Məhkəmə qərarları › İş №2(102)-1977/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1977/2024

23.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1977/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pulun tutulması) Kateqoriya: öhdəliklərin icra edilməməsi, pul öhdəliyinin icra edilməməsinə görə məsuliyyət 23.09.2024 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4004/2023 nömrəli, 31 avqust 2023-ci il tarixli qətnaməsindən cavabdeh tərə findən verilmiş kassasiya şikayətinə 23 sentyabr 2024-cü il tarixində Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Kazımova (Hacızadə) Şəhla Əmrulla qızının və İddiaçı2 şikayəti əsasında toplanmış material üzrə Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsində xx.xx.2017-ci il tarixdə əlyazma formasında izahatı alınmış və izahatda Qəniyeva X3 Rza Bağı oğlunun həyat yoldaşı Sevda Bağızadə ilə eyni kollecdə işlədiyini, maddi durumunun yaxşılaşdırılması üçün şirniyyat sexi açmaq məqsədilə İddiaçı2 hissə-hissə 13 500 (10.000 + 3.500) ABŞ dolları və 10 000 manat, İddiaçı1 isə hissə-hissə 15.500 (6.500 + 9.000) ABŞ dolları borc götürdüyünü, lakin 2.000 manat məbləğində pul almadığını, işi təşkil edə bilmədiyi üçün pulun müəyyən hissəsini xərcl ədiyini, qalan puldan İddiaçı2 6.550 manat və 3.250 ABŞ dolları, Kazımova (Hacızadə) Şəhla Əmrulla qızına isə 6.500 ABŞ dolları qaytardığını, İddiaçı2 10.250 ABŞ dolları və 3.450 manat, Kazımova (Hacızadə) Şəhla Əmrulla qızına isə 9.000 ABŞ dolları borcunun qaldığını, şirniyyat sexinin fəaliyyət göstərəcəyi yeri dəqiq göstərə bilmədiyini, iş qurmaq üçün götürülən məbləğdən avadanlıqların alınması üçün 10.000 ABŞ dolları və 10.000 manat xərclədiyini, avadanlıqları Sədərək ticarət mərkəzindən aldığını, alınan avadanlıqları dəqiq göstərə bilmədiyini, hazırda onların satışa verildiyini, İddiaçı2 6.550 manat və 3.250 ABŞ dolları və Kazımova (Hacızadə) Şəhla Əmrulla qızına 6.500 ABŞ dolları qaytarmasını təsdiq edən bir sənədin tərtib edilmədiyini, lakin bu halların iş yoldaşı Midvar xanım və Sev danın bacısı Nərminə xanım tərəfindən təsdiq edilməsinin mümkün olduğunu, bundan əlavə işi qura bilməməsi ilə bağlı müraciətinə əsasən Sevda və Şəhla Kazımovaların bacısı Rəsmiyyəyə 7.400 manat və 3.500 ABŞ dolları borc verdiyini, lakin onun xahişinə əsasən bu barədə (Hacızadə) Şəhla Əmrulla qızına məlumat vermədiyini qeyd etmişdir. 2. 08.06.2017-ci il tarixli “Cinayət işinin başlanması və aidiyyəti üzrə göndərilməsi haqqında” Qərarla Kazımova (Hacızadə) Şəhla Əmrulla qızının və İddiaçı2 müraciətləri əsasında Yasamal RPİ-nin 29-cu PB-də toplanmış HK-1/435 nömrəli material əsasında fakta görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və cinayət işi ibtidai istintaqının aparılmasından ötrü aidiyyəti üzrə Yasamal RPİ-nin İst intaq şöbəsinə göndərilmişdır.

3. Yasamal RPİ-nin İŞ-nin “Əməlin tövsif edilməsi barədə” xx.xx.2019-cu il tarixli qərarla fakt üzrə Azərbaycan Respublikası 178.3.2-ci maddəsi ilə başlanmış cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 178.2.2-ci və 178.2.4-cü maddələrinə tövsif edilmiş, Cavabdeh həmin maddələrlə ittiham elan edilmişdir.

4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-7/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməsi və ona 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Cavabdeh 29 oktyabr 2019-cu il tarixdən 30 oktya br 2019-cu il tarixədək tutulduğu 1 gün müddətin bir günü ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının 1 gününə bərabər tutulmaqla cəzasından çıxılması və üzərində qəti olaraq 1 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Cavabdeh barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbirinin ləğv edilməsi, onun barəsində “həbs” qətimkan tədbirinin seçilməsi, onun məhkəmə iclas zalından dərhal həbsə alınması və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməsi, Cavabdeh hökmlə ona təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 23 aprel 2021-ci il tarixdən hesablanması, Cavabdeh barəsində seçilmiş “həbs” qətimkan tə dbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, zərərçəkmiş şəxslər və mülki iddiaçılar İddiaçı1 və İddiaçı2 mülki iddia ərizələrinin qismən təmin edilməsi, zərərçəkmiş şəxs İddiaçı1 vurulmuş maddi zərərə görə 22.647,80 manat və dövlət rüsumunun əvəzi 31 manat, cəmi 22.678,80 manatın mülki Cavabdeh tutularaq ona ödənilməsi, zərərçəkmiş şəxs İddiaçı2 vurulmuş maddi zərərə görə 29.105,10 manat və dövlət rüsumunun əvəzi 31 manat, cəmi 29.136,10 manatın mülki Cavabdeh tutularaq ona ödənilməsi, Yasamal Rayon Polis İdarəsinin depozitində saxlanılan 850 manatın zərərçəkmiş şəxs və mülki İddiaçı2 geri qaytarılması, məhkəmə ekspertizası tədqiqatlarının dəyəri olan cəmi 361,17 manatın Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi hökm edilmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1152/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə məhkum edilmiş şəxs Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, zərərçəkmiş şəxslər və mülki iddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə məhkum edilməsi barədə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hökmünün məhkum edilmiş şəxs Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən ləğv edilməsi, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilməsi, Cavabdeh barəsində seçilmiş həbs qət imkan tədbirinin ləğv edilməsi və onun dərhal həbsdən azad olunması, Cavabdeh pozulmuş hesab etdiyi hüquqlarının bərpası, həmçinin vurulmuş maddi, fiziki və mənəvi ziyanın ödənilməsi ilə bağlı Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 56-59-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etmək hüququnun olmasının izah edilməsi, zərərçəkmiş şəxslər və mülki iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair mülki iddialarının baxılmamış saxlanılması, zərərçəkmiş şəxslər və mülki iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mülki iddia ilə ümumi qaydada məhkəməyə müraciət etmək hüquqlarının olmasının izah edilməsi, Yasamal rayon Polis İdarəsinin depozitində saxlanılan 850 manat məbləğində pulun Cavabdeh geri qaytarılması hökm edilmişdir. Hökm qanuni qüvvəsini almışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçılar cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən İddiaçı1 xeyrinə ona vurulmuş maddi zərərə görə 22.647,80 manat və İddiaçı2 xeyrinə ona vurulmuş maddi zərərə görə 29.105,10 manat məbləğdə pulun tutulmasını xahiş etmişlər.

7. İddiaçılar işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələblərini belə əsaslandırmışlar ki, mülki iddiaçının zərərçəkmiş şəxs qismində tanınmış olduğu cavabdehin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarında verilmiş ittihama əsasən mülki iddiaçılara, yəni zərərçəkmiş şəxs İddiaçı1 vu rulmuş maddi zərərə görə 22.647,80 manat və dövlət rüsumunun əvəzi 31 manat, cəmi 22.678,80 manat və İddiaçı2 vurulmuş maddi zərərə görə 29.105,10 manat və dövlət rüsumunun əvəzi 31 manat, cəmi 29.136,10 manat, ümumilikdə 51.814 manat məbləğində maddi zərər vurmuşdur. Qeyd olunan faktlar Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli, 1(004)-7/2021 saylı hökmündə öz təsdiqini tapmışdır. Belə ki, mülki cavabdeh mülki iddiaçılardan biznes adı ilə müxtəlif vaxtlarda pul aldığını etiraf etmişdir.

8. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hökmündə qeyd edilən pul məbləği hazırkı iddia tələbi ilə bağlı sübut hesab edilə bilməz. Hazırda onun Şəhla Kazımovaya hər hansı məbləğdə borcu qalmamışdır. Şəhla və Rza ona təzyiqlər etdiklərinə görə o, çoxlu dərman qəbul edərək özünə qəsd etmiş və həmin fakt üzrə Xətai Rayon Prokurorluğunda araşdırma aparılarkən İddiaçı2 və Şəhla Kazımova pulu ona faizlə borca verdiklərini bildirmişlər. Ancaq şikayət ərizələrində isə qeyd etmişlər ki, guya o, onlardan pulu Naxçıvanda şirə zavodu açmaq adı ilə almışdır. Bütün bunlar iddiaçıların iddia tələbinin tamamilə əsassız və yalan olduğunu göstərmişdir. O, Şəhla Kazımovadan aldığı pulu iş yoldaşı olan bacısı Sevda Bağızadə vasitəsilə göndərmişdir. O, hər dəfə pulu bacısı Sevdaya verəndə öz istifadəsində olan nömrəsindən Kazımovanın nömrəsinə, habelə ev nömrəsinə zəng edərək pulu göndərməsini bildirmiş və SMS yazışması aparmışdır. Bundan başqa öz istifadəsində vatsap nömrəsindən Kazımova Şəhlaya zəng etmiş və yazışm ışdır. Bundan başqa öz nömrəsindən və eləcə də vatsap nömrəsindən Sevda Bağızadənin nömrəsinə, digər bacıları X1 nömrəsinə, habelə digər bacısı X2 nömərsinə vatsap yazışmaları aparmışdır. Hətta İddiaçı2 mobil nömrəsindən 2016-cı ilin təxminən dekabr ayında mobil telefona SMS yazaraq bildirmişdir ki, “Sevdaya verdiyin pullar çatdı mənə, aramızda qaldı 400 manat, onu da verərsən”. Bütün bu yazışmalar onun istifadəsində olan “NOKİA” markalı telefonu ilə aparılmışdır.

9. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-2(008)-563/2023 saylı, 3 aprel 2023-cü il tarixli qətnaməsi ilə (HakimSənubər Qədirova) iddia qismən təmin edilərək, Cavabdeh 14.100 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı2, 20.200 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı 1 ödənilməsi qət edilmiş, iddia qalan hissələrdə rədd edilmişdir.

10. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh İddiaçı2 tərəfindən 10.000 manat və 3.500 ABŞ dolları, İddiaçı1 tərəfindən isə 2.000 manat (3500 ABŞ dollarından qalıq qalan) və 15.500 ABŞ dolları məbləğində borc pul verilməsi işin mübahisəsiz halıdır. Cavabdeh həmin puldan İddiaçı2 1.150 manat, İddiaçı1 4000 manat və 700 ABŞ dolları qaytarmışdır. Cavabdeh həmin pulu tam şəkildə iddiaçılara qaytardığını bildirsə də, bununla bağlı cavabdehin yalnız mülahizə xarakterli izahatı mövcud olmuşdur.

11. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, İddiaçı2 11 may 2016-cı il tarixdə “NBC” bankdan 10.000 ABŞ dolları pulu götürüb həmin gün cavabdehə verdiyini iddia etsə də, bununla bağlı məhkəməyə hər hansı mötə bər sübut təqdim etməmiş, qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə də qeyd olunan fakt öz təsdiqini tapmamışdır. Bundan başqa İddiaçı2 həm cinayət işi üzrə, həm də hazırkı iş üzrə məhkəmə iclasında izahatında cavabdehə pul məbləğlərini verən zaman onların yanında heç kimin olmadığını bildirmişdir.

12. Məhkəmə hesab etmişdir ki, İddiaçı2 tərəfindən cavabdehə 10.000 ABŞ dolları pulun verilməsi sübuta yetirilmədiyindən həmin hissədə iddia tələbi əsassızdır.

13. Məhkəmə tərəflər arasında borc münasibətləri yaranan zaman 1 ABŞ dollarının 1 Azərbaycan manatına olan məzənnəsi 1.50-1.55 manat arası olduğundan məhkəmə İddiaçı2 iddiasını qismən əsaslı hesab etmiş və Cavabdeh 14.100 (10.000-350-800 = 8.850 AZN + 3500 ABŞ dolları x 1.50=5.250 AZN) manat məbləğin tutularaq İddiaçı2 ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qənaətinə gəlmişdir.

14. Məhkəmə cavabdehin Rəsmiyyə Əliyevanın ona borclu olduğu 2.000 manatı İddiaçı1 aldığı 3.500 ABŞ dollarından çıxması, bununla da sonuncuya 2.000 manat borcunun olmaması ilə bağlı dəlillərini əsassız hesab etmiş və İddiaçı1 iddiasının qismən təmin edilməsi və Cavabdeh 20.200 (15.500 ABŞ dolları - 700 ABŞ dolları = 14.800 ABŞ dolları x 1.50 = 22.200 AZN + 2.000 AZN = 24.200 – 4.000 AZN) manat tutularaq İddiaçı1 ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qənaətinə gəlmişdir.

15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 425.1, 427.3, 442, 739.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsi ndəki icraat

16. Qətnamədən İddiaçı2 və Cavabdeh ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər.

17. İddiaçı2 apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, məhkəmə qətnamə qəbul edərkən iş üzrə maddi və prossesual hüquq normalarını pozmuş və onun əsaslı vəsatətini təmin etməmişdir.

18. Belə ki, verilmiş vəsatəti təmin olunaraq cinayət işi materiallarında olan cavabdehin tam etirafı əldə olunsa idi, o zaman iddiası tam şəkildə təmin olunardı. Lakin məhkəmə vəsatətini təmin etməyərək ədalətli məhkəmə araşdırılmasını kobud şəkildə pozmuşdur. Bundan başqa ilkin proseslər zamanı cavabdeh 10.000 ABŞ dolları hissəsində də pulu aldığını etiraf etmişdir və sonradan qeyd etmişdir ki, bu hissədə məbləğ qaytarılıb. Amma bu hissənin qaytarıl masına dair hər hansı bir sübut yoxdur və qaytarmamışdır. Şəxs pulun alınmasını etiraf edirsə, sübutetmə yükü onun üzərinə düşür ki, nə zaman və hansı əsasla pulu qaytardığını təsdiqləsin. Lakin məhkəmə bu faktı nəzərə almamışdır. Odur ki, həmin hissədə iddianın təmin edilməməsi, əsassız olaraq onu 10.000 ABŞ dollarından məhrum etmişdir ki, bu da qətnamənin həmin hissədə mübahisələndirilməsinə səbəb olmuşdur. Birinci instansiya məhkəməsi işə baxarkən iddia tələbinin əsaslandırılıdığı və məhkəmə araşdırmasına təqdim edilmiş sübutları sübut kimi qəbul etməməklə və onları sübut kimi qiymətləndirməməklə, obyektiv araşdırma aparmamış, işə qərəzli yanaşmış, bununla da onun qərəzsiz məhkəmə müdafiəsinə təminat verilməsi kimi konstitusion hüququnu pozmuşdur. Məhkəmə qaytarılmalı məbləği hal-hazırk ı məzənnə olan 1.70 AZN məzənnəsi ilə yox, 1.50 AZN məzənnəsi ilə hesablamışdır. Məhkəmə heç bir ciddi əsaslandırma etmədən sadəcə formal mülahizələrə əsaslanmışdır.

19. Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazın məzmununa uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, məhkəmə iş üzrə qətnamə qəbul edərkən yalnız onun barəsində olan cinayət işi üzrə çıxarılmış hökmlərə istinad etmiş, onun iddia tələbinə qarşı verdiyi etirazın dəlillərini və məhkəməyə təqdim etdiyi təkzib edilməz sübutlara ümumiyyətlə qiymət verməmişdir. Məhkəmə onun barəsində olan cinayət işinin Bakı şəhəri Yasamal Rayon Məhkəməsindən alınaraq araşdırılması və orada iddia tələbinə düzgün qiymət verilməsi üçün zəruri olan sənədlərin və ifadələrin nəzərdən keçirilməsi barədə verilən vəsatəti təmin etməsi nə baxmayaraq cinayət işinin göndərilməsini Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tələb etməmişdir. Cinayət işinin materiallarının nəzərdən keçirilməsi ona görə zəruri idi ki, cinayət işi üzrə o, verdiyi izahat və ifadələrində dəfələrlə bildirmişdir ki, İddiaçı1 və İddiaçı2 faizə aldığı borc pula görə hər ay faizlərini ödəmişdir. İddia tələbi ilə bağlı məhkəmədə 2016-cı ildə Şəhla və Rzaya pul və faiz ödənilməsini təsdiq edən qeydləri məhkəməyə təqdim etməsinə baxmayaraq məhkəmə həmin qeydləri heç bir səbəb göstərmədən qəbul etməmişdir.

20. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-4004/2023 nömrəli, 31 avqust 2023-ci il tarixli qətnaməsi ilə (hakimlər Fuad Abdıyev (sədrlik edən və məruzəçi), Xəyal Sarıyev və Fərrux Qasımov) cavabdehin Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, İddiaçı2 apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən İddiaçı2 xeyrinə tutulmalı olan pulun məbləği hissəsində dəyişdirilmiş, cavabdehdən 28.000 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı2 ödənilməsi qət edilmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

21. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh tərəfindən İddiaçı2 2016-cı ilin may ayında ümumilikdə 13.500 ABŞ dolları və 10.000 manat məbləğində, İddiaçı1 isə ümumilikdə 15.500 ABŞ dolları məbləğində pulun borc alındığını, ötən dövr ərzində İddiaçı2 cəmi 1.200 (250 + 300 + 300 +350) manat, İddiaçı1 isə cəmi 4.200 (4.000 + 200) manat məbləğində pulun qaytarıl dığını təsdiq etmişdir.

22. Məhkəmə kollegiyası hesab etmişdir ki, aparılmış araşdırmanın nəticəsi olaraq hər hansı başqa məbləğin ödənilməsi öz təsdiqini tapmamış, cavabdehin mövqeyi isə birmənalı olaraq mövcud borcu ödəməkdən yayınmaq kimi qiymətləndirilmişdir.

23. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh İddiaçı1 hər hansı əsas olmadan 2016-cı ilin avqust ayında 26.847,80 manat pulu almış və ötən dövr ərzində bu məbləğin yalnız 4.200 manat hissəsini qaytarmış, qalan məbləği qaytarmasa da, birinci instansiya məhkəməsi tərəfindən tutulması müəyyən edilmiş 20.200 manat məbləğini İddiaçı1 mübahisələndirməmişdir. Həmin məbləğin azaldılması və ya silinməsi üçün hər hansı əsas da müəyyən edilməmişdir.Bu səbəbdən həmin məbləğin cavabdehdə qalması hər hansı hüquqi əsas olmadan onun bu id diaçının hesabına əmlak əldə etməsi və bununla da onun əsasız varlanması kimi qiymətləndirilməlidir.

24. Belə olan halda, məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdeh hər hansı hüquqi əsas olmadan bu iddiaçıdan əldə etdiyi pul vəsaitini ona qaytarmalıdır.

25. Eyni zamanda, məhkəmə kollegiyası hesab etmişdir ki, İddiaçı2 ilə cavabdeh arasında 2016-cı ilin may ayında şifahi borc müqaviləsindən irəli gələn münasibətlər yaranmışdır. Həmin münasibətlər çərçivəsində cavabdeh iddiaçıdan 13.500 Abş dolları və 10.000 manat pul almış, ötən dövr ərzində bu məbləğin cəmi 1.200 manat hissəsini qaytarmışdır. Bununla da cavabdeh üzərinə götürdüyü öhdəlikəri vaxtında və lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu ödəməmiş, bununla da şifahi borc müqaviləsrin şərtlərini pozmuşdur. Buna görə də c avabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, borcunu razılaşdığı kimi iddiaçıya ödəməlidir.

26. Məhkəmə kollegiyası cinayət işinin materiallarına və iddia tələbinə istinadən yaranmış ümumi borcun 30.305,10 manat olmasını (halbuki, 13.500 ABŞ dolları Azərbaycan Rüspublikasının Mərkəzi Bankının müəyyən etdiyi məzənnə ilə manatla və 10.000 manat daha yüksək məbləğ təşkil edir, təxminən 13.500 x 1.70 = 22.950 + 10.000 = 32.950 manat), iddia üzrə bu məbləğin 29.105,10 manat hissəsinin tələb edildiyini, ötən dövr ərzində bu borcun 1.200 manat hissəsinin qaytarıldığını, lakin həmin pulun 850 manat hissəsinin hesablanmadığını nəzərə alıb, belə qənaətə gəlmişdir ki, cava bdehin iddiaçıya hazırda (29.105,10 – 850 = 28.255,10) 28.255,10 manat borcu qalmışdır. Bu məbləğ də cavabdehdən onun xeyrinə tutulmalıdır. Hüquqi nəticə etibarı ilə birinci instansiya məhkəməsi 10.000 ABŞ dolları məbləğində borcu nəzərə almamaqda, habelə ABŞ dolları ilə olan borcu azərbaycan manatına münasibətdə 1 ABŞ dolları = 1,50 manat məzənnəsi ilə hesablamaqda haqlı olmamışdır. Bu da öz növbəsində iddiaçının apellyasiya şikayətinin qismən təmin edilməsini, cavabdehin isə apellyasiya şikayətinin bu hissədə də rədd edilməsini şərtləndirmişdir.

27. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 427.3, 442, 443.1, 448, 739.1, 739.2, 740, 740.2, 1091.1, 1091.2, 1092.1, 1093.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

28. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

29. Kassasiya şikayəti iddia ərizəsinə etiraz və apellyasiya şikayəti ilə eyni dəlillərlə əsaslandırılmışdır.

30. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 9.3, 14.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

31. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

32. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 33. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 34. 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 35.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 36. 443.1.Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 37. 448.1.Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 38. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 39. 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan ey ni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür(əvvəlki redaksiyada). 40. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (əvvəlki redaksiyada) 41.

740. Borc müqaviləsi şifahi bağlanır.Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər (əvvəlki redaksiyada) 42. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır (əvvəlki redaksiyada) 43. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 44. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 45. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 46. 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təq dim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

49. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

50. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

51. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətn amə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

52. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

53. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və h üquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

54. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya məhkəməsinin mövqeyi

55. Məhkəmə kollegiyası hesab edir ki, sübutları qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən İddiaçı1 iddia tələbinin təmin olunan hissəsində işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

56. İddia tələbinin həmin hissəsinə aid olan kassasiya şikayətinin dəlilləri əsasən apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir və məh kəmə kollegiyası maddi və prosessual hüquq normalarının tətbiqinə dair apellyasiya instansiyası məhkəməsinin iddia tələbinin həmin hissəsinə aid olan (55-ci bənddə qeyd olunan) əsaslandırılması ilə razılaşır.

57. Məhkəmə kollegiyası İddiaçı2 iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə verilən borcun miqdarında mübahisə edilməyən məbləğ 10.000 manat və 3500 ABŞ dollarıdır.

58. Həmin hissədə işin mübahisəli halı isə tərəflər arasında 10000 ABŞ dollarına görə borc münasibətlərinin olub-olmamasıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsinin bu hissədə gəldiyi qənaət belə olmuşdur ki, cavabdeh 2017-ci il üzrə Nərimanov Rayon Polis İdarəsində veridiyi müxtəlif izahatlarda iddiaçı tərəfindən ona 3.500 ABŞ dolları və 10.000 manat puldan başqa 10.000 ABŞ dolları məblə ğində pulun da verildiyini bildirir və qəbul edir, hətta bu hadisəni təsvir etməklə bu məbləği aldığı yeri dəqiq göstərir. Bundan başqa xx.xx.2017-ci il tarixli izahatında iddiaçıdan aldığı, ona qaytardığı və borclu qaldığı məbləğlərin müqayisəsindən də onun iddiaçıya məhz 13.500 ABŞ dolları və 10.000 manat borcunun olduğu müəyyən edilir. Lakin iki ildən sonra, yəni artıq təqsirləndirilən şəxs qismində cəlb edilərkən təqsirləndirilən şəxsin dindirilməsi haqqında xx.xx.2019-cu il tarixli protokol üzrə izahatında belə bir məbləğin ona verilmədiyini, bu məbləğin səhv göstərildiyini söyləyir. Bu səbəbdən o iddiaçıdan 3.500 ABŞ dolları və 10.000 manat pulla yanaşı, həmçinin 10.000 ABŞ dolları məbləğində pulu da borc almış, sadəcə olaraq sonradan bu pulun qaytarılmasından yanınması üçün etiraf e tməmişdir. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi yalnız cavabdehin 2017-ci ildə verdiyi izahatları mötəbər sübut kimi qəbul etmişdir.

59. Məhkəmə kollegiyası hesab edir ki, sübutlar qiymətləndirilərkən prosessual qanunvericiliyin tələbləri pozulmuşdur.

60. Mülki Prosessual Məcəllənin 80, 81 və 88-ci maddələrinin tələbləri baxımından məhkəmə işdə olan sübutlara həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s.) malik olması, düzəliş, montaj və saxtalaşdırma əlamətlərinin olub-olmaması və s.) baxımından qiymət verilməlidir. Həmçinin həmin məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirməli, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir.

61. İlk növbədə qeyd edilməlidir ki, Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1152/2021 №-li xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, “...Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, zərərçəkmiş şəxs İddiaçı2 ifadələrində Cavabdeh 11 may 2016-cı il tarixdə 10.000 (on min) ABŞ dolları, 25 may 2016-cı il tarixdə 10.000 (on min) manat, 28 may 2016-cı il tarixdə isə 3.500 (üç min beş yüz) ABŞ dolları verdiyini, Aynurun ona cəmi 350 manat ödədiyini bildirdiyi ha lda, Cavabdeh zərərçəkmiş şəxs İddiaçı2 yalnız 2016-cı ilin may ayında 3.500 (üç min beş yüz) ABŞ dolları və 2016-cı ilin iyun ayında 10.000 (on min) manatı aylıq 6 faizə sələmə aldığını, İddiaçı2 10.000 ABŞ dolları almadığını, sonuncuya borclarını tam qaytardığını, 10.000 manata görə 1.050 manat faiz, 3.500 ABŞ dollarına görə isə 600 manat faiz ödədiyini göstərmişdir. Eyni zamanda iş üzrə şahid qismində dindirilmiş Sevda Bağızadənin ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsində əri İddiaçı2 tərəfindən Cavabdeh ilk olaraq 2016-cı ilin may ayında 10.000 manat borc verildiyi göstərilmişdir. Bu fakt isə Cavabdeh İddiaçı2 2016-cı ilin may ayında 3.500 (üç min beş yüz) ABŞ dolları və 2016-cı ilin iyun ayında 10.000 (on min) manat borc alması, İddiaçı2 10.000 ABŞ dolları almadığı bar ədə ifadələrində göstərdiklərinin həqiqətə uyğun olduğunu, İddiaçı2 ərizə və ifadələrində Cavabdeh 3.500 (üç min beş yüz) ABŞ dolları və 10.000 (on min) manatdan əlavə 10.000 ABŞ dolları da verməsi barədə fikirlərinin həqiqəti əks etdirmədiyini təsdiq edir”.

62. Göründüyü kimi 61-ci bənddə qeyd edilən hökmdə cavabdehin İddiaçı2 3500 ABŞ dolları və 10000 manatdan əlavə 10000 ABŞ dolları da verməsi barədə iddiaçının dedikləri öz təsdiqini tapmamışdır. Lakin apellyasiya məhkəməsi qətnamə çıxararkən 61ci bənddə qeyd edilənlərə heç bir münasibət bildirməmiş, iş materiallarında olan digər sübutlarla yanaşı tam və obyektiv qiymətləndirməmiş və nəticədə prosessual qanunvericiliyin müvafiq normalarının tələblərini pozmaqla qətnamə qəbul etmişdir.

63. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisənin hüquqi həlli ilə bağlı prosessual fəallıq göstərməmiş və işdə olan sübutlar üzrə iş üçün əhəmiyyətli olan hallar barədə tam, hərtərəfli araşdırma aparmamışdır.

64. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə iş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir.

65. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarındandan görünür ki, məhkəmə qərarının əsasında yalnız tam və hərtərəfli y oxlanılmış sübutlar dayana bilər. Lakin apellyasiya məhkəməsi də qətnamə çıxararkən bütün sübutları tam və hərtərəfli yoxlamalı, onları müqayisəli şəkildə tədqiq edərək hansının daha həqiqi və inandırıcı olmasını müəyyən etməli olsa da, bunu etmədən yekun nəticəyə gəlmişdir.

66. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya məhkəməsinin qətnaməsi İddiaçı2 idda tələbinin təmin olunan hissəsində ləğv edilərək işə qeyd edilən hissədə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə yenidən baxılarkən işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli, araşdırılan sübutlara isə MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir.

67. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4004/2023 nömrəli, 31 avqust 2023-cü il tarixli qətnaməsi iddiaçı X5 iddia tələbinin təmin olunan hissəsində ləğv edilsin, iş həmin hissədə yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar