Məhkəmə qərarları › İş №2(102)-1978/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1978/2020

08.06.2020 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1978/2020 08.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçı və vəkili Vəkil, Cavabdehin vəkili xxx oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış evinin ¼ hissəsinə mülkiyyət hüququnun itirilməsi” tələbinə dair ilk və iddiaçı Cavabdeh İddiaçı qarşı “ümumi mülkiyyətdə olan payın dəyərinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddiaları üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(103)-10644/2019 nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında inşa edilmiş 16 mərtəbəli yaşayış binasının 3-cü blokunda yerləşən 166 saylı mənzildən 1/4 hissədə cavabdehin mülkiyyət hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edilmişdir. İddiaçı Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi məhkəməyə müraciət edərək, İddiaçı ilə birgə nikah dövründə əldə olunmuş əmlaklar üzərində müəyyən edilmiş paylarına müvafiq olaraq payının dəyəri kimi ünvan 1 ün vanında inşa edilmiş 16 mərtəbəli yaşayış binasının 3-cü blokunda yerləşən 166 saylı mənzilə görə 40000 manat, ev əşyalarına görə 4746,66 manat və “Mercedes Benz E280” markalı **-BH-*** qeydiyyat nişanlı avtomobilə görə 10400 manat, cəmi 55146,66 manat məbləğində pulun İddiaçı tutulub Cavabdeh ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(011)-640/2019 nömrəli qətnaməsi ilə (hakim İ.N.Abbasova) hər iki iddianın qismən təmin edilməsi, ünvan 1 ünvanında inşa edilmiş 16 mərtəbəli yaşayış binasının 3-cü blokunda yerləşən 166 saylı mənzilə görə 26250 manat ödənilməklə həmin əmlakda Cavabdeh paylı mülkiyyət hüququna xitam verilməsi, İddiaçı ev əşyalarına görə 4746,66 manat və “Mercedes Benz E 280” markalı, **-BH-*** q eydiyyat nömrəli avtomobilə görə 10400 manat, cəmi 15146,66 manat məbləğində pul vəsaitinin tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər X.A.Cəmilovanın sədrliyi və məruzəsi ilə, İ.K.Xəlilovdan və İ.Ə.Kərimlidən ibarət tərkibdə) xx xxxxxxx 2019- cu il tarixli, 2(103)-10644/2019 nömrəli qətnaməsi ilə ilk iddia tələbi üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-640/2019 nömrəli xx xxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən - ilk iddianın təmin olunmayan və qarşılıqlı iddianın təmin olunan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İlk iddia tələbi üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı və vəkili Vəkil kassasiya şikayəti ve rərək, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(103)-10644/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və ilkin iddiaçının iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, ONA ETİRAZ, TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı deyildir. Mənzilin bazar deyəri faktiki hazırki bazar qiymətini əks etdirmir. Həmçinin mübahisə predmeti olan avtomobilə baxış keçirilməmiş, qəza nəticəsində yaranan qüsurlar nəzərə alınmamışdır. Mübahisə predmeti olan mənzilin açıq hərraca çıxarılaraq satılması xahiş edilsə də, məhkəmə bu tələbi əsassız saymışdır. Məhkəmə iclasında İddiaçı və vəkili Vəkil kassasiya şikayətinin dəlillə rini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. Cavabdehin vəkili xxx oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini və apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermi r. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İş üzrə məhkəmələr tərəfindən müəyyən olunmuş hallara əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qətnaməsi ilə ünvan 1 ünvanında inşa edilmiş 16 mərtəbəli yaşayış binasının 3-cü blokunda yerləşən 166 saylı mənzilin 3/4 hissəsinə İddiaçı, 1/4 hissəs inə Cavabdeh paylı mülkiyyət hüquqları tanınmışdır. İşə mahiyyəti üzrə baxan məhkəmələr Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə olan 1 saylı Protokolun 1-ci maddəsinə və Mülki Məcəlləsinin 152, 157.2, 213.1, 215.2 və 215.4-cü maddələrinə, Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə istinad edərək göstərmişlər ki, iş üzrə “xxxx” MMC-dən alınmış xx xxxxxx 2019-cu il tarixli daşınmaz əmlakın qiymətləndiriləmsi barədə hesabatına əsasən mübahisələndirilən mənzilin xx xxxxxx 2019-cu il tarixə bazar dəyəri 105000 manat təşkil etdiyindən qarşılıqlı iddia üzrə iddiaçının mənzildə 1/4 payının dəyəri olaraq 26250 manat Cavabdeh ödənilməklə həmin əmlakda sonuncunun paylı mülkiyyət hü ququna xitam verilməlidir. Həmçinin qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə Cavabdeh birgə nikah dövründə əldə edilmiş ümumi bazar dəyəri 7120 manat olan əmlaklara (mebel və s. üzərində) 2/3 hissələ pay müəyyən olunmuşdur ki, bu da Cavabdeh həmin əmlaklarda payının dəyərinin 4746,66 manat təşkil etməsi deməkdir. Həmin mülki iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxxxx 2018-ci il tarixli rəyi ilə “Mercedes Benz E280” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin 20800 manat olduğu müəyyən edilmişdir ki, həmin avtomobil üzərində Cavabdeh 1/2 payının dəyəri 10400 manat təşkil edir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisə ləndirilən qətnamə qəbul edilərkən maddi hüquq normaları pozulmuşdur. Belə ki, məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi ilk iddia üzrə iddiaçının apellyasiya şikayətini rədd edərkən və birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlayarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.2 və 215.4-cü maddələrinə istinad etmişlər. Aəzrbaycan Respublikası Mülki Məcəlləsinin 215.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Məcəllənin 215.4-cü maddəsinə əsasən hər bir mülkiyyətçi qalan mül kiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. Mülki qanunvericiliyin qeyd olunan maddələri ilə bağlı məhkəmə kollegiyası hesab edir ki, Mülki Məcəllənin 215.2-ci maddəsi ilə nəzərdə tutulmuş mülkiyyətçinin digər mülkiyyətçilərdən əvəz odəmək tələb etmək hüququ onun əmlakda payının sahibliyinə və istifadəsinə verilməsinin mümkün olmaması nəticəsində yaranır. Həmin əvəz əmlak üzərinə ümumi paylı mülkiyyət, o cümlədən əvəzi tələb edən mülkiyyətçinin öz payı üzərinə hüququn itirilməsi ilə nəticələnmir. Hazırki iş üzrə isə iddia tələbləri paylı mülkiyyətçilərin bir birinə kompensasiya verilməklə mülkiyyət hüquqlarına xitam verilməsi ilə bağlıdır. Bunun qaydaları isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci maddəsində təsbit olunmuşdur. Belə ki, Mülki Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydas ında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Məcəllənin 220.5-ci maddəsinə əsasən mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Müki Məcəllənin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 221-ci maddəsinə əsasən isə ümumi paylı mülkiyyət hüquqlarına fiz iki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxx 2014-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsin in 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi mübahisəni həll edərkən maddi hüquq normasının tətbiqind ə səhvə yol vermiş, tətbiq edilməli maddi hüquq normasını tətbiq etməmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi isə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya ins tansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəlləsinin 417.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən: apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(103)-10644/2019 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin Hakimi Elşad Şamayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar