Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1972/2020 16.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, ilkin iddia üzrə iddiaçı “X12 Azərbaycan” QSC-nin vəkili X5, nümayəndəsi Bayramov Pərviz Mövlud oğlunun, ilkin iddia üzrə Cavabdeh vəkili Məmmədov Emin Məmməd oğlunun iştirakları ilə, ilkin iddia üzrə iddiaçı “X12 Azərbaycan” QSC-nin və vəkili Mirzəliyev Rüfət Əsəd oğlunun Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(103)-1490/2019 saylı qətnaməsindən verdikləri kasasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(011)-31/2018 saylı qətnaməsi ilə (sədrlik edən hakim F.Ə.Məmmədov) ilkin iddia tələblərinin təmin edilməməsi, qarşılıqlı iddianın isə təmin olunması, “X12 Azərbaycan” QSC-dən 17784 (on yeddi min yeddi yüz səksən dörd) manatın alınaraq Cavabdeh ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 (bir yüz qırx beş) manatın “X12 Azərbaycan” QSC-dən alınaraq Dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(103)-1490/2019 saylı qətnaməsi ilə (hakimlər: sədrlik edən və məruzəçi E.M.Həsənov, X.A.Mərdanova və F.F.Babayev) ilkin iddia üzrə idd iaçı “X12 Azərbaycan” QSC-nin nümayəndəsi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-31/2018 saylı iş üzrə xx xxxx 2018-ci tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması və apelyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 (yüz qırx beş) manat məbləğində pulun “X12 Azərbaycan” QSC-dən alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM VÖEN **********, X4, Kod 210005, VÖEN **********, M/h-AZ85NABZ********************, SWİFT-BİK CTREAZ22) köçürülməsi qət edilmişdir. İşin halları: “X12 Azərbaycan” QSC Cavabdeh və X3 qarşı iddia ərizəsi, sonradan isə iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizələrlə məhkəməyə müraciət edərək, Cavabdeh və Zəminə Ələkbərovadan müştərək qaydada (birgə) 35.245,5 1 (otuz beş min iki yüz qırx beş manat 51 qəpik) manat əsas kredit borcunun, 8462,29 (səkkiz min dörd yüz altmış iki manat 29 qəpik) manat əsas məbləğə hesablanmış faiz borcunun, 9945,91 (doqquz min doqquz yüz qırx beş manat 91 qəpik) manat hər gecikdirilmiş günə görə cərimə borcunun, 10,50 (on manat 50 qəpik) manat müqavilə üzrə öhdəliklərin pozulmasına dair borcluya bildirişin (pretenziyanın) və ipoteka qoyana bildirişin göndərilməsi üçün çəkilmiş poçt xərclərinin, dövlət büdcəsinə ödənilmiş 30 (otuz manat) manat dövlət rüsumunun, ümumilikdə 53.694,21 (əlli üç min altı yüz doxsan dörd manat 21 qəpik) manat pulun xeyrinə tutulması (ödənilməsi), ipoteka (girov) qoyulmuş X1 mülkiyyətindəki ünvan 1 ünvanında 4-cü mərtəbədə yerləşən, ümumi sahəsi 48,61 kv.m., yaşayış sahəsi 29,01 kv.m., 19,6 kv.m. yardımçı sahədən ibarət 2 otaqlı mənzilə tutmanın yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 75.000 (yetmiş beş min manat) manat olmaqla açıq hərracdan satılması, ipoteka ilə yüklü edilmiş əmlakların satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədikdə məbləğin qalan hissəsinin cavabdehlərdən tutulmasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. “X12 Azərbaycan” QSC iddia tələbini onunla əsaslandırmışdır ki, xx xxxxx 2014-ci il tarixdə bankla Cavabdeh arasında 555 nömrəli kredit müqaviləsi bağlanmış, müqavilənin şərtlərinə görə ona istehlak yönümlü 50.000 manat məbləğində pul ayrılmiş, o, 60 (altmış) ay müddətində kreditin əsas məbləği və illik 16 % faiz (on altı faiz) dərəcəsi olmaqla hesablanmış faizləri razılaşdırılmış qaydada ödəniş cədvəlinə əsasən geri ödəməyi öhdəsinə götürmüş, kredit müqaviləsi üzrə yaranmış öhdəliyin təmin edilməsi məqsədilə X6 zamin durmuş, həmçinin X1 mülkiyyətində olan ünvan 1 ünvanında 4-cü mərtəbədə yerləşən, ümumi sahəsi 48,61 kv.m., yaşayış sahəsi 29,01 kv.m., 19,6 kv.m. yardımçı sahədən ibarət 2 otaqlı mənzil bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bank müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq kredit müqaviləsi üzrə ödənişləri mütəmadi olaraq gecikdirmiş, dəfələrlə şifahi və yazılı qaydada xəbərdarlıq edilməsinə və həmçinin məhkəmədən kənar qaydada kreditin ödənilməsinə dair bildirişlərin verilməsinə baxmayaraq, kredit müqaviləsi üzrə öhdəliklərini icra etməmişdir. Cavabdeh isə “X12 Azərbaycan” QSC-y ə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bankdan 17 784 manat pulun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, keçirilmiş ekspertizanın nəticələrindən onun banka deyil, bankın ona borcunun olduğu aydın olmuşdur və artıq ödədiyi pul vəsaiti geri qaytarılmalıdır. Belə ki, əslində krediti götürərək pulu başqasına vermiş, sonradan həmin şəxslə tam əlaqə itirilmiş, gecikmələr yaranmasın deyə özü ödənişlər etmiş və işdən məlumatsız olduğuna görə belə artıq ödənişlər yaranmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq ilkin iddia üzrə iddiaçı “X12 Azərbaycan” QSC həmin qətnamədən Ali Məh kəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları İlkin iddia üzrə iddiaçı “X12 Azərbaycan” QSC və vəkili Mirzəliyev Rüfət Əsəd oğlu kassasiya şikayətini apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmış və qeyd etmişlər ki, işə apelyasiya qaydasında baxan məhkəmə instansiyası iddia tələbinə münasibətdə müqavilə şərtlərini nəzərə almayan mühasibatlıq ekspertizasının rəyinə əsaslanmaqla kifayətlənmiş, əlavə ekspertiza keçirilməsinə dair vəsatəti təmin etməmiş, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sübutları, həmçinin bununla bağlı mövcud qanunvericiliyi nəzərə almamış, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Məhkəmə kollegiyasının iclasında ilkin iddia üzrə iddiaçı “X12 Azərbaycan” QSC-nin vəkili X7 və nümayəndəsi Bayramov Pərviz Mövlud oğlu kasasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında ilkin iddia üzrə Cavabdeh vəkili Məmmədov Emin Məmməd oğlu kasasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin t əmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq ilkin iddia üzrə cavabdeh X6 heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, ilkin iddia üzrə iddiaçı “X12 Azərbaycan” QSC-nin vəkili X5, nümayəndəsi Bayramov Pərviz Mövlud oğlunun, ilkin iddia üzrə Cavabdeh vəkili Məmmədov Emin Məmməd oğlunun izahatlarını din ləyib hesab edir ki, aşağıdakılara əsasən ilkin iddia üzrə iddiaçı “X12 Azərbaycan” QSC-nin kassasiya şikayəti təmin olunmalı, qətnamə ləğv olunmalı və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hü quq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. Apelyasiya şikayətinin təmin edilməli olmaması ilə bağlı apelyasiya instansiyası məhkəməsinin qətnaməsi işin aşağıda müəyyən olunmuş halları üzrə əsaslandırılmışdır. İşin müəyyən olunmuş hallarına görə bankla Cavabdeh arasında xx xxxxx 2014-cü il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən sonuncuya 50.000 manat kredit ayrılmış, kredit müqaviləsi üzrə Cavabdeh öhdəliklərinin icrasını təmin etmək məqsədilə Zəminə Ələkbərova zamin qismində öz üzərinə məsuliyyət götürmüş, eyni zamanda o, bankla bağladığı xx.xx.2014-cü il tarixli i poteka müqaviləsi əsasında özünə məxsus ünvan 1 ünvanında 4-cü mərtəbədə yerləşən, ümumi sahəsi 48,61 kv.m., yaşayış sahəsi 29,01 kv.m., 19,6 kv.m. yardımçı sahədən ibarət 2 otaqlı mənzili bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, kredit müqaviləsi əsasında xx.xx.2014-cü il tarixdə 1 manat kredit reyestri üzrə, 320 manat sığorta komissiyası, 90 manat qiymətləndirmə komissiyası çıxılmaqla 49.589 manat Cavabdeh hesabına yatırılmış, həmin tarixdə 49.098 manat hesabdan nəğd qaydada çəkilmiş və nəğdləşdirmə əməliyyatı üçün 490,99 manat komissiya alınmış, eyni gün Cavabdeh hesabına 39.098 manat mədaxil, yenə eyni tarixdə (xx.xx.2014-cü il) hesabından 39 098 manatı məxaric etmiş, iddiaçı bank tərəfindən onun, xx.xx.2018-ci il tarixinə 35 245, 51 (otuz beş min iki yüz qırx beş manat 51 qəpik) manat əsas, 8462,29 (səkkiz min dörd yüz altmış iki manat 29 qəpik) manat faiz, 9945,91 (doqquz min doqquz yüz qırx beş manat 91 qəpik) manat cərimə borcunun olduğu hesablanmışdır. Birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertiza təyinatı əsasında tədqiqat aparan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ekspertinin xx.xx.2018-ci il tarixli rəyində Cavabdeh xx xxx 2017-ci il tarixədək banka olan borcunun tam ödənildiyi və 17784,74 manat məbləğində artıq ödəməsinin olduğu müəyyənləşdirilmiş, məhkəmə də məhz bu rəyi əsas götürərək müvafiq nəticəyə gəlmişdir. İddiaçı bankın apellyasiya şikayətinin dəlilləri nəzərə alınaraq apellyasiya baxışı zamanı təkrar ekspertiza təyin olunmuş, ekspertin verdiyi xx.xx.2019-cu il tarixli tə krar rəydə də Cavabdeh “X12 Azərbaycan” QSC-yə xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə ödədiyi kredit məbləğlərinin hesab çıxarışına əsasən 28.431,61 manat, kassa mədaxil orderlərinə əsasən 67.530,40 manat, account statement sənədinə əsasən 67.529,60 manat olduğunun, xx xxxx 2018-ci il tarixinədək banka olan borcunun tam ödənildiyinin və 17 784,74 manat artıq ödəməsinin yarandığının müəyyənləşdirildiyi göstərilmişdir. Qeyd olunanlara əsasən apelyasiya instansiyası məhkəməsi bu nəticəyə gəlmişdir ki, apelyasiya şikayəti təmin olunmamaqla birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Ali Məhkəmənin Mülki Kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticəni aşağıda göstərilənlərə əsasən qanuni və əsaslı hesab edir. İşin mübahisələndirilm əyən halı ondan ibarətdir ki, xx.xx.2014-cü il tarixində iddiaçı bank tərəfindən kredit müqaviləsində nəzərdə tutulmuş məbləğ Cavabdeh hesabına yatırılmışdır. İşin mübahisələndirilən halı isə Cavabdeh Ramiz oğluna kreditin verildiyi gün onun cari hesabına qoyulmuş 39.098 manat pul vəsaitinin kredit ödənişi kimi qəbul edilib-edilməməsidir. Lakin apelyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, 39098 manat pul vəsaiti cari hesaba daxil olduğu gün həmin gün də məxaric edilmişdir. Bundan əlavə xx xxxxxxxx 2019-cu il tarixli ekspert rəyində ekspert qarşısında qoyulmuş 3-cü sual üzrə cavablandırmada aşağıdakılar qeyd olunmuşdur: “... Bundan başqa bank tərəfindən təqdim edilən (səh.199-201) account statement sənədinə əsasən Cavabdeh Ramiz oğlu tərəfindən xx.xx.2014-cü il tarixdə 39.098,00 manat məbləğində kredit ödənişi edilmiş və Cavabdeh Ramiz oğluna xx.xx.2018-ci il tarixdə 39.098,00 manat məbləğində yeni vəsait verilmişdir.xx.xx.2018-ci il tarixdə 39.098,00 manat məbləğində yeni vəsaitin hansı səbəbdən verilməsi ilə bağlı iş materiallarında sənədlər (kredit müqaviləsi və s.) mövcud deyildir...”. Yəni həmin rəydə xx.xx.2018-ci il tarixində 39.098,00 manat məbləğində pul vəsaitinin yenidən heç bir kredit müqaviləsi bağlanmadan cavabdeh tərəfindən götürüldüyü təsdiq olunur. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Bundan əlavə hazırki mübahisə ilə bağlı Cavabdeh Ramiz oğlunun nümayəndəsi X11 oğlu tərəfindən bi rinci instansiya məhkəməsinə ünvanlanmış mühasibatlıq ekspertizasının təyin edilməsi barədə vəsatətində qeyd etmişdir ki, cavabdehin hesablamasına görə onun “bugünə” banka cəmi 37.000 manat borcu qalmalı idi. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qeyd olunan Məcəllənin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtər əfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu madələrini rəhbər tutaraq məhkəmə kollegyası qərara aldı: İddiaçı “X12 Azərbaycan” QSC-nin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(103)1490/2019 saylı qətnaməsi ləğv edilsin və iş yeni apelyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1972/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1972/2020
16.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver