Məhkəmə qərarları › İş №2(102)-1967/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1967/2025

31.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1967/2025 31.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARI Açar sözlər: əsassız varlanma, sübutetmə. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı «əsassız varlanmaya əsasən əldə olunmuş pul məbləğinin geri qaytarılması, vurulmuş maddi ziyanın ödənilməsi» tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 4 mart 2025-ci il tarixli, 2(107)-214/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Re spublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi İşin halları

1. İddiaçı və Cavabdeh tanışdırlar və aralarında borc münasibətləri olmuş, həmin borcun qaytarılması ilə bağlı aralarında mübahisə yaranmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə arasında olan şifahi razılaşmaya əsasən ondan aldığı 45000 manat əvəzinə ödədiyi 122000 manat puldan əsassız varlanma nəticəsində əldə etdiyi 77000 manat pulun, ona vurduğu 25000 manat mənəvi zərərin, tərəfindən ödənilmiş 392 manat dövlət rüsumu olmaqla, ümumilikdə 102392 manat pulun cavabdehdən onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını, cavabdehin əməlində Az ərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin dispozisiyasında göstərilən cinayət tərkibinin əlamətləri mövcud olduğundan barəsində xüsusi qərardad çıxararaq müvafiq prokurora məlumat verilməsini xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh onun həyat yoldaşı tərəfindən uzaq qohumudur. Uzun müddət onunla münasibətləri normal olmuşdur. Cavabdeh ayrı-ayrı şəxslərə sələmə pul verir. Onun özünə də lazım olduğundan ayrı-ayrı vaxtlarda cavabdehdən ümumi olaraq 45000 manat pul almışdır. O, həmin pulu alarkən maddi vəziyyəti çox ağır idi və cavabdeh də bu vəziyyətdən sui-istifadə edərək qohumlarının yanında onu biabır edəcəyi ilə hədə-qorxu gələrək aryı-ayrı vaxtlarda ondan ümumilikdə 122000 manat pul almışdır. Sonradan aralarında olan haqq-hesab zamanı a ydın olmuşdur ki, cavabdehin ona verdiyi pulun təxminən üç qat artıq qaytarmış və ondan artıq ödədiyi pulları geri istəmişdir. Cavabdeh ona bildimişdir ki, onu və ailə üzvlərini biabır etmək hədəsi ilə hüquq mühafizə orqanlarına guya ona qarşı dələduzluq etməkləri ilə bağlı şikayət edəcək. Hətta sosial şəbəkələrdə onun və ailə üzvlərinin şəkillərindən videoçarxlar hazırlayaraq yaymışdır. Cavabdeh ona verdiyi borc puldan daha artıq məbləğdə ondan geri almaqla heç bir bank fəaliyyəti ilə məşğul olmadan və vergi ödəmədən əsassız varlanmışdır. Ona görə də tərəfindən Cavabdeh artıq ödənilmiş 77000 manat pulun geri qaytarılması ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmşdır. Bundan başqa, cavabdeh onu maddi vəziyyətdə özündən asılı vəziyyətə salmaqla həm də mənəvi iztirab yaşatmışdı r ki, cavabdehin qanunsuz əməlləri ilə bağlı ona mənəvi zərər də vurulmuşdur. Bununla bağlı o həm psixoloji, həm də fizioloji xəstəliklərə durçar olaraq müalicə almışdır.

4. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı onun uzaq qohumudur. İddiaçı ilə lotereya oynamış, həmçinin maşın və qızıl alışverişi etmişlər. Belə ki, iddiaçının qohumu vuruq maşınları gətirib təmir etdirib satır və ondan gəlir əldə edirdilər. Yəni pullar lotereya, maşın və qızıl alveri məqsədi ilə verilmişdir. Müxtəlif vaxtlarda onun iş yoldaşlarından və qohumlarından da pul alıb qaytarmışdır. Həmin 122000 manatı ondan nəğd şəkildə hissə-hissə alıb və hissə-hissə bank kartına göndərmişdir. İddiaçıya məsələn 13000 manat pul vermiş, o da alver edib ona 5000 manat qazanc olduğunda n ona 1000 manat qazancdan pul vermişdir. Həmin pullar ona alverdən qazanc kimi verilmişdir.

5. Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(039)-1206/2024 nömrəli qətnaməsi ilə (hakim Ruslan Əlizadə) iddia tələbi rədd edilmişdir.

6. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında olan razılaşmaya əsasən aralarında müxtəlif vaxtlarda və məbləğlərdə pul dövriyyəsi olmuşdur. 77000 manat pulu iddiaçı öz iradəsi və aralarında olan razılığa əsasən cavabdehə vermişdir. İddiaçı cavabdehə həmin pulun verildiyini bildirsə də, pulun hansı məqsədlə və cavabdehin əsassız varlanmasına dair məhkəməyə sübut təqdim etməmişdir. Bundan başqa təqdim edilmiş qəbzlərin şəkillərindən pulların kim tərəfindən və kimə göndərilməsi məlum deyildir.

7. Məhkəmə iddianın mənəvi ziyan tələbi ilə bağlı qeyd etmiş dir ki, iddiaçıya cavabdehin hər hansı hərəkətin nəticəsində mənəvi ziyanın dəyməsinə dair məhkəməyə sübut təqdim edilməmişdir.

8. Məhkəmə həmçinin Cavabdeh əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin dispozisiyasında göstərilən cinayət tərkibinin əlamətləri mövcud olduğundan barəsində xüsusi qərardad çıxararaq müvafiq prokurora məlumat verilməsi ilə bağlı tələbinə münasibətdə qeyd etmişdir ki, məhkəmənin xx.xx.2024-cü il tarixli xüsusi qərardadı ilə iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş telefon yazışmalarında pulun üstünün verilməsi sözləri əks olunduğundan cinayət əlamətlərinin (qanunsuz sahibkarlıq ilə bağlı) olub-olmaması araşdırılması və müvafiq tədbirlər görülməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna xəbər verilməsi qərara alınmışdır.

9. M əhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddənin İİ hissəsi, 127-ci maddənin Vİİ hissəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21, 1091.1, 1092.1, 1093.1, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 77.1, 81, 88, 217.4-cü maddələrinə, «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli Qərarına istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. İddiaçı apellyasiya şikayəti verərək, Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmi olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Apellyasiya şikayətinin dəlilləri iddianın dəlilləri ilə eynilik təşkil etmiş, əlavə olaraq göstərilmişdir ki, hazırkı halda tərəflər arasında məbləği 3.000 manatdan çox olan borc müqaviləsi bağlansa da, həmin müqavilə qanunla müəyyən olunmuş qaydada yazılı formada bağlanmamışdır. Belə olduğu təqdirdə hər bir tərəf aldıqlarını geri qaytarmalı və ilkin vəziyyət bərpa olunmalı idi. Odur ki, qeyd olunan hüquq normalarının təhlilindən sonra iddiaçının cavabdehdən almış olduğu 45000 manatın qarşılığında artıq olaraq ödəmiş olduğu 77000 manat pul cavabdehdən alınıb ona verilməli idi. Lakin məhkəmə qeyd olunan hüquq normalarına ümumiyyətlə istinad etməmişdir. Cavabdeh iddiaçıdan vermiş olduğu borc məbləğindən dəfələrlə artıq pul tələb etməklə, onu maddi vəziyyətdə özündən asılı vəziyyətə salmaqla həm də mənəvi iztirab yaşatmışdır ki, cavabdehin qanunsuz əməlləri ilə bağlı ona mənəvi zərər də vurulmuşdur. Bununla bağlı o həm psixoloji, həm də fizioloji xəstəliklərə durçar olaraq müalicə almışdır. Belə olduğu təqdirdə iddiaçının mənəvi zərər uğramasını əlavə olaraq tədiqləyəcək xəstəxana sənədlərinə ehtiyac yoxdur. Hazırkı mülki işdə də əsassız varlanma faktı açıq-aşkar görünməkdədir. Məhkəmə iddiaçının təqdim etmiş olduğu qəbzlərə tənqidi yanaşaraq oradakı məbləğin kim tərəfindən kimə göndərilməsinin məlum olmadığını qeyd etmişdir. Lakin cavabdeh məhkəmədəki izahatında 122000 manatın ona verilməsini etiraf etmişdir. Belə olduğu təqdirdə iddiaçının təqdim etmiş oldu ğu qəbzə tənqidi yanaşan məhkəmə, cavabdehin irəli sürmüş olduğu arqumentlərə hansı sübuta əsaslanaraq inandığını qeyd etməmişdir. Çünki 122000 manatı aldığını etiraf etdiyi andan iddiaçı həmin məbləği sübutetmə yükündən azad olmuş, həmin məbləğin aqibətinin necə olmasını iddia edən cavabdeh bunu sübut etməli idi. Cavabdehin pulu almasını etiraf etməsinə baxmayaraq məhkəmə qəbzlərin mötəbərliyini şübhə altına almışdır. Əgər məhkəmə həmin qəbzlərin iddiaçının cavabdehə göndərmiş olduğu pul olmasına inanmırdısa, ən azından banka sorğu verərək pul çıxan və pul daxil olan kart hesablarının kimə məxsus olmasını araşdırmalı idi. İddiaçı tərəfindən köçürmələr də əlavə edilmiş, ən əsası isə cavabdeh bunu qəbul etmişdir. Belə olduğu təqdirdə sübut edilməli məqam cavabdehin bildirdikləri olmalı id i ki, məhkəmə nədənsə bu hissədə araşdırma aparmamışdır.

12. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 4 mart 2025-ci il tarixli, 2(107)-304/2025 nömrəli qətnaməsi ilə (hakimlər Elçin Mehdiyev (sədrlik edən və məruzəçi), Ələddin Məcidov və Elman İsayev) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(039)1206/2024 nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

13. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh 122000 manatın ona verilməsini etiraf etməklə yanaşı, həmin məbləğdən 45000 manatının onun tərəfindən əvvəlcədən iddiaçıya verilən məbləğ olması, 77000 manatın isə 45000 manata əlavə şəklində iddiaçı tərəfindən ona qaytarılması kimi bir halı etiraf etməmiş, onun tərəfindən iddiaçıya elə əvvəlcədən 122000 manat pul vəsaitinin verildiyini göstərmişdir. Beləliklə cavabdeh tərəfindən iddiaçının hesabına əsassız varlanması halı etiraf edilməmiş, iddiaçı tərəfindən isə cavabdehin onun hesabına 77000 manat məbləğində əsassız varlanması sübuta yetirilməmişdir.

14. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, cavabdehin iddiaçının hesabına əsassız olaraq varlanması halı müəyyən edilmədiyindən apellyasiya şikayətinin cavabdehin iddiaçıdan vermiş olduğu borc məbləğindən dəfələrlə artıq pul tələb etməklə, onu maddi vəziyyətdə özündən asılı vəziyyətə salmaqla həm də mənəvi iztirab yaşatması, cavabdehin qanunsuz əməlləri ilə bağlı ona mənəvi zərər də vurulması, bununla bağlı onun həm psixoloji, həm də fizioloji xəstəliklərə duçar olaraq müalicə almasına dair dəlilləri özü-özlüyündə əsassızdır.

15. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdeh tərəfindən iddiaçıya qarşı qanunsuz hərəkətlərin törədilməsi öz təsdiqini tapmamışdır. Bu baxımdan birinci instansiya məhkəməsi iddia tələbini 25000 manat mənəvi zərərin tutularaq iddiaçıya ödənilməsi hissəsində də də təmin etməməklə düzgün nəticəyə gəlmişdir.

16. Məhkəmə kollegiyası apelyasiya şikayətinin cavabdehin pulu almasını etiraf etməsinə baxmayaraq məhkəmənin qəbzlərin mötəbərliyini şübhə altına alması, məhkəmənin qəbzlərin iddiaçının cavabdehə göndərmiş olduğu pul olmasına inanmadığı təqdirdə, banka sorğu verərək pul çıxan və pul daxil olan kart hesablarının kimə məxsus olmasını araşdırmalı olmasına dair dəlilinə münasibətdə qeyd edib ki, cavabdeh tərəfindən iddiaçıya 122000 manat pul vəs aitinin verilməsi, iddiaçı tərəfindən isə cavabdehə həmin məbləğdə pul vəsaitinin qaytarılması onların tələb və etirazları ilə təsdiq edildiyi, tərəflər arasında qanunvericiliyin tələblərinə uyğun müqavilə münasibətinin mövcudluğu müəyyən edilmədiyi halda, bununla bağlı banka əlavə olaraq hər hansı bir sorğunun verilməsi zərurəti müəyyən edilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

17. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

18. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi cavab dehin dediklərini təhrif etməkdən çəkinməmişdir. Öz qətnaməsində cavabdehin 122.000 manatı hissə-hissə almasına istinad edən məhkəmə, cavabdeh tərəfindən 122.000 manatın bir dəfəlik ona ödənildiyini qeyd etmişdir. Məhkəmə qətnaməsində bu cür qeyd etməklə iddianın əsas dəlilini təkzib edəcək əsaslandırma gətirməyə çalışmışdır. Halbuki, cavabdeh hissə-hissə pul aldığını etiraf etməklə həmin pulları qeyd etdiyi məqsədlər üçün alması halını sübutetməyə borclu idi.

19. Apellyasiya instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan bütün halları düzgün müəyyən etmədən qərar qəbul etmiş, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış, həmin sübutlaratətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə q arşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

21. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

22. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

23. Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır:... 14.2.7. Əsassız varlanma....

24. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçü n onun iştirakçıları arasında müqavilə olmalıdır.

25. Maddə 439.4. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər.

26. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

27. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

28. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

29. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilik normalarını pozan)əməldir (hərəkət və ya hərəkətsizlikdir).

30. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq pozuntusuna görə məsuliyyət daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələ blərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prose ssual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

36. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

37. Kassasiya şikayətində qətnamənin ləğvi xahiş edildiyi üçün, apellyasiya instansiyasının yekun məhkəmə aktı kassasiya şikayətində irəli sürülən dəlillər üzrə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

39. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd e tmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

40. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, apelyasiya şikayətinin dəlillərini təşkil edirdi və apellyasiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

41. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

42. Qeyd olunmalıdır ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutul an hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

44. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 4 mart 2025-ci il tarixli, 2(107)214/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edil

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar