Məhkəmə qərarları › İş №2(102)-1985/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1985/2019

28.03.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1985/2019 28.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qoldman Tatyana Aleksandrovnadan, Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, katib A.Cəfərlinin iştirakı ilə, iddiaçı x1nun Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 noyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin 14 iyun 2018-ci il tarixli, 2(033)-660/2018 saylıqətnaməsi ilə (hakim A.İsmayılov) iddiaçıx1nun cavabdeh x2 qarşıZaqatala rayonu Yuxarı Tala kəndində yerləşən fərdi yaşayış evinə vurduğu maddi zərərinəvəzi olan 20000 manatın, 10800 manat əldən çıxmış faydanın, hüquqla rının müdafiəsi üçün vəkilə ödədiyi 1000 manatın, məhkəmələrə gedib-gəlməsi üçün xərclədiyi 2000 manat nəqliyyat xərclərinin və əsassız tələblərlə məhkəmələrə müraciət etdiyi üçün 5000 manat mənəvi zərərin əvəzinin cavabdehdən onun xeyrinə tutulması tələbinə dair iddiasının rədd edilməsi və iddiaçı x1 tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun onunözünə aid edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 noyabr 2018-ci il tarixli, 2(107)-2450/2018 nömrəli qətnaməsi ilə (hakimlər: M.Əsədli, Ə.Məcidov və İ.Quliyev) Zaqatala Rayon Məhkəməsinin 14 iyun 2018-ci il tarixli, 2(033)-660/2018 saylıqətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı x1 kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 noyabr 2018-ci il tarixli, 2(1 07)-2450/2018 nömrəli qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı x1 cavabdeh x2 qarşıfərdi yaşayış evinə vurduğu maddi zərərin əvəzinin, əldən çıxmış faydanın, hüquqlarının müdafiəsi üçün vəkilə ödənilən pulun, nəqliyyat xərclərinin və əsassız tələblərlə məhkəməyə müraciətlərlə bağlı vurulmuş mənəvi zərərinəvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsiiləməhkəməyəmüraciətedərək, Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən fərdi yaşayış evinə vurduğu maddi zərərinəvəzi olan 20000 manatın, 10800 manat əldən çıxmış faydanın, hüquqlarının müdafiəsi üçün vəkilə ödədiyi 1000 manatın, məhkəmələrə gedib-gəlməsi üçün xərclədiyi 2000 manat nəqliyyat xərclərinin və əsassız tələblərlə məhkəmələrə müraciə t etdiyi üçün 5000 manat mənəvi zərərin əvəzinin cavabdehdən onun xeyrinə tutulması barədəqətnaməçıxarılmasınıxahişetmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı x1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 noyabr 2018-ci il tarixli, 2(107)-2450/2018 nömrəli qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pro sessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı x1, hazırda vəfat etmiş x3, sonuncunun oğlu cavabdeh x2 və digər şəxslər arasında 2009-cu ilin avqustundan başlayaraq, indiyədək Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının Yuxarı Tala ərazi üzrə nümayəndəliyində x4 adına tərtib edilmiş təsərrüfat uçotu qeydiyyatının, Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının Yuxarı Tala ərazi üzrə nümayəndəliyinin x4 adına verdiyi 16.02.2009-cu il tarixli 360 nömrəli arayışın, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 25.09.2003-cü il tarixli 110 nömrəli qərarının x4 Zaqatala rayonu Yuxarı Tala kəndi ərazisindən 0.14 ha torpaq sahəsinin mülkiyyətinə verilməsinə dair hissəsinin, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zaqatala Rayon Şöbəsi tərəfindən x4 adına verilmiş JN-782A nömrəli 7797 nömrə ilə qeydiyyata alınmış “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsinin x4 adına apardığı 28.02.2009-cu il tarixli ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının və Zaqatala Rayon 1 saylı Dövlət Notariat Kontorunun verdiyi 20.04.2009-cu il tarixli 2V-21 nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi tələbinə dair bu və ya digər məzmunlu iddia ər izələrinə məhkəmələrdə baxılmışdır. Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 0.1426 ha torpaq sahəsi və onun üzərindəki 1 mərtəbəli, 2 otaqlı, yaşayış sahəsi 44.6 kv.m., yardımçı sahəsi 30,8 kv.m., ümumi sahəsi isə 75.4 kv.m. təşkil edən fərdi yaşayış evi hazırda iddiaçı x1 oğlunun tam xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. Mülki Məcəllənin 21.2-ci maddəsində «zərər»in anlayışı verilmişdir. Həmin maddəyə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 21.1-ci maddəsində müəyyən edilmişdir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin, qanunla və ya müqavilədə daha az miqdarda ödənilməsi nəzərdə tutulmadıqda, tam ödənilməsini tələb edə bilər. İddiaçı x1 oğlu onun xüsusi mülkiyyətində olan Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən fərdi yaşayış evinin cavabdeh x2 təqsirindən yararsız hala düşməsinə, cavabdeh tərəfindən evin zirzəmisinə və içərisinə qoyun, toyuq və s. salınmasına, pəncərələrinin sındırılmasına və bunun nəticəsində evinə 20000 (iyirmi min) manat maddi zərər vurulmasına, həmçinin 10800 (on min səkkiz yüz) manat məbləğində faydanın əldən çıxmasına dair hər hansı sübutlar ı təqdim edə bilməmişdir. Bundan başqa iddiaçı məhkəmələrə gedib-gəlməsi üçün həqiqətən də 2000 (iki min) manat nəqliyyat xərci çəkməsi barədə iş materiallarına, eləcə də iddia ərizəsinə hər hansı bir sübut əlavə etməmişdir. Hüquqlarının müdafiəsi üçün vəkilə ödənilən cavabdehdən tutulması ilə bağlı kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.4-cü maddəsinə görə işdə iştirak edən şəxslər, qanunla onların nümayəndəliyi zəruri olan hallar istisna edilməklə, özləri öz hüquq və mənafelərini müdafiə edə bilərlər. Onlar maraqlarının təmsil olunması və ya prosessual hüquqlarının həyata keçirilməsi üçün peşəkar hüquqi yardım almaq məqsədi ilə özlərinə sərbəst vəkil seçə bilər. Hüquq normasının məzmunundan göründüyü kimi vəkilə müraciət edilməsi tərəfin hüququ o lmaqla həmin xərclərin iddia tələbi kimi cavabdehdən tələb edilməsi ədalətli hesab edilə bilməz. İddiaçının əsassız tələblərlə məhkəmələrə müraciət etdiyi üçün 5000 (beş min) manat dəyərində mənəvi zərər çəkməsi barədə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarının 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” konvensiyanın müddəaları və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri -əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmin qərarın 4-cü bəndində müəyyən edilmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Həmin qərarının 8-cü bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərv uran şəxsin təqsiri müəyyən edilmiş olsun. Hazırki işdə isə iddiaçıya mənəvi zərər dəyməsi barədə qeyd olunan hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119-cu maddəsinə əsasənməhkəməxərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsində işə baxılarkən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, prosessual hüquq pozuntusuna yo l verilmədiyindən, kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: x1nun kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar