Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1984/2020 11.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), X4 və X2 ibarət tərkibdə, X1, İddiaçı nun, Cavabdeh vəkili Vəkil2 Məhərrəm oğlunun iştirakı ilə, Cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)11600/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Yasamal rayon məhkəməsinin (hakim Təhminə Xəlilova) xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilərək Cavabdeh İddiaçı nun xeyrinə vurulmuş zər ərin əvəzi kimi 10972 manat məbləğində pulun tutulması qət edilmiş, həmçinin keçirilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının xərci olaraq Cavabdeh 120 manat məbləğində pulun tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər – Elnur Həsənov sədrlik edən və məruzəçi, Xumar Mərdanova, Fuad Babayev) xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Volkswagen Passat CC” markalı **-LD-*** dövlət qeydiyyat nişanlı avtomaşının ona məxsus olduğunu, Cavabdeh idarə etdiyi “Mercedes Benz” markalı **-UN-*** qeydiyyat nişanlı avtomaşınla xx xxxxxxx 2018-ci il tarixdə törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilinə zərər dəydiyini, yol-nəqliyyat hadisəsində cavabdehin təqsirli bilinərək Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən cərimə edildiyini, cavabdehə müraciət edərək vurduğu zərərin ödənilməsini tələb etsə də, onun müxtəlif bəhanələr gətirərək bundan imtina etdiyini bildirmiş, buna görə də cavabdehdən əmlakına dəymiş zərərin əvəzi qismində 28890 manat tələb etmiş, sonradan iddia tələbini azaldaraq 10972 manatın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikay ətinə qarşı etiraz: Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə tərəfindən nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır və nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Tərəflərin izahatları: Cavabdeh vəkili Vəkil2 Məhərrəm oğlu məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Pr osessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, Cavabdeh vəkili Vəkil2 Məhərrəm oğlunun izahatını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixdə özünə məxsus “Mercedes Benz” markalı **-UN*** dövlət qeydiyyat nişanlı avtomobillə yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə iddiaçıya məxsus “Volkswagen Passat CC” markalı **-LD-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq ona zərər vurmuş, bununla bağlı A zərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. İddiaçının istinad etdiyi, “EURO STYLE LTD” tərəfindən tərtib olunmuş qüsuraktında “Volkswagen Passat CC” markalı **-LD-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği 28890 manat olaraq qiymətləndirilmiş, birinci instansiyaməhkəməsinin təyin etdiyi məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxx 2019-cu il tarixli rəyi ilə isə, aşınma nəzərə alınmaqla həmin avtomobilin təmir-bərpa xərcinin ehtiyyat hissələri də daxil olmaqla təxminən 10972 manat olduğu müəyyən edilmişdir. Hazırkı tələbində iddiaçı həmin pulu cavabdehdən tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanu nla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır. Həmin Məcəllənin 1108.1-ci maddəsinə görə isə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalı nmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Apelyasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırıb və sadalanan normalara istinad edərək hesab etmişdir ki, birinci instansiya məhkəməsi düzgün olaraq hazırkı iş üzrə yüksək təhlükə mənbəyi olan “Mercedes Benz” markalı avtomobilin vurduğu zərərin əvəzini ödəmək vəzifəsini həmin avtomobili idarə etmiş və yol-nəqliyyat hadisəsinə görə təqsirli olduğu qanuni qüvvədə olan inzibati xəta haqqında qərarla sübuta yetirilən Cavabdeh üzər inə qoymuşdur və onun özü də, təqsirli olması ilə bağlı məsələni deyil, əsasən vurulmuş maddi zərərin məbləği ilə bağlı məsələni mübahisələndirməkdədir. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh, iddiaçıya vurduğu ziyanın daha az olması, ekspertiza rəyi ilə müəyyən edilən məbləğin düzgün hesablanmadığı barədə irəli sürdüyü arqumentlərini əsaslı göstərəcək heç bir sübut təqdim etməmiş, irəli sürdüyü mülahizənin mümkün vasitələrlə yoxlanılması üçün təşəbbüs göstərməmişdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsin əəsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübu ta yetirməlidir. Qeyd olunanlara əsasən apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, məhkəmə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Cavabd ehin öz etirazının əsası kimi istinad etdiyi və apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən cavabdehin göstərdiyi dəlillərə hüquqi qiymət verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, maddi və prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsinə və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tuta raq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-11600/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-1984/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1984/2020
11.06.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver