Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1982/2023 15.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı ilkin, Cavabdeh qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: icarə müqaviləsinin ləğvi, zərərin əvəzinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı icarə müqaviləsinə xitam verilməsi, icarə haqqının və vurulmuş ziyanın ödənilməsi tələbinə dair ilkin, Cavabdeh müqavilənin ləğv edilməsi və dəymiş zərərin ödənilməsi barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiya sının 30 yanvar 2023-cü il tarixli, 2(103)-801/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 116A ünvanda yerləşən ümumi sahəsi 3645,90 kv.metr olan qeyri-yaşayış sahəsi (bundan sonra – otel) xx.xx.2021-ci il tarixdən xüsusi mülkiyyət hüququ ilə İddiaçı (bundan sonra – iddiaçı) məxsusdur.
2. İddiaçı (onun adından müqaviləni etibarnamə əsasında X2 imzalamışdır) ilə Cavabdeh (bundan sonra – MMC və ya cavabdeh, onun adından müqaviləni qanuni təmsilçisi Nümayəndə2 imzalamışdır) arasında xx.xx.2022-ci il tarixdə bağlanmış icarə müqaviləsi ilə otel MMC-yə 2 il müddətinə icarəyə v erilmişdir.
3. Müqavilənin şərtlərinə əsasən icarə müddəti xx.xx.2024-cü il tarixinədək müəyyən edilmiş və onun bitməsinə 1 ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə, icarə müddəti daha bir il müddətə uzadılmış hesab edilir. Həmçinin, MMC iddiaçıya xx.xx.2022-ci tarixdən başlamaqla aylıq 10000 manat icarə haqqı ödəyir. İcarəçilər icarəyə verənin razılığı olmadan icarəyə götürülən sahədə təmir-tikinti işləri apara bilməz. Aylıq icarə haqqından qanunla müəyyən edilmiş məbləğdə hər ay vergi ödəmək icarəçinin vəzifəsidir. Kommunal xidmətlərdən (elektrik, qaz, su, istilik, kanalizasiya və telefon abunə) istifadə edilməsinə görə haqlar, habelə şəhərlərarası və ödənişli telefon danışıqları haqqı, o cümlədən əlavə vergi haqları icarəçi tərəfindən ödənil ir.
4. İddiaçı və MMC-nin direktoru Nümayəndə2 arasında bağlanan icarədarın icarədən çıxdığı zaman obyektin əvvəlki halına qaytarılması haqqında xx.xx.2022-ci il tarixli müqaviləyə əlavəyə görə, MMC müqaviləyə xitam verilməsi haqqında bildiriş aldıqdan sonra obyekti öncəki halına qaytarması üçün təmir bərpa işlərinə başlanmasını və 1 aya yekunlaşdırılmasını, təmir-bərpa işləri yekunlaşdıqdan sonra MMC tərəfindən iddiaçıya və nümayəndələrinə təhvil verilməsini öhdəsinə götürmüşdür. 5. xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubu ilə iddiaçı tərəfindən MMC-nin direktoru Onal Yaşardan müqaviləyə xitam verilməsi, 1 ay ərzində mülkü tərk edib, dəymiş zərəri aradan qaldırıb, aparılmış dəyişiklikləri öncəki halına qaytarmaq tələb edilmiş, əks halda qanunvericiliyə uyğun olaraq məhkəməyə müraciət ediləcəyinə dair xəbərdarlıq edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli müqavilənin ləğv edilməsi, cavabdehdən onun xeyrinə ödənilməmiş icarə haqqı borcu olaraq birdəfəlik 20000 manat, ödənilməmiş kommunal xidmətlərə görə 8979 manat və otelin əvvəlki vəziyyətinə qaytarılması üçün tələb olunan təmir-bərpa xərcinin əvəzi olaraq 800000 manat, əldən çıxmış fayda şəklində 20000 manat olmaqla, cəmi 848.979 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, aralarında bağlanmış müqavilədə icarə müddəti 2 il - xx.xx.2024-cü il tarixədək nəzərdə tutulmuşdur. Müqavilə ilə üzərinə düşən öhdəlik tərəfindən layiqincə icra edilməsinə baxmayaraq, cavabdeh tərəfindən müqavilə öhdəliklərinə riayət edilməmişdir. Belə ki, qeyri-yaşayış sahəsini istifadəsinə qəbul edən cavabdeh müqavilədə razılaşdığı kimi, aprel ayı üçün icarə haqqını ödəməmişdir. Eyni zamanda, aprelin ilk ongünlüyündə qeyri-yaşayış sahəsinə baxış keçirərkən məlum olmuşdur ki, cavabdeh müəssisənin direktoru Varis Onalın təşəbbüsü və göstərişi ilə, əmlakın mülkiyyətçisi kimi ona məlumat verilmədən və icazə alınmadan icarə obyektində əsaslı söküntü işlərinə başlanılmışdır. Əslində təmir adı ilə mülkiyyətində olan qeyri-yaşayış sahəsinin bütün mərtəbələrində müxtəlif söküntü işləri aparılmış, arakəsmə divarlar götürülməklə konstruktiv dəyişikliklər edilmişdir. Eyni zamanda, müxtəlif otaqların mövcud vəziyyət inə əsaslı xələl gətirilməklə yararsız hala salınmış, otel otaqlarında, otelin yeməkxanasında, hollda olan avadanlıqlar dağıdılaraq məhv edilmişdir. Cavabdehin nümayəndələri və aidiyyəti dövlət orqanlarının nümayəndələrinin birgə iştirakı ilə baxış keçirərkən aparılmış söküntülərin, əmlak və avadanlıqların yararsız hala salınmasının aralarındakı müqavilə şərtlərinə və razılığına kobud zidd olduğu, bu halda icarə münasibətlərinin davam etdirilməsinin mümkünsüz olduğu cavabdehin diqqətinə çatdırılmışdır. Cavabdeh müəssisənin rəhbəri Nümayəndə2 törətdiyi qanuna və müqaviləyə zidd əməlləri etiraf etmiş və müqavilənin vaxtından əvvəl xitamına razılığını bildirmişdir. Müqaviləyə xitam verilməsinə dair qarşılıqlı razılığa gəlinmiş və xx.xx.2022-ci il tarixdə “Müqaviləyə əlavə” imzalanmaqla cavabd eh müqaviləyə xitam verilmə haqqında bildirişi aldıqdan sonra obyekti öncəki halına qaytarılması haqqında təmir-bərpa işlərinə başlanılması və 1 aya yekunlaşdırmağı öhdəsinə götürmüşdür. Həmçinin, təmir-bərpa müddətinin iddiaçı və nümayəndələrinin nəzarətində aparılması, işlər yekunlaşdırıldıqdan sonra iddiaçı və nümayəndələrinə təhvil verilməsi, təhvil-təslimin mütəxəssis rəyi ilə aparılması razılaşdırılmışdır. Bununla yanaşı, razılığa əsasən, Nərimanov Rayon İcra Hakimiyyəti MKTB-nin 53 saylı MKİS-in mühəndisi, Nərimanov Rayon Bələdiyyəsinin şöbə müdiri, Nərimanov rayon Polis Şöbəsinin 16-cı PB ərazi üzrə sahə müvəkkili əvəzinin, cavabdeh müəssisənin işçisi və onun nümayəndəsinin iştirakı ilə yaradılmış komissiya qeyri-yaşayış binasına baxış keçirmiş, binanın 5 mərtəbəsində və zirzəmi sa həsində icarəçi tərəfindən aparılmış söküntü işlərinin nəticəsində avadanlığa və sahəyə dəymiş ziyan komissiyanın katibi M.Sadıqov tərəfindən əlyazması ilə qeydə alınmış və komissiya üzvlərinin imzaladığı xx.xx.2022-ci il tarixli aktla təsdiqlənmişdir. Bütün söküntü-dağıntı işləri, vurulmuş ziyan, avadanlıqların yararsız hala salımnması foto-video vasitəsilə qeydə alınmışdır. xx.xx.2022-ci il tarixdən keçən müddət ərzində cavabdeh müəssisənin direktoru Nümayəndə2 obyekti bərpa edib əvvəlki vəziyyətinə qaytaracağını vəd etsə də, yalnız cüzi təmir işləri (bəzi arakəsmə divarların kərpiclə qismən hörülməsi) aparmış, dəfələrlə təkidli tələblərə baxmayaraq, başqa heç bir bərpa işləri aparmamış, öhdəliyinin icrasından növbəti dəfə yayınmışdır. Cavabdehin yuxarıda sadalanan qanunsuz, müqavilə şər tlərinə və işgüzar praktikaya zidd davranışları nəticəsində icarəyə götürdüyü sahəyə görə icarə haqqı ödəməməsindən əlavə, qeyd olunana və iş materialları ilə təsdiqlənən söküntüdağıntı ilə mülkiyyətində olan əmlaka ciddi zərər vurulmuşdur. Cavabdehin sonuncu dəfə üzərinə götürdüyü 1 aylıq müddətin keçməsi ilə öhdəliklərindən təkrar yayınması həm də cavabdeh müəssisənin direktorunun xx.xx.2022-ci il tarixdə (müqavilənin ləğv edilməsi və sair tələbləri barədə) pretenziya göndərməsi ilə təsdiqlənir. Pretenziyada guya, tərəfindən öhdəliklərə əməl edilməməsi və ona ziyan vurulması barədə həqiqətə uyğun olmayan qərəzli mülahizələrini yazmışdır. Tərəfindən (nümayəndənin imzası ilə) pretenziyaya cavab verilərək mülkiyyətində olan qeyri-yaşayış binasının (otelin) əvvəlki vəziyyətə qaytarılması və vurulmuş ziyanın ödənilməsi tələbi cavabdehin diqqətinə çatdırılmışdır. Yuxarıda sadalananlardan aydın olur ki, cavabdeh aralarındakı icarə müqaviləsinin şərtlərini və qanunvericiliyin tələblərini kobudcasına pozduğu kimi, xx.xx.2022-ci il tarixli müqaviləyə əlavə və xəbərdarlığa da əməl etməməklə, faktiki olaraq, vurduğu ziyanı aralarındakı razılığa uyğun könüllü qaydada bərpa etmək niyyətində deyildir. Eyni zamanda, qeyri-yaşayış sahəsinin faktiki istifadəsində olduğu müddətdə cavabdeh tərəfindən kommunal ödənişlər də həyata keçirilməmiş və icarə obyektinə icarə müddətində hesablanmış 8979 manat məbləğ ödənilməmişdir. Obyektdə işıq və digər kommunal xidmətlərin dayandırılmaması üçün ödənilməmiş məbləğlər məcburi olaraq tərəfindən ödənilir. Yuxarıda istinad olunan xx.xx.2022-ci il tarixli Aktda müəyyən edilən söküntü-dağıntı işləri və avadanlıqlara vurulmuş ziyanın aradan qaldırılması və bərpası, əmlakın əvvəlki vəziyyətə qaytarılması, çəkilməli olan xərcin məbləğinin müəyyənləşdirilməsi üçün ixtisaslaşmış qiymətləndirici müəssisəyə müraciət olunmuş və qiymətləndirmə hesabatı alınmışdır. 8. "xxxx" MMC-nin QXM 291 nömrəli, xx.xx.2022-ci il tarixli rəyində otelə dəymiş ziyanın və avadanlıqların ümumi bazar dəyərinin 780000 manat olması müəyyən edilmişdir.
9. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi, oteldə təmirtikintiyə və əşyaların alınmasına xərclənmiş 200.000 manat, əldən çıxmış faydaya görə 50.000 manat, ödənilmiş 540 manat məbləğində vəsaitin iddiaçıdan tutu laraq cavabdehə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
10. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, X2 ilə Nümayəndə2 arasında olan şifahi razılaşmaya əsasən obyekt Nümayəndə2ə 2021-ci ilin noyabr ayından təhvil verilib və Nümayəndə2 orada 2022-ci ilin yanvar ayının sonunadək, yəni 3 ay müddətində təmir-tikinti işləri aparılması nəzərdə tutulmuşdur. Tərəflər arasında qarşılıqlı razılıq ilə 2022-ci ilin yanvar ayından isə rəsmi qaydada icarə müqaviləsinin bağlanması və restoranın faktiki açılışının edilməsi, ilkin 3 ay müddətinə icarə haqqının hesablanmaması və yalnız xx.xx.2022-ci il tarixdən aylıq 10.000 manat məbləğində icarə haqqının ödənilməsi barədə razılığa gəlinmişdir. Təmir-tikinti işləri artıq 2022-ci ilin yanvar ayının ortasında başa çatmış və res toran açılışa tam hazır olduğu üçün icarə müqaviləsinin bağlanması mərhələsinə çatmışdır. İcarə müqaviləsinin məzmununa nəzər yetirilsə də, görünür ki, müqavilə xx.xx.2022-ci il tarixdən bağlanmış, lakin icarə haqqının ödənilməsinin başlanması isə xx.xx.2022-ci il tarixdən müəyyən edilmişdir. Başqa sözlə, təmir-tikinti işləri başa çatdıqdan sonra 22 yanvar 2022-ci il tarixdən icarə müqaviləsi bağlanmış və həmin tarixdən sonra icarə obyektində heç bir təmir işləri aparılmamışdır. Tərəflər arasında olan razılaşmaya görə müqavilə 5 illik müddətinə bağlanmalı olub və həmin müddət ərzində Nümayəndə2 obyektdən çıxarıla bilməzdi. Müqavilənin mətni cavabdehlər tərəfindən hazırlandığı və tərəflər arasında olan bütün şərtlər müqaviləyə daxil edildiyi halda Ruslan Haşımov cavabdeh müəssisənin direkto ru Nümayəndə2ı aldadaraq, belə məzmunda notarial müqavilə bağlamayacağını bildirmiş və adi şablon qaydada müqavilə bağlanılmışdır. Həmin müqavilədə isə onlar arasında olan şərtlərin heç biri qeyd edilməmişdir. İlkin razılaşma əsasında cavabdeh tərəfindən icarə obyekti 2021-ci ilin noyabr ayında təhvil-təslim alınıb otel layihəsini restoran layihəsinə dönüşdürmək üçün öz vəsaiti hesabına təmir-tikinti işlərinə başlanılmışdır. Bir müddət sonra Nümayəndə2 yeni təsis etdiyi cavabdeh müəssisənin direktoru kimi notariat kontorunda xx.xx.2022-ci il tarixdə icarə müqaviləsini bağlamışdır. Notariat Kontorunda icarə haqqının ödənişi xx.xx.2022-ci il tarixindən başlanacağı qeyd olunmuş və digər hüquq və öhdəliklər öz əksini tapmışdır. Cavabdeh aralarında bağladıqları müqavilənin şərtlərinə əməl oluna cağına inanaraq ümumilikdə 200000 manat məbləğində vəsaitlərini əhatə edən mal və avadanlıqlar almış və təmir tikinti işlərini aparmış, 30-dan çox iş yeri ştatı açmış və restoran kimi xx.xx.2022-ci il tarixdən fəaliyyətə başlamışdır. Həmin tarixdə restoranın açılışında tərəfindən məhkəməyə təqdim edilmiş fotoşəkillərdən də görünür ki, Türkiyə Respublikasının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri cənab Cahit Bağçının başçılığı ilə və bir çox diplomatlar, Türkiyə iş adamları, Milli Məclisin deputatları və digər ictimai şəxslər iştirak etmişlər. Lakin xx.xx.2022-ci il tarixdə məkana Nümayəndə2 müqavilə bağladığı şəxs X2 (mülk sahibinin hüquqi nümayəndəsi) bir neçə şəxslə gəlib onları məkandan 30 dəqiqə ərzində qeyri-şərtsiz çıxmaqlarını tələb etmişdir. Həmin şəxslər cavabdehin mal və avadanlıqlarına, həmçinin orada yerləşən MMC-yə məxsus ofis avadanlıqlarına, sənədlərə əl qoymuşlar. Cavabdeh müəssisənin direktoru Nümayəndə2 və işçilər məkanı tərk etdikdən sonra Nümayəndə2ə və onun 20-dən çox işçisinə həmin məkana daxil olmaqlarına qadağa qoyulmuşdur. Ruslan adlı şəxsin bu prosesdə kimləsə tez-tez telefon əlaqəsi qurub onun təlimatlarını yerinə yetirməsi, hüquqlarının tapdalandığı qeyd edən işçilərimizə "gedin hara istəyirsiz şikayət edin” kimi bildirməsi, həmçinin də, Onalı Varısi hədələyərək icarə müqaviləsinə xitam verilməsinə dair bildirişə qol çəkdirməsi, qanuna saymamazlıq etməsi bir daha özünü təsdiqləyir. xx.xx.2022-ci il tarixdə iddiaçı MMC-nin direktoru Nümayəndə2 məcburiyyət altında imzaladığı xəbərdarlıq məktubunun sonuncu tərəfindən möhürlənməməsi də həmin xəbərdarlıq məktubunun heç bir əsasının olmamasını göstərir. Həmin xəbərdarlıq məktubundan belə görünür ki, iddiaçının xəbərdarlıq məktubunda Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 329-cu maddəsinə istinad etməsi, yazılı və sözlü əqdə uyğun hərəkət etməməsini qeyd etməsi qarşı tərəfin əslində dolayı yolla olsa belə, tərəflər arasında olan şifahi danışıqlara əsasən razılaşdıqlarının etirafını edir. Belə ki, cavabdeh müəssisənin direktoru Nümayəndə2 ilə iddiaçı və onun nümayəndəsi Ruslan Haşımov arasında olan mülki qanunvericilikdə nəzərdə tutulan şifahi razılaşmaya əsasən həmin qeyri-yaşayış obyektində təmir-tikinti işləri cavabdeh tərəfindən həyata keçiriləcək və həmin obyektə restorana aid olan bir çox əşyalar alınacaqdı. Cavabdeh tərəfindən təmir-tiki nti işlərinə və zəruri əşyaların alınmasına 200.000 manat məbləğində vəsait xərclənmişdir. xx.xx.2022-ci il tarixdə cavabdeh müəssisənin direktoru Nümayəndə2 tərəfindən imzalanmış müqaviləyə əlavənin də heç bir hüquqi qüvvəsi və əsası yoxdur. Həmin əlavə iddiaçının cavabdeh tərəfindən həmin qeyri-yaşayış obyektində təmir-tikinti işlərinin aparılması barədə məlumatının olduğunu bir daha etiraf edir.
11. Məhkəmə iclasında şahid qismində dindirilən X2 bildirmişdir ki, o, Aydının nümayəndəsi olmuşdur. Aralarında razılıq olmuşdur ki, qeyri-yaşayış sahəsində təmirtikinti işləri olmayacaq, olacağı halda icarə predmeti geri təhvil verilərkən əvvəlki halına geri qaytarılmalı idi.
12. Digər şahid X3 bildirmişdir ki, noyabr dekabr aylarından təmir yekunlaşmışdır. Yanvar ayının 10-dan restorana müştər i qəbulu başlamışdır. Həmin restoranda administrator kimi işləmişdir. Onu işə Barış müəllim çağırmış, əmək haqqı da onun tərəfindən ödənilmişdir.
13. Şahid qismində dindirilən X4 bildirmişdir ki, hər iki tərəfi tanıyır. 2021-ci ilin noyabrından 2022-ci ilin 2 yanvarına qədər orada sürücü işləmişdir. Daha sonra Barış müəllim tərəfindən ona ərazidə söküntü işlərinin aparılmalı olduğu bildirilmiş və bu işlərin görülməsi üçün ora əlavə olaraq 4 nəfər fəhlə də gətirmişdir. Söküntü işləri 2,3,4,5-ci mərtəbələrdə aparılmışdır. Onu Barış müəllim çağırmış, əmək haqqını da ondan almışdır. Özündən əlavə 3-4 nəfər də usta olmuşdur.
14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/4386-9/4902 nömrəli ekspert rəyində otel binasının cavabdeh tərəf indən söküntü işləri aparılmamışdan əvvəlki yararlı vəziyyətinə gətirilməsi üçün və ya dəymiş ziyanın aradan qaldırılması üçün görülməli olan təmir-bərpa işlərinin ümumi dəyərinin təqribən 365627,0 manat məbləğində olması müəyyən edilmişdir. Tədqiq olunan qeyri-yaşayış binasının mərtəbələri üzrə sökülmüş sahələrin, divarların, arakəsmələrin, hörgülərin ölçüləri və həcmi, yararsız hala salınmış tavan və döşəmənin sahəsi rəyə əlavə edilmiş smetada ətraflı göstərilmişdir. Tədqiq olunan qeyri-yaşayış obyektinin əvvəlki vəziyyəti nəzərə alınmaqla otel təyinatını restoran təyinatına dəyişdirilməsi üçün aparılmış təmir-tikinti işlərinə dair smeta və istifadə olunmuş tikinti materiallarının alınmasına dair qaimə sənədləri təqdim edilmədiyindən, həmin işlərin həcmini və dəyərini müəyyən etmək mümkü n olmamışdır Ekspertiza tədqiqatına təqdim edilən və iş materiallarında adları göstərilən (faktiki ortada olmayan) malların orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 206.146,50 (177395,00+28751,50) manat müəyyən edilmiş, həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir.
15. Məhkəmə Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 116A ünvanda yerləşən, qeyri-yaşayış (otel) binasına yerli baxış keçirmiş, ümumi sahəsi 3645.90 kv.m təşkil edən 5(+1) mərtəbəli qeyri-yaşayış sahəsində aparılmış söküntü, tikinti işləri ilə vizual olaraq tanış olmuş, bununla bağlı müvafiq protokol tərtib edilmişdir.
16. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-2634/2022 nömrəli iş üzrə 06 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim A.Novruzova) hər iki iddia qismən təmin edilmiş, otelə dair tərəflər arasında bağlanılmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi, cavabdehdən 5000 manat icarə haqqı və 365627,0 manat təmir xərcinin iddiaçının xeyrinə tutulması, hər iki iddia tələbinin qalan hissədə rədd edilməsi qət olunmuşdur.
17. Birinci instansiya məhkəməsinin 2(005)-2634/2022 nömrəli, 21 oktyabr 2022ci il tarixli əlavə qətnaməsi ilə iddiaçının cavabdehə qarşı icarə müqaviləsinə xitam verilməsi, icarə haqqının və vurulmuş ziyanın ödənilməsi tələbinə dair ilkin iddia tələbi qeyri-yaşayış sahəsində əşyalara vurulmuş zərərin tutulması hissəsində təmin edilərək, qeyri–yaşayış sahəsinə dəymiş zərər olaraq 206.145.50 manat pulun cavabdehdən tutularaq iddiaçıya verilməsi qət edilmişdi r.
18. Birinci instansiya məhkəməsi hər iki iddia tələbinin icarə müqaviləsinin ləğv edilməsi hissəsinə münasibətdə mövqeyini onunla əsaslandırmışdır ki, həm ilk, həm də qarşılıqlı iddia üzrə tərəflər xx.xx.2022-ci il tarixli müqavilənin ləğvini tələb etmişdir. Bu halda, sözügedən iddia tələblərinin ləğvinə hər hansı bir maneə qalmamışdır. Bu səbəbdən ilk və qarşılıqlı iddia ərizələri icarə müqaviləsinin ləğv edilməsi hissəsində təmin edilməlidir.
19. Məhkəmə ilkin iddia tələbinə münasibətdə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, cavabdeh icarə müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu (icarə haqqını) müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, borcunu iddiaçıya ödəməlidir.
20. Həmçinin, tərəflər arasında icarə müqaviləsi xx.xx.2022-ci il tarixdə bağlanmış, icarə haqqının 01 aprel 2022-ci il tarixdən başlayaraq 10000 manat olmaqla ödənilməsi barədə tərəflər razılaşmışlar. Tərəflərin izahatı və şahid ifadələri ilə müəyyən edilmişdir ki, icarəyə verilən əmlakdan icarəçi 15 aprel 2022-ci il tarixdə çıxmışdır. Belə olan halda iddiaçının tələbi qismən təmin olunmalı, 5000 manat icarə haqqı iddiaçıya ödənilməlidir.
21. Bundan başqa, məhkəmə təmir-bərpa xərclərinin əvəzi ilə bağlı ekspert rəyi ilə müəy yən edilmiş 365627,0 manat məbləği əsaslı hesab edərək bildirmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsinin 8-ci bəndinə əsasən “İcarəçilər” “icarəyə verənin” razılığı olmadan icarəyə götürülən sahədə təmir-tikinti işləri apara bilməz. Mülki işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, cavabdeh tərəfindən qeyri-yaşayış sahəsində təmir-söküntü işləri aparılmış, divarlar, arakəsmələr sökülməklə qeyri-yaşayış sahəsində dəyişikliklər edilmişdir. Bu hal qarşılıqlı iddia ərizəsində cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəfindən də etiraf edilmişdir.
22. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsinin 11-ci bəndində kommunal xidmətlərdən (elektrik, qaz, su, istilik, kanalizasiya və telefon abunə) istifadə edilməsinə görə h aqlar, habelə şəhərlərarası və ödənişli telefon danışıqları haqqı, o cümlədən əlavə vergi haqlarının “İcarəçi” tərəfindən ödənilməsi öhdəliyi götürülmüşdür. Buna baxmayaraq, icarəçi öz öhdəliklərinin tam həcmdə icrası üçün cavabdeh olsa da, ödənilməmiş kommunal xidmətlərə görə 8979 manat borcun mövcudluğu, eləcə də həmin borcun icarəyə verilən dövrü əhatə etməsi, həmin məbləğin iddiaçı tərəfindən ödənilməsinə dair məhkəməyə hər hansı sübut əlavə edilməmişdir. Buna görə də, ilk iddia bu hissədə rədd olunmalıdır.
23. Bundan əlavə, iddiaçı qeyri-yaşayış sahəsindən istifadə edilməsi ilə əlaqədar əldən çıxmış fayda kimi ona vurulmuş zərər olaraq cavabdehdən 20000 manat pul məbləğinin onun xeyrinə tutulmasını tələb etsə də, real olaraq belə bir gəlirin əldə edilməsinin mümkünlüyünü təsdiq edən h ər hansı mötəbər sübut məhkəməyə təqdim etməmişdir.
24. Birinci instansiya məhkəməsi qarşılıqlı iddianın təmir-tikintiyə və əşyaların alınmasına xərclənmiş 200.000 manat və əldən çıxmış faydaya görə 50.000 manat məbləğində vəsaitin iddiaçıdan tutulması hissəsinə münasibətdə hesab etmişdir ki, qarşılıqlı iddia tələbi göstərilən hissədə əsassızdır. Belə ki, iş materialları və mülki işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, qeyri-yaşayış sahəsi icarəyə verilərkən istismara yararlı halda olmuş, təmirə ehtiyacı olmamışdır. Cavabdeh özü qeyri-yaşayış sahəsinə aralarında bağlanmış icarə müqaviləsinin şərtlərinə zidd olaraq dəyişikliklər etmişdir. Göstərilən halda, qarşılıqlı iddia üzrə iddiaçıya hər hansı bir zərərin dəymiş olması mümkün deyil. Digər tərəfdən, cavabdeh məhkəməyə müba hisəli qeyri-yaşayış obyektində hansı təmir-tikinti işlərinin görülməsini, hansı əşyaların alınmasını qeyri-dəqiq göstərmiş, buna dair məhkəməyə sübutlar təqdim olunmamışdır. Buna görə də, keçirilmiş ekspertiza zamanı qarşılıqlı iddiaçının smeta sənədlərinin mövcud olmaması əsası ilə rəy verilməsi mümkün olmamışdır.
25. Birinci instansiya məhkəməsi mövqeyini Mülki Məcəllənin 21.1, 21.2, 385.1, 405.1, 421.2, 423.2, 424.2, 425.1, 427.3, 442, 448.1, 448.2, 648.2, 684.2, 685.2.1, 700.1, 700.3-cü, “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “İcarə haqqında” Qanun) 7, 13.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
26. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnamələrinin ləğv edilərək, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
27. Apellyasiya şikayəti və eləcə də, apellyasiya şikayətinə əlavə qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır.
28. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili şikayətə etiraz edərək, bildirmişdir ki, təmir vaxtı ilə bağlı cavabdehin dedikləri tamamilə əsassızdır, təmir yanvardan sonra olub. Oteldə birinci mərtəbə onsuz da restoran olub. Cavabdeh birinci mərtəbədə demək olar ki, təmir aparmayıb, sadəcə dekorativ dəyişikliklər edib. İddiaçı birinci mərtəbədə edilmiş dəyişikliklərə etiraz etmir, ora ilə bağlı mübahisə yoxdur. Cavabdeh oteldə fəaliyyət göstərdiyi müddətdə yuxarıkı mə rtəbələrdə otaqları restoran otağına çevirib. Cavabdeh hesab edirsə birinci mərtəbədə şəkil, pərdə, dekorasiya və sair avadanlıqlar əlavə edib, gəlib onları apara bilər, buna görə pul tələb edə bilməz.
29. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 30 yanvar 2023-cü il tarixli, 2(103)-801/2023 nömrəli qətnaməsi ilə (hakimlər E.Kazımov (sədrlik edən və məruzəçi), N.Cəfərov və İ.Şirinov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnamələrinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
30. Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçı notarial qaydada təsdiq edilmiş müqaviləyə, cavabdeh isə şifahi razılaşmaya istinad etmişdir. Deməli, qeyd olunan tələblərin əsaslı-əsassız və təmin edilməli yaxud edilməməli olması bir-birindən asılı olmuşdur. Yəni, birinin təmin edilməsi, mütləq ki, digərinin rədd edilməsi ilə nəticələnməli idi ki, birinci instansiya məhkəməsi də bu hissələr üzrə düzgün nəticəyə gəlmişdir.
31. Həmçinin, cavabdeh iddiaçı ilə razılaşdırdıqları şərtlərin müqaviləyə daxil edilməməsini qarşı tərəfin nümayəndəsinin MMC-nin direktorunu aldatması ilə, yəni razılaşdıqları şərtin müqaviləyə daxil edəcəkləri halda notariusun bu cur müqaviləni bağlamayacaqları ilə izah etsə də, bu dəlillər inandırıcı və ağlabatan sayıla bilməz. Çünki, icarə müqaviləsinə bəyan etdiyi şərtlərin salınması qanuna zidd sayılmırdı. Əksinə qarşılıqlı iddiaçının müqavilənin 8-ci bəndi ilə razılaşıb onu imzalaması ona dəlalət edir ki, MMC-nin rəh bəri qeyri-yaşayış sahəsində təmir-tikinti aparmaması yaxud təyinatının tamamilə dəyişəcək şəkildə bu işləri görməyəcəyi barədə öhdəlik götürmüşdür. Ona görə də, tərəflərin notarial qaydada təsdiq olunmuş icarə müqaviləsindəki şərti nəzərə alıb, eyni məzmunlu, hər iki iddianın bu hissələri üzrə ilk iddianı təmin etməklə birinci instansiya məhkəməsinin nəticəsi əsassız olmamış, yəni müqavilə şərtlərinə uyğun olmuşdur.
32. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı onu da qeyd etmişdir ki, qarşılıqlı iddianın qeyri-yaşayış obyektinə əşyaların alınmasına xərclənmiş vəsaitin tələb edilməsi hissəsi də əsassız olmuşdur. Çünki, hər hansı bir əşya alınmışdırsa, ilk növbədə əşyanın özü, mövcud olmadıqda isə dəyəri tələb edilə bilər. Cavabdeh apellyasiya şikayətinə əlavədə də göst ərir ki, ilk iddiaçının nümayəndəsi və vəkili, eləcə də icarə müqaviləsini mülkiyyətçinin nümayəndəsi kimi imzalamış və şahid qismində dindirilmiş Ruslan Haşımov da qeyd olunan əşyaların bəzilərinin qeyri-yaşayış sahəsində olduğunu və mübahisə bitdikdən sonra həmin avadanlıqların MMC-yə qaytarılacağını etiraf etmişdir. Bu halın doğruluğu belə qarşılıqlı iddianın bu hissəsini təmin etmək üçün əsas ola bilməzdi. Çünki, ən azından qarşılıqlı iddiaçının qeyri-yaşayış sahəsi üçün aldığını iddia etdiyi əşyaların bir qisminin qarşı tərəfdə olduğu təsdiq olunur. Bu cür vəziyyətdə, yəni fiziki cəhətdən mövcud olan əşyanın özünü deyil, birbaşa, özü də yalnız onların alınmasına sərf edilmiş vəsaitin tələb edilməsi mülki prosessual qanunvericiliyin tələbləri ilə uzlaşmır.
33. Bundan başqa, qarşılıqlı iddia üzrə əldən çıxmış faydaya görə 50000 manatın tələb edilməsi ilə bağlı iddianın rədd edilməsi də düzgün olmuşdur. Çünki, cavabdeh buna dair məhkəməyə mötəbər sübut təqdim etməmişdir.
34. Məhkəmə ilkin iddia tələbinə münasibətdə birinci instansiya məhkəməsinin mövqeyi və əsaslandırması ilə razılaşaraq hesab etmişdir ki, ilk iddianın icarə haqqı hissəsinin qismən təmin edilməsi də müqavilə şərtlərinə uyğun olmuşdur. Çünki, icarəçi xx.xx.2022-ci ildən başlayaraq hər ay icarəverənə 10000 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. İcarə obyektində icarəçinin 15 aprel 2022-ci ilədək fəaliyyət göstərməsi işin mübahisəsiz halıdır. Çünki, cavabdeh tərəf də bu faktı inkar etmir. Ona görə də, məhkəmə 15 gün üçün aylıq icarə haqqının yarısının, yəni 5000 manatın tutulmasını qət etməkdə haqlı olmuşdur.
35. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 385.1, 405.1, 421.2, 442, 448.2, 675, 700.1, 700.3, 1096.1, 1096.2, 1097.1-cİ, “İcarə haqqında” Qanunun 7, 13.1-ci, MPM-in 14.2, 77.1, 88, 217.3, 217.4, 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
36. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ilkin iddia hissəsində tam ləğv edilərək, qarşılıqlı iddia ərizəsinin tam təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
37. Kassasiya şikayəti qarşılıqlı iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsin ə təqdim olunan sübutlara apellyasiya instansiyası məhkəməsi tərəfindən də obyektiv yanaşılmamış, restoranın açılışını təsdiq edən, icarə obyektinin əvvəlki və sonrakı vəziyyətini əks etdirən fotoşəkillər birinci instansiya məhkəməsinə təqdim edildiyi halda belə, məhkəmə tərəfindən münasibət bildirilməmiş və həmin fotoşəkillər ekspertlər və apellyasiya instansiyası məhkəməsi tərəfindən də nəzərə alınmamışdır Halbuki həmin fotoşəkillər restoranın açılışını təsdiq edən sübutlar idi. Apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən təyin edilən ekspertizanın rəyinin hərtərəfli aparılmadığı bildirilsə də, göstərilən hallar məhkəmə tərəfindən nəzərə alınmamışdır.
38. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixdə ekspertiza təyin edilərkən həmin qeyri-y aşayış sahəsində təmir-tikinti işlərinin nə vaxt aparıldığı ilə bağlı ekspert qarşısında sualın qoyulması xahiş edilsə də, məhkəmə tərəfindən həmin sual qoyulmamaqla təmir-tikinti işlərinin hansı tarixdə aparılması müəyyən edilməmişdir. Hazırda isə apellyasiya instansiyası məhkəməsində mülki işə baxılarkən xx.xx.2023-cü il tarixli vəsatətlə əlavə ekspertizanın təyin edilməsi xahiş olunmuş və tərəfindən vəsatətdə bildirilmişdir ki, birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı üzrə ekspert qarşısında qoyulmuş 5-ci sual ilə bağlı ekspert Kamran Dünyamalıyev tərəfindən düzgün rəy verilməmiş, tədqiqat tam, hərtərəfli və obyektiv aparılmamış, həmin qərardadda göstərilən 5-ci suala əsasən həmin qeyriyaşayış obyektində restoran təyinatı üçün istifadə edilməsi məqsədilə alınmı ş avadanlıqların və əşyaların (mətbəx texnikaları, sobalar, stol-stullar, pərdələr, lyustralar, qabqaşıqlar və s.) dəyərinin nə qədər təşkil edildiyi müəyyən edilməmişdir. Ekspert qarşısında qoyulmuş sual cavabdehə məxsus əşyaların dəyərinin müəyyən edilməsi olsa da, ekspert rəy verərkən, iddiaçıya məxsus əşyaların orta bazar qiymətini müəyyən etmiş və ekspertizanın yanlış rəyi əsasında birinci instansiya məhkəməsi tərəfindən düzgün olmayan əlavə qətnamə qəbul edilmişdir. Halbuki, rəy verilərkən cavabdehə məxsus əşyaların dəyərinin nə qədər təşkil edildiyi müəyyən olunmalı idi.
39. Bundan başqa, birinci intansiya məhkəməsində dindirilmiş şahidlərin ifadələrində həmin obyektdə təmir-tikinti işlərinin müqavilə bağlanana qədər aparıldığı məhkəmə iclasında bildirilsə də, göstərilən şahid ifa dələri məhkəmə tərəfindən sübut kimi qəbul edilməmişdir. Qeyd olunan hallar ona dəlalət edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən prosessual hüquq normaları düzgün tətbiq etməyərək qətnamə qəbul etmiş və sübutlara düzgün hüquqi qiymət verilməmişdir.
40. Həmçinin, iddiaçının nümayəndəsi və vəkilinin birinci və apellyasiya instansiyası məhkəməsində verdiyi izahatları arasında ziddiyyət mövcuddur. Belə ki, birinci instansiya məhkəməsində cavabdehə məxsus avadanlıqlar, pərdələr, çilçıraqlar və digər əşyaların restoranda olduğunu və mübahisə bitdikdən sonra həmin əşyaların cavabdehə qaytaracaqlarını, apellyasiya instansiyası məhkəməsində isə həmin restoranda olan əşyaların yalnız onlara aid olduqlarını bildirmişlər. Göründüyü kimi hazırda cavabdehə məxsus əşyalara ziyan dəyib-dəyməməsi şübhə altındadır.
41. Kassator şikayətini Mülki Məcəllənin 21.1, 21.2, 385.1, 442, 448.2, 675, 700.1, 1096.1, 1096.2, 1097.1-ci, MPM-in 9.1, 14.2, 88, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
42. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
43. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
44. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zə rər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
45. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
46. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
47. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
48. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
49. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
50. Maddə
675. Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.
51. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
52. Maddə 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. “İcarə haqqında” Qanun
53. Maddə
7. İcarəyəverənin ic arəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir. İcarə müqaviləsi üzrə vəzifələri icra etməmək və ya lazımınca icra etməmək, o cümlədən müqaviləni birtərəfli qaydada dəyişdirmək və pozmaq üstündə tərəflər Azərbaycan Respublikasının qanunvericiliyi və müqavilə ilə müəyyən edilən məsuliyyət daşıyırlar.
54. Maddə 13.1. İcarə müqaviləsi şərtlərinin dəyişdirilməsinə, onun pozulmasına və ona xitam verilməsinə Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada, habelə tərəflərin razılığı ilə yol verilir. Tərəflərdən birinin müqavilə şərtlərini pozduğu hallarda o biri tərəfin tələbi ilə icarə müqaviləsi məhkəmənin qərarına əsasən pozula bilər. Mülki Prosessual Məcəllə
55. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdiklər i sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
56. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
57. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
58. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
59. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətind ə irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
60. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
61. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və ( və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
62. Hazırkı kassasiya icraatı üzrə birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayəti əsasında yoxlamış apellyasiya instansiyası məhkəməsinin aktı həmin tərəfin kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
63. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
64. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə birinci və apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.
65. Kassasiya şikayətinin ekspert rəyinin əsassız olması ilə bağlı dəlillərinə münasibətdə nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşdığından kassasiya şikayətinin bu cür dəlili yalnız ekspertizanın təyin olunması, keçirilməsi və məhkəmə tərəfindən qiymətləndirilməsi zamanı maddi və prosessual hüquq normalarının pozulduğu və ya ekspert rəyi ilə bağlı tərəflərin əsaslandırılmış dəlillərinə (vəsatətlərinə) məhkəmə tərəfindən münasibət bildirilmədiyi halda araşdı rıla və məhkəmə aktının ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilər. Baxılan iş üzrə qeyd olunan hallar müəyyən edilməmişdir.
66. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
67. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
68. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 30 yanvar 2023-cü il tarixli, 2(103)801/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.