Məhkəmə qərarları › İş №2(102)-1975/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1975/2025

07.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1975/2025 07.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər:borcun ər-arvadın ümumi əmlakda olan payına yönəldilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1197/2025 nömrəli, 21 fevral 2025-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri üzrə işə 07 avqust 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati b inasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh1 və Cavabdeh2 ər-arvad olmaqla, birgə nikah dövründə Gəncə şəhəri, Nizami rayonu, Yeni-Gəncə qəsəbəsində yerləşən ümumi sahəsi 131.1 m² olan qeyriyaşayış binasını əldə etmişlər və həmin qeyri-yaşayış binası mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2011-ci il tarixdə qeydiyyata alınmışdır. 2. "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli “Kredit müqaviləsin” əsasən, Bank tərəfindən sonuncuya 36 ay müddətinə, illik 19% dərəcəsi ilə 600.000 manat kredit verilmişdir. 3. xx.xx.2013-cü il tarixli ipoteka qoyan Cavabdeh1 ilə ipoteka saxlayan “X” İKB-nin Gəncə filialı arasında bağlanmış ipoteka müqaviləsinə əsasən, xx.xx.2004-cü il tarix li ipoteka müqaviləsi ilə 229.798 ədəd səhm və xx.xx.2010-cü il tarixli sonrakı ipoteka müqaviləsi ilə 229.798 ədəd səhm, xx.xx.2011-ci il tarixli sonrakı ipoteka müqaviləsi ilə 229.798 ədəd səhmlər Azərbaycan Respublikası Milli Depozit Mərkəzi QTSC-də saxlanılmaqla “X” İKB-nin xeyrinə yüklü edilmişdir.

4. Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-cü il tarixli qətnaməsinə əsasən, “X” İKB-nin Cavabdeh1, "xxxx" ASC, X2 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh1, "xxxx" ASC, X1 müştərək qaydada kredit üzrə 579.778,78 manat, faiz üzrə 247.408,32 manat, cərimə üzrə 1.000 manat olmaqla, cəmi 828.187,1 manatın “X” İKB-nin xeyrinə tutulması, iddia tələbinin Cavabdeh1na məxs us nominal dəyəri 2,00 manat olan 231.398 ədəd sənədsiz adi adlı səhmlərdən 229.798 ədədinin səhmlərə yönəldilməsi və həmin səhmlərin açıq hərracda satılması, səhmlərin satışından əldə olunmuş məbləğin kredit məbləğinin ödənilməsinə yönəldilməsi, səhmlərin satışından əldə olunan vəsaitin iddiaçının tələbi ödənildikdən sonra artıq qalan hissəsinin Cavabdeh1 verilməsi, iddianın qalan 27.422,75 manat dəbbə (cərimə) pulunun tutulması hissəsində və girov predmetinə tutma yönəldildikdən sonra əldə olunan vəsaitin borcun ödənişinə yetərli olmadığı halda, qalıq borcun Cavabdeh1, X2 və "xxxx" ASC-nin digər əmlaklarına yönəldilməsi hissəsində rədd edilməsi qət edilmişdir.

5. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən, Cavabdeh1 apellyasiya şikayəti qi smən təmin olunmuş, Bakı Şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə qismən ləğv edilmiş, Cavabdeh1, "xxxx" ASC və X1 “X” İKB-nin (İddiaçı ASC-nin) xeyrinə müştərək qaydada tutulmalı olan faiz borcunun məbləğinin 231.929,46 manat, cəmi borcun məbləğinin 812.708,24 manat müəyyən edilməsi, girov predmeti olan Cavabdeh1 məxsus səhmlərin nominal dəyərinin 2 manat olması hissəsində qətnamənin ləğv olunması, qətnamədə girov predmeti olan səhmlərin ilkin satış qiymətinin göstərilməməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun ər-arvadın ümumi əmlakda olan payına yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 19 oktyabr 2021- ci il tarixli icra sənədi üzrə ödənilməli olan 292.708,24 manat borcun ödənilməsinin təmin olunması üçün tutmanın xx.xx.2011-ci il tarixli Çıxarışa əsasən Cavabdeh2 mülkiyyətində (Cavabdeh1 birgə mülkiyyətçi olması nəzərə alınmaqla) olan Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində 5 ha torpaq sahəsinə və onun üzərində yerləşən 1 mərtəbəli, ümumi sahəsi 131,1 kv.metr olan qeyri-yaşayış binasına yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2009-cu il tarixli qiymətli kağız sahiblərinin reyestrindən göründüyü kimi "xxxx" ASC-nin nominal dəyəri 2 manat olmaqla 267.571 ədəd sənədsiz ad i adlı səhmi vardır. Həmin səhmlərdən 231.398 ədədi Cavabdeh1 (229.798 ədədi səhm hazırda bu öhdəliyə görə girovdadır), 22.600 ədədi isə arvadı Cavabdeh2 məxsusdur. Hər ikisinin əldə saxladığı səhmlərin sayı 253.998-dir ki, bu da səhmlərin ümumilikdə 94,92 faizini təşkil edir. Nəzərə alınsa ki, krediti götürən Cavabdeh1dur və həmin kredit istehlak məqsədi ilə götürülmüşdür, bu da o anlama gəlir ki, götürülmüş kredit ailə ehtiyacları üçün istifadə olunmuşdur. Əks halda Cavabdeh1 özünə məxsus olan 229.798 ədəd səhmi bank qarşısında ipoteka ilə yüklü edən zaman arvadı Cavabdeh2 xx.xx.2011-ci il tarixdə razılıq ərizəsi verməzdi. Digər tərəfdən, Cavabdeh1 arvadı Cavabdeh2 nikahda olduqları dövrdə, yəni xx.xx.2011-ci il tarixdə Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən 5 ha torpaq sahəsini v ə onun üzərində yerləşən 1 mərtəbəli, ümumi sahəsi 131,1 kv.metr olan qeyriyaşayış binası əldə etmiş və bu hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeyd etdirməklə 29 dekabr 2011-ci il tarixli Çıxarış almışdır. Bu da o deməkdir ki, sözügedən daşınmaz əmlak birgə nikah dövründə əldə olunmuş əmlak sayılır. Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən 5 ha torpaq sahəsi və onun üzərində yerləşən 1 mərtəbəli ümumi sahəsi 131,1 kv.metr olan qeyri-yaşayış binası cavabdehlərin birgə nikah dövründə əldə etdikləri əmlak olduğundan, borclu Cavabdeh1 da həmin əmlak üzərində mülkiyyət hüququ vardır. Digər tərəfdən, Cavabdeh1 tərəfindən götürülmüş öhdəlikdə arvadı Cavabdeh2 da məsuliyyət daşıdığından bu öhdəlik ona da aid edilməlidir. Beləliklə, 292.708,24 manat qalıq borcun ödənilməsinin təmin ol unması üçün xx.xx.2011-ci il tarixli Çıxarışa əsasən Cavabdeh2 mülkiyyətində (Cavabdeh1 birgə mülkiyyətçi olması nəzərə alınmaqla) olan Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən 5 ha torpaq sahəsi və onun üzərində yerləşən 1 mərtəbəli, ümumi sahəsi 131,1 kv.metr olan qeyri-yaşayış binasına yönəldilməldir.

8. Bakı Şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-16(001)313/2024 qərardadı ilə İddiaçı ASC-nin ərizəsi qismən təmin edilərək, Bakı Şəhəri, Binəqədi Rayon Məhkəməsinin e-2(001)-5079/2024 saylı mülki iş üzrə məhkəmə aktı qanuni qüvvəyə minənədək xx.xx.2011-ci il tarixli Çıxarışa əsasən Cavabdeh2 mülkiyyətində (Cavabdeh1 birgə mülkiyyətçisi olması nəzərə alınmaqla) olan Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən 5 ha torpaq sahəsi və onun üzərində yerləşən 1 mər təbəli, ümumi sahəsi 131,1 kv.metr olan qeyri-yaşayış binasının özgəninkiləşdirilməsi Cavabdeh2 (Cavabdeh1 birgə mülkiyyətçi olması nəzərə alınmaqla) və digər şəxslərə qadağan edilmişdir.

9. Bakı şəhər, Binəqədi Rayon Məhkəməsinin 23 noyabr2024-cü il tarixli, e-2(001)5079/2024 nömrəli qətnaməsi ilə (hakim Rəşad Qoşqarlı) iddia rədd edilmişdir.

10. Məhkəmə, ilk öncə qeyd etmişdir etmişdir ki, mülki prosessual qanunvericilik hər bir tərəfin üzərinə öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi qoyur. Eyni zamanda həmin sübutlar həqiqəti əks etdirməli və təkzibolunmaz şəkildə iddia edən şəxsin dəlillərini təsdiq etməlidir.

11. Məhkəmə, onu da qeyd etmişdir ki, iddiaçının tutmanın yönəldilməsini tələb etdiyi daşınmaz əmlak barəsində tərəflər arasında bağlanmış müqavi lə üzrə heç bir razılıq yoxdur və mübahisələndirilən əmlakla bağlı ipoteka müqaviləsi mövcud deyil. Əlavə olaraq məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə istehlak məqsədi üçün bağlanılmışdır, həmin müqavilənin ailə münasibətlərinə heç bir aidiyyatı yoxdur. Eyni zamanda bank tərəfindən daha əvvəl də tutmanın borcun ödənişinə yetərli olmadığı halda qalıq borcun borclunun digər əmlaklarına yönəldilməsi hissəsində birinci instansiya məhkəməsi tərəfindən rədd edilmiş və apellyasiya məhkəməsi tərəfindən əsaslı olduğu üçün qüvvədə saxlanılmışdır. Məhkəmə belə olan halda da hesab etmişdir ki, iddia əsassız olduğundan rədd edilməlidir.

12. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1, 269.1, 269.2, 270.1, 295, 317.1, 385.1, 427.3, 442, 448.1, 739-cu, Ailə Məcəlləsinin 32.1ci, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 82.3, 119.1 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddanın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi bu normanı görməzdən gələrək, səhv nəticəyə gəlmişdir. Belə ki, götürülmüş kreditin təyinatının istehlak xarakterli olmasının nə kimi önəmi var ki, birinci instansiya məhkəməsi buna əsaslanaraq götürülən kreditin ailə təsərrüfatı üçün istifadə edilməməsi qənaətinə gəlmişdir. Bir daha məhkəmənin diqqətini on a yönəldirik ki, əgər arvad ərinin bu qeyd olunan kreditinin ailə təsərrüfati üçün yox, şəxsi xarakterli xərclərinin qarşılamaq məqsədi ilə götürdüyünü düşünmüş olardısa, onda öz adına olan səhmlərin girova qoyulmasına nə kimi razılıq verərdi, anlamaq olmur. Mümkündürmü ki, bu qədər məbləğ yalnız ərin öz şəxsi xərclərini qarşılamaq məqsədi ilə götürülsün və o məbləğdən ailə üçün istifadə edilməsin? İstehlak kreditinin ailə münasibətlərinə heç bir aidiyyətinin olmadığını bildirən məhkəmənin nəyə görə bu qənaətə gəldiyini anlamaq olmur. Birinci instansiya məhkəmənin Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-cü iltarixli qətnaməsinə istinad edərək bu işdə preyudisiallıq axtarması tam əsassızıdır. Belə ki, həmin işdə bank məhkəmədən borcun qaytarılması, tutmanın ipoteka predmetinə yön əldilməsi tələbi ilə yanaşı, həmçinin pulunun tutulması hissəsində və girov predmetinə tutma yönəldildikdən sonra əldə olunan vəsaitin borcun ödənişinə yetərli olmadığı halda, qalıq borcun cavabdehlərin digərəmlaklarına yönəldilməsini tələb etmişdir. Birinci instansiya məhkəməsi Ailə Məcəlləsinin 41-ci maddəsini bu işə tədbiq edərək tərəflər arasında olan münasibəti həmin norma çərçivəsində həll etməl iolduğu halda, ümumiyətlə bu normanın adını çəkməmişdir.İşin hallarından da görünür ki, Bakışəhəri birinci instansiyaməhkəməsi tərəfindən qəbul edilən qətnamə işin hallarına uyğun olmayaraq qəbuledilmişdir.

15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1197/2025 nömrəli, 21 fevral 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər- Namiq Cəfərov (sədrlik edən, məruzəçi), İkram Şirinov və Elşən Kazımov) apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia qismən təmin olunmuş, kredit verən "xxxx" İKB ASC ilə kredit alan Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə alınmış kreditin Cavabdeh1 tərəfindən ailə ehtiyacları üçün istifadə olunduğu müəyyən edilməsi, iddianın qalan hissəsi təmin edilməməsi qət edilmişdir.

16. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Ailə Məcəlləsinin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifa yət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar.

17. Bu maddədəki “məhkəmə tərəfindən müəyyən edildikdə” ifadəsi onu təsdiq edir ki, vəsaitin ailə ehtiyacları üçün istifadə olunub-olunmadığını müəyyən etmək məhkəmənin səlahiyyətinə aiddir.

18. İddiaçı iddia etmişdir ki, pul ailə ehtiyacları üçün istifadə olunub. Belə iddia irəli sürüldüyü halda, bunun əksini sübutetmə yükü ailənin (ər-arvadın) üzərinə düşür. Həmin qaydanın aşağıda göstərilən iki səbəbi var: birincisi, kredit verən pulun xərclənməsinə nəzarət etmək imkanına malik deyil, xərclərə dair sübutlar (ödəniş qəbzi və s.) onu xərcləyəndə olur. Əgər pul ailə ehtiyacları deyil, başqa ehtiyaclar üçün xərclənibsə, onu xərcləyən bunu təsdiq edən sübutları məhkəməyə təqdim etməlidir. İkincisi, pulun xərcləndiyi ehtiyaclar ailə sirri ola bilər, kredit verən ailə sirrinə aid məlumatları toplamaq hüququna malik deyil.

19. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, ümumiyyətlə, kredit verən ailə işinə qarışa bilməz. AR Ailə Məcəlləsinin 1.3-cü maddəsindən görünür ki, ailə qanunvericiliyi ailənin işinə hər kəsin qarışmasının yolverilməzliyindən irəli gəlir. Odur ki, pulun ailə ehtiyacları üçün istifadə olunduğunu sübutetmə yükünün kredit verənin üzərinə qoyulması qanunvericiliyə ziddir. Cavabdehlər pulun ailə ehtiyacları deyil, başqa ehtiyaclar üçün istifadə olunduğuna dair sübut təqdim etməmişlər.

20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya icraatı zamanı iki dəfə məhkəmə iclası təyin olunmuş, lakin cavabdehlər izahat vermək üçün iclasların heç birinə gəlmə mişlər. Bu vəziyyət isə belə qiymətləndirilir ki, cavabdehlər sübutları (pulun xərcləndiyi ehtiyaclara dair sübutları) özlərində saxlayıb məhkəmənin tələbi ilə təqdim etmirlər. Halbuki, AR Mülki Prosessual Məcəlləsinin 106.2-ci maddəsinə görə, digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər.

21. Ona görə də məhkəmə kollegiyası qeyd etmişdir ki, pulun ailə ehtiyacları üçün istifadə olunduğu iddiaçının bildirdiyi məlumatlar əsasında müəyyən olunmuş hesab edilməlidir. Ərin tərəf olduğu icra sənədi üzrə ödəmənin ər-arvadın ümumi əmlakına yönəldilməsi, bu əmlak kifayət etmədikdə isə arvadın ayrıca əmlakına yönəldilməsi icra sənədinin icrası üzrə icraat çərçivəsində icra məmuru tərəfindən həyata keçirilə bilər.

22. Ailə Məcəlləsinin 41.2-ci maddəsindən görünür ki, məhkəmə yalnız öhdəlik üzrə alınmış pulun ailə ehtiyacları üçün istifadə olunub-olunmadığını müəyyən etməlidir. Bu norma həm də icra sənədi üzrə icraatı tənzimləyir.

23. Belə ki, “İcra haqqında” Qanunun 1.1-ci maddəsindən görünür ki, icra haqqında AR qanunvericiliyi yalnız həmin Qanundan deyil, həm də digər qanunvericilik aktlarından ibarətdir. 41.2-ci maddə “digər qanunvericilik aktı” adı ilə icraqanunvericiliyinin tərkib hissəsi hesab olunur. Odur ki, icra məmuru 41.2-ci maddəyə istinad edərək məcburi icra tədbiri kimi əmlaka tutma yönəltmək hüququna malikdir. Öhdəlik üzrə alınmış pulun ailə ehtiyacları üçün istifadə olunduğunun müəyyən edilməsi barədə qətnamə qanuni qüvvəyə mindikdən sonra icra məmuru ödəməni həmin əmlaka yənəltməkdən imtina edərsə, tələbkar icra məmurunun hərəkətsizliyindən məhkəməyə şikayət edə bilər. Ər-arvad ödəmənin əmlaka yönəldilməsinə görə məsuliyyət daşımadıqlarına görə, onlara qarşı yönəldilmiş belə tələb təmin oluna bilməz.

24. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Ailə Məcəlləsinin 41.2-ci, “İcra haqqında” Qanunun 1.1-ci və MPM-in 106.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

25. Cavabdehlər (Vəkil) ayrı-ayrılıqda kassasiya şikayətləri verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə yeni qərar çıxarılmasını xahiş etmişlər.

26. Kassasiya şikayətləri Ailə Məcəlləsinin 41.2-ci, “İcra haqqında” Qanunun 45.1-ci, habelə MPM-in 14.1, 88 və 106.2-ci maddələrinə istinad edilməklə onunla əsaslandırılmışlar ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə qeyd olunan hüquq normasına istinad etsə də, mübahisə üzrə qeyd olunan maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Belə ki, məhkəmə qeyd etmişdir ki, iddiaçının iddia etdiyi ”verilmiş pul məbləğinin ailə ehtiyacları üçün sərf olunduğu” tələbini, biz sübüt etməliyik. Bu, absurd fikirdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş üzrə cavabdeh tərəfin apellyasiya icraatı zamanı məhkəmədə iştirak etmək borcu qanunla müəyyən olunmamışdır. Yalnız birinci instansiya məhkəmsinin icraatında isə, tərəflərin məhkəmənin çağırışına gəlmək vəzifəsi müəyyən olunmuşdur. Həmçinin məhkəmə onlardan hər hansı bir sübut tələb etməmişdir. Qanunun mənasına görə, məhkəmə onlardan hər hansı bir sübutu tələb etməli idi ki, onu təqdim etməsinlər. İddiaçı məhkəməyə, alınmış kreditin bizim tərəfimizdən ailə ehtiyacları üçün istifadə olunduğuna dair heç bir əsaslı məlumat təqdim etməmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

28. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümu mi mülkiyyətidir.

29. Azərbaycan Respublikasının Ailə Məcəlləsi

30. Maddə 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi, nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, hebalə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir.

31. Maddə 41.2.Ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllə si

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

36. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

39. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

40. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

41. Hazırkı kassasiya şikayətində qətnamə cavabdehlər tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

42. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq edib və işdə, tərəflərin ayrı-ayrılıqda verdikləri kassasiya şikayətlərinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

43. Tərəflər ayrı-ayrılıqda verdikləri kassasiya şikayətlərində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsələr də, kassasiya instansiyası məhkəməsi onların bu dəlilləri ilə razılaşmır.

44. Belə ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, Ailə Məcəlləsinin 41.2-ci maddəsində göstər ilir ki, ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar.

45. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, sözügedən normadakı “məhkəmə tərəfindən müəyyən edildikdə” ifadəsi onu təsdiq edir ki, vəsaitin ailə ehtiyacları üçün istifadə olunub-olunmadığını müəyyən etmək məhkəmənin səlahiyyətinə aiddir. Belə ki, iddiaçı iddia etmişdir ki, pul ailə ehtiyacları üçün istifadə olunub. Belə iddia irəli sürüldüyü halda, bunun əksini sübutetmə yükü ailənin (ər-arvadın) üzərinə düşü r. Həmin qaydanın aşağıda göstərilən iki səbəbi var: birincisi, kredit verən pulun xərclənməsinə nəzarət etmək imkanına malik deyil, xərclərə dair sübutlar (ödəniş qəbzi və s.) onu xərcləyəndə olur. Əgər pul ailə ehtiyacları deyil, başqa ehtiyaclar üçün xərclənibsə, onu xərcləyən bunu təsdiq edən sübutları məhkəməyə təqdim etməlidir. İkincisi, pulun xərcləndiyi ehtiyaclar ailə sirri ola bilər, kredit verən ailə sirrinə aid məlumatları toplamaq hüququna malik deyil.

46. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, ümumiyyətlə, kredit verən ailə işinə qarışa bilməz. AR Ailə Məcəlləsinin 1.3-cü maddəsindən görünür ki, ailə qanunvericiliyi ailənin işinə hər kəsin qarışmasının yolverilməzliyindən irəli gəlir. Odur ki, pulun ailə ehtiyacları üçün istifadə olunduğunu sübutetmə yü künün kredit verənin üzərinə qoyulması qanunvericiliyə ziddir. Cavabdehlər pulun ailə ehtiyacları deyil, başqa ehtiyaclar üçün istifadə olunduğuna dair sübut təqdim etməmişlər.

47. Apellyasiya instansiyası məhkəməsi eyni zamanda qeyd etmişdir ki, pulun ailə ehtiyacları üçün istifadə olunduğu iddiaçının bildirdiyi məlumatlar əsasında müəyyən olunmuş hesab edilməlidir. Ərin tərəf olduğu icra sənədi üzrə ödəmənin ər-arvadın ümumi əmlakına yönəldilməsi, bu əmlak kifayət etmədikdə isə arvadın ayrıca əmlakına yönəldilməsi icra sənədinin icrası üzrə icraat çərçivəsində icra məmuru tərəfindən həyata keçirilə bilər.

48. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin hüquqi əsaslandırması ilə razılaşaraq qeyd edir ki, Ailə Məcəlləsinin 36.1-ci maddəsində ərarvadın ümumi əm lakının bölünməsinin əsasları və qaydaları müəyyən olunub. Ər-arvadın ümumi birgə mülkiyyətində olan əmlak onlardan hər birinin tələbi əsasında bölünə bilər. Həmçinin kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan payına yönəltmək barədə ərizə verdik də ər-arvadın ümumi əmlakının bölgüsü mümkündür.

49. Normanın mənasına görə kreditor ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdən və nəticədə ümumi əmlak bölündükdən sonra kreditor ödəmənin ər-arvadın ümumi əmlakda olan payına yönəldilməsini tələb edə bilər.

50. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi tərəflərin ayrı-arılıqda verdikləri kassasiya şikayətlərinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işi n faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayətləri təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

51. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Q ə r a r a aldı: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 21 fevr al 2025-ci il tarixli, 2(103)-1197/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar