Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1976/2021 19.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı «xxxx» QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1976/21 (Açar sözlər: borcun tutulması, Konstitusiya Məhkəməsinin 09 sentyabr 2019cu il tarixli qərardadına əsasən zaminlərə qarşı iddianın təmin edilməsi) Bakı şəhəri, 19 may 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlə r Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı borc tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6740/2020 nömrəli, 15 sentyabr 2020ci il tarixli qətnaməsindən Cavabdeh2 kassasiya şikayətinə 19 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı QSC 21.01.2011-ci il tarixli kredit xətti müqaviləsinə əsasən Cavabdeh1 120 ay müddətinə 20000 ABŞ dolları miqdarında kredit xətti açıb.
2. Kredit xətti müqaviləsi üzrə İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanılmış 11.06.2014-cü il tarixli kredit razılaşmasına əsasən sonuncuya 36 ay müddətinə aylıq 2.1667 faizlə 14800 ABŞ Dolları məbləğində məbləğində kredit verilib.
3. Öhdəliyin təminatı kimi cavabdehlər Cavabdeh 2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 zaminlik müqavilələrinə əsasən, bank qarşısında üzərilərinə məsuliyyət götürmüşlər. a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı QSC Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 7839.39 ABŞ dolları əsas, 5659.22 ABŞ dolları faiz borcu və 5375.18 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 18873.79 ABŞ dolları borcun, 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırırlar.
6. Borc 27.06.2019-cu il tarixədək hesablanıb.
7. İddiaçı tələbin hüquqi əsası kimi Mülki Məcəllənin 21, 442, 445.2.1, 448.1, 465.2, 467, 472, 501-ci maddələrinə istinad etmişdir.
8. Cavabdeh1 iddia tələbi ilə qismən razılaşaraq, maddi vəziyyəti ilə bağlı ödəniş edə bilmədiyini, bank tərəfindən hesablanmış cərimə məbləğinin çox olduğunu bildirmiş və məhkəmədən iddia tələbinin qismən təmin edilməsini xahiş etmişdir.
9. Sabunçu Rayon Məhkəməsinin 22.11.2019-cu il tarixli, 2(008)-6975/2019 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 7839.39 ABŞ dolları məbləğində əsas kredit borcu, 3824.80 ABŞ dolları məbləğində faiz borcu və 300 ABŞ dolları məbləğində cərimə borcu, ümumilikdə 11964.19 ABŞ dolları məbləğində (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) borcun və ödənilmiş 30 man at məbləğində dövlət rüsumunun tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Anar Rzayev)
10. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək müəyyən edib ki, İddiaçı QSC 21.01.2011-ci il tarixli kredit xətti müqaviləsinə əsasən Cavabdeh1 120 ay müddətinə 20 000 ABŞ dolları miqdarında kredit xətti açılmış, kredit xətti müqaviləsi üzrə İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanılmış 11.06.2014-cü il tarixli kredit razılaşmasına əsasən sonuncuya 36 ay müddətinə aylıq 2.1667 faizlə 14800 ABŞ Dolları məbləğində məbləğində kredit verilmişdir. Öhdəliyin təminatı kimi cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 zaminlik müqavilələrinə əsasən, bank qarşısında üzərilərinə məsuliyyət götürmüşlər.
11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən iddia ona qarşı hissədə qismən təmin edilməlidir. Məhkəmə tələb olunan dəbbə pulunu tənasübsüz surətdə yüksək hesab edib, həmin məbləği azaltmışdır.
12. Zaminlərə qarşı hissədə iddianı rədd edən birinci instansiya məhkəməsi bunu onunla əsaslandırıb ki, kredit razılaşması zaminlərin məsuliyyətinin artmasına və onlar üçün əlverişsiz nəticələrə səbəb olmuşdur.
13. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 385.1, 442, 443.1, 445.2, 448,1, 462.1, 467, 470.1, 472.1, 472.2 və 477-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
14. İddiaçı QSC apellyasiya şikayəti verib, qətnamənin qismən – iddia tələbinin zaminlərə qarşı təmin edilməyən və cərimə borcunun təmin edilməyən hissələ rində ləğv edilməsi və həmin hissələrdə iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
15. Apelyasiya şikayətinin dəlilləri: - məhkəmə hazırkı iş üzrə Mülki Məcəllənin 477.0.1-ci maddəsini tətbiq etməklə səhvə yol vermiş və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 31 may tarixli və “Banklar h aqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il 25 iyul tarixli Qərarlarına dair” 11 oktyabr 2019-cu il tarixli qərardadını nəzərə almamışdır. - maliyyə arayışından və ödəniş qrafiklərinə əsasən əsas borc və hesablanmış faiz məbləğləri ümumilikdə zaminlərin öhdəlik kimi götürdükləri 20000 ABŞ dolları limitini aşmır. Yəni zaminlik müqavilələrində zaminlərin ödənilməsinə zamin dayandığı pul öhdəliyinin 20000 ABŞ dolları çərçivəsində və 120 (yüz iyirmi) ay müddətində olması müəyyənləşdirildiyi üçün kreditin geri qaytarılması müddəti və məbləği zaminlərin zamin durduğu 21.0 1.2011-ci il tarixli 14L000001825 saylı kredit xətti müqaviləsi üzrə müəyyən edilmiş müddət və məbləğ həddindədir. - məhkəmə qətnaməsində cərimənin tənasübsüz surətdə yüksək olmasını qeyd etmiş, sonda buna düzgün qiymət verməyərək cavabdehlərdən tələb olunan cərimə məbləğini həddindən artıq azaldaraq 300 ABŞ Dolları həcmində saxlamışdır ki, bu da kreditorun mənafeyinə ziddir.
16. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6740/2020 nömrəli,15 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6975/2019 saylı, 22 noyabr 2019-cu il tarixli qətnaməsi qismən ləğv edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 7839. 39 ABŞ dolları məbləğində əsas kredit borcu, 3824.80 ABŞ dolları məbləğində faiz borcu və 300 ABŞ dolları məbləğində cərimə borcu, ümumilikdə 11964.19 ABŞ dolları məbləğində (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması qət etmişdir. (hakimlər Xumar Mərdanova (sədrlik edən və məruzəçi), Fuad Talışınski, Ziya Şirinov)
17. Apellyasiya məhkəməsi kredit müqaviləsi üzrə cərimə borcunun 300 ABŞ dolları məbləğində müəyyən edilməsini Mülki Məcəllənin 467-ci maddəsinə uyğun olaraq ağlabatan və ədalətli hesab edərək, həmin hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır.
18. Apellyasiya instansiyası iddia tələbinin zaminlərə qarşı təmin edilməməsi hissəsi ndə isə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin müəyyən edilmiş hallarına uyğun saymamışdır.
19. Apellyasiya instansiyasının zaminlərə qarşı iddia tələbi üzrə mövqeyi belə olub ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və "İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4cü maddələrinin "İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli qərarında kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə ipoteka qoy anın və zaminin yazılı razılığı alınmalı olması qeyd edilib. 20. “Banklar haqqında” AR Qanununun 1.0.9-cu, “İpoteka haqqında” AR Qanununun 10.5, 14 və 48-ci maddələrinin və AR MM-inin 307.4, 405.1 və 477.0.1 -ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Plenumunun 25 iyul 2019-cu il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır.
21. Amma Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2 019-cu il tarixli qərardadına əsasən Konstitusiya Məhkəməsi Plenumunun 2018-ci il 31 may və 2019-cu il 25 iyul tarixli Qərarlar həmin Qərarların qüvvəyə minməsindən sonra yaranan münasibətlərə, habelə bu Qərarlar qüvvəyə minənədək məhkəmələrin icraatında olan mübahisələrə şamil olunur.
22. Apellyasiya instansiyası müəyyən etmişdir ki, hazırkı tələb üzrə mübahisəyə dair iddia ərizəsi Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin icraatına 08.10.2019-cu il tarixdə daxil olmuş və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 25 iyul 2019cu il tarixli qərarı qəbul edilənədək hazırkı iş üzrə qanuni qüvvəsini almış məhkəmə qərarı olmamışdır.
23. İşin bu halına əsasən apelyasiya məhkəməsi belə qənaətə gəlib ki, hazırkı mübahisə qeyd olunan qərarların təsiri dairəsinə düşmür və Azərbaycan Respublikas ı Konstitusiya Məhkəməsinin qərarları hazırkı iş üzrə tətbiq edilə bilməz.
24. Apelyasiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və "İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin "İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə” dair 31 may 2018-ci il tarixli, “Banklar haqqında” AR Qanununun 1.0.9-cu, “İpoteka haqqında” AR Qanununun 10.5, 14 və 48-ci maddələrinin və AR MM-inin 307.4, 405.1 və 477.0.1 -ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 25 iyul 2019-cu il t arixli Qərarları və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2019-cu il 25 iyul tarixli Qərarı ilə əlaqədar 09 sentyabr 2019-cu il tarixli qərardadı ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
25. Cavabdeh2 qızı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi və işin yeni apelyasiya baxışına qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir.
26. Kassasiya şikayətinin dəlilləri: - Cavabdeh2 məhkəmə baxışında iştirakı təmin olunmayıb; - kredit xətti müqaviləsinə edilmiş dəyişiklik və əlavələrə Cavabdeh2 razılığı alınmayıb. Bu hallar zaminliyə xitam vermək üçün əsas olub. b) Kassasiya şikayətinə qarşı etirazı n dəlilləri
27. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
28. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Buna görə də məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 477.0.1. zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin M əcəllənin 470.2-ci maddəsi və "İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin "İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli Qərarı - Zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477. 0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur. “Banklar haqqında” AR Qanununun 1.0.9-cu, “İpoteka haqqında” AR Qanununun 10.5, 14 və 48-ci maddələrinin və AR MM-inin 307.4, 405.1 və 477.0.1 -ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Plenumunun 25 iyul 2019-cu il tarixli Qərarı - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2019-cu il tarixli Qərardadı - “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh ed ilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2019-cu il 25 iyul tarixli Qərarı həmin Qərarın qüvvəyə minməsindən əvvəl qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə həll olunmuş mübahisələrə şamil olunmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 oktyabr 2019-cu il tarixli Qərardadı - Azərbaycan Republikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 31 may tarixli və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il 25 iyul tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqelər müvafiq olaraq həmin Qərarların qüvvəyə minməsindən sonra yaranan münasibətlərə, habelə predmetlərinə müvafiq olaraq Plenumun 2018-ci il 31 may və 2019-cu il 25 iyul tarixli Qərarları qüvvəyə minənədək məhkəmələrin icraatında olan mübahisələrə şamil olunur. Mülki Prosessual Məcəllə Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüq uq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
29. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
30. Hazırkı kassasiya şikayətində apellyasiya məhkəməsinin qətnaməsi Cavabdeh2 tərəfindən iddianın ona qarşı təmin edilən hissəsi mübahisələndirilir. Bu baxımdan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qətnaməsini yalnız həmin hissədə yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyas ı hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə mübahsiəlnədirilən hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
32. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə qanuni nəticəyə gəlmişdir.
33. İddia tələbi öhdəlik münasibətlərindən irəli gəlib, kredit borcunun qaytarılması və zaminlik müqaviləsinə əsasən borcun həm də zaminlərdən tutulması barədədir.
34. Cavabdeh2 kassasiya şikayətində kredit xətti mü qaviləsinə zamin durmasını, sonradan bağlanmış kredit razılaşmalarından xəbərsiz olmasını, kredit razılaşmaları ilə məsuliyyətinin artmasını, bu halların iddianın zaminə qarşı təmin olunması üçün apellyasiya məhkəməsi tərəfindən nəzərə alınmamasına istinad etsə də, apellyasiya məhkəməsinin müəyyən etidiyi işin hallarından görünür ki, Konstitusiya Məhkəməsinin 31 may 2018 və 25 iyul 2019-cu il tarixli Qərarları hazırki işdə tətbiq edilə bilməz. Çünki hazırki iddia ərizəsi 08.10.2019-cu il tarixdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 oktyabr 2019-cu il tarixli Qərardadına görə isə Azərbaycan Republikası Konstitusiya Məhkəməsi Plenumunun 2018-ci il 31 may tarixli və 2019-cu il 25 iyul tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqeyə uğun olaraq həmin Qərarlar onların qüvvəyə minməsindən sonra yaranan münasibətlərə, habelə Plenumun 2018-ci il 31 may və 2019-cu il 25 iyul tarixli Qərarları qüvvəyə minənədək məhkəmələrin icraatında olan mübahisələrə şamil olunur.
35. Məhkəmə kollegiyası apelyasiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır. Belə ki, zaminə qarşı iddianın rədd edilməsinə əsas verən Azərbaycan Republikası Konstitusiya Məhkəməsi Plenumunun 2018-ci il 31 may tarixli və 2019-cu il 25 iyul tarixli Qərarları o halda tətbiq edilir ki, münasibətlər həmin Qərarların qüvvəyə minməsindən sonra yaranmış olsun və ya həmin Qərarlar qüvvəyə minənədək məhkəmələrin icraatında müvafiq predmetli mübahisə olmuş olsun.
36. Hazırki iş üzrə iddia ərizəsi 08.10.2019-cu il tarixdə Bakı şəhəri Sabun çu Rayon Məhkəməsinin icraatına daxil olduğundan, Azərbaycan Republikası Konstitusiya Məhkəməsi Plenumunun 2018-ci il 31 may tarixli və 2019-cu il 25 iyul tarixli Qərarlarınin bu mübahisəyə tətbiq edilməsi istisna edilir.
37. Məhkəmə baxışında Cavabdeh2 iştirakının təmin edilməməsi ilə bağlı kassasiya şikayətinin dəlilinə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya məhkəməsi Cavabdeh2 qeydiyyat ünvanı üzrə məhkəmə bildirişi göndərmiş, bildiriş “bu ünvanda yaşamır” qeydi ilə geri qayıtmışdır. Kassasiya şikayətində də Cavabdeh2 rəsmi qeydiyyat ünvanı kimi apellyasiya məhkəməsinin bildirişində göstərilən ünvanı qeyd etmişdir.
38. Bu səbəbdən də məhkəmə iclaslarında iştirak etməməsinin məsuliyyətini cavabdeh özü daşıyır və bu hal məhkəmənin prosessual pozuntuya yol verməsi kimi qiym ətləndirilə bilməz. Mülki Prosessual Məcəllənin 387.1-ci maddəsinə görə də prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun.
39. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, Cavabdeh2 kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
40. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6740/2020 nömrəli, 15 sentyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndir ilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.