Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1965/2020 16.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi) Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, iddiaçının vəkili Sadıxov Əlimərdan Sadıx oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 16 iyun 2020-ci il tarixdə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(004)1042/2019 saylı qətna məsi ilə (sədrlik edən hakim A.Məmmədov) iddia təmin edilmiş, X4 ilə Cavabdeh2 arasında Bakı şəhəri, XXX ünvanda yerləşən fərdi yaşayış evindən 54,7 kv.m.-dən ibarət 4 otağına dair xx xxx 2010-cu il tarixdə bağlanmış və 19 saylı notariat kontoru tərəfindən XXX reyestr sayda qeydə alınmış alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında aparılmış qeydiyyatın ləğv edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər E.Şamayev (sədrlik edən, məruzəçi), M.Məmmədov və Ş.Məhərrəmova, 2(103)10913/2019 saylı mülki iş) hazırki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(004)-1042/2019 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı cavabdehlər X2, Cavabdeh2 və Bakı şəhəri 19 saylı notariat kontoruna qarşı “alqı-satqı müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. İşin halları: İddiaçı cavabdehlər X2, Cavabdeh2 və Bakı şəhəri 19 saylı notariat kontoruna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X4 və Cavabdeh2 arasında Bakı şəhəri, XXX ünvanda yerləşən fərdi yaşayış evindən 54,7 kv.m.-dən ibarət 4 otağına dair xx xxx 2010-cu il tarixdə bağlınmış və 19 saylı notariat kontoru tərəfindən 4Ə1-248 reyestr sayda qeydə alınmış alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsinin xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır: Yasamal rayon İcra Hakimiyyəti başçısının 87 saylı, xx xxxxx 2010-cu il tarixli sərəncamı ilə Bakı şəhəri, XXX saylı evdə X3 tərəfindən özünə aid hissəni sökərək yerində iki mərtəbəli, ümumi sahəsi 133,27 kv.m. yaşayış sahəsi 91,54 kv.m. 7 otaqdan ibarət yaşayış evi tikməsi nəzərə alınaraq həmin ölçüdə sənədləşdirilməsi qərara alınmışdır. Yasamal rayon İcra Hakimiyyəti Başçısının 87 saylı, xx xxxxx 2010-cu il tarixli sərəncamı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən icra edilərək, həmin sərəncam əsasında X1 adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Göstərilən sərəncam həqiqəti əks etdirmir. Buna görə də həmin sərəncamın ləğv edilməsinə dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinə müraciət edilmiş və həmin Məhkəmənin 2-1(81)-3507/2017 saylı, xx xxxx 2017-ci il tarixli qərarı ilə Y asamal rayon İcra Hakirmiyyəti Başçısının 87 saylı, xx xxxxx 2010-cu il tarixli sərəncamınin ləğv edilməsi qərara alınmışdır. 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qərarı Yasamal rayon İcra Hakimiyyəti tərəfindən icra edilmişdir. Belə ki, Yasamal rayon İcra Hakimiyyəti Başçısının 354 saylı, xx xxxxxx 2017-ci il tarixli sərəncamı ilə Yasamal rayon İcra Hakimiyyəti Başçısının 87 saylı, xx xxxxx 2010-cu il tarixli sərəncamı ləğv edilmişdir. Həmçinin 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-5938/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qərarı ilə Yasamal rayon İcra Hakimiyyəti Başçısının 87 saylı, xx xxxxx 2010-cu il tarixli sərəncamı əsasında ünvan 1 ünvanı ünvan 2z əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və bunun əsasında verilmiş çıxarışın ləğv edilməsi qərara alınmışdır. Cavabdehlər X4 və Cavabdeh2 arasında Bakı şəhəri, XXX ünvanda yerləşən fərdi yaşayış evindən 54,7 kv.m.-dən ibarət 4 otağına dair xx xxx 2010-cu il tarixdə alqı-satqı müqaviləsi bağlanmışdır. Göstərilən alqı-satqı müqaviləsi xx xxx 2010-cu il tarixdə Bakı şəhəri 19 saylı notariat kontoru tərəfindən 4Ə-1-248 reyestr sayda qeydə alınaraq təsdiq edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri: Mübahisəli ərazidə mövcud olan yaşayış evi iddiaçıya məxsusdur. Həmin ev sonradan ləğv edilmiş sənədlər əsasında, Cavabdeh1 qanunsuz mülkiyyətində olmuş, xx.xx.2010-cu il tarixdə Bakı şəhəri 19 saylı notariat kontorunda bağlanmış 4Ə-1-248 reyestr nömrəsi ilə qeydə alınmış alqı-satqı müqaviləsi əsasında digər Cavabde h2 mülkiyyətinə keçmiş, daha sonra isə hərrac protokolu və müvafiq alqı-satqı müqaviləsi əsasında “xxxx” ASC-nin mülkiyyətinə keçmişdir. Məhkəmə sübutlara düzgün qiymət versəydi, o zaman aydınlaşdıra bilərdi ki, Cavabdeh2 evi digər cavabdeh və şəxslərlə əlbir olub ələ keçirdikdən dərhal sonra onu ipotekaya qoyaraq böyük məbləğdə kredit götürmüşdür. Götürdüyü krediti qaytarmaq üçün heç bir hərəkət etməmiş, çünki kreditə görə mənzili dəyər-dəyməzinə hərracdan satıb bankın mülkiyyətinə keçirməyi planlaşdırmışdır. Prosessual məsələlər: Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Sadıxov Əlimərdan Sadıx oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, müqavilənin ləğvi iddiası irəli sürüldüyü üçün məhkəmə iddiaçının müqavilə tərəfi olmadığından əqdin ləğvini tələb etməyə subyektiv hüququnun olmaması əsası ilə iddianı rədd etmişdir. Lakin iddiaçının əqdlərin etibarsızlığı iddiası irəi sürməyə hüququ saxlanılır. Lakin, Apellyasiya məhkəməsinin qətnaməsində mübahisəli evin Cavabdeh1 adına sənədləşdirilmiş evlə əlaqəsi olmadığı ifadəsi işlədilmişdir ki, bu məsələ də gələcəkdə başqa iddia irəli sürüləcəyi təqdirdə onlara mane ola bilər. Eyni zamanda həmin ifadə qanuni qüvvəsini almış məhkəmə qərarları ilə müəyyən edilən hallarla ziddiyət təşkil edir. Əslində həmin ərazidə başqa ev olmamışdır. Yeganə ev iddiaçıya məxsus olmuş və o, daima orada yaşamışdır. Cavabdehlər, üçüncü şəxslər və maraqlarına toxunan şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansi ya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Kassasiya şikayəti ilə bağlı məhkəmənin mövqeyi: Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı cavabdehlər X3 və Cavabdeh2 arasında bağlanmış müqavilənin ləğv edilməsini tələb etməyə subyekiv hüquqa malik deyildir. Belə ki, “XXX şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il t arixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlə rdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Göründüyü kimi, qanunvericiliyin mənasına görə müqavilə onu bağlayan tərəflərin razılaşması olmaqla, həmin müqavilənin ləğv olunması tələbini tərəflərin özləri irəli sürə bilərlər. Lakin hazırki iş üzrə iddiaçı ləğv olunması tələb olunan müqavilənin tərəfi deyildir. Ona görə Apelyasiya məhkəməsi müqavilənin ləğvi barədə iddianı irəli sürməyə iddiaçının subyektiv hüququnun olmaması barədə gəldiyi nəticə əsaslıdır. Çünki, iddiaçı qanuni qüvvəsini almış məhkəmə qərarları ilə mübahisəli əmlaka dair cavabdeh X1 adına verilmiş Çıxarışın ləğv edildiyi üçün onun həmin əmlakı satmağ a səlahiyyəti olmamasına istinad edir. Yəni, iddiaçı mübahisəli əmlakın cavabdeh tərəfindən etibarsız əqd əsasında özgəninkiləşdirilməsini israr edir. Ona əsaslanır ki, cavabdeh özünə məxsus olmayan əmlakı alıq-satqı ilə başqasına satmış, sonuncu həmin əmlakı qanunsuz olaraq ipoteka ilə yüklü etmiş və nəticə etibarı ilə əmlak bankın mülkiyyətinə keçmişdir. Hansıki, həmin əmlakın cavabdeh X2 heç bir aidiyyəti olmamış, həmin ərazidə qeyd olunan ölçülərdə ona məxsus ev olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, əslində iddiaçı əqdlərin etibarsızlığını tələb edir. Apellyasiya Məhkəməsinin gəldiyi qənaət də ondan ibarətdir ki, iddiaçı müqavilənin ləğvini tələb edə bilməz. Çünki istinad olunan hallar əqdin etibarsızlığına dəlalət edir. Hansıki, Apelyasiya Məhkəməsi 1-ci instansiya məhkəməsini n qətnaməsini ləğv edərkən öz qərarında həmin hallara qiymət vermişdir. Eyni zamanda, məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, qanuni qüvvəsini almış məhkəmə qərarlarına istinad edərək iddiaçıya məxsus olan evlə cavabdehə məxsus olmuş evin ayrı-ayrı evlər olması barədə apellyasiya məhkəməsinin qənaəti iddiaçının əqdin etibarsızlığı iddiası ilə çıxış edəcəyi təqdirdə preyudisial əhəmiyyət kəsb edə bilməz. Əvvəla, məhkəmənin səsləndirdiyi həmin fikirlər onun özü tərəfindən müəyyən edilən hallar deyil, məhkəmənin digər mülki iş üzrə keçirilmiş yerli baxış məlumatlarınadan gəldiyi qənaətdir. Həmin qənaət gələcəkdə nəzərə alınması məcburi olan hal deyil. Bundan başqa, hazırkı işdə müqavilənin ləğvi barədə iddianın rədd edilməsi üçün iddiaçının həmin müqavilənin tərəfi olmama sı müstəqil əsasdır. Həmin mübahisə evin kimə məxsus olması ilə bağlı olmamış, əqdin ləğvi ilə bağlı olmuşdur. Gələcəkdə, eyni əsaslarla əqdin etibarsızlığı barədə iddia qaldırılacağı təqdirdə həmin məsələ ilə bağlı məhkəmənin istinad edəcəyi mənbə iddiaçının əvvəlki iddiaları əsasında çıxarılmış və qanuni qüvvəsini almış məhkəmə qərarları (inzibati iqtisadi məhkəmələrin) ola bilər. Çünki cavabdeh X1 adına verilmiş sərəncam və Çıxarış məhz həmin məhkəmə qərarları əsasında etibarsız hesab edilmişdir. Bundan başqa, apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, “xxxx” MMC-nin xx xxxxxx 2013-cü il tarixli Hərracın yekunları barədə 70/06 saylı protokola və həmin tarixli Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləyə əsasən Yasamal rayon İcra Şöbəsinin xx xxxx 2013-cü il tarix li məktubunun icrası ilə əlaqədar Cavabdeh2 məxsus Bakı şəhəri, XXX saylı fərdi yaşayış evi “xxxx” ASC-yə satılmışdır. Hansıki, iddiaçı həmin əqdlərin qanuniliyini mübahisələndirilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə xx xxxxxxx 201 9-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1965/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1965/2020
16.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver