Məhkəmə qərarları › İş №2(102)-1978/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1978/2021

05.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1978/2021 05.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı-nin cavabdehlər Cavabdeh1 MMC-yə və qeyrisinə qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: kredit borcunun qaytarılması ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6955/2020 nömrəli iş üzrə 13 oktyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 05 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məh kəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 14 oktyabr 2014-cü il tarixdə “xxxx” ASC ilə Cavabdeh1 MMC arasında kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən bank tərəfindən MMC-yə illik istifadə dərəcəsi 20 faiz olmaqla 24 ay müddətinə 78.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin təminatı kimi Cavabdeh2 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti ünvanda yerləşən 5 saylı evin üç otaqlı 7 saylı mənzili ipoteka ilə yüklü edilmişdir. “xxxx” ASC ilə İddiaçı arasında bağlanmış 14 aprel 2016-cı il tarixli müqaviləyə əsasən kredit müqaviləsi üzrə tələblər İddiaçı-yə keçmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2017-ci ilin iyun ayında İddiaçı iddia ərizəsi ilə məhkəməy ə müraciət edərək MMCnin kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etməməsi səbəbindən banka 77.967 manat məbləğində əsas, 6740,95 manat məbləğində faiz borcunun və 5891 manat məbləğində cərimə borcunun yaranmasını əsas göstərməklə MMC-dən həmin borcun bankın xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan mənzilə yönəldilməsi, mənzilin açıq hərracdan satılması və əldə olunmuş vəsaitin hesabına borcun ödənilməsi, mənzil satıldıqdan sonra mənzildə qeydiyyatda olan Vaqif, Sara və Vasif Axundovların mənzildən çıxarılmaları və mənzilin boşaldılaraq banka təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxs X2 iddia və əlavə iddia ərizələri ilə məhkəməyə müraciət edərək tələbin başqa şəxsə keçməsinə baxmayaraq ipoteka müqavi ləsinə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun ziddinə olaraq dəyişikliyin edilməməsini və ipoteka predmetinin əlavə dövlət qeydiyyatına alınmamasını və s. əsas göstərməklə ipoteka müqaviləsinin və onun əsasında bankın adına verilmiş Dövlət Reyestrindən Çıxarışın etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-58/2019 saylı, 05 mart 2019-cu il tarixli qətnaməsi ilə (hakim: C.Ə.Tağıyev) bankın iddiası qismən təmin edilərək Cavabdeh1 MMC-dən İddiaçı-nin xeyrinə cəmi 85.707,95 manatın tutulması, tutmanın ipoteka predmeti olan mənzilə yönəldilməsi, mənzilin açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsaitin hesabına borcun ödənilməsi, mənzilin ilkin satış qiymətinin 100.000 manat məbləğində müəyyən olunmas ı, mənzilin satıldıqdan sonra ən geci bir ay ərzində N, N və Nların mənzili tərk etmələri, iddianın qalan hissəsinin təmin olunmaması qət edilmişdir. Həmin qətnamə ilə X1 iddia tələbi təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsində birinci icraat İş üzrə üçüncü şəxs X2 qətnamənin ləğv edilib iddia tələbinin təmin, bankın iddiasının tutmanın ipoteka predmetinə yönəldilməsinə dair hissədə rədd olunması barədə apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-9236/2019 saylı, 04 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – Z.Ə.Əliyev (sədrlik edən və məruzəçi), F.Ş.Talışinski və R.Ə.Eyvazov) S.İ.Axundovanın apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-58/2019 saylı iş üzrə 05 mart 2019-cu il tarixl i qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya instansiyası məhkəməsində birinci icraat İş üzrə üçüncü şəxs X2 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə razılaşmayaraq qətnamənin ləğv edilməsi və mübahisələndirilən hissədə işin yeni apellyasiya baxışına göndərilməsi barədə kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1842/2020 saylı, 30 iyun 2020-ci il tarixli qərarı ilə (hakimlər – Ə.A.Əhmədov (sədrlik edən və məruzəçi), İ.K.Dəmirov və V.T.Həsənov) Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 sentyabr 2019-cu il tarixli, 2(103)-9236/2019 saylı qətnaməsi tutmanın ipoteka predmetinə yönəldilməsi və Nın iddia tələbinin rədd olunmasına dair hissədə ləğv edilərək iş yenidən baxılm ası üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat İşə təkrar baxan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)6955/2020 saylı, 13 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – X.A.Mərdanova (sədrlik edən və məruzəçi), E.M.Həsənov və F.F.Babayev) S.İ.Axundovanın apellyasiya şikayəti təmin edilərək Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-58/2019 saylı, 05 mart 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı-nin iddia tələblərinin rədd edilməsi, X1 iddia tələbinin təmin edilib “xxxx” ASC ilə Cavabdeh2 arasında bağlanmış 13 avqust 2008-ci il tarixli ipoteka müqaviləsinin və onun əsasında verilmiş Dövlət Reyestrindən Çıxarışın ləğv edilməsi qət edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, m əhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə İddiaçı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 oktyabr 2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, X1 iddia tələbinin rədd edilməsi və İddiaçı-nin iddiasının tam təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri İş üzrə üçüncü şəxs X1 bankın kassasiya şikayətinə qarşı etiraz verərək şikayətin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları İşə kassasiya qaydasında baxılarkən tərəflər məhkəməyə barışıq sazişi təqdim etmiş və eyni zamanda ərizə verərək barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Barışıq sazişinə görə tərəflər biri-birlərinə qarşı irəli sürdükləri iddia tələblərindən imtina edir və cəmi 78.297 manat məbləğində borcun aşağıdakı qaydada ödənilməsi barədə razılığa gəlirlər: ilkin olaraq əsas borcdan 45.000 manatın və 330 manat məhkəmə xərcinin Barışıq Sazişinin məhkəmə tərəfindən təsdiq olunduğu gün; qalan 32.967 manatın isə növbəti aydan başlayaraq ayda 3300 manat və sonuncu ay 3267 manat olmaqla 10 ay ərzində hər ayın 25-dək nağd və ya köçürmə yolu ilə ödəmək barədə cavabdehlər üzərlərinə öhdəlik götürürlər. Bank isə öhdəlik götürür ki, 36.470,95 manat məbləğində faiz və 1000 manat məbləğində cərimə borcu ilə bağlı tələblərindən imtina edir; ipoteka predmeti olan mənzili ipotekadan azad edilməsini təmin edir. Cavabdehlər barışıq sazişinin 2-ci maddəsində nəzərdə tutulmuş öhdəliklərini tam icra etmədikləri təqdirdə tələbin ipoteka predmeti olan mənzilə yönəldiləcəyini qəbul edirlər və buna hər hansı formada etiraz etməyəcəklər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 261.0.5 Tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Maddə 191.2 Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təs diq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, barışıq sazişi təsdiq olunmalı, qətnamə ləğv edilərək iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, iş üzrə icraata xitam verilməlidir. Tərəflərin izahatlarından görünür ki, barışıq sazişi tərəflərin könüllü iradəsini ifadə etməklə heç kimin hüquqlarını pozmur və onların arasında yaranmış mübahisənin həllini təmin edir. Göstərilən vəziyyətdə barışıq sazişinin təsdiq olunmasına mane olan heç bir hal olmadığından kollegiya hesab edir ki, Azərbaycan Res publikası MPM-nin 417.1.5-ci maddəsinin tələbinə müvafiq olaraq qətnamə ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 52, 191, 261, 262, 416- 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İş üzrə tərəflər – İddiaçı cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 və üçüncü şəxs X2 arasında aşağıdakı şərtlərlə bağlanmış 21 aprel 2021-ci il tarixli barışıq sazişi təsdiq edilsin: həmin sazişə əsasən tərəflər hazırkı mülki iş üzrə bir-birlərinə qarşı qaldırdıqları bütün iddia və şikayətlərindən imtina edir və bunun qarşılığında cavabdehlər cəmi 78.297 manat məbləğində borcu ilkin olaraq əsas borcdan 45.000 manatı və məhkəmə xərci olan 330 manatı barışıq sazişinin təsdiq olunduğu gün, qalan 32.967 manatı isə növbəti aydan başlayaraq aylıq 3300 manat və sonuncu ay 3267 manat olmaqla 10 ay ərzində hər ayın 25-dək nağd və ya köçürmə yolu ilə ödəmək barədə üzərlərinə öhdəlik götürürlər; bank isə cavabdehlər tərəfindən ödənişlər tam həcmdə icra edildiyi təqdirdə 6.470,95 manat məbləğində faiz və 1000 manat məbləğində cərimə borcu və bu kredit borcu ilə bağlı bütün tələblərindən imtina etmək barədə üzərinə öhdəlik götürür; ipoteka predmeti olan mənzilin ipotekadan azad edilməsini təmin edir; cavabdehlər barışıq sazişinin 2-ci maddəsində nəzərdə tutulmuş öhdəliklərini tam icra etmədikləri təqdirdə tələbin ipoteka predmeti olan mənzilə yönəldiləcəyini qəbul edirlər və buna hər hansı formada etiraz etməyəcəklər. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6955/2020 nömrəli iş üzrə 13 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar