Məhkəmə qərarları › İş №2(102)-1961/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1961/2025

02.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1961/2025 02.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: öhdəliyin icra edilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu, Babayev Zəki Baba oğlu və X3 ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 6 mart 2025-ci il tarixli, 2(107)304/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:

2. İddiaçı Cavabdeh məxsus kartına xx.xx.2023-cü il tarixdə 100 manat, xx.xx.2023-cü il tarixdə 85 manat, xx.xx.2023-cü il tarixdə 166 manat, xx.xx.2023-cü il tarixdə 100 manat, xx.xx.2023-cü il tarixdə 450 manat, 14 oktyabr 2023-cü il tarixdə 200 manat, xx.xx.2023-cü il tarixdə 500 manat, 08 noyabr 2023-cü il tarixdə 400 manat, 15 noyabr 2023-cü il tarixdə 2100 manat, 25 noyabr 2023-cü il tarixdə 300 manat, 26 noyabr 2023-cü il tarixdə 300 manat, 27 noyabr 2023-cü il tarixdə 400 manat, 6 dekabr 2023-cü il tarixdə 300 manat, 16 yanvar 2024-cü il tarixdə 30 manat, 18 yanvar 2024-cü il tarixdə 850 manat, 1 fevral 2024cü il tarixdə 5000 manat, 07 fevral 2024-cü il tarixdə 597 manat, 08 fevral 2024-cü il tarixdə 400 manat, 09 fevral 2024-cü il tarixdə 20 manat, 10 fevral 202 4-cü il tarixdə 150 manat, 11 fevral 2024-cü il tarixdə 800 manat, 13 fevral 2024-cü il tarixdə 600 manat, 25 fevral 2024-cü il tarixdə 430 manat, 01 mart 2024-cü il tarixdə 140 manat, 03 mart 2024-cü il tarixdə 500 manat, 04 mart 2024-cü il tarixdə 500 manat, 13 mart 2024-cü il tarixdə 200 manat, 17 mart 2024-cü il tarixdə 300 manat, 22 mart 2024-cü il tarixdə 50 manat, xx.xx.2024-cü il tarixdə 350 manat, 29 mart 2024-cü il tarixdə 100 manat, 30 mart 2024-cü il tarixdə 200 manat, 02 aprel 2024-cü il tarixdə 1000 manat, 07 aprel 2024-cü il tarixdə 50 manat, 08 aprel 2024-cü il tarixdə 500 manat və 135 manat, 11 aprel 2024-cü il tarixdə 230 manat və 70 manat, 15 aprel 2024-cü il tarixdə 500 manat və 300 manat, 19 aprel 2024-cü il tarixdə 2 dəfə 400 manat olmaqla ümumilikdə 800 manat, 27 apr el 2024-cü il tarixdə 500 manat və 200 manat, 01 may 2024-cü il tarixdə 400 manat, 03 may 2024-cü il tarixdə 30 manat, 06 may 2024-cü il tarixdə 80 manat və 1,117 manat, 08 may 2024-cü il tarixdə 99,80 manat, 13 may 2024-cü il tarixdə 597 manat, 14 may 2024-cü il tarixdə 400 manat, 16 may 2024-cü il tarixdə 1500 manat, 26 may 2024-cü il tarixdə 150 manat, 28 may 2024-cü il tarixdə 30 manat, 01 iyun 2024-cü il tarixdə 600 manat, 07 iyun 2024-cü il tarixdə 100 manat, 08 iyun 2024-cü il tarixdə 200 manat, 12 iyun 2024-cü il tarixdə 600 manat, 13 iyun 2024-cü il tarixdə 900 manat, 19 iyun 2024-cü il tarixdə 400 manat, 21 iyun 2024-cü il tarixdə 85 manat, 22 iyun 2024-cü il tarixdə 100 manat və 27 iyun 2024-cü il tarixdə 1600 manat olmaqla, ümumilikdə 29891,8 manat pul köçürmə etmişdir”

3. Tərə flər arasında olan “vatsap” yazışmalarına əsasən, cavabdeh yazışmalarda iddiaçıdan və onun atasından borcun qaytarılması üçün vaxt verilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 30,196 manat məbləğində pulun tutulub ona ödənilməsi, hüquqi yardım göstərilməsi üçün ödənilmiş 300 manat, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumu 180 manat, cəmi 480 manat məbləğində məhkəmə xərcinin tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh bir neçə zamandır işlədiyi X4 tanıyır. O, X1 iş yeri üzrə istehsalat təcrübəsi keçmək üçün göndərilmişdir. Orada ünsiyyətləri yaranmı ş, ona qarşı etibarlı münasibəti olmuşdur. 2023-cü ilin sentyabr ayından başlayaraq ondan bir neçə dəfə borc pul lazım olduğunu bildirmiş və qısa müddətdə qaytaracağına söz vermişdir. Bu minvalla ona 6 sentyabr 2023-cü il tarixdən 27 iyun 2024-cü il tarixədək olan dövrdə hissə-hiss olmaqla 30.196 manat məbləğində borc pul vermişdir. O, hər dəfə problemləri var, həll edib borcunu qaytaracağına söz vermiş, onun səmimiyətindən və ona inanmağımdan sui-istifadə etmiş, bu günə kimi də heç bir məbləğ qaytarmamışdır. Sonuncu dəfə isə cari ilin avqust ayında məbləği geri qaytaracağına söz vermişdir. Borcun qaytarılması üçün cavabdehin atasına dəfələrlə müraciət etmişdir. O da cavabdeh kimi narahat olmamasını, borcunun qaytarılacağını vəd etmişdir. Bu hadisədən onun bütün ailə üzvləri məlumatlıdır lar və dəfələrlə onun ailə üzvlərinin yanında bu məsələ müzakirə olunmuşdur. Gec də olsa sonunda isə anlamışdır ki, cavabdeh bu məbləği ona könüllü şəkildə qaytamaq niyyətində deyil. Boc məbləği hissə-hissə olmaqla müstəlif vaxtlarda cavabdehin bank hesabına köçürmə yolu ilə tərəfindən göndərilmişdir. Bu iddia ərizəsinə əlavə etdiyi bank hesabından çıxarış, birbank tətbiqi vasitəsi ilə köçürmə etdiyi məbləğlərin çıxarışı, aralarında vatsap üzərindən aparılan danışıqlar və həmin danışıqlardan çıxarışlarla və digər sübutlarla öz təsdiqini tapır.

6. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul edərək göstərmişdir ki, oğlu başqa bir adamdan faizə pul almış, sonradan onu qorxub və məcbur qalıb iddiaçıdan pul almışdır. O, iddiaçı tərəfə təklif etmişdir ki, borcun əvəz ində içərisində tikili olan torpaq sahəsini versin, lakin iddiaçı tərəf bununla razılaşmamışdır.

7. Qəbələ Rayon Məhkəməsinin 3 dekabr 2024-cü il tarixli, 2(025)-1356/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin olunmuş, Cavabdeh 29891,8 manat məbləğində borc, 300 manat vəkil xidmət haqqı və 180 manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

8. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında şifahi qaydada bağlanmış tələb edilən məbləğlərin borc kimi verilməsinə dair müqavilələr qanunvericiliyin müəyyən etdiyi formada, yəni yazılı formada bağlanmadığından etibarsızdır. Bununla belə işin araşdırılmış halları ilə müyyən olunmuşdur ki, həmin pul məbləğləri iddiaçı tərəfindən cavabdehə verilmişdir və bu halda cavabdehin hüquqi əsas olma dan, yəni etibarlı müqavilə əsası olmadan iddiaçının əmlakı hesabına varlanmışdır.

9. Məhkəmə belə nəticəyə gəlmişdir ki, tərəflər arasında 29891,8 manat pulun cavabdehə verilməsinə dair yazılı müqavilə olmasa da, iş materiallarında olan sübutlar (“ABB” mobil tətbiqinin “Tarixçə” bölməsinin “kartdan ölkədaxili karta” başlığı ilə olan çıxarışlar və bank hesabından çıxarışlar) həmin məbləğin cavabdehə erilməsini təsdiq edilmişdir. Eləcə də tərəflər arasında aparılmış “Whatsapp” danışıqları ilə, həmçinin cavabdehin nümayəndəsinin izahatı ilə həmin məbləğlərin cavabdehdən tərəfindən iddiaçıya qaytarılmamasını təsdiq etmişdir. Cavabdeh isə həmin məbləğlərin iddiaçıya qaytarılmasına dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Tərəflər arasında həmin pulun verilməsinə dair başqa heç bir qan uni əsas və ya etibarlı müqavilə əsası olmadığından, cavabdeh əsassız varlanmış şəxs kimi iddiaçının tələbi ilə həmin pul məbləğini ona qaytarmalıdırlar.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.4, 337.5, 739.1, 740.1, 740.2, 1091.1,1091.2 və 1092.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 78.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Cavabdeh apellyasiya şikayəti verərək, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan bütün halları düzgün müəyyən etmədən iddianı təmin etmiş, sü butlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış, həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməmişdir. Belə ki, cavabdehə məxsus karta iddiaçı tərəfindən ödəniş edilsə də həmin kartdan istifadə etməmiş və həmin karta gələn pul vəsitinin bir qismini o çıxartmamışdır. Həmin kart vasitəsi cavabdehə məxsus olsa da itirmişdir. Bundan əlavə, iddiaçı tərəfindən karta 17000 min manat məbləğindən pul göndərildikdən sonra kart cavabdehdə olmamışdır. Cavabdeh kartının itirilməsi barədə hüquq mühafizə orqanlara müraciət etmişdir. Lakin məhkəmə tərəfindən bu hala diqqət yetirilməmiş və araşdırılmamışdır. Eyni zamanda, 17000 min manat məbləğindən sonra cavabdehin kartına gələn ödənişləri kimin tərəfindən çıxarılması və ya cavabdehin kartından hansı şəxsin kart hesab ına köçürülməsi hissəsi də məhkəmə tərəfindən araşdırılmamışdır. Apellyasiya şikayəti tərtib olunarkən cavabdehin onlara verdiyi məlumata əsasən iddiaçı tərəfindən cavabdehə cəmisi 17000 manat məbləğində pul vəsaiti verilmişdir. Yerdə qalan məbləğlərlə bağlı isə onlara bildirmişdir ki, iddiaçı tərəfindən cavabdehə deyil iddiaçının tanıdığı digər şəxsə sahibkarlıq fəaliyyəti məşğul olma məqsədilə verilmişdir. Cavabdehin funksiyası burada iddiaçı tərəfindən özünün razılığı ilə cavabdehin kartına daxi olmuş pul vəsaitinin nağdlaşdırılaraq iddiaçının razılığı ilə digər şəxsə verilmişdir. Həmin şəxsə məxsus bank kartı olmadığı üçün qarşılıqlı razılıq əsasında iddia olunan məbləğ cavabdehin kartına köçürülməsi və oradan çıxarılaraq həmin şəxsə nağd şəklində verilməsi olmuşdur.

13. Həmçinin, işin halları məhkəmə tərəfindən tam araşdırılmayaraq aidiyyat qaydalarına toxunulmamışdır. Tərəflər sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq mənfəət, qazanc gəlir əldə etmək olmuşdur.

14. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Elman İsayev sədrlik edən və məruzəçi, Ələddin Məcidov və Elçin Mehdiyev) 6 mart 2025-ci il tarixli, 2(107)-304/2025 nömrəli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Qəbələ Rayon Məhkəməsinin 3 dekabr 2024-cü il tarixli, 2(025)1356/2024 nömrəli qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya şikayətinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab etmişdir ki, şikayətin dəlilləri əsassızdır. Belə ki, cavabdeh şikayətində iddiaçı tərəfindən karta 17000 manat məbləğin dən pul göndərildikdən sonra kartın cavabdehdə olmadığını, cavabdeh kartının itirilməsi barədə hüquq mühafizə orqanlarına müraciət etdiyini qeyd etsə də, iş materialında hüquq mühafizə orqanlarına və ya müvafiq banka müraciət edilməsini təsdiq edən hər hansı sübut mövcud deyildir.

16. Bundan başqa, cavabdeh şikayətində iddiaçı tərəfindən cavabdehin kartına daxil olmuş pul vəsaitinin nəğdləşdirilərək iddiaçının razılığı ilə digər şəxsə verildiyini iddia etsə də, iş materialında olan “Whatsapp” yazışmalarından görünür ki, cavabdeh yazışmalarında iddiaçıya pulun onun razılığı ilə kiməsə verilməsinə dair hər hansı yazışma mövcud deyildir. Belə ki, “Whatsapp” yazışmalarında iddiaçı cavabdehə “axır əvvəl üstü açılacaq kimə verdiyin bilinəcək başdan öz xoşunla danış” kimi, bu mesaja cavab olaraq cavabdeh “Hara verdiyimi bilirsəndə”, iddiaçı isə “elə də deyirlər belə də deyirlər düzünü danış heç olmasa” kimi cavab vermişdir. Göründüyü kimi nəinki pulun iddiaçının razılığı ilə hətta pulun ümumiyyətlə həqiqətən də digər şəxsə verilməsini təsdiq edən hər hansı yazışma və ya digər sübut mövcud deyildir.

17. Məhkəmə kollegiyası, cavabdehin işə aidiyyət qaydalarının pozulması ilə baxıldığını və işə kommersiya məhkəməsində baxılmalı olduğunu dəlilini də əsassız hesab edərək qeyd etmişdir ki, işə kommersiya məhkəməsində baxılması üçün tərəflərin hüquqi şəxs olması zəruridir, eyni zamanda mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmalıdır. Lakin göründüyü kimi tərəflər fiziki şəxslərdir, eyni zamanda tərəflər arasında mübahisənin hər hansı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olduğunu təsdiq edən hər hansı sənəd və ya sübut mövcud deyildir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

18. Cavabdeh (vəkil Nümayəndə3) kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

19. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmaqla əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan bütün halları düzgün müəyyən etmədən qərar qəbul etmiş, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış, həmin sübutlaratətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəli lləri

20. İddiaçı kassasiya şikayətinə olunmamasını xahiş etmişdir. qarşı etiraz təqdim edərək şikayətin təmin Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

21. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

22. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

23. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir

24. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə

88. Məhkəmə sübutlar a obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

28. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

29. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

30. Kassasiya instans iyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

31. Kassasiya şikayətində qətnamə tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

33. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, cavabdeh iddiaçıdan aldığı pul vəsaitlərini qaytarmaq öhdəliyini yerinə yetirməmişdir. Cavabdehin iddiaya etirazları isə tələbin rədd edilməsinə əsas vermir. Belə olan halda iddiaçının pul tələbi təmin edilmiş həcmdə qanuni və əsaslı sayılmışdır.

34. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar ara şdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

35. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının a raşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

37. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

38. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 6 mart 2025-ci il tarixli, 2(107)304/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar