Məhkəmə qərarları › İş №2(102)-1969/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1969/2020

17.06.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1969/2020 17.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X4 və X5 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassatorun nümayəndəsi və vəkili X2 və iddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(011)-5162/2019, hakim F.M.Yaqubov) İddiaçı Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin edilmiş, vurulmuş zərərin əvəzi olaraq cavabdehdən 33.380 manat məbləğində pulun tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-12252/2019, hakimlər E.M.Həsənov, X.A.Mərdanova və F.F.Babayev) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdeh verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: XXXİddiaçı mülkiyyətində olmaqla, həmin ev xx xxxx 2018-ci il tarixli kirayə müqaviləsi əsasında Koreya Respublikasının vətəndaşı Cavabdeh 12 ay müddətinə kirayəyə verilmi şdir. xx xxxx 2018-ci il tarixdə saat 15:00 radələrində qeyd edilən evdə yanğın hadisəsi baş vermişdir. xx xxxxxxx 2018-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarla yanğın hadisəsinin evin Cavabdeh istifadəsində olduğu zaman baş verdiyi, yanğının onun istifadə etdiyi soyuducunun elektrik keçirici hissələrində yaranmış elektrik təbiətli qəza halından törəndiyi, adı çəkilən şəxsin “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın 1.10.2, 6.1, 6.5-cibəndlərinin və “Fərdi qarajlar, mehmanxana və yaşayış evləri və inzibati binalar üçün yanğın təhlükəsizliyi qaydaları”nın 2.3.3, 2.3.3.1ci bəndlərinin tələblərini pozduğu müəyyən edilmişdir. xx xxxxx 2019-cu il tarixdə İddiaçı Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia əri zəsi ilə məhkəməyə müraciət edərək yanğın nəticəsində tikinti və əmtəə üzrə ona dəymiş zərərin dəyəri olan cəmi 33.380 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxşlərin izahatları: Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, dəymiş zərərin məbləğinin müəyyən edilməsi üçün ekspertiza təyin edilməsi barədə vəsatəti əsassız olaraq təmin edilməmişdir. Məhkəmə kollegiyasının iclasında kassatorun nümayəndəsi və vəkili kassasiya şikayətini müdafiə edərək təmin ed ilməsini, iddiaçının nümayəndəsi və vəkili kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər: Aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsiləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İşin mübahisələndirilməyən hallarından göründüyü kimi, tərəflə r arasında olan xx xxxx 2018-ci il tarixli kirayə müqaviləsinə əsasən iddiaçı mülkiyyətində olan fərdi yaşayış evini 12 ay müddətinə cavabdehə kirayəyə vermişdir. Həmin müddətdə göstərilən evdə yanğın hadisəsi baş vermiş və evə zərər dəymişdir. Həmin hadisə ilə bağlı ibtidai istintaq aparılarkən alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2018-ci il və xx xxxxxxx 2018-ci il tarixli rəylərdə yanğın nəticəsində İddiaçı əmtəə üzrə təxminən 2800 manat, evdə yaranmış qüsurların aradan qaldırılması üçün aparılmalı təmir-bərpa işlərinin ümumi dəyəri qismində təxminən 30.580 manat ziyan dəydiyi müəyyən edilmişdir. İddiaçı hazırda texniki təhlükəsizlik qaydalarına əməl olunmasının kirayəçinin vəzifəsi olduğuna və kirayəşinin həmin vəzifəsini icra etməməklə baş vermiş yanğında təqsirli olmasına istinad edərək əmlakına dəymiş zərərin əvəzi kimi 33.380 manat pulun ödənilməsini tələb edir. Cavabdeh iddiaya etiraz edərək, iddiaçıya məxsus evdə baş vermiş yanğında təqsirinin olmadığını, həmçinin ziyanın məbləğinin düzgün hesablanmadığını göstərir. Birinci intansiya məhkəməsi qətnaməsini onunla əsaslandırılmışdır ki, cavabdehin hüquqa zidd əməli nəticəsində iddiaçının əmlakına zərər vurulması sübuta yetirildiyindən və bununla da iddiaçının tələbi əsaslı olduğundan, iddia təmin edilməli, vurulmuş zərərin əvəzi olaraq Cavabdeh 33.380 manat məbləğində pul tutularaq, İddiaçı xeyrinə ödənilməlidir. Cavabdeh həmin qətnəmədən verdiyi apellyasiya şikayətində yanğının baş verməsində onun təqsiri olmadığını bildirmiş və dəymiş zərərin məbləğinin d üzgün hesablanmadığını göstərərək ekspertiza keçirilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsi cavabdehin apellyasiya şikayətinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi yanğın nəticəsində iddiaçıya dəydiyi ekspert rəyi ilə müəyyənləşdirilmiş ziyan məbləğini cavabdehdən tutmaqda haqlı olmuşdur. Cavabdehin, iddiaçıya vurduğu ziyanın daha az olması, cinayət təqibi orqanı tərəfindən təyin olunmuş ekspertizanın rəyi ilə müəyyən edilən məbləğin düzgün hesablanmadığı barədə arqumentlərinə münasibətdə apellyasiya məhkəməsi hesab etmişdir ki, birincisi o, həmin arqumentlərini əsaslı göstərəcək heç bir sübut təqdim etməmişdir; hansı ki, Mülki Prosessual Məcəllən in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdimetdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Digər tərəfdən isə, müvafiq ziyan məbləği cinayət təqibi orqanının təyin etdiyi ekspert rəyi ilə müəyyən olunmaqla həmin orqanın “cinayət işinin başlanmasının rədd olunması” qərarının əsasını təşkil etmiş, cavabdeh isə bu qərarla razılaşaraq ondan şikayət verməmişdir. Aşağıdakılara əsasən, apellyasiya məhkəməsiin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz. Yuxarıda qeyd edildiyi kimi, iddiaçının tələbinin əsasını cavabdehin təqsirli hərəkəti nəticəsində ona məxsus fərdi yaşayış evinə 33.380 manat məbləğində vurulmuş zərərin əv əzinin cavabdehdən tutulması təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulsun. Cavabdeh iddiaçı tərəfindən tələb edilən və birinci instansiya məhkəməsi tərəfindən ödənilməsi qət edilən həmin məbləğlə razılaşmayaraq apellyasiya instansiya məhkəməsinə ekspertiza təyin edilməsi barədə vəsatət verərək, ekspert qarşısında yanğın nəticəsində evin yanmış sahəsinin təmiri və bərpasına sərf edilməli olan vəsaitin müəyyən edilməsi barədə suallar qoyulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələ b olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Həmin Məcəllənin 97.3-cü maddəsinə əsasən, işdə iştirak edən şəxslər ekspertiza keçirilən zaman baxılmalı olan sualları məhkəməyə təqdim etməyə haqlıdırlar. Həmin Məcəllənin 184-cü maddəsi ilə işin və mübahisənin vəziyyətinin müzakirə edilməsi, işdə iştirak edən şəxslərin vəsatətlərinin həlli əsasları müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə işə baxılması ilə əlaqədar olan məsələlərə dair işdə iştirak edən şəxslərin vəsatətləri işdə iştirak edən digər şəxslərin fikirləri dinlənildikdən sonra məhkəmə qərardadları ilə həll olunur. Apellyasiya məhkəməsi hesab etmişdir ki, cavabdeh müəyyən edilən məbləğin düzgün hesablanmadığı barədə dəlilləri əsaslı deyildi r, çünki bunu təsdiq edən heç bir sübut təqdim etməmişdir. Halbuki, apellyasiya şikayəti və vəsatət əsaslandırılmaqla, cavabdehin həmin məbləğin həqiqəti əks etdirmədiyi barədə dəlilləri yalnız ekspert rəyi alınmaqla təsdiq və ya təkzib edilə bilərdi. Digər tərəfdən, apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticənin əsası kimi istinad etdiyi ekspert rəyləri baş vemiş hadisədə cinayət tərkibinin olub-olmaması araşdırılarkən cinayət təqibini həyata keçirən orqan tərəfindən alınmış və xx xxxxxxx 2018-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Bu halda, həmin ekspert rəyləri ilə müəyyən edilmiş məbləğlər cinayət təqibi qaydasında cavabdeh üçün sanskiya xarakterli hüquqi nəticə yaratmadığı üçün cavabdehin onun barəsində açılmış cinayət işinin rədd edilməsi barədə qərarı mübahisələndirməməsi, həmin iş üzrə alınmış ekspert rəyində ifadə edilmiş zərərin məbləği ilə razılaşması kimi qiymətləndirilməməklə, həmin hal hazırki işdə zərərin məbləğinin mübahisələndirməsini özüözlüyündə istisna etmir. Beləliklə, apellyasiya məhkəməsi cavabdehin irəli sürdüyü dəlillərə və təqdim etdiyi vəsatətə mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verməməklə, iş üzrə səhv nəticəyə gəldiyindən, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, qətnamələğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasi ya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar