Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-197/2022 17.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “pul" tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: nisyə alqı-satqı müqaviləsi üzrə borc tələbi, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Rizvanov Vahid Süleyman oğlunun katibliyi, İddiaçı, Cavabdeh və vəkili Vəkil1 iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 iyun 2021-ci il tarixli, 2(105)1635/2021 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayət i üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: Notarial qaydada təsdiq edilmiş ərizələrə əsasən 09 dekabr 2019-cu il tarixdə Cavabdeh İddiaçı zaminliyi əsasında X6 726 manat, X11 225 manat, X2 1094 manat, X7 2736 manat, X3 220 manat, X5 276 manat, X8 756 manat, X10 274 manat, X4 540 manat, X1 456 manat, X9 470 manat və İddiaçı 2636 manat dəyərində, ümumilikdə 10409 manat dəyərində nisyə meyvə almışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onu zamin qoyaraq kənd camaatından aldığı meyvələrə görə ödədiyi 7773 manat və iddiaçıdan nisyə aldığı nar məhsullarının 2636 man at dəyərində pulun və ödədiyi 30 manat dövlət rüsumunun, ümumilikdə 10439 manat pulun alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı və Cavabdeh xxx aralarında nar meyvəsi alqı-satqısı olmuşdur. Belə ki, 2019-cu ildə Cavabdeh, xxxadlı şəxs (sürücü) vasitəsilə bir neçə dəfə iddiaçıdan nisyə nar meyvəsi almışdır. Sonuncu dəfə cavabdeh iddiaçının vasitəsilə kənd sakinləri X6 726 manat, X11 225 manat, X2 1094 manat, X7 2736 manat, X3 220 manat, X5 276 manat, X8 756 manat, X10 274 manat, X4 540 manat, X1 456 manat, X9 470 manat və İddiaçı 2636 manat dəyərində, ümumilikdə 10409 manat dəyərində nisyə nar meyvəsi götürərək 10 günə kimi pullarını verəcəyini bildirsə də, hər dəfə müxtəlif bəhanələr edərək onları aldatmışdır. Kənd sakinləri cavabdehə iddiaçıya görə verdikləri məhsulun pulunu 7773 manatı iddiaçıdan almış, cavabdeh iddiaçıya ümumilikdə 10409 manat ziyan vurmuşdur. Birinci instansiya məhkəməsində cavabdeh 13 noyabr 2020-ci il tarixli ərizə ilə müraciət edərək, İddiaçı iddiasını qismən qəbul etdiyini, iddiaçıdan 980 lotok xurmanı, lotoku 2 manatdan hesablanmaqla 1960 manat və 5600 kq., 1 kq. 0,55 manat olmaqla, cəmi 3080 manat dəyərində nar aldığını və ona başqa borcunun olmamasını göstərmişdir. Quba Rayon Məhkəməsinin 03 fevral 2021-ci il tarixli, 2(027)-265/2021 nömrəli qətnaməsi ilə (hakim R.T.Həsənov) iddia təmin edilmiş, Cavabdeh 10409 manat məbləğində pulun və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Birinci ins tansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 600.1, 600.2-ci maddələrinə istinad edərək göstərmişdir ki, cavabdeh iddia tələbinin 3080 manat məbləğini qəbul etsə də, 7329 manat məbləğində pulun cavabdehə qaytarılmasını sübut edəcək heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Sübutetmə yükü baxımından ümumilikdə 10409 manat məbləğində meyvənin iddiaçı tərəfindən cavabdehə verilməsini iddiaçı sübut etməlidir. Məhkəmə araşdırması zamanı cavabdeh qeyd edilən məbləğdə meyvənin iddiaçıdan nisyə almasını etiraf etmişdir. Lakin borcu olduğu pulun qaytarılmasını bildirsə də, bununla bağlı məhkəməyə sübut təqdim etməmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh apellyasiya şikayəti verərək, Quba Rayon Məhkəməsinin 03 fevral 2021ci il tarixli, 2(027)-265/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın qismən, 5040 manat məbləğində təmin edilməsi barədə yeni qətnamə çıxarılması xahiş edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 iyun 2021-ci il tarixli, 2(105)-1635/2021 nömrəli qətnaməsi ilə (hakim T.Q.Məmmədovun sədrliyi və məruzəsi ilə, hakimlər Ş.R.Abasovdan və S.A.Qafaridən ibarət tərkibdə) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Quba Rayon Məhkəməsinin 03 fevral 2021-ci il tarixli, 2(027)-265/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh İddiaçı nisyə aldığı nar və xurmanın dəyərini və nağd pulu, cəmi 10409 manat məbləğində pulunu qaytarmamışdır. Birinci instansiya məhkəməsində Cavabdeh izahatında həqiqətən İddiaçı 10409 manat məblə ğində meyvə aldığını, lakin həmin meyvənin pulunu ödədiyini, cəmi 3080 manat məbləğində borcu qaldığını göstərmişdir. Göründüyü kimi, Cavabdeh İddiaçı 10409 manat məbləğində meyvə aldığını etiraf etmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Cavabdeh nisyə aldığı malların pulunu qismən ödəməsini birinci instansiya məhkəməsi zamanı sübut yetirə bilməmişdir. Cavabdeh apellyasiya şikayətində və məhkəmə kollegiyasının iclasında birinci instansiya məhkəməsində iddianı qismən etiraf etmədiyini, İddiaçı 10409 manat məbləğində meyvə almadığını göstərmişdir. Bununla bağlı ap ellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Cavabdeh məhkəmə iclas protokoluna qeydlər verməmişdir. Cavabdeh apellyasiya şikayətində və məhkəmə kollegiyasının iclasında iddiaçıdan 5040 manat məbləğində nisyə meyvə aldığını, həmin məbləği də qaytarmağa razı olduğunu bildirsə də, bu halı da sübut edə bilməmişdir. Cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər iş üzrə araşdırılmış sübutlarla tam təkzib edilir. Buna görə də apellyasiya məhkəməsi cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 iyun 2021-ci il tarixli, 2(105)-163 5/2021 nömrəli qətnaməsini ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsi qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə tam hüquqi qiymət verməmiş, iddiaçının ona qarşı iddia verməyə hüququnun olmaması, aralarında yazılı borc müqaviləsinin olmaması nəzərə alınmamışdır. Həmçinin hüquqşünas olmadığı üçün onun birinci instansiya məhkəməsinin protokoluna qeyd verməməsi, iddianın tam təmin edilməsi üçün əsas ola bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında Cavabdeh və vəkili Vəkil1 kassasiya şika yətinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinə əsasən işə onun izahatı alınmadan baxılmışdır. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin fak tiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən kassasiya baxışının predmetini həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzi fəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil al mazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keç irilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və vide o yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadın ı dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, tərəflər arasında şifahi nisyə alqı-satqı müqaviləsindən irəli gələn münasibətlərin mövcud olması işin mübahisəsiz halıdır (cavabdeh də həmin halı etiraf etmişdir). Mübahisəli məsələ cavabdehin iddiaçıya olan borcun məbləğidir. Cavabd eh birinci instansiya məhkəməsində verdiyi izahatında iddiaçıdan həqiqətən 10409 manat dəyərində meyvə almasını, lakin qalıq borcunun 3080 manat olmasını göstərmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, işin faktiki hallarını araşdıran məhkəmələr əsaslı olaraq həmin halın borcun bir hissəsinin qaytarılmasının sübut edilməsi vəzifəsini cavabdehin üzərinə qoymuşdur. Cavabdeh isə bu hallarla bağlı hər hansı sübutu işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim etməmişdir. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki ha llarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Kassasiya şikayətinin digər dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh nə birinci, nə də ki, apellyasiya məhkəməsində iddiaçının borcu tam olaraq ondan tələb etmək hüququna malik olmasını mübahisələndirməmişdir. Qeyd olunduğu kimi, o, birinci instansiya məhkəməsində iddiaçıdan nisyə mal almasını etiraf etmişdir. Apellyasiya baxışının predmeti olmayan məsələ isə kassasiya qaydasında mübahisələndirilə bilməz. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hə rtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri sübutların qiymətləndirilməsi ilə bağlı olduğundan məhkəmə kollegiyası həmin dəlillər üzrə əlavə araşdırmaya lüzum görmür. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 iyun 2021-ci il tarixli, 2(105)-1635/2 021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-197/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-197/2022
17.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver