Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1966/2023 17.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 Münasib qızına, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması, ipoteka predmetinin ilkin satış qiyməti, iddia müddətinin tətbiqi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və X1 ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 yanvar 2023-cü il tarixli, 2(106)71/2023 nömrəli qətnaməsindən iddiaçı və Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətlərinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. 22 aprel 2014-cü il tarixli, 274 nömrəli kredit müqaviləsi ilə İddiaçı ASC tərəfindən Cavabdeh1 illik 22% ödəməsi şərti ilə 36 ay müddətinə 18000 manat məbləğində kredit verilmişdir.
2. Kreditin təminatı olaraq 22 aprel 2014-cü il tarixli, 5676 nömrəli zaminlik müqaviləsi ilə Cavabdeh2 Münasib qızı, Cavabdeh3 və Cavabdeh4 Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərlərinə götürmüşlər.
3. Həmçinin 22 aprel 2014-cü il tarixli, 500 nömrəli Sonrakı ipotek a müqaviləsi ilə kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi Cavabdeh1 mülkiyyətində olan İmişli şəhəri, C.Cabbarlı küçəsində 0,10 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 85 kv.m yaşayış, 40 kv.m köməkçi sahədən ibarət 9 saylı fərdi yaşayış evini Bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. İpoteka predmetinin qiyməti tərəflərin qarşılıqlı razılığı ilə 25000 manat müəyyən edilmişdir. İpoteka yüklülüyü daşınmaz- əmlakın dövlət reyestrində qeydiyyatına alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vasitəsi ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2 Münasib qızına, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh lərdən 14762,83 manat əsas, 2462,05 manat faiz, 7752,84 manat cərimə və 2117,65 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 27095,37 manat kredit borcunun və mübahisənin məhkəmə vasitəsilə həll edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi, ipoteka qoyulmuş, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan, İmişli şəhəri, Cəfər Cabbarlı küçəsində yerləşən 9 nömrəli fərdi yaşayış evinin 0,10 ha torpaq sahəsi ilə birlikdə açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit bor cuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh1 borcunun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1 tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, cavabdehlər kredit müqaviləsi üzrə üzərlərinə düşən vəzifələri lazımınca yerinə yetirməmişlər. Tərəflər arasında yaranmış mübahisəni məhkəmədən kənar qaydada həll etmək mümkün olmamışdır.
6. İmişli Rayon Məhkəməsinin 10 avqust 2020-ci il tarixli, 2(036)-1933/2020 nömrəli qətnaməsi ilə (hakim Ü.O.Qənbərov) iddia tələbi qismən təmin olunmuş, Cavabdeh1 14762,83 manat əsas borcun, 2462,05 manat faiz borcunun, 100 manat cərimənin və ödənilmiş dövlət rüsumuna görə 30 manatın tutulub id diaçı Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka ilə yüklü edilmiş Cavabdeh1 mülkiyyətində olan İmişli şəhəri, C.Cabbarlı küçəsi 9-da yerləşən 0,10 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərindəki 9 nömrəli fərdi yaşayış evinin (reyestr nömrəsi: **********70-10301) açıq hərracdan satılaraq satışdan əldə olunmuş vəsaitin borcun ödənilməsinə yönəldilməsi, ipoteka predmetinin hərracdan ilkin satış qiymətinin 25000 manat məbləğində müəyyən edilməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, kreditor İddiaçı ASC borcalan Cavabdeh1 ilə bağlanmış kredit müqaviləsi üzrə əsas kredit məbləğinin və hesablanmış faizlərin cədvələ əsasən ödənilməsi üçün vaxtında ağlabatan tədbirlər görməmiş v ə müqavilədə nəzərdə tutulduğundan artıq müddətə faiz hesablayaraq, borclunun məsuliyyət ölçüsünü artırmışdır. Müqavilə üzrə öhdəliyin icra müddəti 22 aprel 2017-ci il tarixdə bitdiyindən Cavabdeh2 Münasib qızı, Cavabdeh3 və Cavabdeh4 zaminliyinə xitam verilmişdir. Ona görə də, iddia tələbi kredit müddəti bitdikdən sonra hesablanmış faizin tutulması hissəsində əsassız sayılaraq iddiaçının xeyrinə Cavabdeh1 14762,83 manat əsas borc, 2462.05 manat faiz borcu tutulmalı və cərimə məbləği əsas borcun məbləğinə mütənasib olaraq üçrəqəmli həddə endirilməlidir.
8. Məhkəmə həmçinin hesab etmişdir ki, tutma 22 aprel 2014-cü il tarixli kredit müqaviləsi üzrə ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus olan İmişli şəhəri, C.Cabbarlı küçəsi 9-da yerləşən 0.10 ha torpaq sahəsinə və fərdi yaşayış evinə yö nəldilərək ipoteka predmetinin açıq hərracdan satılmasından əldə olunan vəsait hesabına borc ödənilməlidir.
9. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1, 385.1, 442, 443.1, 449.4, 462.3, 467, 477.0.4, 739.1, 739.2-ci, “İpoteka haqqında” Qanunun 33cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
10. Cavabdeh1 apellyasiya şikayəti verərək, İmişli Rayon Məhkəməsinin 10 avqust 2020-ci il tarixli, 2(036)-1933/2020 nömrəli qətnaməsinin qismən, iddia tələbinin təmin olunmuş hissəsində ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Həmçinin Cavabdeh1 apellyasiya şikayətinə ərizə əlavə edərək, iddia müddətinin tətbiq edilməklə, iddiadan imtina edilməsini xahiş etmişdir.
12. Apellyasiya instansiyası məhkəməsinə təqdim olunmuş "xxxx" MMC-nin 08 dekabr 2022-ci il tarixli hesabatına əsasən İmişli şəhəri, C.Cabbarlı küçəsi, ev 9 ünvanında mülkiyyətdə olan 0,10 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin 08 dekabr 2022-ci il tarixinə bazar dəyəri 145000 manat, likvid dəyəri 135000 manat təşkil etmişdir.
13. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 yanvar 2023-cü il tarixli, 2(106)-71/2023 nömrəli qətnaməsi ilə (hakim S.İ.Mayılovun sədrliyi və məruzəsi ilə, hakimlər P.T.Əhmədovun və İ.Q.Əsədovun iştirakı ilə) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, İmişli Rayon Məhkəməsinin 10 avqust 2020-ci il tarixli, 2(036)-1933/2020 nömrəli qətnaməsinin ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdiril məsi, ipoteka predmetinin ilkin satış qiymətinin 135000 manat müəyyən edilməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
14. Apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verən apellyasiya məhkəməsi ilk öncə qeyd etmişdir ki, göndərilmiş 04 iyun 2020-ci il və 24 iyun 2020-ci il tarixli məhkəmə bildirişlərinin Cavabdeh4 təqdim edilməməsi hər hansı sübutla təsdiq edilməmiş, "xxxx" MMC-nin X4 Filialının 150 saylı, 25 avqust 2022-ci il tarixli; 157 və 158 saylı, 05 sentyabr 2022-ci il tarixli məktubları ilə isə İmişli Rayon Məhkəməsi tərəfindən Cavabdeh1, Cavabdeh2 Münasib qızı və Cavabdeh3 məhkəmə bildirişlərinin göndərilməsi təsdiq edilsə də, onlara təqdim edilməməsinə əsas olmuş hal göstərilməmişdir. Məhkəmə cavabdehlərin yaşadıqları, yaxu d işlədikləri yer üzrə tapılmamalarının və məhkəmə bildirişlərinin səhlənkarlıq nəticəsində onlara çatdırılmamasının təsdiq edilmədiyini, eləcə də bildirişlərin onlarla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə və ya müvafiq icra hakimiyyəti orqanına, yaşadıqları yer üzrə yerli özünüidarə orqanına, yaxud işlədikləri yer üzrə müdiriyyətə verilmədiyini, həmçinin cavabdehlərin qəbul etməkdən imtina etmələri əsası ilə müvafiq qeydlər edilməklə məhkəməyə qaytarılmadığını nəzərə alaraq, məhkəmə bildirişlərinin cavabdehlərə çatdırıldığı, onların məhkəmə iclaslarının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırıldıqları nəticəsinə gəlmişdir. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada məlumat landırılmalarına baxmayaraq, cavabdehlər məhkəmə iclaslarında iştirak etməmişlər. Buna görə də, məhkəmə tərəfindən işə onların iştirakı olmadan baxılması cavabdehlərin prosessual hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz.
15. Daha sonra apellyasiya məhkəməsi müəyyən etmişdir ki, sonuncu ödənişi 30 noyabr 2017-ci il tarixdə etmiş Cavabdeh1 kreditin qaytarılması üzrə öhdəliyini lazımınca icra etməmiş, nəticədə 14762,83 manat əsas, 2462,05 manat faiz borcu yaranmışdır. İddiaçı onun borcuna 7752,84 manat cərimə, 2117,65 manat kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddətdən sonrakı dövr üçün illik beş faiz formasında zərər hesablanmışdır. Birinci instansiya məhkəməsi isə öz qətnaməsində Cavabdeh1 14762,83 manat əsas, 2462,05 manat faiz və 100 manat cə rimə borcunun tutulub iddiaçıya ödənilməsini qət etmişdir.
16. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər ipoteka müqaviləsində ipoteka predmetinin dəyərini 25000 manat olaraq müəyyən etsələr də, ilkin satış qiymətində razılaşmadıqlarından, ilkin satış qiyməti müstəqil qiymətləndirici "xxxx" MMC-nin hesabatındakı likvid qiymətinə uyğun olaraq 135000 manat məbləğində müəyyən edilməlidir.
17. Apellyasiya məhkəməsi eyni zamanda cavabdeh tərəfin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsi üzrə qeyd etmişdir ki, cavabdeh 30 noyabr 2017-ci il tarixdə sözügedən kredit müqaviləsi üzrə son ödənişi etməklə borcu etiraf etməsini göstərən hərəkət etdiyindən, bununla da iddia müddətinin axımı kəsildiyindən iddiaçı tərəfindən iddia müddəti keçirilməmişdir və cavabdehin bu ərizəsi qətnamənin ləğv, iddianın rədd edilməsinə əsas ola bilməz.
18. Nəhayət məhkəmə göstərmişdir ki, Cavabdeh1 apellyasiya şikayətində onun kredit müqaviləsinin Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşdüyünə istinad etsə də, işdəki hesab çıxarışından göründüyü kimi, 22 aprel 2014-cü il tarixli, 274 saylı kredit müqaviləsi üzrə 468,09 manat əsas borc Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının tələblərinə uyğun olaraq 19 aprel 2019-cu il tarixdə silinmişdir və göründüyü kimi bu hal apellyasiya şikayətinin təmin edilməsi üçün əsas kimi çıxış edə bilməz.
19. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1, 380.1, 380.2, 385.1, 442, 448, 465.2, 467, 739.1-ci, “İpoteka haqqında” Qanunun 4.1, 39.3.3-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.3, 217.4, 384.0.3-cü maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının 20 iyul 2020-ci il tarixli Qərardadına, Avropa İnsan Hüquqları Məhkəməsinin presedent qərarlarına istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
20. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vasitəsi ilə kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 yanvar 2023-cü il tarixli, 2(106)-71/2023 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin tam təmin ed ilməsi və ipoteka predmetinin qiymətinin dəyişdirilməsi üçün mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən “İpoteka haqqında” Qanunun 1.0.9, 39.3.3-cü, Mülki Prosessual Məcəllənin 88, 103.1, 217, 372.6-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, ipoteka predmetinin indiki vəziyyətdə qiyməti qətnamədə göstərilən məbləğdən aşağıdır və əmlakın ilkin satış qiymətini müəyyən edən zaman əmlakın real bazar qiymətini nəzərə almamışdır. "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirmə rəyi ilə əsassız olmasına baxmayaraq, apellyasiya məhkəməsi onu sübut kimi qəbul etmiş və mülki iş üzrə tam araşdırma aparmadan qərar qəbul etmişdir. Həmçinin cavabdeh Qarayev Qaraş Əli oğlu apellyasiya şikayətində ipoteka predmeti üçün müəyyən olunmuş qiymətdən narazılığını bildirməmiş və apellyasiya şikayətində işin bu halını mübahisələndirməmişdir. Lakin apellyasiya instansiya məhkəməsi prosessual qanunvericiliyin tələblərini pozaraq işin mübahisələndirilməyən halına da hüquqi qiymət vermiş, apellyasiya baxışının hədlərindən kənara çıxmış və nəticədə iddiaçının hüquqlarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir.
22. Həmçinin Cavabdeh1 kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 yanvar 2023-cü il tarixli, 2(106)-71/2023 nömrəli qətnaməsinin qismən, apellyasiya şikayətinin təmin olunmayan hissədə ləğv edilməsi və apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş ha llar və sübutlar yeni qərar qəbul edilməsini xahiş etmişdir.
23. Həmin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən Mülki Məcəllənin 317.1, 373.3, 375.2, 385.1, 442, 449, 465.2, 467, 739-cü, “İpoteka haqqında” Qanunun 4.1, 36.3-cü, Mülki Prosessual Məcəllənin 14.2, 76.3, 88, 149.2.4-cü maddələri pozulmuş, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı tətbiq edilməmişdir. İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu borcalana kreditin restruktruzasiyasını təklif etməməklə hüquqlarını pozmuşdur. Həmçinin, hazırki mübahisə üzrə müqavilənin bağlanması və bitməsi anı göstərildiyindən və müqavilənin icrası müddəti daxilində “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı verildiyindən iddiaçı tərəf məhkəmədə iddia qaldırdığı zaman faizlər, dəbbə pulu, cərimə və s. tələb etməməli olduğu halda, məhkəmə demək olar ki, bütövlükdə iddianı təmin etməkdə haqlı olmamışdır. İddiaçının tələbi üzrə 3 illik iddia müddəti nəzərdə tutulduğundan, iddia ərizəsi iddia müddəti ötürüldükdən sonra verilmişdir. Cavabdeh məhkəmənin istinad etdiyi 30 noyabr 2017-ci il tarixli ödənişi etməmişdir. Məhkəmə verilmiş vəsatətləri təmin etməmiş, sübutları, o cümlədən "xxxx" MMC-nin X4 Filialı tərəfindən verilmiş arayışları düzgün qiymətləndirməmişdir.
24. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
25. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri:
26. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qa nunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
27. Kassasiya baxışının hədlərini müəyyən edərkən məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia qismən təmin olunsa da, həmin qətnamə iddianın təmin olunmamış hissəsində apellyasiya qaydasında mübahisələndirməmişdir.
28. Apellyasiya məhkəməsinin qətnaməsini isə iddiaçı və cavabdeh tam mübahisələndirdiklərindən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhd əliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.4-cü maddəsinə əsasən açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən (borclu ipoteka verən olmadıqda) qarşılıqlı razılıq əsasında müəyyən edirlər. Bu sahədə razılıq əldə edilmədikdə onlar qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraciət edə bilərlər. 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2-ci maddələrinə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 380.2-ci mad dəsinə əsasən fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üç ün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 30. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 36.1-ci maddəsinə əsasən ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. 36.3-1-ci maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin ipotekanın dövlət qeydiyyatı orqanında qeydə alınması barədə ipoteka saxlayanın ərizəsi elektron imza ilə təsdiqlənmiş elektron sənəd formasında təqdim edildikdə, ipotekanın dövlət qeydiyyatı orqanının səlahiyyətli şəxsi ərizəni elektron imzası ilə təsdiqləməklə elektron formada ərizəçiyə qaytarır. 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. 31. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının: 5-ci bəndinə əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilmişdir ki: 5.1. bu Fərman qüvvəyə min diyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini təmin etsin; 5.2. bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215000000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli k ağızların verilməsini təmin etsin. 6.1-ci bəndinə əsasən Banklara tövsiyə edilir bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etməli, 6.2-ci bəndinə əsasən fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görməlidirlər. 6.2-ci bəndində banklara tövsiyə edilmişdir ki, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirl ər görsünlər. 7.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verməlidir. 8.8-ci bəndinə əsasən Fərmanın məqsədləri üçün güzəştli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər nəzərdə tutulması qeyd olunmuşdur. 8.9-cu maddəsinə əsasən faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi nəzərdə tutulur.
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhk əmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyekt iv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüq uqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.4-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. 417.2-ci maddəsinə əsasən bu Məcəllənin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən prosessual hüquq normalarının pozulmasına yol verilməsə və əsas hissədə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunsa da, kredit müqaviləsi üzrə borcun məbləği müəyyən edilərkən “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının tələbləri nəzərə alınmamışdır.
34. İlk olaraq məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilməsini zəruri bilir. Həmin dəlillər ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlıdır.
35. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən apellyasiya şikayətində ipoteka predmetinin mübahisələndirilməməsi və apellyasiya məhkəməsinin apellyasiya hədlərindən kənara çıxmasından ibarət kassasiya şikayətinin dəlilləri əsassızdır.
36. Belə ki, iş materiallarında olan apellyasiya şikayətinin (i.v. 78-81) məzmunundan müəyyən olunur ki, cavabdeh ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka müqaviləsinə əsasən 25000 manat məbləğində müəyyən edilməsini mübahisələndirmiş, birinci instansiya məhkəməsinin ekspertiza təyin etməməsindən şikayət etmişdir.
37. Digər tərəfdən iş materiallarından müəyyən edilir ki, cavabdeh tərəf apellyasiya məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli iclasında vəsatət verərək, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyənləşdirilməsi üçün müstəqil qiymətləndiricinin rəyinin alınmasını xahiş etmiş, həmin iclasda iştirak etmiş iddiaçının nümayəndəsi vəsatətə etiraz etməmiş, bu m əsələnin həllini məhkəmənin mülahizəsində saxlamışdır.
38. Daha sonra məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya məhkəməsinin ipoteka predmetinin satış qiymətinin alınan mütəxəssis rəyinə əsasən müəyyən edilməsi də əsaslı olmuşdur. Belə ki, müəyyən olunan qiymət iddiaçı tərəfindən mübahisələndirilsə də, onun düzgün olmamasını təsdiq edən sübut (alternativ mütəxəssis rəyi və s.) işin faktiki hallarını araşdıran apellyasiya məhkəməsinə təqdim olunmamışdır.
39. Odur ki, apellyasiya instansiyası məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətini alınmış rəyə əsasən əmlakın likvid dəyəri ilə müəyyən etməklə, Azərbaycan Respublikası MPM-in 88 və 103-cü maddələrinin tələblərinə riayət etmişdir.
40. Cavabdehin kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası qeyd edir ki, apellyas iya məhkəməsinin kredit müqaviləsi üzrə əsas borcu təqdim olunmuş sübutlar əsasında müəyyən etmiş və bu zaman maddi və ya prosessual normalarının pozulmasına yol verilməmişdir. O cümlədən cavabdeh əsas borcun məbləğini apellyasiya qaydasında mübahisələndirməmişdir.
41. Cavabdehin tələbi iddia müddəti keçdiyi üçün iddiadan imtina olunması olmuşdur. Bu tələbə hüquqi qiymət verən apellyasiya məhkəməsi səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara (hesabdan çıxarışa) istinad etməklə müəyyən etmişdir ki, kredit müqaviləsi üzrə öhdəliklərin icrası müddəti 22 aprel 2017-ci il bitmiş, lakin həmin tarixdən sonra bir neçə dəfə, sonuncu 30 noyabr 2017-ci il tarixi olmaqla ödənişlər edilmişdir. Odur ki, Mülki Məcəllənin 380.1 və 380.2-ci maddələrinə əsasən iddia müddətinin axımı həmin tarixdən hesablanmaqla, iddia verilən 04 iyun 2020-ci il tarixədək iddia müddəti ötməmişdir.
42. Cavabdeh kassasiya şikayətində qeyd olunan ödənişlərin onun tərəfindən edilməməsi göstərsə də, bu halı apellyasiya məhkəməsində mübahisələndirməmiş və müvafiq sübutlarını təqdim etməmişdir. Halbuki, iş materiallarında olan protokola və cavabdehin kassasiya şikayətinin məzmununa əsasən bu məsələ tərəflərlə müzakirə olunmuşdur.
43. Təqdim olunmuş sübutların düzgün qiymətləndirilməməsi, o cümlədən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsinə ünvanlanmış İpoteka predmetinə tutma yönəldilməsinə dair bildirişin qeydə alınmasına dair ərizənin həmin bildirişin özündən əvvəl göndərilməsinə dair kassasiya şikayətinin dəlili həmçinin əsassız hesab olunmalıdır.
44. Belə ki, həqiqətən iş materiallarına əlavə olunan cavabdehə ünvanlanmış bildiriş 13 mart 2020-ci il, daşınmaz əmlakın dövlət qeydiyyatını həyata keçirən göndərilən ərizə 12 mart 2020-ci il tarixləri ilə imzalanmışdır. Lakin həmin sənədlərə əlavələrdən görünür ki, cavabdehə bildiriş faktiki olaraq 13 mart 2020-ci il tarixdə poçt vasitəsi ilə göndərilmiş, bildiriş isə 18 mart 2020-ci il tarixdə DƏDRX-nin elektron sisteminə daxil edilmişdir. Yəni ipoteka saxlayan tərəfindən “İpoteka haqqında” Qanunun 36.1, 36.3-1-ci maddələrinin pozulması müəyyən olunmur.
45. Birinci instansiya məhkəməsi tərəfindən göndərilən bildirişlərin cavabdehə təqdim edilməməsinə dair "xxxx" MMC-nin arayışlarının apellyasiya məhkəməsi tərəfindən düzgün qiymətləndirilməməsinə dair dəlili məhkəmə kollegiyası əhəmiyyətsiz hesab edir. Belə ki, hər bir halda cavabdeh tərəf apellyasiya məhkəməsində iştirak etmiş və prosesin çəkişmə prinsipi təmin olunmuşdur.
46. Bununla belə, məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin kredit borcuna “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının tətbiq edilməklə, borcunun bir hissəsinin (əsas borc üzrə 468,09 manatın) dövlət tərəfindən kompensasiya olunması işin mübahisəsiz halıdır.
47. Belə olduqda, Prezidentin Fərmanına uyğun olaraq həmin Fərmanı icra edən orqan tərəfindən cavabdehin borcunun bir qisminin kompensasiyası iddiaçıya köçürüldüyü üçün, Fərman tam olaraq borcluya şamil olunmalı id i.
48. Məhkəmə kollegiyası qeyd edir ki, sözügedən Fərmanın icra müddəti keçsə də, Fərman hazırkı iş üzrə borcalana münasibətdə milli valyutada olan kreditinin əsas məbləğinin güzəşt edilməsi qaydasını, habelə həmin məbləğə hesablanmış faizin və dəbbə pulunun (cərimə, penya) silinməsini nəzərdə tutmuşdur. (bax Fərmanın 6.1, 6.2, 8.9-cu bəndləri) Həmçinin nəzərə alınmalıdır ki, Fərmanda faiz və dəbbə pulunun silinməsi hər hansı şərtlə, o cümlədən restrukturizasiyaya dair müqavilə bağlanması ilə əlaqələndirilməmişdir.
49. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi iddianı 2462,05 manat faiz borcunun və 100 manat cərimənin tutulması hissəsində təmin etməklə (birinci instansiya məhkəməsinin qətnaməsini həmin hissədə dəyişdirilmədən saxlamaqla) səhv nəticəyə gəlmişdir.
50. Odur ki, qətnamə bu hissədə MPM-in 417.1.4-cü maddəsinə əsasən ləğv edilməli və apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddianın faiz və cərimənin tutması hissəsində rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir.
51. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin kassasiya şikayəti təmin edilməsin. Cavabdeh1 kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 yanvar 2023-cü il tarixli, 2(106)-71/2023 nömrəli qətnaməsi faiz və cərimə borclarının tutulması hissəsində ləğv edilsin. İş üzrə həmin hissədə yeni qərar qəbul edilsin. İddia tələbi Cavabdeh1 2462,05 manat faiz, 100 manat cərimə borcunun tutulub Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi hissəsində təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 yanvar 2023-cü il tarixli, 2(106)-71/2023 nömrəli qətnaməsi mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.