Məhkəmə qərarları › İş №2(102)-1964/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1964/2020

02.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1964/2020 02.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 sentyabr 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04 iyun 2019-cu il tarixli qətnaməsi ilə (hakim R.Qafarova, iş № 2(009)-126/2019 İddiaçı Ca vabdeh qarşı "pul" tələbinə dair iddiası qismən təmin edilərək,11 yanvar 2017-ci tarixli kredit müqaviləsi üzrə 16351 manat borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 25 manat hissəsi, ümumilikdə 16376 manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq İddiaçı ödənilməsi, dövlət rüsumunun 5 manat hissəsinin isə iddiaçıya aid edilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Həmin qətnamədən Cavabdeh apelyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər F.Talışinski-sədrlik edən və məruzəçi, R. Eyvazov və Z.Əliyev, iş № 2(103)-11726/19) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək Səbail Rayon Məhkəməsinin 04 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanıl mışdır. İş üzrə Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 sentyabr 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını və işin yeni apelyasiya baxışına qaytarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə aralarında olan 11 yanvar 2017-ci tarixli kredit müqaviləsi üzrə yaranmış öhdəliyə görə 16900 manat məbləğində kredit borcunun cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. İş üzrə proses iştirakçıları işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər, lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 23 sentyabr 2019-cu il tarixli qətnaməsi həm in kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apelyasiya instansiyası məhkəməsi iddianın qismən təmin olunması barədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayarkən aşağıdakıları nəzərə almışdır. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, 11.01.2017-ci il tarixli kredit müqaviləsinə əsasən, İddiaçı Cavabdeh 20.000 manat məbləğində borc pul vermiş, Cavabdeh isə həmin borcu 11.01.2018-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. "xxxx" ASC-yə məxsus 24.01.2019-cu il tarixli hesab haqqında çıxarışa əsasən, 11.01.2017ci il tarixli kredit müqaviləsi üzrə Məmməd Zaur intiqam oğlu kredit borcundan müxtəlif aylarda İddiaçı cəmi 3349 manat pul ödəmişdir. Cavabdeh iddiaçıya olan borcundan ümumilikdə 3649 manat ödəmiş, qalan ödənilməyən bo rcu isə 16.351 manat təşkil edir. Məhkəmə iclasında İddiaçı tərəfindən təqdim edilmiş ərizədən görünür ki, Cavabdeh ona olan borcundan 2017-ci ilin mart ayında 300 manat nəğd şəkildə ödəniş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1578/2018 saylı işi üzrə 14.05.2018-ci il tarixli qərardadı ilə Suraxanı Rayon Məhkəməsində icraatında olan iddiaçı Cavabdeh İddiaçı qarşı kredit müqaviləsinin etibarsız sayılması tələbinə dair iddiasına dair mülki iş üzrə yekun məhkəmə qərarı qəbul olunub qanuni qüvvəyə minənədək, İddiaçı Cavabdeh qarşı "kredit borcunun ödənilməsi" barədə iddiasına dair hazırki 2(009)-1578/2018 saylı işi üzrə icraat dayandırılmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4074/2018 saylı işi üzrə 27.07.2018-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh İddia çı qarşı kredit müqaviləsinin etibarsız sayılması tələbinə dair iddiası təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4074/2018 saylı işi üzrə 19.09.2018-ci il tarixli məktubuna əsasən, 2(010)-4074/2018 saylı işi üzrə 27.07.2018-ci il tarixli qətnaməsindən apelyasiya şikayəti verilmədiyindən qətnamə hazırda qanuni qüvvəyə minmişdir. İddiaçı ərizə verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4074/2018 saylı işi üzrə 27.07.2018-ci il tarixli qətnaməsi qanuni qüvvəsini aldığı üçün hesab etmişdir ki, icraatın dayandırılmasına əsas olmuş hal aradan qaldırılmışdır, ona görə işin icraatın təzələnərək baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 01.04.2019-cu il tarixli, 2(102)-2100/2019 saylı qərarı ilə iddiaçı Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07.11.2018-ci il tarixli, 2(103)-11597/2018 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsi hazırki iş üzrə iddianı qismən əsaslı hesab edərək, qismən təmin etmişdir. Cavabdeh öz apelyasiya şikayətində qeyd etmişdir ki, birinci instansiya məhkəməsində işə baxılarkən çəkişmə prinsipi hüququ pozulmuşdur. Belə ki, 04.06.2019-cu il tarixə təyin edilmiş məhkəmə iclasında üzürlü səbəbdən (səhhəti imkan vermədiyindən) iştirak edə bilməyəcəyi barədə məhkəməyə öncədən rəsmi qaydada teleqram göndərmişdir. Ona 03.06.2019-cu il tarixdən etibarən müalicə olmağı üçün qeydiyyatda olduğu şəhər tibb müəssisəsindən 5 gün müddətində əmək qabiliyyətli olmaması ilə əlaqədar vəsiqə (N.185001) təqdim edilmişd ir. Bütün bunlara rəğmən məhkəmə qətnaməsinə göstərmişdir ki, guya o, məhkəmədə iştirak etməməsi barədə məlumat verməmişdir. O qeyd etmişdir ki, ekspert tərəfındən tədqiqat aparılması üçün müəhkəməmühasibatlıq ekpertizasmm təyin edilməsi barədə vəsatətlə çıxış edə bilərdi. Yuxarıda qeyd etdiyi kimi, məhkəmə tərəfındən hüquqi-müdafiə fəaliyyətinin həyata keçirilməsinə lazımi şarait yaradıldığından bütün bunların həyata keçirilməsi mümkünsüz olmuş və sonda yanlış hüquqi nəticəyə gəlinmişdir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi işə baxarkən düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Qeyd edilməlidir ki, iddiaçının iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 739-cu maddəsi (borc müqaviləsi) təşkil edir. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Azərbaycan Respublikası MPM-nin 77.1- ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən onlar öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları ape llyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunan hissədə sübuta yetirsə də, cavabdeh həmin iddiaya qarşı etirazını əsaslandırdığı faktları göstərilən hissədə sübut edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar b irlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları qiymətləndirərkən yuxarıda göstərilən tələblərə əməl etmişdir. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticəni qanuni və əsaslı sayır və hesab edir ki, qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 23 sentyabr 2019-cu il tarixli 2(103)-11726/19 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar