Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1975/2020 08.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi ilə, İddiaçı “xxxxxxxx” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcunun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)-937/2019 nömrəli qətnaməsindən Cavabdeh1 və vəkili Vəkil kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxx” ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 «xxxxxxxx» ASC-nin xeyrinə xx xxxxx 2015-ci il tarixli MZ/PB-0519/04/05 saylı kredit müqaviləsnə əsasən 72438,57 ABŞ dolları əsas, 35414,48 ABŞ dolları faiz, 41289,98 ABŞ dolları dəbbə borcu olmaqla, cəmi 149143,03 ABŞ dolları və 30 manat ödənilmiş düvlət rüsumunun əvəzinin tutulması, ipoteka predmeti 70000 manat qiymətləndirilməklə borcun əvəzinin bu qiymətlə Bakı şəhəri Nizami rayon 2520/2522-ci məhəllə, Nəsimi küçəsi 32E saylı binanın 2-ci mərtəbəsində yerləşən Cavabdeh1 Xudayrar oğlunun və Cavabdeh2 Hüsyen qızının ümumi birgə mülkiyyətində olan 42,9 kv.m yaşayış, 37,4 kv.m yardımçı, 80,3 kv.m ümumi sahədən ibarət 2 otaqlı, 62 saylı mənzilə yönəldilməsi və mənzilin hə rracdan satılaraq tələb edilən borcun ödənilməsi, həmin mənzildən orada yaşayan Cavabdeh1 və Cavabdeh2 çıxarılması və mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-421/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, «xxxxxxxx» ASC ilə Cavabdeh1 arasında xx xxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə 72438,57 ABŞ dolları əsas, 35414,48 ABŞ dolları hesablanmış faiz borcu, 2000 ABŞ dolları dəbbə pulu, cəmi 109853,05 ABŞ dolları, qətnamənin icra olunduğu günə ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla, manatla və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh1 tutulması, ipoteka predmetinin 100000 manat qiymətləndirilməsi və borcun əvəzi bu qiymətlə Bakı şəhəri Nizami rayonu, 252 0/2522-ci məhəllə, Nəsimi küçəsi, 32E saylı binanın 2-ci mərtəbəsində yerləşən Cavabdeh1 Xudayrar oğlunun və Cavabdeh2 Hüsyen qızının ümumi birgə mülkiyyətində olan 42,9 kv.m yaşayış, 37,4 kv.m yardımçı, 80,3 kv.m ümumi sahədən ibarət 2 otaqlı, 62 saylı mənzilə yönəldilməsi və həmin mənzilin hərracdan satılaraq xx xxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə, cəmi 109853,05 ABŞ dolları, qətnamənin icra olunduğu günə ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqa manatla və 30 manat ödənilmiş dövlət rüsumunun «xxxxxxxx» ASC-yə ödənilməsi, Cavabdeh1 Xudayrar oğlu və Cavabdeh2 Bakı şəhəri, Nizami rayonu 2520/2522-ci məhəllə, Nəsimi küçəsində 32E saylı binanın 2-ci mərtəbəsində yerləşən 42,9 kv.m yaşayış, 37,4 kv.m yardımçı, 80,3 kv.m ümumi sahədən ibarət 2 otaqlı 62 saylı mənzildən çıxa rılması və həmin mənzilin boşaldılması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. (hakim Elnur Nuriyev) Bakı Apellyasiya Məhkəməsinin 2(103)-937/2019 saylı, xx xxxxxx 2019-cu iltarixli qətnaməsi ilə Cavabdeh1 Xudayrar oğlunun apelyasiya şikayəti qismən təmin edilərək, Nizami Rayon Məhkəməsinin 2(007)-421/2017 saylı iş üzrə xx xxxxxx 2017-ci il tarixli qətnaməsi “əsas və faiz borcunun məbləğinə və cəmi borc məbləğinə” aid hissədə dəyişdirilərək, əsas borc məbləği 72416,24 ABŞ dolları, faiz borcunun məbləği 13718,85 ABŞ dollarının müəyyən olunması, qətnamənin Cavabdeh1 Xudayrar oğluna münasibətdə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 145 manatın 100 manatının iddiaçıdan, 45 manatın cavabdehdən tutularaq dövl ət büdcəsinə ödənilməsi qət edilmişdir. (hakimlər Vüqar Həsənov(sədrlik edən və məruzəçi) Şərafət Məmmədova, Xəyal Sarıyev) Cavabdeh1 Xudayrar oğlu (Vəkil) kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, kreditə hesablanmış faiz borclarının silinməsi, borcunun əvəzinə ipotekaya qoyduğu mənzilin bankın mülkiyyətinə verilməklə onunla bağlanmış borc müqaviləsinə xitam verilməsi üçün işin yenidən apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə maddi və prosessual hüquq normalarının pozuntuları ilə qəbul edilmiş, dolların məzənnəsinin qalxması ilə əlaqədar maddi imkanlarının azalmasını, bu səbəbdən də borcu ödəyə bilməmələrini məhkəmə nəzərə almamışdır. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbər verilsə də, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən Cavabdeh1 kassasiya şi kayətitəmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qətnamədən görünür ki, apelyasiya instansiyası məhkəməsi iş materiallarına əsasən iddiaçı ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmasını, müqaviləyə əsasən sonuncuya 36 ay müddətinə, illik 22 faizlə 85000 ABŞ dolları kredit verilməsini, həmçinin kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi Cavabdeh1 məxsus daşınmaz əmlakın bankın xeyrinə ipoteka ilə yüklü edilməsini, kredit müqaviləsinin şərtlərinə əməl edilməməsi nəticəsində Cavabdeh1 kredit borcunun yaranmasını, birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş qiymətləndirmə rəyi ilə ipoteka predmetinin ilkin satış qiymətinin düzgün təyin olunmasını müəyyən etmiş, bununla belə özünün təyin etdiyi ekspertizanın rəyinə u yğun olaraq əsas və fazi borcuna aid hissədə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməli olması qənaətinə gələrək, qətnaməni əsas və faiz borcuna aid hissədə yuxarıda göstərilən qaydada dəyişmiş, gəldiyi nəticəni də Mülki Məcəllənin 385, 425, 442, 445, 467-ci, “İpoteka haqqında” Qanunun 34.1 və 59.3.1-cı maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi işin müəyyən etdiyi hallarına uyğun olaraq maddi hüquq normalarını düzgün tətbiq etmişdir. İddia tələbi öhdəlik münasibətlərindən irəli gəlib, kredit borcunun qaytarılması və tələbin ipoteka ilə yüklü edilmiş mənzilin açıq hərracda satılması hesabına ödənilməsi barədədir. İşin apelyasiya instansiyası tərəfindən müəyyən edilən halları da ondan ibarətdir ki, iddiaçı bankla Ca vabdeh1 arasında kredit və kredit öhdəliklərinin təminatı olaraq ipoteka müqavilələri bağlanıb, kredit müqaviləsi üzrə cavabdehə kredit verilib, cavabdeh kredit müqaviləsi üzrə öhdəlikləri icra etməyib. Tətbiq edilən maddi hüquq normaları (Mülki Məcəllənin 385, 425, 442, 445, 467-ci, “İpoteka haqqında” Qanunun 34.1 və 59.3.1-cı maddələri) da öhdəlik münasibətlərini, öhdəliyin yerinə yetirilməməsi halında öhdəliyin təmini üsullarını nizamlayan normalardr. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Hazırki iddia qaldırılan zaman “İpoteka haqqında” Qanunun tətbiq edilən 33-cü maddəsinə görə borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Göründüyü kimi, apelyasiya instansiyası işin müəyyən edilmiş halına uyğun olaraq mübahisəyə digər hüquq normaları ilə yanaşı, Mülki Məcəllənin 385.1-ci və “İpoteka haqqında” Qanunun 33-cü maddələrini düzgün tətbiq etmişdir. Həmçinin apelyasiya instansiyası məhkəməsi sübutları, o cümlədən ekspert rəylərini Mülki Prosessual Məcəllənin 88 və 103.1-ci maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir. Bu baxımdan, apelyasiya instansiyası məhkəməsinin qətnaməni maddi və prosessual hüquq normalarının pozuntuları ilə qəbul etməsi barədə şikayətin dəlillə ri əsassızdır. Məhkəmə kollegiyası cavabdehin kreditə hesablanmış faiz borclarının silinməsi, borcunun əvəzinə ipotekaya qoyduğu mənzilin bankın mülkiyyətinə verilməklə onunla bağlanmış borc müqaviləsinə xitam verilməsi barədə kassasiya şikayətinin sonundakı xahişlə bağlı qeyd edir ki, cavabdeh bu dəlili apelyasiya şikayətində də irəli sürmüş və apelyasiya instansiyası məhkəməsi həmin dəlili, icra qaydasında həllinin mümkün olması əsası ilə əsasız saymışdır. Məhkəmə kollegiyası bununla razılaşır. Eyni zamanda kassasiya şikayətində istinad edilən digər dəlillər də apelyasiya şikayətinin dəlilləri ilə eyni və işin faktiki halları ilə əlaqəli olduğundan, apelyasiya instansiya məhkəməsi tərəfindən həmin dəlillərə və işin faktiki hallarına qiymət verildiyindən, məhkəmə kollegiyası apelyasiya in stansiyası məhkəməsinin gəldiyi nəticə və həmin nəticənin əsaslandırılması ilə razı olduğundan hesab edir ki, kassasiya şikayətinin həmin dəlillərinə ayrıca qiymət verilməsi və apelyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Hazırki işdə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 418-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Mülki Prosessual Məcəllənin 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Cavabdeh1 kassasiya şikayətitəmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-937/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1975/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1975/2020
08.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver