildirişə görə, Cavabdeh İddiaçı MMC-yə olan borcun ödənilməsi üçün xəbərdarlıq edilmişdir. Cavabdeh tərəfindən İddiaçı MMC-yə xx xxxxxx 2018-ci il tarixdə ünvanlanmış ərizələrə görə, Cavabdeh müqavilənin ləğv edilməsini və ilkin ödənişin geri qaytarılmasını, televizorun yenisi ilə əvəz edilməsini xahiş etmişdir. İddiaçı MMC tərəfindən tərtib edilən xx xxxxxx 2018-ci il tarixli təhvil təslim blankına görə, Cavabdeh televizoru aldığı gün televizoru səliqə ilə toka qoşub baxmaq istədiyi zaman məhsulun ön yuxarı hissəsində çat ləkəsi mövcud olmuşdur. Birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqavil əsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 581.1-ci maddəsinə əsasən satıcı alıcıya keyfiyyəti alqı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Mülki Məcəllənin 581.2-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Mülki Məcəllənin 582.1-ci maddəsinə əsasən satıcının alıcıya verməli olduğu əşya alıcıya verildiyi məqamda bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə uyğun gəlməlidir, bu şərtlə ki, alqı-satqı müqaviləsində əşyanın həmin tələblərə uyğunluğunu müəyyənləşdirməyin ayrı məqamı nəzərdə t utulmasın. Verilən əşya bu cür əşyaların adətən istifadə edildiyi məqsədlər üçün ağlabatan müddət ərzində yararlı olmalıdır. Mülki Məcəllənin 582.2-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində satıcının əşyanın keyfiyyəti üçün qarantiya verməsinin nəzərdə tutulduğu halda satıcı alıcıya bu Məcəllənin 581- ci maddəsində nəzərdə tutulan tələblərə müqavilə ilə müəyyənləşdirilmiş vaxt (qarantiya müddəti) ərzində uyğun gəlməli əşya verməlidir. Mülki Məcəllənin 582.3-cü maddəsinə əsasən əşyanın keyfiyyəti üçün qarantiya, əgər alqı- satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, onun tərkib hissələrinə (komplektləşdirici məmulata) də şamil edilir. Mülki Məcəllənin 586.1-ci maddəsinə əsasən qanunvericilikdə, dövlət standartlarının məcburi tələblərində və ya alqı-satqı müqaviləsində əşyanın ke yfiyyətinin yoxlanması nəzərdə tutula bilər. Mülki Məcəllənin 586.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin 586.1 -ci maddəsinə uyğun olaraq əşyanın keyfiyyətinin yoxlanması qaydası müəyyənləşdirilməyibsə, əşyanın keyfiyyəti işgüzar dövriyyə adətlərinə və ya alqı-satqı müqaviləsi üzrə verilməli əşyanın yoxlanmasının adətən tətbiq edilən digər şərtlərinə müvafiq surətdə yoxlanılır. Mülki Məcəllənin 586.3-cü maddəsinə əsasən əgər qanunvericilikdə, dövlət standartlarının məcburi tələblərində və ya alqı-satqı müqaviləsində satıcının alıcıya verilən əşyanın keyfiyyətini yoxlamaq vəzifəsi (sınama, analiz, müayinə və i.a.) nəzərdə tutulmuşdursa, satıcı əşyanın keyfiyyətinin yoxlanıldığına dair alıcıya sübutlar təqdim etməlidir. Mülki Məcəllənin 588.1-ci maddəsinə əsasən əgər alıcı əşyanın qüsurl arının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. Mülki Məcəllənin 595.1-ci maddəsinə əsasən alıcı alqı-satqı müqaviləsinin miqdar, çeşid, keyfiyyət, komplektlik, tara və (və ya) qab haqqında şərtlərinin pozulmasına dair satıcıya müqavilədə nəzərdə tutulan müddətdə, belə müddət müəyyənləşdirilmədikdə isə, müqavilənin müvafiq şərtinin pozuntusu əşyanın xarakterinə və təyinatına görə aşkar edilməli olduqdan sonra ağlabatan müddətdə bildiriş verilməlidir. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən lazımi keyfiyyətli qeyri-ərzaq malı öz formasına, ölçüsünə, fasonuna, rənginə görə istehlakçıya yaramırsa və ya digər səbəblərə görə t əyinatı üzrə istifadə oluna bilməzsə, istehlakçının onu alındığı yerdə uyğun mala dəyişdirmək hüququ vardır. İstehlakçı malın alınma günü sayılmamaq şərti ilə, 14 gün ərzində həmin mah lazımi keyfiyyətli mala dəyişdirmək hüququna malikdir. Parakəndə satılan malın dəyişdirilməsi üçün satıcı tərəfindən daha uzun müddət elan edilə bilər. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında televizor alqı satqısına dair nisyə satış müqaviləsi bağlanmışdır, cavabdeh iddiaçıya ilkin olaraq 200 manat ödəniş etmişdir. İddiaçı cavabdehə keyfiyyəti alqı-satqı müqaviləsinə uyğun gələn televizor verməyə borclu olmuşdur. Müqavilədə əşyanın keyfiyyəti haqqında şərtlər müəyyən edilmədiyinə görə iddiaçı cavabdehə istifadə məqsədlərinə yarayan televizor satmağa borclu olmuşdur. Qanuna görə iddi açının cavabdehə satdığı televizorun cavabdehə verildiyi məqamda keyfiyyət tələblərinə uyğun gəlməsi əsas götürülür. İddiaçı tərəfindən cavabdehə alqı-satqı müqaviləsinin keyfiyyət tələblərinə uyğun olmayan, yararsız, qüsurlu televizor satılması barədə mülahizələr əsaslıdır, belə ki, bu barədə xx xxxxxx 2018-ci il tarixli təhvil təslim blankında da qeyd mövcuddur. İddiaçı məhkəməyə televizorun məhz cavabdeh tərəfindən yararsız vəziyyətə salındığı barədə sübutlar təqdim etməmişdir. Cavabdeh tərəf isə iddiasının mənəvi ziyanla bağlı hissəsinə dair məhkəməyə hər hansı mötəbər bir sübut təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ilkin iddia rədd edilməli, qarşılıqlı iddia isə mənəvi ziyan tələbi hissəsi rədd edilməklə qismən təmin edilməlidir. Ödənilmiş dövlət rüsumları tərəflər in özlərinə aid edilməlidir. Birinci instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddəsini tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apelyasiya instansiyası məhkəməsində icraat Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər M.Əsədli (sədrlik edən və məruzəçi), Ə.Məcidov və A.Mahmudov, iş № 2(107)-885/2020) İddiaçı MMC tərəfindən verilmiş apelyasiya şikayəti qismən təm in edilmiş, iş üzrə Ağdaş Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(014)1394/2019 saylı qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək, ilk iddianın qismən təmin edilməsi, Cavabdeh İddiaçı MMC-nin xeyrinə 2684 manat əsas borcun, 10 manat dəbbə pulunun və 30,40 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması, ilk iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh İddiaçı MMC-yə qarşı İddiaçı MMCnin Ağdaş filialı ilə onun arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli nisyə satış müqaviləsinin ləğv edilməsi, onun tərəfindən Samsung QE55Q6FNAUXRU markalı televizor üçün ödənilmiş ilkin ödəniş məbləğini təşkil edən 200 manat məbləğində pul vəsaitinin İddiaçı MMC-dən alınaraq ona verilməsi, İddiaçı MMC tərəfindən xx xxxxxx 2018ci il tarixli nisyə müqaviləsinə əsasən ona hesa blanmış 2684 manat əsas borc, 385 manat cərimə borcu, cəmi 3069 manat borcun silinməsi, İddiaçı MMC tərəfindən ona vurulmuş mənəvi zərərin məbləğini təşkil edən 3000 manat pulun İddiaçı MMC-dən alınaraq ona verilməsinə dair qarşılıqlı iddasının rədd edilməsi qət edilmişdir. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün olmayan nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Apellyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı» MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli nisyə satış müq aviləsinə əsasən Cavabdeh 2851 manat dəyərində Samsung markalı Tv məhsulunu 12 ay müddətinə kreditə nisyə satılmışdır. Müqavilə üzrə öhdəliklərini tam icra etməyən Cavabdeh 2684 manat əsas borc, 385 manat cərimə borcu, cəmi 3069 manat borcu qalmışdır, xəbərdarlıq edilməsinə baxmayaraq borc ödənilməmişdir. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.2 və 6.1.5-ci maddələrində mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı mülki qanunvericiliyin prinsipləri kimi müəyyən olunmuşdur. Həmin Məcəllənin 14.2.1-ci maddəsinə görə, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutul masa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda e yni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Cərimənin ödənilməsi tələbinin hüquqi əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirələn, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini aşağıdakılarla əsaslandırmışdır; Tərəflər nisyə alqı-satqı müqaviləsinin bağlandığını mübahisələndirmirlər. İşdə olan və məhkəmə iclasında tədqiq edilən İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli nisyə satış müqaviləsindən görünür ki, İddiaçıMMC Cavabdeh 2851 manat dəyərində Samsung markalı Tv məhsulunu 12 ay müddətinə kreditə nisyə satılmışdır. İlkin ödəniş olaraq 200 manat pul ödənilmişdir. Tərəflər arasında imzalanmış xx xxxxxx 2018-ci il tarixli Təhvil-təslim aktından görünür ki, iddiaçı cavabdeh MMC öz üzərinə düşən öhdəliyi icra etmiş və televizoru razılaşdırılmış keyfiyyətdə alıcıya təhvil vermişdir. Alıcı (cavabdeh) bu sənədi imzalamış və bu gün də həmin aktı mübahisələndirməmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, sözügedən “Təhvil-təslim aktının” mötəbərliliyinə hər hansı bir şübhə yaranmadığından, həmin akt sübut kimi qəbul edilir. Bundan əlavə iş materiallarında olan xx xxxxxx 2018-ci il tarixli texniki rəyə əsasən müəyyən edilir ki, televizorun ekranı sınmış, həmçinin cihazda zərbə aşkar edilmişdir. Daha sonra iş materiallarında olan Cavabdeh məxsus xx xxxxxx 2018-ci il tarixli ərizədən görünür ki, televizor evə gətirildikdən sonra onda heç bir cızıq zədə olmamışdır. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iddia qismən təmin edilməli, 2684 manat əsas borc və 10 manat dəbbə pulu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidr. Apellyasiya instansiya məhkəməsi qarşılıqlı iddia tələbi ilə bağlı qeyd etmişdir ki, qarşılıqlı iddia təmin edilə bilməz. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli nisyə satış müqaviləsinə əsasən Cavabdeh 2851 ma nat dəyərində Samsung markalı Tv məhsulunu 12 ay müddətinə kreditə nisyə satılmışdır. Müqavilə üzrə öhdəliklərini iddiaçı yerinə yetirmiş Cavabdeh isə öhdəliyi yerinə yetirməmişdir. Qeyd edilənlər məhkəmə iclasında və iş materiallarında olan yazılı sübutlarla təsdiqini tapmışdır. Ona görə də İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli nisyə satış müqaviləsinin ləğv edilməsinə əsaslar yoxdur. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddəsini tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddə sinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edlmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün olmayan nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli, Ağdaş Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(014)-1394/2019 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək ilk iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia rədd edilməməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlil ləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)885/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş edir. Kasasiya şikayətində göstərilmişdir ki, tərəflər arasında olan mübahisə televizorun iddiaçıda və ya cavabdehdə olması deyil, həmin televizorda aşkar olunmuş qüsurun cavabdehə satılana qədər olub-olmaması, yaxud cavabdeh tərəfindən yaranmasından ibarətdir. Bu halda məhkəmə qüsurun yaranma səbəbini müəyyən etmək üçün iş üzrə ekspertiza təyin etməli idi. İddiaçı MMC-nin servisində televizora baxış keçirilmiş və malda qüsurun mexaniki təsir nəticəsində yarandığı bildirilmişdir. O, İddiaçı MMC-nin servis xidmətinin mütəxəssisləri tərəfindən keçirilmiş baxışın nəticələri ilə razı deyil. Həmin mütəxəssislər MMC-in işçləridir və onların verdiyi rəyin qərəzsizliyinə şübhələri vardır. Təhvil-təslim aktının iddianın əsaslılığını təsdiq edən sübut olaraq əhəmiyyəti yoxdur. Çünki televizor İddiaçı MMC-yə qaytarılmışdır. Televizorun qaytarılması halında isə MMC əsassız olaraq borcun hesablanmasını davam etdirmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehin vəkili Vəkil izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq no rmalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-885/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 77.2. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqd a, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini, məhkəmə iclasında iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməli, Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-885/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Cavabdeh kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, maddi və prosessual hüquq normalarının pozulmasına və apelyasiya instansiyası məhkəməsinin sübutlara düzgün hüquqi qiymət verməməsinə istinad etmişdir. Kassasiya şikayətinin əsas dəlili televizorda aşkar olunmuş qüsurun cavabdehə satılana qədər olub-olmaması, yaxud cavabdeh tərəfindən edilən fiziki təsir nəticəsində yaranmasının aydınlaşdırılmasından ibarətdir. İddiaçı tərəf təhvil aktına və özünün servis xidmətinin əməkdaşlarının təqdim etdikləri rəyə əsaslanmaqla Cavabdeh lazımi keyfiyyətdə mal verilməsini, təhvil verilərkən malın yoxlanmasına və bu zaman hər hansı qüsurun müəyyən olunmamasına istinad edərək öhdəliyin Cavabdeh tərəfindən pozulmasına istinad etmiş dir. Cavabdeh tərəf isə etirazında malın lazımi keyfiyyətdə olmamasını, ekspertiza təyin olunmamasını, MMC-in əməkdaşlarının rəyinə əsaslanmaqla məhkəmənin nəticəyə gəlməsini, qüsurun aşkar olunmasından dərhal sonra televizorun MMC-yə qaytarılmasına istinad etmişdir. Mülki Məcəllənin 588.1-ci maddəsinə əsasən əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. Qeyd edilməlidir ki, məhkəmə İddiaçı MMC-nin xx xxxxxx 2018-ci il tarixdə tərtib etdiyi texniki rəyə əsaslanmaqla televizorun ekranının sınması, həmçinin cihazda zərbə aşkar edilməsinin müəyyən olunması nəticəsinə gəlmişdir. Lakin iddia üzrə cavabdehin kassasiya şikayətindən isə görünür ki, televizorun səthin də hər hansı zədə olmamış, yalnız elektrik cərəyanına qoşulan zaman ekran açılmamışdır. İlk iddia üzrə cavabdeh tərəf məhkəmələrin istinad etdiyi mütəxəssis rəyinin qərəzsizliyinə rəyi tərtib edən şəxslərin MMC-in servis xidmətinin əməkdaşları olması səbəbindən möhtəbər hesab etməmişdir. Bu halda apellyasiya instansiya məhkəməsi mövcud ziddiyyətlərin aydınlaşdırılması üçün müvafiq ekspertiza təyin edilməsini təmin etməli və qüsurun malın alınmasından əvvəl və ya malın təhvil verilməsindən sonra yaranmasını müəyyən edərək, mövcud sübutlar əsasında ilkin və qarşılıqlı iddia tələbləri üzrə qiymətləndirilmənin aparılmasını təmin etməli idi. Kollegiya qeyd edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya m üəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri yuxarıda qeyd edilən maddi hüquq normalarının tələblərinə əsasən əsaslıdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsasdır. Apellyasiya instansiyası məhkəməsinin işə baxarkən gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətn amə ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-885/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar