Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1963/2020 16.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, X5 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi, iddiaçının nümayəndəsi X3, Cavabdeh3 və vəkili X1 iştirakı ilə, İddiaçı-nin cavabdehlər Cavabdeh1-yə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 qarşı kredit borcu və icra edilməyən borc öhdəliklərinə görə tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsind ən Cavabdeh3 tərəfindən verilmiş kasasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (hakim E.Nuriyev) xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, xx.xx.2015-ci il tarixli 15/KXM-001 saylı bərpa edilən kredit xətti müqaviləsi üzrə əsas borc üzrə - 160.483,81 manat, faiz borcu üzrə 14691,23 manat, dəbbə pulu (penya) 100 manat, ümumilikdə 175275,04 (yüz yetmiş beş min iki yüz yetmiş beş manat dörd qəpik) manat borc məbləği və 30 manat dövlət rüsumu, ümumilikdə cəmi 175304,04 (yüz yetmiş beş min üç yüz dörd manat dörd qəpik) manat pulun Cavabdeh1-dən, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İddiaçı-nin xeyrinə tutulması, ipoteka ilə yüklü edilmiş, Cavabdeh2 mülkiyyətində olan X küçəsi, ev xx ünvanında yerləşən, ümumi sahəs i 75.7 kv.m, yaşayış sahəsi 39.7 kv.m, yardımçı sahəsi 36 kv.m olan 2 otaqlı xxx saylı mənzilin ilkin satış qiymətinin 125000 manat və Cavabdeh2 mülkiyyətində olan X küçəsi, ev xx, mənzil 12 ünvanında yerləşən ümumi sahəsi 183.2 kv.m, yaşayış sahəsi 115.4 kv.m, yardımçı sahəsi 67.8 kv.m olan 3 otaqlı mənzilin ilkin satış qiymətinin 305000 manat müəyyən edilməsi, ipoteka ilə yüklü edilmiş, Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 75.7 kv.m, yaşayış sahəsi 39.7 kv.m, yardımçı sahəsi 36 kv.m olan 2 otaqlı və Cavabdeh2 mülkiyyətində olan X küçəsi, ev xx, mənzil xx ünvanında yerləşən ümumi sahəsi 183.2 kv.m, yaşayış sahəsi 115.4 kv.m, yardımçı sahəsi 67.8 kv.m olan 3 otaqlı mənzillərə tutmanın yönəldilməsi, həmin mənzillərin açıq hərrac yolu ilə satılmasından əldə ol unmuş pul vəsaiti hesabına ümumilikdə cəmi 175304,04 (yüz yetmiş beş min üç yüz dörd manat dörd qəpik) manat pulun İddiaçı-nin xeyrinə tutulması, borc ödənildikdən sonra qalan məbləğin Cavabdeh2 qaytarılması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri - 50 (əlli) manat pulun cavabdehlərdən alınıb dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyanın (sədrlik edən E.Nəbiyev, hakimlər R.Qurbanov və A.Hüseyn) xx xxx 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh3 apelyasiya şikayəti təmin edilməmiş, İddiaçı-nin apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməklə, İddiaçı-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə iddiasının qismən təmin edilməsi, kredit müqaviləsi üzrə 160483,81 (yüz altmış min dörd yüz səksən üç manat səksən bir qəpik) manat əsas, 57912,49 (əlli yeddi min doqquz yüz on iki manat qırx doqquz qəpik) manat faiz, 2000 (iki min) manat dəbbə pulu məbləğində, cəmi 220396,3 (iki yüz iyirmi min üç yüz doxsan altı manat otuz qəpik) manat borcun cavabdehlər “Cavabdeh1» MMC, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 müştərək qaydada tutularaq, İddiaçı-nin xeyrinə ödənilməsi, qətnamənin qalan hissədə, yəni ipoteka ilə yüklü edilmiş, Cavabdeh2 mülkiyyətində olan X küçəsi, ev xx ünvanında yerləşən, ümumi sahəsi 75.7 kv.m, yaşayış sahəsi 39.7 kv.m, yardımçı sahəsi 36 kv.m olan 2 otaqlı xxx saylı mənzilin ilkin satış qiymətinin 125000 manat və Cavabdeh2 mülkiyyətində olan X küçəsi, ev xx, mənzil xx ünvanında yerləşən ümumi sahəsi 183.2 kv.m, yaşayış sahəsi 115.4 kv.m, yardımçı sahəsi 67.8 kv.m olan 3 otaqlı mənzilin ilkin satış qiymətinin 305000 manat müəyyən edilməsi, ipoteka ilə yüklü edilmiş, Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 75.77kv.m, yaşayış sahəsi 39.7 kv.m, yardımçı sahəsi 36 kv.m olan 2 otaqlı və Cavabdeh2 mülkiyyətində olan X küçəsi, ev xx, mənzil xx ünvanında yerləşən ümumi sahəsi 183.2 kv.m, yaşayış sahəsi 115.4 kv.m, yardımçı sahəsi 67.8 kv.m olan 3 otaqlı mənzillərə tutmanın yönəldilməsi, həmin mənzillərin açıq hərrac yolu ilə satılmasından əldə olunmuş pul vəsaiti hesabına İddiaçı-yə olan borcunun ödənilməsi, borc ö dənildikdən sonra qalan məbləğin Cavabdeh2 qaytarılması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri - 250 (iki yüz əlli) manat pulun cavabdehlərdən alınıb dövlət büdcəsinə keçirilməsi hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh3 kasasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və işin yen idən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı cavabdehlər Cavabdeh1-yə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 qarşı məhkəmədə iddia qaldıraraq, xx.xx.2015-ci il tarixli 15/KXM-001 saylı bərpa edilən kredit xətti müqaviləsi üzrə 173.312,47 manat əsas, xx.xx.2016-cı il tarixə hesablanan 23.065,36 manat faiz, 2.599,12 manat dəbbə pulu (penya), ümumilikdə 198.976,95 (bir yüz doxsan səkkiz min doqquz yüz yetmiş altı manat, doxsan beş qəpik) manat borcun, iddiaçı tərəfindən ödənilən 30 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh1-dən, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 iddiaçının xeyrinə tutulması, ipoteka ilə yüklü edilmiş, Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 75.7 kv.m, yaşayış sahəsi 39.7 kv.m, yardımçı sahəsi 36 kv.m olan 2-otaqlı və Cavabdeh2 mülkiyyətində olan X küçəsi, ev xx, mənzil xx ünvanında yerləşən ümumi sahəsi 183.2 kv.m, yaşayış sahəsi 115.4 kv.m, yardımçı sahəsi 67.8 kv.m olan 3 otaqlı mənzillərin ilkin satış qiymətinin müəyyən edilməsi, ipoteka ilə yüklü edilmiş, Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 75.7 kv.m, yaşayış sahəsi 39.7 kv.m, yardımçı sahəsi 36 kv.m olan 2-otaqlı və Cavabdeh2 mülkiyyətində olan X küçəsi, ev xx, mənzil xx ünvanında yerləşən ümumi sahəsi 183.2 kv.m, yaşayış sahəsi 115.4 kv.m, yardımçı sahəsi 67.8 kv.m olan 3 otaqlı mənzillərə tutmanın yönəldilməsi, mənzillərin açıq hərraca çıxarılaraq satılması və həmin əmlaklar satıldıqdan sonra 1 ay ərzində boşaldılması, s atışdan əldə edilmiş pul vəsaiti hesabına cavabdehlərin iddiaçıya olan ümumi borc məbləğinin yuxarıda göstərilən qaydada ödənilməsi, Cavabdeh2 mülkiyyətində olan X küçəsi, ev xx, mənzil xx ünvanında yerləşən daşınmaz əmlak hərracda satıldıqdan sonra həmin ünvanda qeydiyyatda olan Cavabdeh2, Cavabdeh7, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh8 daşınmaz əmlaka olan istifadə hüquqlarına xitam verilməsi, qeyd olunan girov predmetlərin hərracda satışından əldə olunmuş pul vəsaiti borcun ödənilməsi üçün kifayət etmədikdə və ya tələbin girov predmetinə yönəldilməsi mümkün olmadıqda tələbin qalan hissəsinin cavabdehlər Cavabdeh1-dən, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 Azərbaycan Respublik ası MPM-nin 53-cü maddəsinə əsasən, məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.2015-ci il tarixli 15/KXM-001 saylı bərpa edilən kredit xətti müqaviləsi üzrə 160.483,81 manat əsas, xx.xx.2018-ci il tarixə hesablanan 65.841,07 manat faiz, 29.692,26 manat dəbbə pulu (penya), ümumilikdə 256.017,14 (iki yüz əlli altı min on yeddi manat on dörd qəpik) manat borcun, 30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 iddiaçının xeyrinə tutulması; ipoteka ilə yüklü edilmiş, Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 75.7 kv.m, yaşayış sahəsi 39.7 kv.m, yardımçı sahəsi 36 kv.m olan 2-otaqlı və cavabdeh Cavabdeh2 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 183.2 kv.m, yaşayış sahəsi 115.4 kv.m, yardımçı sahəsi 67.8 kv.m olan 3 otaqlı mənzillərin ilkin satış qiymətinin müəyyən edilməsi; İpoteka ilə yüklü edilmiş, Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 75.7 kv.m, yaşayış sahəsi 39.7 kv.m, yardımçı sahəsi 36 kv.m olan 2-otaqlı və Cavabdeh2 mülkiyyətində olan X küçəsi, ev xx, mənzil xx ünvanında yerləşən ümumi sahəsi 183.2 kv.m, yaşayış sahəsi 115.4 kv.m, yardımçı sahəsi 67.8 kv.m olan 3-otaqlı mənzillərə tutmanın yönəldilməsi, mənzillərin açıq hərraca çıxarılaraq satılması və həmin əmlaklar satıldıqdan sonra 1 ay ərzində boşaldılması, satışdan əldə edilmiş pul vəsaiti hesabına cavabdehlərin iddiaçıya olan ümumi borc məbləğinin yuxarıda göstərilən qaydada ödənilməsi; Cavabdeh2 mülkiyyətində olan X küçəsi, ev xx, mənzil xx ünvanında yerləşən daşınmaz əml ak hərracda satıldıqdan sonra həmin ünvanda qeydiyyatda olan Cavabdeh2, Cavabdeh7, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh8 daşınmaz əmlaka olan istifadə hüquqlarına xitam verilməsi; qeyd olunan girov predmetlərinin hərracda satışından əldə olunmuş pul vəsaiti borcun ödənilməsi üçün kifayət etmədikdə və ya tələbin girov predmetinə yönəldilməsi mümkün olmadıqda tələbin qalan hissəsinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə mübahisə apelyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kasasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiy a instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 08.01,2015-ci il tarixli bərpa edilən kredit xətti müqaviləsinə əsasən, İddiaçı tərəfindən Cavabdeh1-yə 36 ay müddətinə manat 200.000 (iki yüz min manat) məbləğində kredit xətti açılmış, 08.01,2015-ci il tarixli bərpa edilən kredit xətti müqaviləsinin ayrılmaz tərkib hissəsi olan xx xxxxxx 2015-ci il tarixdə 1 saylı kredit sazişi - əlavə razılaşma imzalanmışdır. Qeyd edilən müqavilələrin təminatı olaraq İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış müvafiq surətdə xx xxxxxx 2015-ci il tarixli və ipoteka müqavilələrinə əsasən, Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 75.7 kv.m, yaşayış sahəsi 39.7 kv.m, yardımçı sahəsi 36 kv.m olan 2 otaqlı mənzil və X küçəsi, ev xx, mənzil xx ünvanında yerləşən ümumi sahəsi 183.2 kv.m, yaşayış sahəsi 115.4 kv.m, yardımçı sahəsi 67.8 kv.m olan 3 otaqlı mənzil bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Bundan başqa xx xxxxxx 2015-ci il tarixli zaminlik müqavilələrindən görünür ki, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İddiaçı-nin qarşısında zamin duraraq 4 saylı «xxxx» MMC-nin xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə birlikdə məsuliyyət daşımağı öhdəlik götürmüşlər. İddiaçı tərəfindən Cavabdeh2 ünvanlanmış xx xxxxxx 2016-cı il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdən görünür ki, tutmanın ipoteka predmetlərinə - Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 75.7 kv.m, y aşayış sahəsi 39.7 kv.m, yardımçı sahəsi 36 kv.m olan 2 otaqlı mənzilə və X küçəsi, ev xx, mənzil xx ünvanında yerləşən ümumi sahəsi 183.2 kv.m, yaşayış sahəsi 115.4 kv.m, yardımçı sahəsi 67.8 kv.m olan 3 otaqlı mənzilə yönəldiləcəyi barədə Cavabdeh2 xəbərdarlıq edilmişdir. İş materiallarında olan İddiaçı tərəfindən cavabdehlərə ünvanlanmış xx xxxxxx 2015-ci il tarixli peretenziyadan görünür ki, yaranmış borcu xx xxxxxx 2015-ci il tarixə kimi ödəmələri, əks təqdirdə məhkəmə qaydasında qanunvericiliyə uyğun daha ciddi tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Bununla yanaşı iş materiallarında olan İddiaçı tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış xx xxxxxx 2016-c ı il tarixli ərizədən görünür ki, bankın xeyrinə ipoteka ilə yüklü olan və Cavabdeh2 mülkiyyətində olan «ipoteka predmetlərinə tutmanın yönəldilməsi haqqında bildiriş»in qeydə alınması xahiş edilmişdir. İş materiallarında olan xx xxxxx 2016-cı il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2015-ci il tarixli kredit xətti müqaviləsi üzrə 4 saylı «xxxx» MMC-nin İddiaçı-yə əsas borc üzrə 173312,47 manat, faiz borcu üzrə - 23065,36 manat, cərimə üzrə - 2599,12 manat, ümumilikdə manat 198976,95 (bir yüz doxsan səkkiz min doqquz yüz yetmiş altı manat, doxsan beş qəpik) manat təşkil edir. İş materiallarında olan müvafiq surətdə ödəniş qəbzlərindən görünür ki, İddiaçı-yə 4 saylı «xxxx» MMC tərəfindən xx.xx.2015-ci il tarixdə 7160 manat, xx.xx.2015-ci il tarixdə 7200 manat, xx.xx.2015-ci il tarix də 7160 manat, xx.xx.2015-ci il tarixdə 3160 manat, xx.xx.2015-ci il tarixdə 3000 manat, xx.xx.2015-ci il tarixdə 2000 manat, xx.xx.2015-ci il tarixdə 1000 manat, xx.xx.2015-ci il tarixdə 2000 manat, xx.xx.2015-ci iljarixdə 2500 manat, xx.xx.2015-ci il tarixdə 1000 manat, xx.xx.2015-ci il tarixdə 1000 manat, xx.xx.2015-ci il tarixdə 1000 manat, xx.xx.2015-ci il tarixdə 1000 manat, xx.xx.2015-ci il tarixdə 1500 manat, xx.xx.2015-ci il tarixdə 500 manat, xx.xx.2015-ci il tarixdə 500 manat, xx.xx.2015-ci il tarixdə 2200 manat, xx.xx.2015-ci il tarixdə 1000 manat, xx.xx.2015-ci il tarixdə 1000 manat, xx.xx.2015-ci il tarixdə 1000 manat, xx.xx.2016-cı il tarixdə 1000 manat, xx.xx.2016-cı il tarixdə 500 manat, xx.xx.2016-cı il tarixdə 500 manat, xx.xx.2016cı il tarixdə 600 manat, xx.xx.2016-cı i l tarixdə 500 manat, xx.xx.2016-cı il tarixdə 1000 manat, xx.xx.2016-cı il tarixdə 1500 manat, xx.xx.2016-cı il tarixdə 500 manat, xx.xx.2016cı il tarixdə 1000 manat, xx.xx.2016-cı il tarixdə 1000 manat kredit ödənilmişdir. Bundan başqa Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2016-cı il tarixli məhkəmə mühasibatlıq ekspertizasının rəyindən görünür ki, iş materiallarında kassa mədaxil qəbzləri, cari hesabdan çıxarış məlumatları, xx.xx.2015-ci il tarixli bərpa edilən kredit xətti müqaviləsinin şərtlərinə əsasən Cavabdeh1-nin xx.xx.2016-cı il tarixə İddiaçı-yə olan borcu 199226,28 manat məbləğində müəyyən edilir. O cümlədən: əsas borc üzrə - 181935,93 manat, faiz borcu üzrə 14691,23 manat, cərimə borcu üzrə 2599,12 manat müəyyən edilmişdir. Eyn i zamanda «xxxx» MMC-nin xx xxxxxx 2018-ci il tarixli qiymətləndirmə hesabatlarından görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 75.7 kv.m, yaşayış sahəsi 39.7 kv.m, yardımçı sahəsi 36 kv.m olan 2 otaqlı 109 saylı mənzilin bazar dəyəri 125000 manat və X küçəsi, ev xx ünvanındakı 10 mərtəbəli, yeni tikili binanın 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 183.2 kv.m, yaşayış sahəsi 115.4 kv.m, yardımçı sahəsi 67.8 kv.m olan 3 otaqlı xx saylı mənzilin bazar eləyəri - 305000 manat təşkil edir. Həmçinin xx xxxxxx 2018-ci il tarixli 1778 saylı maliyyə arayışından görünür ki, xx.xx.2015-ci il tarixli kredit xətti müqaviləsi üzrə 4 saylı «xxxx» MMC-nin İddiaçı-yə 160.483,81 manat əsas, xx.xx.2018-ci il tarixə hesablanan 65.841,07 manat faiz, 29.692,26 manat dəbbə pulu (penya), ümumilikdə 256.017,14 (iki yilz əlli altı min on yeddi manat, on dörd qəpik) manat borcu vardır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2019-cu il tarixli rəyindən görünür ki, Cavabdeh1-nin xx.xx.2018-ci il tarixə banka olan borcu, əsas borc üzrə 182443,96 manat, faiz borcu üzrə 57912,49 manat, cəmi 240356,45 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1 -ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pulu ödəməli, əmlakı verməli, iş görməli, xidmətlər göstərməli, və i.a. və ya müəyyən hərəkətdən çəkünməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız v arlanma və ya bu MM-də nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştiakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1 maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəllənin 445.2.1 -ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icr anı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1 -ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərsəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 741 -ci maddəsinə əsasən əgər müqavil ənin iştrakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonuna ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. İşin hallarından göründüyü kimi, İddiaçı ilə Cavabdeh1 arasında xx xxxxxx 2015-ci il tarixli bərpa edilən kredit xətti müqaviləsi üzrə (xx xxxxxx 2015-ci il tarixdə 1 saylı kredit sazişi daxil olmaqla) cavabdehlər öhdəliyi icra etməli olduqları halda onu vaxtında və lazımi qaydada icra etməyərək müəyyən olunmuş ödəmə müddətlərini pozmuş, müqavilə öhdəliklərini yerinə yetirməmişlər. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, bu hissədə iddia tələbi qismən təmin edilməli, iddiaçının iddia tələbində əsas borcun məbləği 160483.81 manat göstərildiyindən, əsas borc həmin məbləğdə hesablanmalı, faiz borcu isə ekspert rəyinə uyğun olaraq 57912,49 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə kollegiyası qeyd edir ki, qeyd olunan qanunvericilik normalarının tələblərini nəzərə alaraq iddiaçı tərəfi ndən tələb edilən 29.692,26 manat dəbbə pulu azaldılaraq 2000 (iki min) manat məbləğində cərimə tutulmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, qalan hissələrdə də iddia tələbini təmin etməkdə apelyasiya instansiya məhkəməsi tam haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-cu maddəsinə əsasən əgər borclu icrasını təmicı etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. İpoteka haqqında Azərbaycan Respublikas ı Qanununun 34.1-cü maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması; 34.1.2. əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması; İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 59.3.-cü maddəsinin tələblərinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış a ilə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar, ipoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1 -ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girov təmin edil miş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 279-ci maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Həmin Məcəllənin 298.1 -ci maddəsinə əsasən girov qoyulmuş əşyanın satılması nəticəsində götürülmüş məbləğdən, tutmanın həmin əşyaya yönəldilməsinə və onun satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər tutulduqdan sonra, girov saxlayanın t ələbləri ödənilir, qalan məbləğ girov qoyana verilir. Həmin Məcəllənin 298.2-ci maddəsinə əsasən əgər girov qoyulmuş əşyanın satışdan götürülən məbləğ girov saxlayanın tələbini ödəmək üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əşyasından almaq hüququna malikdir. Bu halda girov saxlayanın girova üstünlük hüququ yoxdur. Həmin Məcəllənin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və bo rclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Yuxarıda göstərilənləri, apelyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilmədən apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh3 kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1963/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1963/2020
16.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver