Məhkəmə qərarları › İş №2(102)-1978/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1978/2024

21.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1978/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: şifahi əqd əsasında verilmiş borcun qaytarılması 21.06.2024 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı qarşı “pul” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-234/2024 saylı 5 fevral 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş in halları

1. Bərdə rayon Polis Şöbəsinin cinayət işinin başlanmasının rədd olunması haqqında xx.xx.2022-ci il tarixli qərarından görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Bərdə rayon polis şöbəsinə ərizə ilə müraciət edərək Bərdə rayon Türkmən kənd sakini Cavabdeh X həyat yoldaşı ilə birgə işlədiyini, ona görə də X ondan 13000 mahat pul almış ki, bankda işləyir, ehtiyacıdır və qaytaracaq. O həmin məbləğin özündə olmadığını, qohumundan tapıb verəcəyini bildirmişdir. O, ona 13.000 manat pul vermiş, hazırda X işdən çıxmış, ona əlin hara qəlbidir gedi qoymağı demiş, həmçinin X qardaşının onu hədələdiyini bildirmiş, Vüsalın ona verǝcəyi 3000 manat pulu və 13000 manat pulu geri qaytarmasını bildirmiş, ona qanun daxilində köməklik edilməsini xahiş etmiş, həmin müraciət Bərdə rayon polis şöbəs inin törədilmiş və hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı kitabında xx.xx.2022-ci il tarixdə HK-1/4233 sayda qeydiyyata alınmışdır. Araşdırma zamanı izahatı alınmış Cavabdeh Sǝdi oğlu bildirmişdir ki, Bərdə rayonu, Türkmən kəndində yaşayır. İddiaçı tanıyır. Onunla onun ədavəti və narazılığı olmamışdır. Onu qeyd edir ki, o, X borcu üçün 2020-ci il tarixdə 06 ay ərzində ümumilikdə 13000 manat pul borca almışdır. Həmin vaxt Bərdə şəhərində yerləşən "İrşad Telekom"-da işləyir və onun borcu yarandığı üçün götürmüşdür. Borcu qaytarılması üçün maaş kartını İddiaçı vermiş ki, ona olan borcunu həmin kartdan aylıq çıxarış edib götürsün. X olan 13000 manat pul borcunu geri qaytarmışam və onun hazırda ona olan pul borcu yoxdur, ona olan borcunu artığı ilə qaytarmışdır. İddiaçı onun barəs ində yalan danışır, ona şər böhatn atır, ona heç bir pul borcu yoxdur. Onun ona olan borcunu qaytarmağı barədə əlində sübutu var və həmin sübut növü səs yazısı formasındadır, eyni zamanda həmin səs yazısını disk formasında izahatına əlavə etmək istəyir. Beləliliklə, araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixdə Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsi bina 43, mənzil 23-də yaşayan İddiaçı öz yaşadığı ünvanda Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsi ev 99-da yaşayan Cavabdeh 13.000 manat borca pul vermiş, Cavabdeh öz adına olan maaş kartını İddiaçı təqdim edərək ona olan borcunu həmin kartdan aylıq çıxarış etməklə ödəməyi bildirmiş, İddiaçı tanışı Cavabdeh maaş kartını alaraq aylıq çıxarış etməklə borcunu geri almış, Cavabdeh borcunu tam şəkildə ödəmişdir. Cavabdeh əməlində cinayət tərki bi olmaması əsası ilə toplanmış material üzrə cinayət işinin başlanması rədd olunmuşdur İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən 13000 manat məbləğində pul vəsaitinin və məhkəmə xərcləri üçün ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

3. İddiaçı iddia tələbi onunla əsaslandırmışdır ki, cavabdeh ondan 13000 manat borc almış, lakin pulu geri qaytarmamış və buna görədə hüquq mühafizə orqanlarına müraciət etmişdir. Cavabdeh 13000 manat almasını polisdə etiraf etmiş və geri qaytardığını bildirmişdir. Halbuki, cavabdeh borcu qaytarmamışdır.

4. Məhkəmə iclasında iddiaçı bildi rmişdir ki, Sevil, Nigar və Pərvanə adlı şəxslərdən müxtəlif vaxtlarda ümumilikdə 13 550 manat pul almış, həmin pulların aylıq faizi 1605 manat olmaq şərti Cavabdeh vermişdir. O faizdən gələn pulu alsa da, əsas məbləği isə cavabdeh ödəməmişdir. Əsas məbləğdən 500 manat lotoreya oyunu ilə əlaqədar ona qaytarılmışdır. Faizdən gələn 1605 manat pulu 2022-ci ilin fevral ayından hər ay ödəmiş, 1100 manatı isə 12 ay ərzində hər ay ödəmişdir.

5. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, ümumilikdə 13 550 manat pul almış, onun aylıq faizi 1605 manat olmaqla hər ay ödəmiş, 1100 manatı isə 12 ay ərzində hər ay ödəmişdir. Ümumilikdə iddaçıya 22 000 manata qədər pul ödəmişdir. İddia tələbinin rədd olunmasını xahiş etdi.

6. Mülki işə əlavə edilmiş İddiaçı tərəfindən məhk əmə iclas zalında məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, İddiaçı qeyd etmişdir ki, Cavabdeh 2022-ci ilin fevral ayından 1605 manat 13000 manat pulun fazini ödəyib, 1100 manat 12 ərzində ödəyib. Mülki işə əlavə edilmiş səs yazı diskindən müəyyən edilir ki, İddiaçı etiraf edir ki, cavabdeh ona pulu qaytarmışdır.

7. Bərdə Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 21 avqust 2023-cü il tarixli 2(021)-1104/2023 saylı qətnaməsi ilə (hakim Qamət Əbilov) iddia təmin edilməmişdir.

8. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh Sǝdi oğluna 13500 manat məbləğində pul vermişdir. Həmin pulları iddiaçı Sevil adlı şəxsdən 3500, Pərvanə adlı şəxsdən 5500, Nigar adlı şəxsdən 4500 manat almaqla cavabdehə vermişdir. Cavabdeh pulun ona verilməsini inkar etmir. Tərəf lər arasında şifahi razılıq əsasında 13500 manata münasibətdə hər ay faiz olaraq 1605 manat pul iddiaçıya ödənilməlidir. İddiaçı yazılı ərizə təqdim edərək bildirmişdir ki, cavabdeh 2022-ci ilin fevral ayından 1605 manat 13000 manat pulun fazini ödəyib, 1100 manat 12 ərzində ödəyib. Cavabdeh isə öz növbəsində bildirir ki, ümumilikdə 22000-ə yaxın pul ödəmişdir.

9. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında yazılı müqavilə bağlanmayıb. Həmçinin 13500 manat pulun faizlə verilməsinə dair müqavilə də bağlanmayıb. İddiaçının ərizəsinin 1100 manat 12 ay ərzində ödəyib hissəsini təkcə nəzərə alsaq 13200 manat təşkil edir. 500 manat isə lotareya oyunu zamanı cavabdeh iddiaçıya qaytarıb. Bundan başqa 2022-ci ilin fevral ayından hər ay üçün 1605 manat iddiaçıya ödənilib. Bu rəqəmləri topladıqda 135 00 manatdan artıq məbləğin iddiaçıya ödənilməsi sübut olunur. Cavabdeh isə iddiaçıya qaytardığı məbləğin 22000 manat olmasını bildirir.

10. Bundan başqa məhkəmə qeyd edir ki, verilən pula görə borc alandan faiz tələb etmək yalnız xüsusi lisenziya əsasında həyata keçirilə bilər. Azərbaycan Respublikası qanunvericiliyi ilə faziə pul vermək xüsusi lisenziya alınmaqla banklar, bank olmayan kredit təşkilatları və lombardlar tərəfindən həyata keçirilə bilən fəaliyyət hesab edilir. İddiaçının isə belə bir lisenziyası yoxdur.Odur ki, iddia tələbi təmin oluna bilməz.

11. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1, 386.1, 39.1, 405.1, 739.1, 739.2, 740.1, 740.2-ci maddələri və Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinadla ə saslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunnmasını xahiş etmişdir.

13. Apellyasiya şikayətini işin faktiki hallarına və iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmaqla əlavə olaraq qeyd edilmişdir ki, Vüsal ondan 13000 mahat pul almışdır. Lakin birinci instansiya məhkəməsinin hakim işə baxarkən ona təzyiq və təsir etdiyinə görə ərizə yazmışdır, lakin ərizə onun fikrini əks etdirmir. Həmçinin qətnamədə onun adından qeyd edilən fikirlər və sözlər heç biri ona aid deyildir. Beləliklə onun ifadələri təhrif edilmişdir.

14. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(104)-234/2024 nömrəli 5 fev ral 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər: Rəhman Muradov (sədrlik edən və məruzəçi), Fikrət Mehdiyev və Ədil Məmmədov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətin qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək iddia rədd edilmişdir.

15. Məhkəmə kollegiyası ilk növbədə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəflərin izahatlarını, iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi ərizəni, eləcədə işin digər faktiki hallarını nəzərə alaraq iddianı rədd edərkən düzgün nəticəyə gəlsə də, lakin tətbiq edilməli olan maddi hüquq normalarını deyil, borc öhdəlik hüquq münasibətlərindən irəli gələn normalara istinad etmişdir.

16. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən cavabdehə 13000 manat borc ve rilməsi işin mübahisəsiz halı olsa da, lakin həmin məbləğdə pulun borc verilməsinə dair yazılı müqavilə bağlanmamışdır. Tərəflər arasındakı mübahisə ondan ibarətdir ki, İddiaçı Cavabdeh verdiyi pulun sonuncu tərəfindən qaytarılmadığını, cavabdeh isə aldığı 13000 manat da daxil olmaqla iddiaçıya ümumilikdə 22000 manat qaytardığını bildirmişdir.

17. Məhkəmə kollegiyası hesab etmişdir ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

18. Apellyasiya icraatı zamanı işin tədqiq olunmuş faktiki halları isə onu deməyə əsas verir ki, iddiaçının cavabdehə verdiyi 13000 manat sonuncu tərəfindən tam qaytarılmışdır.

19. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 385.1, 386.1, 425.1, 442, 1091.1, 1091.2,1093.1-ci, MPM-nin 14. 2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. İddiaçı (vəkili Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

21. İddiaçı tərəfindən kassasiya şikayətini işin faktiki hallarına, iddia ərizəsi və apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

23. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqd lər ola bilər.

24. Maddə 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

25. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 26. (Münasibətlər yaranan dövrdə qüvvədə olan redaksiyada) Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçi rməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

27. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

28. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.

29. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

30. Maddə 1091.1. Əsassız varla nan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

31. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

32. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə 8

8. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

37. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şik ayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 40. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

41. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

42. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır.Lakin apellyasiya instansiyası mə hkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

43. Hazırkı kassasiya şikayəti iddiaçı tərəfindən apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyi üçün həmin məhkəmə aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üz rə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

45. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

46. İddiaçının kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumu nun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

47. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın təmin edilməsi barədə nəticələri mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.

49. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-234/2024 saylı 05 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar