Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1965/2024 03.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh3 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: tibb müəssisəsinin vurduğu maddi və mənəvi zərərin ödənilməsi, ekspert rəyləri) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh3nə (Medika Hospital) və Cavabdeh2 qarşı vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2819/2023 nömrəli, 07 dekabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh3 kassasiya şikayətinə 03 iyun 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh3 MMC ilə Cavabdeh2 arasında xx.xx.2017-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən Cavabdeh2 həmin müəssisənin baş həkimi vəzifəsinə işə qəbul edilmişdir. 2. "xxxx" MMC-nin xx.xx.2017-ci il tarixli kolonoskpopiya protokoluna əsasən İddiaçı həmin tarixdə kolonoskopik müayinədən keçirilmiş və ona dolixosiqma, internal hemorroy, anal çat diaqnozu qoyulmuşdur. 3. "xxxx"ın ******* saylı xəstəlik tarixindən çıxarış epikrizinə əsasən xəstə İddiaçı xx.xx.2017-ci il tarixdə "xxxx"a defeksiya aktı zamanı anal nahiyyədə olan ağrılar və şişkinlik şikayətləri ilə daxil olmuş, ona kombinə olunmuş hemorroy diaqnozu qoyulmuş, xəstə yə xx.xx.2017-ci il tarixdə “Liqaşu” üsulu ilə Hemorroidektomiya” cərrahi əməliyyatı icra edilmiş, xəstə kafi vəziyyətdə cərrahın nəzarəti altında ambulator müşahidə və müalicəyə evə yazılmışdır. 4. "xxxx" MMC-nin xx.xx.2017-ci il tarixli tam qarın boşluğu üzvlərinin nativ KT müayinəsi kağızına əsasən pasiyent İddiaçı həmin tarixdə müayinədən keçmiş və xəstəyə nativ olaraq bağırsaqların proyeksiyasında həcmli patologiyanın aşkarlanmaması, sidik kisəsi divarlarının normal olması və sümük sistemində travmatik və litik-destruktiv prosesin qeyd edilməməsi diaqnozu qoyulmuşdur. 5. xx.xx.2017-ci il tarixli, xx.xx.2017-ci il tarixli, xx.xx.2017-ci il tarixli, xx.xx.2017-ci il tarixli, xx.xx.2017-ci il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.202 0-ci il tarixli və xx.xx.2021-ci il tarixli tövsiyə reseptlərinə əsasən İddiaçı medikamendoz müalicə təyin olunmuşdur. 6. "xxxx" MMC-nin 220 saylı, xx.xx.2019-cu il tarixli arayışına əsasən İddiaçı xx.xx.2017-ci il tarixdə “Medika Hospital T.A” ya anal nahiyədə ağrı şıkayəti ilə daxil olmuş, əməliyyat zonası reviziya olunmuş, xəstənin vəziyyəti keçirdiyi əməliyyatın aparılmasına uyğun olmuşdur. Plaseba testi pozitiv olmaqla xəstə konstruktiv müalicə üçün stasionara yerləşdirilmişdir. Xəstənin əməliyyatdan sonrakı vəziyyətinə kombinə olunmuş hemaroy diaqnozu qoyulmuş və ambulator müalicə alması tövsiyə olunmuşdur. 7. 04.11.2019-cu il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən 25 saylı, xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə xitam verilməsi bar ədə əmrlə Cavabdeh3 MMC tərəfindən işçi Cavabdeh2 əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir.
8. Xətai Rayon Prokurorluğunun xx.xx.2020-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarına əsasən 280c-19 nömrəli material üzrə Cavabdeh2 əməlində Azərbaycan Respublikası CM-nin 314.1-ci və 131.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlinin tərkibi olmadığından cinayət təqibinin başlanması rədd edilmiş, İddiaçı Cavabdeh2 tərəfindən İddiaçı xx.xx.2017-ci il tarixdə icra edilmiş “Hemorriodektomiya” cərrahiyyə əməliyyatı nəticəsində dəymiş maddi ziyanın ödənilməsi ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdeh "xxxx"a X1 qarşı iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət edərək, maddi ziyanın əvəzi olaraq 25.000 manat və mənəvi ziyanın əvəzi olaraq 50.000 manat məbləğində pul vəsaitinin müştərək qaydada cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Məhkəmə prosessində “Medika Hospitalın” Cavabdeh3 MMC-nin tərkibində eyni VÖEN altında (**********) fəaliyyət göstərdiyi müəyyən edildiyindən, cavabdeh "xxxx" əsl cavabdeh "xxxx" MMC ilə əvəz edilmişdir.
11. İddia tələbini belə əsaslandırılmışdır ki, iddiaçı son 4-5 il babasil xəstəliyindən əziyyət çəkmişdir. 2017-ci ildə müalicə olunmaq üçün "xxxx"a müraciət etmiş və həkim Cavabdeh2 qəbulunda olmuşdur. Müəyyən yoxlamalardan sonra həkim iddiaçıya bildirmişdir ki, onun xəstəliyi müalicə ilə keçib-gedən deyil, əməliyyat olunmalıdır. Həmçinin bildirmişdir ki, vaxtında əməliyyat olunmasa, gələcəkdə ağır fəsadlar yarada bilər. İddiaçı həkimdən bu tip əməliyyatları edib-etməməsi ilə maraqlanmış, Cavabdeh2 belə əməliyyatların onun tərəfindən dəfələrlə keçirildiyini, hər birini də uğurlu əməliyyat etdiyini bildirmişdir. İddiaçı 2017-ci ildə həkim Cavabdeh2 tərəfindən əməliyyat olunmuş, əməliyyatdan sonra 3 gün müddətində Hospitalda saxlanılmış, müalicə almış, lakin ağrıları keçməmiş, əksinə daha da şiddətlənmişdir. İddiaçı bu barədə həkimə dedikdə həkim, hər dəfə bildirmişdir ki, ağrılar bir müddət olmalıdır.
12. Əməliyyat olunduqdan 3 gün sonra iddiaçı yaxınlarının köməkliyi ilə evə dönmüş, lakin vəziyyətində heç bir yaxşılaşma olmamış, əksinə, vəziyyəti pisl əşmişdir. İddiaçı artıq özünü saxlaya bilmir, bir gündə 100 dəfədən çox tualetə gedirmiş. Dəfələrlə həkimə zəng edərək vəziyyətinin düzəlmədiyini, pisləşdiyini bildirsə də cavabdeh hər dəfə tezliklə yaxşılaşacağını bildirmişdir. Evdə yataq şəraitində müalicəsini davam etdirsə də, yaranmış ağrılar keçməmiş, əksinə şiddətlənmişdir.
13. İddiaçı yaxınlarının köməkliyi ilə xx.xx.2018-ci ildə "xxxx"a getmiş və həkimə bu xəstəlikdən əməliyyat olunan şəxslərin uzağı 2-3 gündən sonra tam sağalaraq ayağa qalxdığını və əməliyyatını düzgün aparmadığını, yoğun bağırsağının çöldə qaldığını bildirmişdir. Cavabdehdən əməliyyatdan sonra onun səhhətiylə maraqlanmamasının səbəbini soruşmuş, həkim yenə də ona məsləhətlər verərək vəziyyətinin keçirilmiş əməliyyata uyğun olduğunu bildirərək, tezliklə yaxşılaşac ağı barədə boş vədlər vermişdir. İddiaçı müalicə olunmaq üçün bir neçə özəl kilinikalara və bilavasitə babasil xəstəliyi ilə bağlı əməliyyatlar aparmış həkimlərə müraciət etmişdir. Müvafiq müayinələrdən sonra onun əməliyyatının həkim tərəfindən düzgün aparılmaması, eləcə də düzgün müalicə təyin olunmaması təsdiqlənmiş və müraciət etdiyi həkimlərdən heç biri onun müalicəsini boynuna götürməmişdir. İddiaçı həkim səhlənkarlığının və həkimin uğursuz əməliyyatının qurbanı olmuşdur. 3 ildən artıq bir müddətdir ki iddiaçı yataq xəstəsi olaraq əzab-əziyyətlər çəkir, sağlamlığının bərpa olunmasına, müalicəsinə, dərmanlarına xeyli məbləğdə (10.000 manatdan yuxarı) xərci çıxsa da səhhəti düzəlmir.
14. İddiaçı dəfələrlə həkim Cavabdeh2 ilə görüşərək niyə onun əməliyyatını, müalicəsini düzgün aparmamas ı, onu əzab-əziyyətlərə, əlavə xərclərə salması, onu müalicə edərək sağlamlığını bərpa etməsi ilə bağlı danışmaq istəsə də cavabdeh hər dəfə ondan qaçmış, onunla görüşmək istəməmiş, onun vəziyyəti ilə belə maraqlanmamışdır. Həkim Cavabdeh2 iddiaçının üzərində apardığı əməliyyata, müalicəsinə laqeyd münasibət göstərərək öz xidməti vəzifəsini layiqincə yerinə yetirmədiyinə, səhlənkar hərəkətlərinə, ona verdiyi işgəncələrə, çəkdiyi əzablara-əziyyətlərə görə cavabdeh barəsində müvafiq hüquqi tədbirlərin görülməsini, məsuliyyətə cəlb olunmasını və haqq etdiyi cəzanı almasını istəmişdir. İddiaçının şikayəti əsasında Xətai rayon Prokurorluğunda 280c-19 nömrəli material toplanmışdır. İş üzrə Məhkəmə Tibbi Ekspertizası təyin olunmuş və bu barədə verilmiş 21.02. 2020-ci il tarixli, 03\keş nömrəli rə ydə müəyyən edilmişdir ki, iddiaçının üzərində "xxxx"da icra edilmiş “Hemorriodektomiya cərrahiyə əməliyyatı” taktiki cəhətdən düzgün seçilsə də, texniki cəhətdən düzgün yerinə yetirilməmişdir. Belə ki, iddiaçının mütəxəssis müayinəsi zamanı anal sfinktorunun tonusunun zəif olduğu, düz bağırsağın tam bağlanmadığı müəyyən edilmişdir. Bu patoloji hal sfinktorun çatışmazlığı ilə bağlıdır və icra edilmiş “Hemorriodektomiya cərrahiyyə əməliyyatı” zamanı zədələnməsi nəticəsində əmələ gəlmişdir. Bu da qeyd olunan ağırlaşmanın yaranmasına gətirib çıxarmışdır. İddiaçının üzərində "xxxx"da icra edilmiş “Hemorriodektomiya cərrahiyə əməliyyatı”nın texniki cəhətdən qüsurlu icra edilməsi anaİ sfinktorun zədələnməsinə və çatışmamazlığına səbəb olmuşdur. İddiaçının üzərində "xxxx"da icra edilmiş əməliyyat ın texniki cəhətdən qüsurlu icra edilməsi səhiyyə sistemində qüvvədə olan 70-saylı əmrin müvafiq bəndinin pozulması kimi qiymətləndirilir. Lakin sonda Xətai rayon Prokurorluğunun müstəntiqi 01 aprel 2020-ci ildə cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul etmiş və qərarda iddiaçıya dəymiş ziyanla bağlı Xətai rayon Məhkəməsinə müraciət etmək hüququnun olduğu göstərilmişdir. Bu səbəbdən iddiaçı sağlamlığının bərpası və ona vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
15. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 21, 1096, 1099, 1112, 1118ci, “Əhalinin sağlamlığını qorunması haqqında” Qanunun 24, 49-1 və 57-ci maddlərinə istinad etmişdir.
16. Cavabdeh3 MMC-nin nümayəndəsi və vəkili iddiaya etiraz e dərək göstərmişdir ki, iddiaçı 16 iyun 2017-ci il tarixdə əməliyyat edilib, əməliyyatın dəyəri 1200 manat olmuşdur. İddiaçının səhhətində ağırlaşmalar həkimin səhvi nəticəsində olmuşdur. "xxxx" "xxxx" MMC-nin tərkibində eyni VOEN altında (**********) fəaliyyət göstərir. Cavabdeh2 "xxxx" MMC-də xx.xx.2017-ci il tarixli Əmək Müqaviləsinə əsasən baş həkim vəzifəsinə qəbul edilmişdir. Həkim ilə əmək müqaviləsinə xx.xx.2019-cu il tarixində xitam verilmişdir. İddiaçı üzərində icra edilmiş xx.xx.2017-ci il tarixdə “Liqasu” üsulu ilə Hemerroidektomoya” cərrahi əməliyyatı zamanı həkim tərəfindən yol verilmiş səhv nəticəsində xəstənin səhhətində ağırlaşmalar müəyyən edilmişdir. İdiaçının səhhətində ağırlaşmalar həkimin səhvi nəticəsində baş vermiş, buna görə də Cavabdeh3 (Medika Hospital) məsuliyyət daşımamalıdır. İddiaçı ilə "xxxx" MMC arasında tibbi xidmətə dair müqavilə bağlnamadığı üçün MMC-nin iddiaçı qarşısında hər hansı öhdəliyi yaranmamışdır. İddiaçı cərrahi əməliyyatdan sonra vəziyyətini ağırlaşması, uzun müddət müxtəlif müəssisələrə müraciət etməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçı əməliyyatdan zərər çəkməsinə dair Hospitala hər hansı məlumat (irad, şikayət) bildirməmişdir. İddiaçı tərəfindən belə bir müraciət olsa idi, Hospital həm səhlənkarlıq edən həkim barəsində, həm də iddiaçının müalicəsi ilə bağlı tədbir görərdi. Lakin bu hal öz təsdiqini tapmır. İddiaçının məhz onların xəstəxanasında keçirdiyi əməliyyat nəticəsində problem yaşaması təsdiqini tapmır.
17. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili təkrar məhkəmə-tibbi ekspertizasının təyi n edilməsi barədə vəsatət vermişdir.
18. Birinci instansiya məhkəməsi iddia tələbində göstərilən halların müəyyən edilməsi məqsədilə iş üzrə 7 yanvar 2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin etmişdir.
19. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X2” X4 tərəfindən verilmiş 275/KEŞ saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyinə əsasən, İddiaçı Medika Hospitalda “kombinə olunmuş hemorroy İV st” diaqnozu düzgün təyin edilmişdir. İddiaçı üzərində Medika Hospitalda icra edilmiş “Hemorroiedektomiya” cərrahiyyə əməliyyatı taktiki cəhətdən düzgün seçilsə də, texniki olaraq düzgün yerinə yetirilməmişdir. Belə ki, İddiaçı mütəxəssis müayinəsi zamanı onda anal sfinktorun tonusunun zəif olduğu, düz bağırsağın tam bağlanmadığı müəyyən edilmi şdir. Bu patoloji hal anal sfinktorun çatmamazlığı ilə əlaqədardır və icra edilmiş “Hemorroiedektomiya” cərrahiyyə əməliyyatı zamanı sfinktorun zədələnməsi nəticəsində əmələ gəlmişdir. Belə ki, “Hemorriodektomiya” cərrahiyyə əməliyyatı zamanı “ligaSure” cihazının texniki qüsurlu icrası sfinktorun zədələnməsinə səbəb ola bilər. Bu da sonradan qeyd olunan ağırlaşmaların yaranmasına gətirib çıxarmışdır. Buna məsul şəxs həkim-cərrahdır. İddiaçı anal sfinktorun çatmamazlığı çapıq dəyişiklikləri ilə əlaqədar müalicəni çətinləşdirir, qeyd edilən patologiya konservativ terapiya və ya cərrahiyyə əməliyyatı yolu ilə aradan qaldırıla bilər. “Hemorroiedektomiya” cərrahiyyə əməliyyatı zamanı “LigaSure” cihazının texniki qüsurlu icrası sfinktorun zədələnməsinə səbəb ola bilər. İddiaçı mütəxəssis müayinə si zamanı aparılmış barmaqla rektal müayinədə onda anal sfinktorun tonusunun zəif olduğu və düz bağırsağın tam bağlanmadığı müəyyən edilmişdir.
20. Xətai Rayon Məhkəməsinin 2(011)-2196/2021 nömrəli iş üzrə 08 avqust 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, mənəvi ziyana görə 20000 manat, maddi ziyana görə 1200 manat, cəmi 21200 manat məbləğində pul vəsaitinin Cavabdeh3 MMC-dən ("xxxx") tutularaq İddiaçı ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. (hakim Əminə Abbasova)
21. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, "xxxx"da iddiaçının üzərində həkim-cərrah Cavabdeh2 tərəfindən icra edilmiş “Hemorroiedektomiya” cərrahiyyə əməliyyatı taktiki cəhətdən düzgün seçilsə də, texniki olaraq düzgün yerinə yetirilməmişdir. “Hemorroiede ktomiya” cərrahiyyə əməliyyatı zamanı sfinktorun zədələnməsi nəticəsində iddiaçının anal sfinktorun tonusunun zəif olduğu, düz bağırsağın tam bağlanmadığı müəyyən edilmişdir. Bu patoloji hal anal sfinktorun çatmamazlığı ilə əlaqədardır. Buna məsul şəxs isə həkim-cərrah olmuşur.
22. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı onun səhhətində yaranmış ağırlaşmalar nəticəsində gündəlik həyatında normal qidalanmaq, sərbəst hərəkət etmək kimi məhdudiyyətlər ilə qarşılaşmış, onun vəziyyəti ona fiziki olaraq da iztirablar yaşatmışdır. Buna görə də iddiaçı maddi ziyanın ödənilməsini tələb etməkdə haqlı olmuşdur.
23. Bununla belə birinci instansiya məhkəməsi iddianın maddi ziyan hisəsi ilə bağlı belə qənaətə gəlmişdir ki, iddiaçı tərəfindən tələb edilən maddi ziyanın məbləği icra edilmiş əməliyyatın dəyəri, yəni 1200 manat məbləğində müəyyən edilməli, maddi ziyanın ödənilməsinə dair iddia tələbi qalan hissədə sübuta yetirilmədiyindən rədd edilməlidir.
24. Birinci instansiya məhkəməsi iddia tələbinin mənəvi zərər hissəsinə münasibətdə isə qeyd etmişdir ki, cavabdehin, yəni MMC-nin işçisi olan həkim-cərrahın təqsiri üzündən iddiaçının sağlamlığına zərərin vurulması, onun hazırda da əməliyyatın nəticəsində yaranmış ağırlaşmalara görə gündəlik həyatını məhdudiyyətsiz yaşamaq, sərbəst hərəkət etmək imkanından məhrum edildiyi ilə bağlı iddiaçının mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və o, bu hadisə nəticəsində və ondan sonrakı proseslər zamanı mənəvi sarsıntı və fiziki iztirabları ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə haqlıdır.
25. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mənəvi zərərin həcmi 50.000 manat məbləğində deyil, iddiaçının keçiridiyi stress, narahatlıq, məyusluq, sarsıntı və sair kimi halları nəzərə alınaraq 20.000 manat məbləğində müəyyən edilməlidir.
26. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 1096.1, 1097.1, 1099, 1112-ci, Mülki Prossesual Məcəllənin 14.2, 77.1-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarı, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx.xx.2008-ci il tarixli, 7 nömrəli Qərarı ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
27. Cavabdeh3 MMC apellyasiya şikayəti verərək, qətnamənin qismən, iddi anın təmin edilən hissəsində ləğv, iddianın tam rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
28. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh2 MMCnin sıravi işçisi deyil, baş həkimi olmuşdur. Belə ki, baş həkim kimi o, MMC-nin klinika fəaliyyətinin təşkili və idarə edilməsinə bilavasitə məsul şəxs olmuşdur. Məhkəməyə təqdim olunmuş Cavabdeh2 əmək müqaviləsi və MMC-də tətbiq olunan “Baş həkimin vəzifə təlimatı”na əsasən Cavabdeh2 baş həkim kimi klinikanın bütövlükdə tibbi fəaliyyətini əlaqələndirmək və s. kimi vəzifələrin icrasına məsul olmuşdur. İş materiallarında isə iddiaçı ilə Cavabdeh3 MMC arasında tibbi xidmətə dair müqavilə bağlanmadığı, MMC-nin iddiaçı qarşısında öhdəliklərinin yaranmadığı müəyyən olunmuşdur. Lakin məhkəmə bu hala əhəmiyyət verməmişdir. İddiaçı cərrahiyyə əməliyyatından sonra vəziyyətinin ağırlaşdığını, uzun müddət müxtəlif mütəxəssislərə və başqa tibb müəssisələrinə müraciət etdiyini, müalicə aldığını iddia etmiş, məhkəmə də bu cür halları müəyyən olunmuş kimi qeyd etmişdir. Lakin iş materialında iddiaçının 2017-ci ildə əməliyyatdan sonra hər hansı digər tibb müəssisəsinə və ya mütəxəssisə müraciət etməsinə, müayinə və müalicə almasına dair dəlil mövcud olmamışdır. Həmçinin 2017-ci ildən sonra, "xxxx" əməliyyatın fəsadlarının aradan qaldırılması məqsədi ilə müalicəsi üçün hansı xərcləri ödəməsi də müəyyən olunmamışdır. Məhkəmə nəzərə almamışdır ki, iddiaçı tərəfindən "xxxx" cərrahiyyə əməliyyatından zərər çəkməsinə dair MMC-yə indiyədək hər hansı məlumat (irad, şikayət) verilməmişdir. İddiaçı əməliyyatdan s onra təkrarən dəfələrlə həkim Cavabdeh2 müraciət etdiyini bildirsə də, bu günə qədər bir dəfə də olsa MMC-nin (hospitalın) rəhbərliyinə bu barədə müraciət etməmiş, iddia ərizəsi Hospitala daxil olana qədər Hospital rəhbərliyinin iddiaçının vəziyyətindən xəbəri olmamışdır. Bundan başqa, məhkəmə mənəvi zərərin tutulmasının əsası kimi iddiaçının iztirab və sarsıntı keçirməsini “müəyyən edilmiş hal” kimi qeyd etmişdir. Lakin iş materiallarında iddiaçının hansısa formada sarsıntı, iztirab keçirməsini, "xxxx" cərrahiyyə əməliyyatının onun psixikasına təsir etdiyini təsdiqləyə biləcək hər hansı dəlil mövcud olmamış, məhkəmə də belə halların mövcudluğunu əsaslandırmamışdır. Ümumiyyətlə, 2017-ci ildən keçən müddət ərzindəhazırki iddianın qaldırıldığı və baxıldığı ərəfədə iddiaçı sağlamlıq vəziyyə ti, “əməliyyatın fəsadları” barədə də iş materialında hər hansı dəlil olmamışdır. Məhkəmə bir dəfə də olsa, iddiaçının üzünü görmədən, onun tibbi və psixoloji vəziyyəti barədə anlayışı belə olmadan onun vəkilinin və nümayəndəsinin dediklərinə əsasən 20.000 manat mənəvi zərər müəyyən etmişdir. İşin həqiqi halı isə məhkəmə iclasında çəkişmə və tərəflərin bərabərliyi, qanunla yol verilən sübut və dəlillərlə müəyyən olunmalıdır. Cavabdeh MMC tərəfindən iddiaçıya maddi zərər vurulması müəyyən edilmədiyi halda məhkəmə cavabdeh MMC-nin ona pul ödəməli olması qənaətinə də yanlış gəlmişdir. Qeyd olunduğu kimi, iddiaçı ilə MMC arasında tibbi xidmətə dair müqavilə olmamışdır. İş materialı ilə də (ekspertiza rəyi) iddiaçıya düzgün diaqnoz və müalicənin, əməliyyatın düzgün seçildiyi müəyyən olunmuş, la kin birbaşa həkim-cərrahın texniki səhvi olduğu göstərilmişdir. İşin belə halında isə MMCnin təqsirinin olmadığı müəyyən edildiyi halda tələbin yalnız MMC-yə qarşı təmin edilməsi maddi hüququn yanlış təfsiri və tətbiqinin nəticəsidir. Məhkəmə Mülki Məcəllənin 1099-cu maddəsinin təfsirində yanlışlığa yol vermiş, baş həkimin işçi olması qənaətinə gələrək, onun vurduğu ziyanın MMC tərəfindən ödənilməli olması nəticəsinə gəlmişdir. Cavabdeh2 MMC-də əmək müqaviləsi ilə baş həkim vəzifəsini tutmaqla özü bilavasitə rəhbər şəxs olmuş, əhaliyə tibbi xidmətlə bağlı klinikanın bütün fəaliyyətini yönəltmişdir. Cavabdeh2 MMC-nin tibb xidməti fəaliyyəti ilə bağlı özündən yuxarı vəzifəli kiminsə tapşırıqlarını icra etməmiş, əksinə, özü bütün tibbi personala nəzarət edən şəxs olmuşdur. Bu baxımdan, onun f əaliyyəti MMC-nin 1099-cu maddəsinin təsiri altına düşə bilməz. İddiaçının sağlamlığına zərərə vurulması işin müəyyən olunmayan halıdır. Cərrahiyyə əməliyyatının texniki cəhətdən düzgün icra edilməməsinin nəticələri müəyyən olunmamış və yalnız iddia ərizəsindəki mülahizələrdən ibarət olmuşdur. Digər tərəfdən mənəvi zərərin vurulmasının sübut edilməsinin kifayət qədər mürəkkəb olması mübahisəsizdir. Bu növ iddialarda şəxs maddi deyil, mənəvi aləmində, şüurunda baş vermiş mənfi halları, sarsıntını, yaşamaq eşqinin azalmasını və s. məhkəmə qarşısında sübut etməlidir. Azərbaycan Respublikasının məhkəmə təcrübəsində belə məbləğdə mənəvi zərərin tutulması təcrübəsi yoxdur. Həmçinin məhkəmə işin hallarının düzgün müəyyən edilməsində səhvə yol vermiş, işin həqiqi halını təhrif etmişdir. Bununla bə rabər, işdə olan mövcud sübutları – iddiaçının cavabdeh MMC ilə tibbi xidmətə dair müqaviləsinin olmamasını, iddiaçının MMC-yə məhkəməyə qədər hər hansı formada müraciət etməməsi, ona ziyan dəyməsinə aid hər hansı irad, şikayət bildirməməsi və s. hallara diqqət yetirməmiş, qanuni əsaslarla müəyyən edilən hallara maddi və prosessual hüququn tətbiqi tələbinə riayət etməmişdir. Bu baxımdan Məhkəmə MPM-in 88-ci maddəsinin tələblərini pozmuşdur. Birinci instansiya məhkəməsi işin müəyyən edilməli həqiqi hallarını müəyyən etməmiş və düzgün qiymətləndirməmiş, tərəflərin sübutetmə vəzifəsinə dair MPM-in tələbinə əməl etməyərək, cavabdeh MMC-nin iddiaya qarşı məsul olmadığına diqqət etməmiş, qəbul edilmiş qətnamə maddi hüquq normalarının tələbinə uyğun olmadığından, eləcə də maddi hüququn təfsiri və tətbiqində səhvə yol verildiyindən, eləcə də iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmadığından – MPM-in 217.1-217.3-cü maddələrinin tələbləri pozulmuşdur.
29. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 may 2023-cü il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X2” X4 tərəfindən verilmiş 275/KEŞ saylı, xx.xx.2023-ci il tarixli ekspert rəyi ilkin keçirilmiş ekspertiza rəyi ilə eyni məzmunlu olmuşdur.
30. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2819/2023 nömrəli, 7 dekabr 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi apelyasiya şikayə ti üzrə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Fuad Abdıyev (sədrlik edən və məruzəçi), Xəyal Sarıyev və Fərrux Qasımov)
31. Apellyasiya instansiya məhkəməsi ilk öncə qeyd etmişir ki, iddiaçı cavabdeh MMC-yə (Medika Hospital) müraciət edərək, defeksiya aktı zamanı anal nahiyyədə olan ağrılardan və şişkinlikdən şikayətlənmiş, bununla bağlı aparılmış müayinələrin nəticəsi olaraq, ona kombinə olunmuş hemorroy diaqnozu qoyulmuş və bu əsasla xx.xx.2017-ci il tarixdə cavabdeh MMC-nin baş həkimi Cavabdeh2 (digər cavabdeh) tərəfindən iddiaçının üzərində “Liqa şure” üsulu ilə “Hemorroidektomiya” cərrahi əməliyyatı icra edilmişdir.
32. Apellyasiya instansiya məhkəməsi göstərmişdir ki, tərəflər arasında tibbi xidmətin göstərilməsi sahəsində hüquqi münasibətlər yaranmış və buna uyğun olaraq cavabde h tərəf iddiaçını müəyyən məbləğdə pulun ödənilməsi müqabilində və onun razılığı əsasında müayinə və müalicə etmiş, o cümlədən üzərində cərrahi əməliyyat aparmışdır. Bu barədə yazılı müqavilənin bağlanmaması onların arasında məhz münasibətlərin yaranmasını və vurulmuş zərər məbləğinin Cavabdeh3 MMC-dən tələb edilməsini istisna etməmişdir.
33. Bununla bağlı apellyasiya instansiya məhkəməsi xüsusilə qeyd etmişdir ki, Cavabdeh2 digər cavabdeh MMC ilə aralarında bağlanmış xx.xx.2017-ci il tarixli əmək müqaviləsinə əsasən iddiaçının əməliyyat olunduğu tibb müəssisəsinə (Medika Hospital) baş həkim vəzifəsinə təyin edilmişdir. Cavabdeh2 cavabdeh MMC ilə əmək münasibətlərində olmuş və məhz sonuncunun işçisi və həmin sahədə ixtisaslaşan həkim olaraq, iddiaçı üzərində qeyd edilən əməliyyatı icra etm işdir. Bu münasibətləri tənzimləyən Mülki Məcəllənin 1099-cu maddəsinin dispozisiyasında da şəxsin rəhbər vəzifəli şəxs olması ona müəssisənin işçisi kimi yanaşılmasında hər hansı istisna qayda nəzərdə tutmur.
34. Belə ki, baş həkimi də digər işçilər kimi Cavabdeh3 MMC ilə (Medika Hospitala) əmək münasibətləri bağlayır. Digər tərəfdən Cavabdeh2 təqsirli və səhhətə zərər vurulması kimi qiymətləndirilən hərəkətləri bilavasitə onun işəgötürəni olan cavabdeh MMC-nin fəaliyyət dairəsinə aid olmuşdur. Qeyd edilənlər öz növbəsində iddiaçının ona vurulduğunu iddia etdiyi zərərin əvəzinin ödənilməsi barədə iddianı (tələbi) birgə məsuliyyətlilərə, yəni işəgötürənə və ya işçiyə və ya eyni vaxtda hər ikisinə qarşı irəli sürülməsini hüquqi baxımdan mümkün edir.
35. Bu səbəbdən də apellyasiya instansiya məhkəməsi cavabdeh MMC-nin iddiaçıya vurulmuş maddi və mənəvi zərərin əvəzinin ondan deyil, Cavabdeh2 tutulmalı olması barədə dəlillərini əsassız hesab etmişdir.
36. İddiaçı üzərində aparılmış cərrahiyə əməliyyatı ilə bağlı apellyasiya instansiya məhkəməsi bildirmişdir ki, bu əməliyyatın düzgün aparılmadığı və nəticədə iddiaçının səhhətinə zərər vurulduğu iş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının nəticələri ilə tam olaraq öz təsdiqini tapır. Belə ki, həm birinci, həm də apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin edilmiş ekspertizalar üzrə aparılmış ekspert tədqiqatlarının nəticələrinə dair tərtib edilmiş rəylərə (eyni məzmunludur) əsasən “kombinə olunmuş hemorroy İV st” diaqnozu düzgün təyin edilmiş, iddiaçının üzərində icra edilmiş “Hemorroiedektomiya” cərrahiyyə əməliyya tı taktiki cəhətdən düzgün seçilməsinə baxmayaraq, texniki olaraq düzgün yerinə yetirilməmişdir, iddiaçının mütəxəssis müayinəsi zamanı onda anal sfinktorun tonusunun zəif olduğu, düz bağırsağın tam bağlanmadığı aşkarlanmışdır, bu patoloji hal anal sfinktorun çatmamazlığı ilə əlaqədardır və icra edilmiş “Hemorroiedektomiya” cərrahiyyə əməliyyatı zamanı sfinktorun zədələnməsi nəticəsində əmələ gəlmişdir. “Hemorroiedektomiya” cərrahiyyə əməliyyatı zamanı “LigaSure” cihazının texniki qüsurlu icrasının sfinktorun zədələnməsinə səbəb ola bilər. Bu da sonradan qeyd olunan fəsadların yaranmasına gətirib çıxarmışdır. Buna məsul şəxs cərrahiyyə əməliyyatını icra edən həkim-cərrahdır. Çapıq dəyişikliklərinin olması iddiaçının anal sfinktorunun çatmamazlığının müalicəsini çətinləşdirir. Qeyd edilən p atologiya konservativ terapiya və ya cərrahiyyə əməliyyatı yolu ilə aradan qaldırıla bilər. İddiaçının mütəxəssis müayinəsi zamanı aparılmış diqital rektal müayinədə onda anal sfinktorun tonusunun zəif olduğu və düz bağırsağın tam bağlanmadığı müəyyən edilmişdir.
37. Apellyasiya instansiya məhkəməsi xüsusilə vurğulamışdır ki, bu qəbildən olan işlərdə qanunverici təqsiri maddi məsuliyyətin yaranmasının vacib şərti kimi göstərməklə təqsirin olub-olmamasının sübuta yetirmə vəzifəsinin hansı şəxsin üzərinə qoyulması məsələsini də müəyyən etmişdir. Belə ki, Mülki Məcəllənin 1112-ci maddəsinin tələbləri baxımından cavabdeh iddiaçının sağlamlığına zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirməlidir və bunu sübut edə bilsə məsuliyyətdən azad edilir. Beləliklə, müəssisənin (cavabdeh) şəxsin sağlamlığına vurulmuş zərərə görə maddi məsuliyyəti ilə bağlı məsələlərdə bu maddədə təqsirlilik prezumpsiyası prinsipi nəzərdə tutulmuşdur. Həmin prinsipə əsasən zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirə bilmədiyi hallarda təqsirli sayılır və bu halda zərərin əvəzi ümumi əsaslarla ödənilir. Lakin cavabdeh iddiaçının sübutlarını təkzib edən və hüquqi nəticə etibarı ilə onun təqsiri üzündən iddiaçının sağlamlığına zərərin vurulmadığını sübuta yetirə bilməmişdir. Əksinə, ekspert rəylərinə əsasən əməliyyatdan sonra iddiaçının səhhətində yaranmış və hazırda da mövcud olan problemlərə görə məsul şəxs - əməliyyatı icra etmiş həkim cərrahdır.
38. Apellyasiya instansiya məhkəməsinin mövqeyinə görə hazırki iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilməsi üçün tibb sahəsi üzrə xüsusi bilik tələb olunan suallar meydana çıxdığından iş üzrə alınan ekspert rəyləri həlledici rol oynayır. Belə ki, həmin sualların cavabı yalnız ekspert rəyi əsasında müəyyən oluna bilər. Mülki prosessual qanunvericiliyə əsasən ekspert rəyləri ilə müəyyən edilmiş məlumatların sübut hesab olunmasına və digər sübutlarla birlikdə qiymətləndirilməsinə baxmayaraq, bu qəbildən olan işlər üzrə həmin məlumatların həlledici əhəmiyyəti var. Bu baxımdan, məhkəmənin qeyd edilən rəylərdən fərqli mövqedən çıxış etməsi üçün həmin rəyləri təkzib edən mötəbər sübutlar olmalıdır. Lakin hazırki iş üzrə ekspert rəylərinin mötəbər sübut kimi qəbul edilməməsi üçün hər hansı əsas, habelə digər sübut mövcud deyil, iki müxtəlif rəy arasında hər hansı ziddiyyət də müəyyən edilmir. Hər bir halda, ilk dəfə ekspert tədqiqatının düzgün aparılmaması təkrar tədqiqat zamanı özünü biruzə verməli və nəticədə iki rəy arasında ziddiyyət yaranmalı idi. Belə bir hal isə müəyyən edilmir. Müddət etibarı ilə 1 il 4 ay fərqlə aparılmış ekspert tədqiqatlarının nəticəsi eyni olmuş, yəni əməliyyatdan sonra 2017-ci ilin iyun ayından hazırki vaxtadək iddiaçının səhhətində yaranmış fəsadlar və çatışmazlıqlar aradan qaldırılmayaraq, dəyişilməz qalmışdır. İddiaçının səhhətində hər hansı yaxşılaşma müşahidə edilmir. Qeyd edilənlər iddiaçının sağlamlığına zərər vurulmasının işin müəyyən olunmayan halı olması barədə də cavabdehin dəlillərinin əsassız olmasını təsdiq edir.
39. Apellyasiya instansiya məhkəməsi əməliyyatdan sonra iddiaçının Cavabdeh3 MMC-yə (Medika Hospitala) müraciət etməməsi barədə apelyasiya şik ayətinin dəlilləri ilə bağlı “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərara istinadən qeyd etmişdir ki, iddiaçının əməliyyatdan sonra səhhətində yaranmış problemlərlə bağlı müraciətlərinin olmasını Cavabdeh2 öz izahatında şəxsən təsdiq etmişdir. Belə ki, iddiaçının şikayəti üzrə Bakı şəhəri Xətai Rayon Prokurorluğu tərəfindən aparılmış araşdırma çərçivəsində Cavabdeh2 verdiyi izahatında əməliyyatdan sonrakı dövrdə 11-12-ci sutkada iddiaçıda subyektiv şikayətlər olduğu üçün xəstənin evində tərəfindən müayinənin aparıldığını, evə tərəfindən klinikanın təcili yardım briqadasının çağırıldığını, iddiaçını klinikaya transport etdiyini, onun konservativ müalicəsinin stasionar şəraitdə davam etdiyini, müalicədən sonra onun yenidən evə buraxıldığını, bundan so nra onunla təmasda olduğunu, maraqlandığını, tez-tez görüşdüyünü bildirmişdir. Həmin qərarda məsələ ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyində xidməti yoxlamanın aparıldığı da qeyd edilmişdir. Bununla belə, iddiaçı dəfələrlə tibb müəssisəsinə, xüsusilə də onun üzərində əməliyyat aparmış Cavabdeh2 müraciət etmiş, hətta əməliyyatdan sonra da təcili tibbi yardım briqadası vasitəsi ilə müəssisəyə gətirilmiş və bir müddət həmin müəssisədə stasionar şəraitdə saxlanılmışdır. Burdan belə qənaətə gəlmək olur ki, iddiaçının müraciətləri olmuş, sadəcə olaraq Cavabdeh3 MMC-nin bundan məlumatı olmamışdır. Bunun da məsuliyyəti bilavasitə Cavabdeh2 üzərinə düşür. Belə ki, məhz o, qeyd edilənlər barədə Cavabdeh3 MMC-ni məlumatlandırmalı idi.
40. Bununla da apellyasiya instansiya məhkəməsi yu xarıda göstərilənləri, o cümlədən iş materiallarında olan sübutları, habelə cavabdehin zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirə bilməməsini nəzərə alaraq belə qənaətə gəlmişdir ki, iddiaçı üzərində aparılmış əməliyyatın texniki cəhətdən qüsurlu icra edilməsi nəticəsində onun sağlamlığına zərər dəyməsi, iddiaçının hazırki sağlamlıq vəziyyəti ilə əməliyyatın qüsurlu icra edilməsi arasında səbəbli əlaqənin olması, nəticədə iddiaçının səhhətinə zərər dəyməsi faktı öz təsdiqini tapmışdır. Birinci instansiya məhkəməsi də haqlı olaraq iddiaçıya qarşı delikt törədildiyi, o cümlədən işçisinin əmək fəaliyyəti zamanı törədiyi delikt üzrə işəgötürən kimi "xxxx" MMC-nin məsuliyyətinin yarandığı qənaətinə gəlmişdir.
41. Apellyasiya instansiya məhkəməsinin tutulmuş maddi zərərin məbləği ilə bağlı mövqeyi belə olmuşdur ki, cavabdeh apellyasiya şikayətində maddi zərərin məbləği ilə bağlı heç bir dəlil irəli sürülməmişdir. İddiaçı vurulmuş maddi zərərin əvəzi olaraq 25.000 manat məbləğində maddi zərərin tutulmasını tələb etsə də, ona bu məbləğdə zərərin vurulmasını sübuta yetirə bilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən xx.xx.2022ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən Cavabdeh3 MMC-nin nümayəndəsi və vəkili iddiaçı üzərində aparılmış əməliyyatın dəyərinin 1.200 manat təşkil etdiyini, lakin ödənişlərlə bağlı sənədlərin təqdim edilməsinin mümkün olmadığını bildirmişdir. Birinci instansiya məhkəməsi də cavabdehin nümayəndəsi və vəkilinin mövqeyini əsas götürüb, vurulmuş maddi zərərin əvəzi olaraq, cavabdehdən iddiaçının xeyrinə məhz 1.200 manat məbl əğində pul tutmuşdur ki, bu da əsaslı olmuşdur.
42. Apellyasiya instansiya məhkəməsi tutulmuş mənəvi zərərin məbləği ilə bağlı ilk növbədə onu qeyd etmişdir ki, İnsan hüquqları üzrə Avropa Məhkəməsi qərarlarında çəkilmiş maddi ziyana kompensasiya ödənilməsinin ərizəçinin təqdim etdiyi sübutlar və pozuntu ilə ziyan arasında səbəbli əlaqə əsasında müəyyən etsə də, mənəvi ziyana görə kompensasiya ödənilməsinin ərizəçi tərəfindən bunun sübut edilməsi ilə deyil, onun pozuntu nəticəsində müəyyən sarsıntılara, əzaba və məyusluğa məruz qalması ilə əlaqələndirmişdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin mənəvi ziyanla bağlı təcrübəsinə görə mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xara kterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər - inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Həmçinin, İnsan hüquqları üzrə Avropa Məhkəməsi Rusiya Federasiyasına qarşı çıxarılmış qərarlarının icrası ilə bağlı xx.xx.2009-cu il tarixli Aralıq qətnaməsində qeyd etmişdir ki, mənəvi ziyan hüquq pozuntusunun özünün birbaşa nəticəsi olduğuna görə vətəndaş mənəvi ziyanın mövcudluğunu sübut etməli deyildir.
43. Xüsusilə qeyd edilməlidir ki, tibb – sözlə ifadə edilə bilməyən dəyərə malik olan insan həyatının (səhətinin) qorunmasına və möhkəmləndirilməsinə, bununla da insan həyatının uzadılmasına xidmət edən, özündə insan əzablarının aradan qaldırılması və y a azaldılması imkanlarını ehtiva edən bir sahədir. Bu sahədə çalışan hüquqi və fiziki şəxslərin fəaliyyəti nəticəsində məhz tibb məfhumunun anlayışına uyğun olaraq bu nəticələr hasil olunmalıdır. İddiaçı da məhz səhhətində yaranmış problemlərin, o cümlədən çəkdiyi fiziki əziyyətin və üzləşdiyi mərhumiyyətlərin aradan qaldırılması məqsədi ilə əməliyyata razılaşmışdır. Lakin artıq öz təsdiqini tapdığı kimi əməliyyat texniki olaraq düzgün yerinə yetirilməmiş və iddiaçının səhhətinin yaxşılaşmasına deyil, ilkin vəziyyətlə müqayisədə pisləşməsinə, o cümlədən onun anal sfinktorunun zədələnməsinə səbəb olmuşdur. Nəticədə iddiaçının səhhətində əməliyyatdan əvvəl mövcud olmayan və daimi xarakter daşıyan anal dəlikdən suyun və nəcisin ifraz olunması, bağırsağın müəyyən hissəsinin xaricə çıxması kimi problemlər yaranmışdır. Başqa sözlə, əməliyyat mövcud olan problemlərin aradan qaldırılmasına səbəb olmamış, əksinə, iddiaçının səhhətində daha ciddi problemlərin yaranması ilə nəticələnmişdir. Nəticədə 2017-ci ildən etibarən 1947-ci il təvəllüdlü iddiaçının 70 ildir ki, adət etdiyi gündəlik həyat şəraiti məhz aparılmış əməliyyat nəticəsində 2017-ci ildən etibarən onun üçün gözlənilməz bir şəkildə tamamilə dəyişmişdir. Böyük ümidlərlə girdiyi əməliyyat onun həyati funksiyalarını iflic etmiş və onu fizioloji ehtiyaclarını şüurlu səviyyədə qarşılamaq imkanından məhrum etmişdir. Məhz əməliyyatın nəticəsi olaraq onda yaranmış fəsadlar 6 ildir ki, iddiaçını digər şəxslərin qayğısına möhtac vəziyyətə salmışdır. İddiaçı ömrünün sonuna kimi daha çox yataq şəraitində və başqalarının qulluğuna mö htac vəziyyətdə yaşamağa məhkumdur. 70 ildir ki, şüuru ilə öz təbii ehtiyaclarını idarə edən iddiaçı əməliyyatdan sonra bu məsələ üzrə bədəninin şüuruna tabesizliyi ilə üzləşmiş və sözün əsl mənasında bu məsələ qarşısında acizdir. Əməliyyat nəticəsində yaranmış fəsadlara uyğun olaraq gözlənilməz və nəzarətsiz xarakter halını alan nəcis ifraz olunması prosesi iddiaçının hər gününün arzuolunmaz, lakin gözlənilən - xoşagəlməz hadisəsinə çevrilmişdir. Nəticə etibarı ilə insan fərdi üçün adi və hər gün təkrarlanan bu proses iddiaçı üçün azqala gündəlik faciyə səviyyəsindədir.
44. Apellyasiya instansiya məhkəməsi göstərmişdir ki, hər bir insan kimi iddiaçının da özünün müəyyən etdiyi həyat tərzi olmuşdur. Hər bir halda, iddiaçı öz həyatının son 6 ilini, o cümlədən bu dövr ərzində asudə vaxtını e v və yataq şəraitində nəzarətsiz ifrazat qorxusu altında keçirməyi, gün ərzində belə bir ifrazatların sayının az olması ilə təsəlli tapmaqla yaşamağı arzulamırdı, arzulaya da bilməzdi. Nəzərə alınmalıdır ki, bu istiqamətdə kifayət qədər fikir söyləmək mümkündür. Lakin qeyd edilənlər iddiaçının gün ərzində stress keçirməsi, yaranmış vəziyyətdən mənəvi əziyyət çəkməsi qənaətinə gəlmək üçün tam yetərlidir. Bu baxımdan, sağlamlığına qovuşmaq üçün girdiyi, nəticədə mövcud həyati qabiliyyətlərini də itirməyinə səbəb olan əməliyyat birmənalı şəkildə iddiaçının şüurunda müəyyən mənfi psixi reaksiyaya (utanc hissi, həyəcan, anlaşılmazlıq, narahatlıq və s.) və əzab çəkməsinə də səbəb olmuşdur.
45. Apellyasiya instansiya məhkəməsi tutulmuş mənəvi zərərin məbləği ilə bağlı qeyd etmişdir ki, iddiaçı 6 ildən (əməliyyat tarixi xx.xx.2017-ci il) artıq müddətdir ki, texniki olaraq düzgün icra edilməyən əməliyyatın nəticəsindən həm fiziki, həm də mənəvi əziyyət çəkir. Müəyyən edilmiş mənəvi zərər məbləğinin 20.000 manat olması nəzərə alındığı təqdirdə birinci instansiya məhkəməsinin qətnaməsinin çıxarıldığı tarix (xx.xx.2022-ci il) əsas götürülməklə 1 gün üzrə aparılmış hesablama nəticəsində (5 il 1 ay 22 gün = 1877 gün, 20.000 / 1.877 = 10,66 manat, xx.xx.2023-cü il tarixə isə 6 il 5 ay 21 gün = 2.361, 20.000 / 2.361 = 8,47 manat) 1 gün üçün hesablanmış mənəvi zərər məbləği xx.xx.2022-ci il tarixə 10,66 manat, xx.xx.2023-cü il tarixə isə 8,47 manat təşkil etmiş olur. Lakin bu məbləğlərin hər hansı birinin (10,66 manat və ya 8,47 manat) gündəlik ödənilməsi qarşılığında iddiaçının hazırki həy atını yaşamağa, o cümlədən mövcud əziyyətləri çəkməyə razı və hazır olmasının mümkünlüyü məsələsi sual olaraq, ritorik, fikir olaraqsa absurddur və bu baxımdan məsələnin, ümumiyyətlə, müzakirə edilməsinə hər hansı zərurət yoxdur.
46. Eyni zamanda, apellyasiya instansiya məhkəməsi onu da nəzərə çatdırmışdır ki, əməliyyat tarixindən sonra iddiaçının səhhətində yaranmış fəsadların aradan qaldırılması və onun vəziyyətinin yaxşılaşması müşahidə olunmur. xx.xx.2017-ci il tarixdən etibarən hər gün iddiaçı yuxarıda qeyd edilən çətinliklərlə üzləşir və bu proses davam etməkdədir. Buna uyğun olaraq da mənəvi zərər məbləği hər ötən gündən sonra azalmaqdadır.
47. Bu səbəbdən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mənəvi zərər ilə bağlı mövqeyini əsaslı hesab etmiş və belə qən aətə gəlmişdir ki, qeyd edilən qüsurlu əməliyyat nəticəsində iddiaçı mənəvi sarsıntı və iztirab keçirmiş, onun bu halı hələ də davam edir və yaş faktoru da nəzərə alınmaqla istisna deyil ki, ömrünün sonuna kimi davam edəcəkdir.
48. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 21.1, 21.2, 1096, 1097.1, 1097.3, 1099.1, 1099.2, 1112, 1115-ci, “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 25, 57, 59-cu, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
49. Cavabdeh3 MMC (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd edilmməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
50. Kassasiya şikayəti a pellyasiya şikayəti ilə eyni dəlillərlə əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, yüksək məbləğdə mənəvi zərərin əvəzi müəyyən edilmişdir. Bu cür yüksək məbləğdə mənəvi zərərin tutulması yalnış məhkəmə təcrübəsinin yaranmasına yol aça bilər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
51. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulması. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real z ərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.Maddə 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvə zinin ödənilməsi nəzərdə tutula bilər. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Maddə 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Maddə 1112. Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödən ilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “Əhalinin sağlamlığının qorunması haqqında” Qanun Maddə
59. Tibb və əczaçılıq işçiləri öz peşə vəzifələrini lazımi səviyyədə yerinə yetirmədikdə, sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması hallarında qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təq dim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
52. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
53. Kassasiya şikayətində cavabdeh apellyasiya məhkəməsinin qətnaməsinin tam mübahisələndirilib. Bu baxımdan, kollegiya qətnaməni tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin şikayəti üzrə apellyasiya baxışını predmeti və apelyasiya instansiyası məhkəməsini qətnaməsi iddianın təmin edilən hissəsi olub. Bu baxımdan qətnamənin tam yoxlanılması dedikdə, apellyasiya baxışının predmeti olan hissə başa düşülür.
54. Məhkəmə ko llegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
55. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
56. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmiş, kassasiya şika yətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin bütün dəlillərinə tam qiymət vermişdir.
57. İddia tələbi delikt öhdəliyindən yaranan tələbdir. İddiaçı cavabdeh tibb müəssisəsində düzgün əməliyyat olunmaması əsası ilə ona maddi və mənəvi zərər dəyməsinə istinad etmişdir.
58. Mülki Məcəllənin 1112-ci maddəsinə görə tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir.
59. Göründüyü kimi, qanunvericilik tibb müəssisəsinin vurduğu zərərin ödənilməsi ilə bağlı iddialarda sübutetmə vəzifəsini zərərvuranın üzərinə qoyur.
60. Hazırki işdə də zərərin tibb müəssisinin təqsiri ü zündən baş verməsi (Hospitalda həkim tərəfindən əməliyyatın texniki cəhətdən düzgün icra olunmaması) iş üzrə keçirilmiş tibbi ekspertizaların rəyləri ilə təsdiq edilməsi məhkəmələr tərəfindən müəyyən edilib. Buna görə də tətbiq edilən maddi hüquq normalarına əsasən iddianın təmin edilən hissəsində gəlinən nəticə işin müəyyən edilmiş hallarına uyğun olmuşdur.
61. Apellyasiya məhkəməsi bütün sübutları, o cümlədən ekspert rəylərini Mülki Prosessual Məcəllənin 88 və 103.1-ci maddələrinə uyğun olaraq düzgün qiymətləndirmişdir.
62. Bu baxımdan, məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsini hazırki qərarın 32-48-ci bəndlərində əks edilən dəyərləndirməsi ilə razılaşır və əlavə şərhə zərurət görmür.
63. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, yuxarıda qeyd edildiyi kimi, bu dəlillər a pellyasiya şikayətinin də dəlilləri olmuş və apellyasiya instansiyası məhkəməsi həmin dəlillərə tam qiymət vermişdir.
64. Yüksək məbləğdə mənəvi zərərin tutulmasının yanlış məhkəmə təcrübəsinin yaranmasına yol aça biləcəyi barədə dəlil də əsassızdır, belə ki, mənəvi zərərin məbləği hər bir işin konkret hallarından asılı olaraq müəyyən edilir. Hazırki işdə mənəvi zərərin məbləği iddiaçının keçirdiyi sarsıntılara, məruz qaldığı əzaba və məyusluğa və onun hazırki faktiki sağlamlıq vəziyyətinə uyğun olması ilə əsaslandırılıb.
65. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
66. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər t utaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh "xxxx" MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2819/2023 nömrəli, 07 dekabr 2023-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.