Məhkəmə qərarları › İş №2(102)-1977/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1977/2020

02.06.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1977/2020 02.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı, vəkili Vəkil, Cavabdeh və vəkili V1 oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-****/2019 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş kasasiya şikayətləri üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim A.Novruzo va) xx.xx.2019-cu il tarixli, 2(005)-**/2019 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “vurulmuş ziyanın əvəzinin tutulması” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər X.Cəmilova, İ.Xəlilov, İ.Kərimli) xx.xx.2019-cu il tarixli, 2(103)-****/2019 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)**/2019 saylı xx xxxx 2019-cu il qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə çıxarılması, İddiaçı Cavabdeh qarşı “vurulmuş ziyanın əvəzinin tutulması” tələbinə dair iddiasının qismən təmin edilərək Cavabdeh 16500 manat əsas borc və 300 manat hüquqi xidmət haqqı olmaqla, cəmi 16800 manat məbləğində pul vəsaitinin, 10 manat dövlət rüsumu nun tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. İddiaçı və Cavabdeh ayrı-ayrılıqda iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kasasiya şikayətləri vermişlər. İşin halları: İddiaçı Cavabdeh qarşı “vurulmuş ziyanın əvəzinin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 18500 manat əsas, 925 manat faiz və 12620 manat məbləğində vurulmuş maddi ziyan, cəmi 32045 manat pul məbləğinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı və vəkili Vəkil kasasiya şikayətini onunla əsaslandırmışlar ki, işə baxan məhkəmə mövcud qanunver iciliyin tələblərinə əməl etməyərək işdəki sübutlara dolğun hüquqi qiymət verməmişdir. Belə ki, Cavabdeh 23000 manat pulu və digər vəsaiti qanuni şəkildə alması müəyyən edilmir və xərclərə dair dəlillər ağlabatan deyildir. “X19 and Training Academy”nin Xaricdə təhsil üzrə meneceri vəzifəsində işləmiş cavabdehin bu cür xidmətlər göstərməsinə dair müvafiq sənədləri (lisenziya) olmamışdır. Bundan başqa cavabdeh ona verilən 5000 avro (10000 manat) pulun F L gəlməsindən sonra götürdüyü bildirsə də, özününü təqdim etdiyi rəsmi sənədlərə əsasən pul ona köçürüldüyü günün səhərisi məxaric edilmişdir. 2018-ci ilin yazında götürülmüş pulun payzıda qaytarılması və F nənəsinə verilməsi ağlabatan və məntiqli deyildir və həm də işdəki sübutlarla təkzib olunur. İşdəki sənədlərə əsasən abituriyentlərdən yalnız biri-X1 İtaliya Respublikasında yerləşən universitetə qəbulu alınmışdır. Bu xidmətin ümumi dəyəri 3000 manat olmuş və tam ödənilmişdir. Digər abituriyent-X4 görə xidmətin ümumi dəyəri 4000 manat olmuş, lakin cavabdeh tərəfindən şirkətə 1500 manat məbləğində pul ödənilmişdir. Təkcə bu faktdan bəlli olur ki, cavabdeh 2500 manat pul mənimsəmiş və iddiaçıya qaytarmamışdır. Cavabdeh izahatında sənədlərin toplanması ilə bağlı vəsait xərclədiyini bildirsə də, işdəki votsap mobil tətbiqi ilə olan yazışmalar və səs yazıları, həmçinin ASAN xidmət mərkəzində fəaliyyət göstərən Şəms tərcümə mərkəzi və Beynəlxalq Bankın təqdim etdiyi rəsmi sənədlərə əsasən xərclərin hamısını iddiaçı çəkmişdir. X23 Nazirliyində sənədlərin apostl edilməsi də iddiaçı tərəfindən həyata keçirilmişdir. İşdə kifayət qə dər sübutlar vardır ki, cavabdeh iddiaçının pullarını qanunsuz ələ keçirmişdir və onun işdəki izahatları bir-birindən fərqlənir. Göstərilənlərə əsasən onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)****/2019 nömrəli qətnaməsinin dəyişdirilərək iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdeh və vəkili V1 oğlu kasasiya şikayətini onunla əsaslandırmışlar ki, iddiaçı tərəfindən cavabdehə ödənilmiş bütün məbləğlər təyinatına uyğun xərclənmiş, yerdə qalan məbləğlər iddiaçıya geri qaytarılmışdır. Məhkəmə AR MPM-nin 88-ci maddəsinin tələblərini pozaraq mülki iş üzrə bütün sübutları tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Belə ki, Bakı Apellyasiya Məhkəməsi xx.xx.2019-cu il tarixli 2(103)-****/2019 saylı q ətnaməsi ilə AR Mülki Məcəlləsinin 777-ci və 783-cü maddəsinin tələblərini pozmuşdur. İş materiallarında olan faktlar bir daha sübut edir ki, iddiaçı Şahid tapşırığı əsasında cavabdeh ilə “xxxx” MMC şirkəti arasında iddiaçının övladları X2 və X1 İtaliyada təhsil almanın təşkili üçün xidmətlərin göstərilməsi barədə müvafiq olaraq xx.xx.2018 və xx.xx.2018-ci il tarixli müqavilələr bağlanmışdır. Şahid ilə Cavabdeh arasında tapşırıq müqaviləsi şifahi formada bağlanmış və iddiaçı Şahid göstərilən xidmətlər müqabilində Cavabdeh 2000 avro (4000 manat) ödəniş etməyi öhdəsinə götürsə belə, 1500 manat məbləğində muzd ödəmişdir. Deməli Cavabdeh ilə Şahid arasında bağlanmış müqavilə xarakterinə görə şifahi tapşırıq müqaviləsidir və bu müqavilədə vəkalət verən vəkalət alana həvalə etdiyi işləri lazımi qaydada, nəticəyə təminat vermədən həyata keçirməyi tapşırır. Həmçinin Cavabdeh və Şahid arasında olan razılaşmaya əsasən X9 Respublikasında təhsil alması üçün həyata keçirilməli olan bütün prosedurlar yerinə yetirilmiş və o, təhsil almağa başlamışdır. Aralarında heç bir razılaşma olmamasına baxmayaraq İddiaçı iddia ərizəsində X9 Respublikasında qarşılanması və yerləşdirilməsi ilə bağlı əsassız tələb irəli sürmüşdür. Bundan başqa, X10 Respublikasında təhsil alma məsələsinin öz həllini tapa bilməməsinin əsas səbəbi viza ilə əlaqəli olmuşdur. Belə ki, valideynləri tərəfindən lazım olan bütün sənədlərin təqdim edilməməsi, həmçinin sənədlərdəki uyğunsuzluq səbəbindən səfirlikdən viza alma bilməmişdir. Bununla bağlı İtaliya Səfirliyi də viza verməməsinin əsası kimi maddi və sosial vəziyyətlə ba ğlı uyğunsuzluğu qeyd etmişdir. X10 Respublikasında təhsil alması ilə bağlı o, üzərinə düşən bütün öhdəlikləri yerinə yetirmişdir. Viza ilə bağlı məsələlələr valideynlərin öhdəliyindədir. Cavabdeh sənədlərdə problem olduğunu və vizanın erilməyəcəyini dəfələrlə İddiaçı, həmçinin onun həyat yoldaşına bildirmiş, ikin onlar bu məsələyə etinasız yanaşdıqlarından nəticədə sırf viza məsələsinə görə X15 Respublikasına gedə bilməmişdir. Həmçinin “xxxx” və Cavabdeh arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli Z №li müqavilənin 3.1-ci maddəsində də göstərildiyi - imi və Şahid və Cavabdeh arasındakı razılaşmaya əsasən icraçı -ərəfmdən vizanın alınmasına zəmanət verilmir. Şahid viza alınmasında onlara köməklik göstərməyi xahiş etsə də, Cavabdeh viza alınmasının yollarını bilmədiyini, bunun üçün “Viz ametrik” şirkətinə müraciət etməli olduqlarını bildirmişdir. Bu razılaşmaya əsasən X12 Respublikasında xəhsil alması üçün həyata keçirilməli olan bütün prosedurlar yerinə yetirilmiş və o, təhsil almağa başlamışdır. Heç bir razılaşma olmamasına baxmayaraq İddiaçı iddia ərizəsində X9 Respublikasında qarşılanması və yerləşdirilməsi ilə bağlı əsassız olaraq tələb irəli sürmüşdür. Ümumiyyətlə Cavabdeh İddiaçı tanımamış və onunla arasında heç bir razılaşma olmamış, bütün danışıqları onun həyat yoldaşı Şahid ilə aparmış və Ş.Gülnara ödəniş də onun vasitəsi ilə həyata keçirilmişdir. Tərəflər arasında razılaşmaya əsasən xidmətlər tam olaraq göstərildiyi üçün həmin pullar iddiaçıya geri qaytarılmamalıdır, çünki Şahid və Cavabdeh arasında bağlanmış müqavilə şifahi tapşırıq müqaviləsi hesab olunur və AR MM-nin tələblərindən də aydın olur ki, bu müqavilədə vəkalət alan vəkalət verənin tapşırdığı əqdləri, işləri və ya xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürmüşdür. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-****/2019 saylı qətnaməsi AR Mülki Məcəlləsinin 779-cu maddəsinin tələblərinə də uyğun olmamışdır. İlk növbədə qeyd edilməlidir ki, cavabdeh tərəfindən icra edilməli olan əməliyyatların qəsdən və yaxud kobud ehtiyatsızlıq ucbatından etməməsindən ibarət iddiaçının istinad etdiyi hallar mövcud olmamışdır. Digər tərəfdən cavabdehin tapşırığın lazımi vicdanlılıq nümayiş etdirmədən etməsi də müəyyən edilmir. Belə ki, Cavabdeh tərəfindən vəkalət verənin tapşırığını mütəmadi olaraq yerinə yetirməsi və bu barədə vəkalət verənə daimi olaraq hesabat verməsi sübutlarda öz əksini tapmışdır. Bu da bir daha sübut edir ki, Cavabdeh iddiaçı tərəfindən ona həvalə edilmiş işləri lazımi vicdanlılıqla yerinə yetirmişdir. Bundan başqa Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Nərimanov Rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis mayoru X13 xx xxxxxx 2018-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətinə əsasən xx xxxxxx 2018-ci il tarixdə icraata daxil olmuş vətəndaş İddiaçı müraciəti əsasında toplanmış H saylı material üzrə cinayət işinin başlanması cinayət hadisəsi olamadığı üçün rədd edilmişdir. Həmin qərardan da görünür ki, Cavabdeh bütün öhdəliklərini vicdanla yerinə yetirmiş və bu işdə cinayət hadisəsi mövcud deyildir. Həmçinin məhkəmə Mülki-Pros esual Məcəllənin 9.1-ci maddəsinin tələblərini pozaraq X5, X6 və X8 məhkəmə iclas zalında dindirməmişdir. Həmçinin məhkəmə Mülki-Prosesual Məcəllənin 50-ci maddəsinin tələblərini də pozmuşdur. Belə ki iş üzrə İddiaçı qismində çıxış edə bilməz, çünki şifahi müqavilə faktiki olaraq Şahid ilə Cavabdeh arasında bağlanmışdır və bu müqaviədən doğan mübahisələlərlə əlaqədar İddiaçı iddia qaldırmaq hüququ mövcud deyildir. Həmçinin məhkəmə Cavabdeh xidmət müqabilində əldə etdiyi qazancın əsassız varlanma olduğunu hesab edir, lakin yuxarıda qeyd edilən faktlardan da göründüyü kimi Cavabdeh göstərdiyi xidmətlər müqabilində yalnız 1500 manat xidmət haqqı muzd almışdır. Göstərilənlərə əsasən onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-****/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı və vəkili Vəkil vermiş olduqları kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətlərinin təmin edilməsini, cavabdehin kasasiya şikayətinin isə əsassız olduğundan təmin edilməməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh və vəkili V1 oğlu vermiş olduqları kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətlərinin təmin edilməsini, iddiaçının kasasiya şikayətinin isə əsassız olduğundan təmin edilməməsini xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yo xlayır. Apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, iş üzrə iddiaçı tərəfindən (i.v. 10 və 13) xx.xx.2018-ci il tarixdə **********86926 saylı hesaba 5000 avro, xx.xx.2018-ci il tarixdə isə “Exspressbank” vasitəsilə 6000 avro olmaqla, cəmi 11000 avro məbləğində pul vəsaitinin cavabdehə ödənilməsi işin mübahisəsiz halıdır. Həmin dövrdə Mərkəzi Bankın valyuta məzənnələri ilə bağlı verdiyi məlumata əsasən 1 avronun Azərbaycan manatına olan məzənnəsi 2,05 manat və 2,11 manat olmuş və hazırki işdə tərəflər iddiaçı tərəfindən ödənilmiş 11000 avronun həmin dövrdə 22000 manat olduğunu mübahisələndirmədikləri üçün məhkəmə kollegiyası hesablamalarda ziddiyyətli məqamların yaranmaması üçün iddiaçı tərəfindən cavabdehə ödənilmiş 11000 avro məbləğinin 22000 manat olduğunu qəbul edir. İş in mübahisəli halları ondan ibarətdir ki, iddiaçı hər iki övladının xaricdə təhsilinin təşkili ilə bağlı cavabdehə ödədiyi 11000 avro, yəni 22000 manat və əlavə olaraq nağd verdiyi 1000 manat, cəmi 23000 manat pul vəsaitinin bir hissəsinin övladlarından birinin təhsili ilə bağlı işlər alınmadığına görə ona qaytarılmalı olduğu halda, 23000 manatın bir hissəsi- 4500 manatı xərcləndikdən sonra onun qalan 18500 manatının ona qaytarılmadığını bildirir, cavabdeh isə ona ödənilmiş 110xx xxxxxxx 6000 avronun ona xidmətlərin göstərilməsinə görə ödənildiyini, belə ki, bunun 4500 manatının onun tərəfindən şirkətə ödənildiyini, sənədlərin tərcümə və təsdiq olunması ilə bağlı 2500 manat xərclədiyini, hər uşaq üçün aralarındakı razılığa görə ona ödənilməli olan 1000 avro məbləğində xidmət haqqına çıxıld ığını, 5000 avronu isə bankdan çıxardığı gün iddiaçının anasına verdiyini, uşağın birinə viza verilməsindən imtina olunsa da, buna görə onun təqsirinin olmadığını, onun tərəfindən həmin uşaqla bağlı da bütün xidmətlər göstərildiyi üçün iddiaçıya hər hansı məbləğdə pul qaytarmalı olmadığını bildirir. Apelyasiya baxışı zamanı cavabdeh iddiaçı tərəfindən həqiqətən də onun göstərdiyi hesablara 11000 avro məbləğində pul vəsaitinin ödənildiyini etiraf etsə də, bunun 6000 avro hissəsinin ona xidmətlərin göstərilməsinə görə ödənilən pul olduğunu tam sübuta yetirə bilməmişdir. Belə ki, həmin 11000 avro məbləğindən 4500 manatın cavabdeh tərəfindən şirkətə ödənildiyi mübahisə doğurmur, bu barədə şirkətin arayışı da mövcuddur. Hər uşaq üçün tərəflər arasındakı razılığa görə cavabdehə 1000 avro məblə ğində xidmət haqqının ödənilməsi də iddiaçı tərəfindən mübahisələndirilmir. Sənədlərin tərcümə və təsdiq olunması ilə bağlı 2500 manat məbləğində pulun xərcləndiyi, 5000 avronun isə bankdan çıxarılan kimi elə həmin gün iddiaçının anasına verdiyini cavabdeh sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası MPM-nə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir (106.1, 106.3). İş materiallarında olan (i.v. 16-24) “cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2018-ci il tarixli qərardan görünür ki, təhqiqat araşdırması zamanı izahatı alınmış X14 qeyd etmişdir ki, nəvələri Fidanın və Ülkərin Gülnar adlı şəxs tərəfindən İtaliyada ali məktəbə qəbul olunmaları ilə məşğul olduğunu nəvələrindən və gəlni Şahid eşitmişdir. Ancaq özü şəxsən G görməmişdir. xx.xx.2018-ci il tarixdə oğlu İddiaçı ailəsi ilə birlikdə Türkiyə Respublikasına getdiklərindən qızlarının qəbulu ilə bağlı olan sənədlərini ona verib Gülnar tərəfindən götürülməsini bildirmişdir. O da həmin sənədləri özündə saxlamışdır. Təxminən 5-6 gün keçəndən sonra Gülnar ona zəng edib evdə olub-olmadığını xəbər almış, o da evdə olduğunu bildirmişdir. Gülnar da evinə gəlib Fidanın və Ülkərin onda olan sənədlərini qapının qarşısından alıb getmişdir. Bundan 5-6 gün sonra Gülnar yenidən ona zəng edib N qiymət vərəqəsini götürməyə gəlmiş dir. O da Gülnarı evə dəvət edib bir neçə dəqiqə danışandan sonra sənədi götürüb getmişdir. Təxminən 2018-ci ilin iyul ayının 24 və 25 tarixlərindən birində G yenə də evinə gəlib F L oturum sənədini ondan alıb getmişdir. Bundan sonra G görməmiş və ondan 5000 avro pul almamışdır. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdur ki, iddiaçının cavabdehə ödədiyi 11000 avro pulun 4500 manatını cavabdeh müvafiq şirkətə ödəmiş, iddiaçının bir övladının xaricdə təhsilinin təşkili ilə bağlı tərəflər arasındakı razılığa əsasən (bu halı tərəflər mübahisələndirmir) cavabdehə xidmət haqqı olaraq 1000 avro müəyyənləşdirildiyindən, yerdə qalan 16500 manat (22000 manat - 4500 manat – 2000 manat (1000 avro) = 16500 manat) cavabdeh tərəfindən iddiaçıya qaytarılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi tərəflər arasında münasibətlərə tapşırıq müqaviləsinin müddəalarını tətbiq etsə də, nəzərə almamışdır ki, cavabdeh tərəf iddiaçının tapşırığı ilə hərəkət edərkən nəticəsinə təminat verməsə də, ona ikinci övladı ilə bağlı ödədiyi və ümumiyyətlə artıq ödənilmiş pul vəsaitini sonuncunun xaricdə təhsilinin təşkili vizanın verilməsindən imtina edilməsi səbəbindən baş tutmadığından geri qaytarmalı idi. Beləliklə, apelyasiya kollegiyası hesab etmişdir ki, iddiaçının iki övladının xaricdə təhsilinin təşkili ilə bağlı cavabdehə ödədiyi 11000 avro (22000 manat) məbləğində vəsaitin cavabdeh tərəfindən şirkətə ödənilmiş 4500 manatı və bir uşağa görə ona xidmət haqqı olaraq ödənilmiş 1000 avro (2000 manat) çıxıldıqdan sonra, qalan hissəsi, yəni 16500 manatın geri tələb olunmasının qanuni əsa sı əsassız varlanma ilə bağlı qanunvericiliyin müddəalarına söykənir. Mülki Məcəlləyə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də əsassız varlanmadır (maddə 14.2.7). Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (1091.1). Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (1092.1). Mülki qanunvericilik normalarından görünür ki, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri əsassız varlanmadır. Hər hansı hüquqi əsas olmadan başqa şəxsin hesabına əmlak əldə etmiş şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. İşdən göründüyü kimi, iddiaçı cavabdehə 11000 avro (22000 manat) pul ödəmiş və sonuncu nəticə etibarilə həmin məbl əğin 16500 manat hissəsini hər hansı hüquqi əsas olmadan əldə etmişdir. Belə ki, yuxarıda da göstərildiyi kimi, cavabdeh sənədlərin tərcümə və təsdiqi ilə bağlı 2500 manat pul xərclədiyini, 5000 avronu isə Bankdan çıxardıqdan sonra həmin pulu iddiaçının anasına verdiyini, iddiaçının ikinci övladı ilə bağlı müvafiq xərclər çəkdiyini (hansı ki həmin uşağa vizanın verilməsindən imtina olunmuşdu) təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla bağlı apelyasiya kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, cavabdehdən 16500 manat məbləğində pulun tutularaq iddiaçıya verilməsi barədə iddia təl əbi təmin edilməlidir. O ki qaldı iddiaçının cavabdehə nağd şəkildə 1000 manat verməsi, əsas borca görə illik 5% olmaqla, 925 manat məbləğində pul vəsaiti, övladı X7 yerləşdirilməsi ilə əlaqədar həmin ölkəyə səfər etməsinə görə 500 manat bilet pulu, 135 manat viza üçün rüsum, 780 manat oteldə qalma xərci, övladı Ülkərin qalması üçün aylıq 300 avro, illik 3600 avro olmaqla, bir illik mənzil kirayə haqqı kimi 8325 manat, sənədlərin tərcüməsinə görə 500 manat, hüquqi xidmətlərə görə vəkilə ödədiyi 300 manat, dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 10570 manat, bir illik multişengen vizasının alınmasına görə cavabdehə ödədiyi 1500 ABŞ dolları (2550 manat) məbləğindən 500 manatı qaytarıldığı üçün 2050 manat, cəmi 12620 manat vurulmuş ziyanın ödənilməsi ilə bağlı tələbinə, hüquqi xidmətlərə görə ödənilmiş 300 manat istisna olmaqla, digər pul vəsaitlərinin xərclənməsi və ya cavabdehə verilməsi ilə bağlı hallar öz təsdiqini tapmadığından həmin tələblər təmin oluna bilməz. Belə ki, iş materiallarında qeyd olunan tələblərdən yalnız hüquqi xidmətlə bağlı iddiaçının 300 manat ödəməsi xx.xx.2018-ci il tarixli mədaxil qəbzi ilə (i.v. 6) sübuta yetirildiyindən məhkəmə kollegiyası həmin tələbi əsaslı hesab edir və onun təmin olunması qənaətinə gəlir. İddiaçının əsas borca görə illik 5% olmaqla, 925 manat məbləğində pul vəsaiti tələb etməsinə münasibətdə qeyd olunmalıdır ki, bu halda da iddiaçının həmin pulun cavabdeh tərəfindən qəsdən saxlanılaraq ondan yararlanması kimi halları sübuta yetirə bilməməsi həmin tələbinin təmin olunmasını mümkünsüz edir. Kasasiya kollegiyası apelyasiya ins tansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq kassasiya şikayətlərinin dəlillərinə münasibətdə qeyd edir ki, kasasiya şikayətləri formal əsaslarla əsaslandırılmağa çalışılmışdır. Belə ki, apelyasiya kollegiyası iddianın qismən təmin edilməsi qənaətinə gələrkən iş materiallarına münasibətdə düzgün hüquqi mövqedə olmuş, hazırki mübahisə üzrə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Odur ki, kasasiya şikayətlərinin dəlilləri apellyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməs ini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, kasasiya kollegiyası belə qənaətə gəlir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş kasasiya şikayətləri təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)****/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar