Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1985/2022 26.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı-nin Cavabdeh1 qarşı ilk, Cavabdeh1 İddiaçı-nə qarşı qarşılıqlı iddia tələblərinə dair iş üzrə QƏRARİ iş № 2(102)-1985/22 (Açar sözlər: mülkiyyətin müdafiəsi, vurulmuş zərər) Bakı şəhəri, 26 aprel 2022-ci il Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı-nin Cavabdeh1 qarşı “xüsusi mülkiyyətdə olan qeyri-yaşayış sahəsindən çıxarılma və ziyan” tələbinə dair ilk, Cavabdeh1 İddiaçı-nə qarşı “mülkiyyət hüququnun tanınması və ziyan” tələbinə dair qarşılıqlı iddiası ilə bağlı iş üzrə Sumqayıt Apellyasiya Məhkəmə si Mülki kollegiyasının 2(105)-2971/2021 nömrəli, 02.11.2021-ci il tarixli qətnaməsindən qarşılıqlı iddiaçı Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 30.12.1999-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən, Quba şəhəri, 22-ci məhəllədə yerləşən 24 kv.metrlik yarımçıq tikili 240.000 manata Cavabdeh1 tərəfindən X2 alınmışdır.
2. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)1679/2020 nömrəli, 26.08.2020-ci il tarixli qərarına əsasən, Cavabdeh1 qeyri-yaşayış sahəsini qanunla müəyyən edilmiş qaydada 30 dekabr 1999-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən əldə etdiyini bildirib hüququn qeydə alınmasını xahiş etmiş, həmin alqı-satqı müqaviləsi nin predmeti olan 24 kv.m yarımçıq tikilinin müqaviləyə qədər satıcının mülkiyyətində olması, daşınmaz əmlakın reyestrində qeydə alınması sübuta yetirilməmiş, Cavabdeh1 tikilinin yerləşdiyi torpaq sahəsinin planı və ölçüsünü məhkəməyə təqdim edə bilməmişdir. Həmin əsaslarla, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(105)-53/2019 saylı, 21 may 2020-ci il tarixli qərarı (Sumqayıt İnzibatiİqtisadi Məhkəməsinin 8 noyabr 2018-ci il tarixli qərarının (iddianın Quba şəhəri, 22-ci məhəllədə 24 kv.m torpaq sahəsində yerləşən mağaza binasına mülkiyyət hüququnun tanınması hissəsində mümkün sayılmaması) dəyişdirilmədən saxlanılmışdır.
3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 10.07.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli, RX ******* seriyalı Çıxarışa əsasən, Quba şəhəri 29-cu məhəllə ərazisində yerləşən ümumi sahəsi 2454,4 kv.m sahəsi olan əmlak kompleksi kimi müəssisə İddiaçınin adına dövlət qeydiyyatına alınmışdır.
4. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş kommersiya hüquqi şəxslərin Dövlət reyestrindən Çıxarışa əsasən, İddiaçı-nin qanuni təmsilçisi X8r.
5. Qeyri-yaşayış sahəsinin texniki-pasportuna əsasən, Quba şəhəri, 29-cu məhəllə ünvanında yerləşən İddiaçı Kiçik Müəssəsi MMC-nin tikinti altı sahəsi 2866,7 kv.m, ümumi sahəsi 2517,1 kv.m sahəsi, əsas 2517,1 kv.m-dir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı (bundan sonra – ilk iddiaçı) Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Quba şəhəri, 29-cu məhəllə ünvanında yerləşən İddiaçı-yə məxsus ümumi sahəsi 2454,4 kv.m olan əmlak kompleksindən (sahəsi 24 kv.m olan mağazadan) çıxarılması, Cavabdeh1 əldən çıxmış fayda olaraq (zərər) 5760 (beş min yeddi yüz altmış) manat pulun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat pulun alınaraq İddiaçı-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İlk iddiaçı tələbini onunla əsaslandırmışdır ki, 05 yanvar 1992-ci ildə Paşa Ağayev, İmran Ağayev, Aydın Ağayev, Fərrux Ağayev, Südabə Ağayevanın iştirakı ilə İddiaçı Kiçik Müəs sisəsi yaradılmış, Quba rayon XDS-nin Rəyasət Heyətinin 1992-ci il tarixli 107 nömrəli qərarı ilə şəhərin 29-cu məhəlləsində 1,5 ha torpaq sahəsi ticarət yarmarkasının tikintisindən ötrü İddiaçı Kiçik müəssisəsinə ayrılmış, İddiaçı kiçik müəssisəsi 26 iyun 1995-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Bundan sonra, müəssisədə tikinti quraşdırma işləri başlanmış Qeydiyyat vəsiqəsinə əsasən Quba şəhəri, 29-cu məhəllədə yerləşən ticarət və ictimai iaşə binaları 15 fevral 2000-ci il tarixdə reyestr kitabında İddiaçı Kiçik Müəssisəsinin adına qeydiyyatdan keçmişdir. Müəssisədə tikintiquraşdırma işləri başa çatmış obyektin istismara qəbul aktı 11 mart 2005-ci il tarixdə təsdiq edilmiş, əmlakın texniki inventarlaşdırma bürosu tərəfindən 16 mart 2006-cı ildə İddiaçı Kiçik Müəssisəsinin texn iki pasportu tərtib edilmiş, Azərbaycan Respublikası Dövlət Əmlakının idarə edilməsi üzrə Dövlət Komitəsi tərəfindən İddiaçı Kiçik Müəssisəsinə məxsus Quba şəhəri, 29-cu məhəllədə yerləşən ümumi sahəsi 2517,1 kv.m olan Ticarət Yarmarkası 31.03.2006-cı il tarixdə dövlət qeydiyyatına alınmışdır. Quba rayon XDS-nin Rəyasət Heyətinin 1992-ci il tarixli 107 nömrəli qərarı müəssisəyə ayrılmış torpaq sahəsinə dair İddiaçı X3 X11 dair JN-1287 KOD 30300001 JN-1287 saylı Dövlət Aktı verilmiş, 15.07.2014-cü il tarixli Kommersiya hüquqi şəxslərinin Dövlət reyestrindən verilmiş çıxarışa əsasən İddiaçı Kiçik Müəssisəsinin direktoru və qanuni təmsilçisi X8r. Bundan sonra müəssisədə yeni tikinti quraşdırma işləri aparılmış, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmi ş RX seriyalı ******* nömrəli çıxarışa əsasən Quba şəhəri, 29-cu məhəllə ünvanında yerləşən 1,50 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2454,4 kv.m olan əmlak kompleksi 10.07.2014-cü il qeydiyyat tarixli İddiaçı Kiçik Müəssisəsinin adına qeydə alınmışdır. İddiaçı Kiçik Müəssisəsi vergi ödəyicisi kimi özünə məxsus qeyri-yaşayış obyektlərini icarəyə verərək qazanc əldə edir. Cavabdeh uzun illərdir İddiaçı Kiçik Müəssisəsinin o vaxtkı direktoru Paşa Ağayevlə şəxsi münasibətlərindən istifadə edərək müəssisəyə aid 24 kv.m sahəsi olan qeyri-yaşayış obyektini istifadə edir, icarə haqqı vermir, ümumiyyətlə müəssisə ilə icarə müqaviləsi bağlamaqdan imtina edir. Dəfələrlə ona həmin sahəni boşaltmağı tələb etsələr də, cavabdeh bundan imtina etmişdir. 2020-ci ilin fevral ayında İddiaçı-nə Sumqayıt Apelyasiya Məhkəməsindən bildiriş gəlir və müəssisə üçüncü şəxs kimi işə cəlb olunaraq məhkəmədə iştirak etmək tələb olunur. Bu zaman məlum olur ki, Cavabdeh2 qanunsuz olaraq istifadə etdiyi İddiaçı-nə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən məxsus olan ümumi sahəsi 2454,4 kv.m tikintinin 24 kv.m torpaq sahəsində yerləşən mağaza binasına mülkiyyət hüququnun tanınması barədə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edir. Məhkəmənin 08 noyabr 2018-ci il tarixli qərarı ilə cavabdehin iddiası mümkün sayılmır. Həmin qərardan cavabdeh apelyasiya şikayəti ilə Sumqayıt Apelyasiya Məhkəməsinə müraciət edir. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)-130/2 019 saylı, 30 aprel 2019-cu il tarixli qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 08 noyabr 2018-ci il tarixli qərarı ləğv edilərək, iddia qismən təmin olunmuş, iddiaçının adına Quba şəhəri, 22-ci məhəllə, 24 kv.metrlik torpaq sahəsində yerləşən mağaza binasına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Həmin qərardan Azərbaycan Respublikası Əmlak Məsələləri yanına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 21(102)-2431/2019 nömrəli, 14 avqust 2019- cu il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30 aprel 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş yeni dən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Bundan sonra İddiaçı Kiçik müəssiəsi üçüncü şəxs kimi işə cəlb edilmiş, məhkəmə iclası zamanı cavabdehin çıxarış almaq istədiyi mağazanın çıxarışla müəssisəyə məxsus olması, cavabdehin iddiasına görə guya həmin mağazanı müəssisənin əvvəlki direktoru tərəfindən 30.12.1999-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən ona satılması iddiasının heç bir əsasının olmaması, həmin qeyri yaşayış obyektlərinin hələ 15 fevral 2000-ci ildə müəssiəsiyə məxsus olması, ona görə də hələ müəssisəyə məxsus olmayan hüquqlarının dövlət qeydiyyatına alınmayan yarımçıq tikilinin satılmasının qanunsuz olması, həmin tikilinin satılmasının mümkün olmaması barədə etirazı məhkəməyə təqdim etmişlər. Bundan sonra işi ətraflı araşdıran Sumqayıt Apelyasiya Məhkəməsinin 2 -1(105)-53/2020 saylı, 21 may 2020-ci il tarixli qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, iş üzrə Sumqayıt İnzibati İqtisadi Məhkəməsinin ilkin qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 həmin qərarla razılaşmayaraq kassasiya şikayəti vermiş, lakin iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 26 avqust 2020-ci il tarixli, 2-1(102)- 1679/2020 nömrəli qərarı ilə cavabdehin verdiyi kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin 2-1(105)-53/2020 saylı, 21 may 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin iş üzrə qərar çıxarıldıqdan sonra Cavabdeh1lə danışıqlar aparmaq, müəssisəyə məxsus mağazadan çıxması ilə bağlı onunla razılığa gəlmək istəmişlər. Lakin cavabdeh heç cürə razılığa gəlməmiş, müəsisəyə məxsus mağazanı tərk etmək istəmədiyini bildirmişdir. Belə olan halda cavabdehin qanunsuz olaraq 2000-ci ildən istifadə etdiyi mağazaya görə müəssisə olaraq icarə haqqı kimi vurduğu ziyanı, əldən çıxmış faydanı tələb etmək qərarına gəlmişdir. Ona görə ki, İddiaçı mülkiyyətində olan mağazaların kvadradmetrini aylıq 4 (dörd) manata icarəyə verərək gəlir əldə edir. Bu barədə nümunə olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinin müəssisəyə qarşı tətbiq etdiyi cərimə və məhkəmə mübahisəsi barədə qərarı əlavə edirlər. Cavabdeh də İddiaçınin mülkiyyətində olan 24 kv.mlik mağazanı uzun illərdir qanunsuz, heç bir icarə haqqı vermədən istifadə edir. Belə olan halda cavabdehin qanunsuz olaraq tutduğu müsəsisəyə məxsus 24 kv.m sa həsi olan mağazaya görə cavabdeh əslində 24 kv.m x 4 manat aylıq 96 manat olmaqla, bir illik 96manat x12 ay = 1152 manat məbləğində icarə haqqı ödəməli, cavabdehin mağazanı 2000-ci ildən istifadə etməsini nəzərə alaraq 1152 manat illik x 20 il =23040 manat edir. Lakin yenə də humanistlik edərək cavabdehdən beş illik 1152 manat illik x 5 il = 5760 (beş min yeddi yüz altmış) manat əldən çıxmış faydanı tələb edir. Beləliklə, Cavabdeh1 müəssisə ilə heç bir icarə müqaviləsi bağlamadan müəssisənin mülkiyyətində olan istifadə etdiyi 24 kv.m sahəsi olan mağazaya adına mülkiyyət hüququnu qeyd aldırmaq istəmiş, lakin ədalətli məhkəmə araşdırması nəticəsində, cavabdehin qanunsuz tələbi rədd edilmişdir. Cavabdeh isə heç bir əsas olmadan müəssisənin mülkiyyətində olan 24 kv.m sahəsi olan mağazanı qanun suz olaraq istifadə edir və icarə haqqı ödəmir, mağazanı tərk etməkdən imtina edir, müəssisə mağazaya dair mülkiyyət hüququnu həyata keçirə bilmir. Buna görə də, müəssisə uzun illərdir mağazanı icarəyə verə bilməmiş, gəlirdən məhrum olmuşdur.
8. Cavabdeh1 (bundan sonra – qarşılıqlı iddiaçı) cavabdeh İddiaçı-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Quba şəhəri, 29-cu məhəllə ünvanında yerləşən İddiaçı-yə məxsus ümumi sahəsi 2454,4 kv.m olan əmlak kompleksindən (çıxarışın) sahəsi 24 kv.m olan mağaza hissəsində etibarsız hesab edilməsi, mağaza binasına onun mülkiyyət hüququnun tanınması, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı-nin ona vurmuş o lduğu zərərin 75000 (yetmiş beş min) manat və 30 manat məbləğində dövlət rüsumunun alınıb verilməsi və ilkin iddia üzrə tələblərin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Qarşılıqlı iddiaçı tələbini onunla əsaslandırmışdır ki, ilkin iddia üzrə iddiaçı olan İddiaçı KM-nin mərhum sədri Paşa Ağayevlə qabaqcadan tanışlıqları olmuşdur. O, səhmdarı olduğu “Quba Nəqliyyat” ATSC-nin (keçmiş Quba avtobazası) Paz markalı avtobusunda sürücü işləmiş və Quba-Dərbənd (Rusiya Federasiyası) marşrutunda işləmişdir. İşlədiyi dövrdə təxminən 1995-2000-ci illərdə o, Dərbənd şəhərində ərzaq və qeyri-ərzaq məhsullarını daşımaqla "xxxx"də fəaliyyət göstərən sahibkarların tələbatlarını ödəmişdir. Həmin vaxtı o, KM-nin sədri ilə tanış olmuş, onun sifarişlərini icra etmişdir. 1999-cu ildə Paşa Ağayev ona müraciət edərək, oğlu Fərruxun bir türk vətəndaşına külli miqdarda borcu olması səbəbindən barəsində cinayət işinin açılması və axtrarışa verilməsini, məsuliyyətdən azad olunması üçün dələduzluq yolu ilə mənimsənilən pulun qaytarılmasına köməklik göstərilməsi məqsədilə müəssisənin mülkiyyətində olan yarımçıq tikilini almağını xahiş etmişdir. Lakin o, buna ehtiyacı olmadığını bildirərək təklifi qəbul etməmişdir. Lakin sonradan mərhum Paşa Ağayev yaşadığı evinə gələrək oğlunun borcunun qaytarılmasına heç bir adam köməklik etmədiyini bildirərək, bu məsələdə ona köməklik etməsinə dair xahişlərini nəzərə alaraq yarımçıq tikili olan 24.kv.m torpaq sahəsində yerləşən mağaza binasını (yarımçıq tikilini) almaq üçün razılığa gəlmişlər. Beləliklə, onlar notariat kontoruna müraciət etmiş v ə yarımçıq tikilinin dəyərini 800 min AZN məbləğində pulu ödəməklə 30.12.1999-cu il tarixdə Quba rayon Notriat kontorunda İddiaçı KM-nin sədri mərhum Paşa Ağayevlə alqı-satqı müqaviləsi bağlamışlar. Həmin müqavilənin 1-ci bəndinə əsasən “Fərid" KM-nin ərazisində inşa edəcəyi tikintinin şəxsi əmlakı sayılması, lakin tikinti üçün ayrılmış 24 kv.m sahə müəssisənin torpaq sahəsi ilə ümumi balansında oturması səbəbi ilə bölünməz olaraq qalması, mağzasının yerləşdiyi 24 kv.m torpaq sahəsinə görə ildə torpaq vergisi nəğd yolla tərəfindən müəssisənin kassasına köçürülməsi öhdəliyi müəyyən edilmişdir. Həmin müqavilənin sonrakı bəndlərində inşa olunmuş tikintidə elektrik enerjisindən istifadə etdiyi halda sayğac üzrə sərfiyyatın məbləğinin müəsisənin hesabına köçürülməyini, torpaq sahəsindən istəf ədə etdiyi halda müvafiq rüsum ödəməli olduğu, sanitar gigiyena, yanğından mühafizə qaydalarına əməl etməyi öhdəsinə götürmüşdür. Bağlanılan müqavilənin tərəfindən tikinti sahibi kimi qeyd edilməsi isə obyektin onun tərəfindən tikiləcəyini sübut edir. Keçən müddət ərzində müqavilə üzrə öhdəliklərini icra etmiş və İddiaçı KM-nin ********** VÖEN hesabına müqavilə üzrə payına düşən ödənişləri (24 kv.m torpaq sahəsinə, zibillərin daşınmasına və sair xidmətlərə) həyata keçirmişdir. Mağazanı tikib başa çatdırdıqdan sonra mərhum Paşa Ağayev ona satılan mağaza binasına dair sənədləri hazırlayıb təqdim etmişdir. Həmin sənədlər Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən 12.12.2012-ci il tarixində verilmiş lisenziya əsasında "Bakı Torpaq” layihə smeta bürosunun təsdi q etdiyi layihə, obyektin yerləşdiyi sahənin elekton çəklişi, mağazanın plan-layihəsi ona təqdim edilmişdir. Həmin sənədlərdə hüquq subyektin sahibi Cavabdeh1 kimi, həmçinin Quba şəhəri 29 məhəllə Fərid KM - Cavabdeh1 məxsus ticarət obyekti kimi göstərilmişdir. Bundan başqa 12 iyul 2010-cu il tarixli etibarnamə ilə ona məxsus olan həmin mağazanı X9 etibarnamə ilə iki il müddətinə təyinatı üzrə istifadəsinə vermişdir. Lakin Fərrux vərəsəlik qaydasında "xxxx" KM-nin mülkiyyətçisi (sahibi) olduqdan sonra mağazasına gələn işiğı kəsmiş, giriş-çıxış qapısının ağzına tikinti materialları yığaraq, sonra isə icarəyə verməklə fəaliyyətinə maneələr yaratması səbəbindən fəaliyyətini dayandırmaq məcburiyyətində qalmışdır. VÖEN hesabını bağlamışdır. Mülkiyyət hüququnun pozulması səbəbindən 30.12.1999-cu il tarixli Müqaviləyə uyğun müəyyən olunan şərtləri pozması səbəbindən əvvəlcə razılığa gəlmək üçün təkliflər etmişdir. Təklifi ondan ibarət olub ki, o, satılan və mülkiyyəti olan 24 kv.m həcmdə mağazanın əvəzinə Quba şəhərinin istənilən ərazisindən mağaza alınıb mülkiyyətinə verilməsi və yaxud dəyərinin müəyyənləşdirib ödənilməsi olmuşdur. Lakin, Fərrux Ağayev mağazasının dəyərini tələb etdiyi 18 000 (on səkkiz min) manat əvəzinə 12 000 (on iki min) manat ödəməyə razılaşmışdır. Lakin sonradan həmin razılığı da pozmuş 12 iki min manat pulu də ödəməyə imtina etdikdən sonra aidiyyatı qurumalara şikayətlər etmək məcburiyyətində qalmışdır. Bununla əlaqədar 1649 (dəfə) saylı şikayət ərizəsi əlavə edərək bildirir ki, şikayət ərizələrindən başqa 7 generalın, Baş prokurorun, Ədliyyə nazirinin, on un müavinlərinin, PA Qanunvericilik şöbəsinin müdiri Şahin Əliyevin və sair dövlət rəhbərlərinin qəbullarında olmuşdur. Nəhayət məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək mağazasının dövlət qeydiyyatına alınmasının cavabdeh DƏDRX-nin vəzifəli şəxslərinin üzərinə qoyulması tələbi təmin edilməmişdir. Səbəb isə, mağazasının onun xəbəri olmadan qanunsuz "xxxx"-nin balansına keçirilməsi olmuşdur. Həmçinin notariat qaydasında aralarında bağlanmış müqavilənin arxiv sənədinin reyestr kitabının arxivə təhvil verilməməsi müəyyən edilsə də, həmin məhkəmə qərarlarında alqı-satqı müqaviləsinin qanuniliyi müəyyən edilmişdir. Fərrux Ağayev iddia ərziəsində bildirir ki, alqı-satqı, müqavilə "xxxx"-nin hesabına köçürülmüş vəsaitlərdən xəbəri olmamışdır. Digər tərəfdən isə qeyd etmişdir ki, razılığa gələ bilməmişik. Apelyasiya qaydasında işə cəlb edilən "xxxx" MMC-nin sahibi dələduzluq hərəkətinin mülki qaydada baxılması zamanı xüsusi qərardad qəbul edilmədən öncə cəzasız qalması səbəbindən sui-istifadə edərək ona qarşı icarə haqqının ödənilməsi və mülkiyyəti olan mağaza binasından çıxarılmağı barədə qanunsuz iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia tələbinin təmin edilməsi əsasları kimi 30.12.1999-cu il tarixdə Quba rayon Notariat kontorunda "xxxx"–nin sədri mərhum Paşa Ağayevlə bağlanmış alqı-satqı müqaviləsi; 30.12.1999-cu il tarixdə mərhum Paşa Ağayevlə aralarında bağlanmış əlavə müqavilə; Obyektin ona məxsus olması barədə KM-nin mərhum sədri tərəfindən hazırlanmış layihə sənədləri; İcarə müqaviləsi; "xxxx"-ə 24.kv.m torpaq sahəsinə və xidmətlərə görə ********* VÖEN hesabına ödəniş qəbzləri işə əlavə olunmuşdur. Hesab edir ki, keçən müddət ərzində sahibkarlıq fəaliyyətinin qəsdən məhdudlaşdırılması səbəbindən ona dəyən zərəri də (əldən çıxmış fayda) qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı KM-i tərəfindən məhkəmə qaydasında ödənilməsi təmin edilməlidir. 2015-ci ildən cavabdeh İddiaçı KM-nin mülkiyyətçisi Fərrux Ağayev onun qanuni fəaliyyətini məhdudlaşdırmaqla mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən məhrum etmişdir. Mağazada sahibkarlıq fəaliyyətilə ayda təqribən 1000-1500 manat məbləğində gəlir əldə etdiyi, yəni 2015-ci ildən fəaliyyətini dayandırmaq məcburiyyətində qaldığından 2015-2021-ci illərdə mülki dövriyyə şəraitində hər ay ona ən aşağı gəlirlə hesablansa 1000 manat x 75 ay= 7 5000 manat məbləğində zərər vurulmuşdur ki, həmin məbləğdə zərəri də ödəməlidir.
10. Quba Rayon Məhkəməsinin (hakim V.Seyidov) 17 iyun 2021-ci il tarixli, 2(027)-681/2021 nömrəli qətnaməsi ilə ilk iddia qismən təmin edilmiş, Cavabdeh1 Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Quba şəhəri, 29-cu məhəllə ünvanında yerləşən İddiaçı-yə məxsus ümumi sahəsi 2454,4 kv.m olan əmlak kompleksindən (sahəsi 24 kv.m olan mağazadan) çıxarılması, ilk iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir.
11. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Quba rayon XDS Rəyasət heyətinin 08 sentyabr 1992-ci il tarixli, 107 saylı qərarına əsasən Quba şəhəri, 29-cu məhəllədə yerlə şən 1,5 ha torpaq sahəsi ticarət yarmarkasının tikintisi məqsədilə “X10 ayrılmış, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil Komunal Təsərrüfatı Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyatı idarəsinin 111 nömrəli qeydiyyyat vəsiqəsinə əsasən isə qeyd olunan ticarət və ictimai və ictimai iaşə binaları, həmçinin iddiaçının 30.12.1999-cu il tarixli, alqı-satqı müqaviləsinə əsasən satın aldığı 24 kv.metrlik yarımçıq tikili 15 fevral 2000-ci il tarixdə “X7 adına qeydiyyatdan keçmişdir. Sonradan həmin ticarət yarmarkası “X7 adına daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyata alınmışdır.
12. Ona görə də, məhkəmə hesab etmişdir ki, ilk iddia Cavabdeh1 Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Quba şəhəri, 29-cu məhəllə ünvanında yerləşən İddiaçı-yə məxsus ümumi sahəsi 2454,4 kv.m olan əmlak kompleksindən (sahəsi 24 kv.m olan mağazadan) çıxarılma hissəsində təmin olunmalıdır.
13. İlk İddiaçı cavabdeh tərəfindən ona maddi zərər vurulması, həmin məbləğin ona ödənilməsi öhdəliyini daşımasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş, bununla da iddia tələbini əsaslandırdığı halları sübut edə bilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, ilk iddia Cavabdeh1 əldən çıxmış fayda olaraq (zərər) 5760 (beş min yeddi yüz altmış) manat pulun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat pulun alınaraq İddiaçı-yə ödənilməsi hissəsində təmin olunmamalıdır.
14. Məhkəmə qarşılıqlı iddiaya münasibətdə hesab etmişdir ki, Cavabdeh1 mağaza binasına onun mülkiyyət hüququnun tanınması tələbi ilə bağlı məsələyə bundan əvvəl işə baxılmış Azərbaycan Respublikası Ali Məhkəməsinin 26 avqust 2020-ci il tarixli, 2-1(102)-1679/2020 saylı qərarında qiymət verildiyindən, Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Quba şəhəri, 29-cu məhəllə ünvanında yerləşən İddiaçı-yə məxsus ümumi sahəsi 2454,4 kv.m olan əmlak kompleksindən (çıxarışın) sahəsi 24 kv.m olan mağaza hissəsində etibarsız hesab edilməsi, mağaza binasına onun mülkiyyət hüququnun tanınması, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı-nin ona vurmuş olduğu zərərin 75000 (yetmiş beş min) manat və 30 manat məbləğində dövlət rüsumun alınıb verilməsi tələbi barədə qarşılıqlı iddiası təmin edilməməlidir.
15. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən, öz mövqeyini Konstitusiyanın 13, 29, Mülki Məcəllənin 152.1, 157.4, Mülki Prosessual Məcəllənin 4.1, 5.1, 14.2, 76.2, 76.3, 77.1, 80, 81, 82.3, 88, 106.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
16. İlk və qarşılıqlı iddiaçılar həmin qətnamədən ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
17. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər L.Məmmədova – sədrlik edən və məruzəçi, T.Quliyev və G.Tağızadə) 2(105)-2971/2021 nömrəli, 02 noyabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Quba Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli, 2(027)-681/2021 nömrəli dəyişdirilmədən sаxlаnılmışdır.
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır.
19. Qarşılıqlı iddiaçı həmin qətnamədən kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Kassasiya şikayətinin dəlilləri
20. Qarşılıqlı iddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilərək, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
21. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, inzibati iş üzrə qəbul edilmiş qərarlardan görünür ki, notarial qaydada bağlanmış alqı-satqı müqaviləsi qanunidir. Məhkəmə iş materiallarına əlavə edilən cavabdeh İddiaçı KM MMC-nin müdiri ilə aralarında olan müqaviləni ümumiyyətlə araşdırmamışdır. Həmin müqavilə ilə sübut olunur ki, mağaza binası alınarkən yarımçıq tikili olmuşdur və kassator tərəfindən inşası başa çatdırıldıqdan sonra, o mağazadan tam hüquqlu mülkiyyətçi kimi istifadə etmişdir. Bu müqavilə iş materiallarında olmasına baxmayaraq, qərəzli şəkildə araşdırılmamışdır. Bundan başqa, kassator vicdanlı mülkiyyətçi kimi uzun illər həmin mağazadan istifadə etmişdir. Məhkəmənin gəldiyi nəticə ədalətli hesab edilə bilməz. Belə ki, məhkəmələr belə nəticəyə gəlmişdir ki, kassatorun həmin mağazaya çəkdiyi xərclərin əvəzi ödənilmədən, o, mağazadan çıxarılmalıdır. Halbuki, məhkəməyə qədər tərəflər alqı-satqı və sonrakı xərclərin, həmin həcmdə başqa ərazidən mağaza ilə əvəzlənməsinə və yaxud dəyərinin ödənilməsi ilə mağazadan çıxmaq üçün razılığa gəlmişdilər və həmin razılaşmanı ilk iddiaçı pozmuşdur. Bununla da, kassatorun ədalətli məhkəmə araşdırması hüququ pozulmuşdur. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
23. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir.
24. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
25. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdir ilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
26. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
27. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları ara şdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
32. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
34. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
35. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.
36. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdı r.
37. Maddə
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri
38. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
39. Hazırki kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyinə görə m əhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya məhkəməsinin qətnaməsi ləğv olunaraq iş həmin icraatda yenidən baxılması üçün qaytarılmalıdır.
41. Kollegiya ilk növbədə qeyd edir ki, kassator qətnamənin ləğv edilməsini tələb etdiyindən qətnamə bütövlükdə yoxlanılır.
42. İşdə ilk və qarşılıqlı tələblər var. İlk tələb qismən təmin edilmiş və iddiaçı ondan şikayət verməmişdir. Qarşılıqlı tələb Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Quba şəhəri, 29-cu məhəllə ünvanında yerləşən İddiaçı-yə məxsus ümumi sahəsi 2454,4 kv.m olan əmlak kompleksindən (çıxarışın) sahəsi 24 kv.m olan mağaza hissəsində etibarsız he sab edilməsi, mağaza binasına onun mülkiyyət hüququnun tanınması, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı-nin ona vurmuş olduğu zərərin 75000 (yetmiş beş min) manat və 30 manat məbləğində dövlət rüsumunun alınıb verilməsi və ilkin iddia üzrə tələblərin rədd olunması barədədir.
43. Deməli, cavabdeh iddiaçı MMC-nin adına verilmiş Çıxarışın etibarsız hesab olunması, mağazaya mülkiyyət hüququnun tanınması və vurulmuş zərəri tələb edir.
44. Prosessual qanunvericiliyə əsasən prosesdə o şəxs cavabdeh olaraq tanınır ki, iddia tələbi ona qarşı yönəlir və iddiaya cavab verməli şəxs (MPM-nin 50-ci maddəsi) hesab olunur. Əks təqdirdə, prosesə əsl olmayan tərəf kimi cəlb edilmiş şəxs əsl cavabdehlə əvəz olunmalıdır (MPM-in 54-cü maddəsi). Hazırkı işdə Çıxarışın etibarsızlığı iddiasının kimə qarşı yönəlm əsi, kimin həmin tələbə cavab verməli olması aydınlaşdırılmamışdır.
45. İddiaçı bildirmişdir ki, Quba rayon XDS-nin Rəyasət Heyətinin 1992-ci il tarixli 107 nömrəli qərarı ilə şəhərin 29-cu məhəlləsində 1,5 ha torpaq sahəsi ticarət yarmarkasının tikintisindən ötrü İddiaçı Kiçik müəssisəsinə ayrılmış, İddiaçı kiçik müəssisəsi 26 iyun 1995-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Bundan sonra, müəssisədə tikinti quraşdırma işləri başlanmış Qeydiyyat vəsiqəsinə əsasən Quba şəhəri, 29-cu məhəllədə yerləşən ticarət və ictimai iaşə binaları 15 fevral 2000-ci il tarixdə reyestr kitabında İddiaçı Kiçik Müəssisəsinin adına qeydiyyatdan keçmişdir. Müəssisədə tikintiquraşdırma işləri başa çatmış obyektin istismara qəbul aktı 11 mart 2005-ci il tarixdə təsdiq edilmiş, əmlakın texniki inventarlaşd ırma bürosu tərəfindən 16 mart 2006-cı ildə İddiaçı Kiçik Müəssisəsinin texniki pasportu tərtib edilmiş, Azərbaycan Respublikası Dövlət Əmlakının idarə edilməsi üzrə Dövlət Komitəsi tərəfindən İddiaçı Kiçik Müəssisəsinə məxsus Quba şəhəri, 29-cu məhəllədə yerləşən ümumi sahəsi 2517,1 kv.m olan Ticarət Yarmarkası 31.03.2006-cı il tarixdə dövlət qeydiyyatına alınmışdır. Quba rayon XDS-nin Rəyasət Heyətinin 1992-ci il tarixli 107 nömrəli qərarı müəssisəyə ayrılmış torpaq sahəsinə dair İddiaçı X3 X11 dair JN-1287 KOD 30300001 JN-1287 saylı Dövlət Aktı verilmiş, 15.07.2014-cü il tarixli Kommersiya hüquqi şəxslərinin Dövlət reyestrindən verilmiş çıxarışa əsasən İddiaçı Kiçik Müəssisəsinin direktoru və qanuni təmsilçisi X8r. Bundan sonra müəssisədə yeni tikinti quraşdırma işləri aparılmış, Hüquql arın Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən Quba şəhəri, 29-cu məhəllə ünvanında yerləşən 1,50 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2454,4 kv.m olan əmlak kompleksi 10.07.2014-cü il qeydiyyat tarixli İddiaçı Kiçik Müəssisəsinin adına qeydə alınmışdır.
46. İddiaçının deməsindən belə çıxır ki, Çıxarışın verilməsinə əsas müvafiq icra hakimiyyəti orqanının qərarları olmuşdur. Belə olan təqdirdə Çıxarışın qismən etibarsız hesab olunması tələbinin kimə qarşı yönəlməsi araşdırılmalı və qiymət verilməli idi. Çünki, əslində tələb müvafiq icra hakimiyyəti orqan tərəfindən Çıxarışın qanunsuz verilməsi barədədir. Cavabdeh hesab edir ki, ona məxsus olan sahəyə iddiaçının adına qanunsuz Çıxarış verilmişdir. 47. 2-ci tələb mağazaya mülkiyyət hüququnun tanınması ilə bağlıdır. İddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.
48. Məhkəmələr 2-ci tələbə uyğun gələn qanuni əsasla bağlı dəyərləndirmə aparmaqla əvvəllər cavabdehin həmin əmlaka mülkiyyət hüququnun qeydiyyata alınması barədə tələbinin qüvvədə olan məhkəmə qərarları ilə təmin edilməməsini əsas tutaraq iddianı rədd etmişlər.
49. Cavabdehin tələbinin 3-cü hissəsi vurulmuş zərərin ödənilməsi ilə bağlıdır. Məhkəmələrin həmin tələbin əsasları ilə bağlı dəqiqləşmə aparmalarına zərurət olmuşdur. Beləki, iddiaçı tələbində v urulmuş zərəri əldən çıxmış fayda kimi tələb etməsini göstərsə də, məhkəmə baxışı zamanı bunu gah vurulmuş zərər, gah mağazanı satın alması ilə bağlı düşdüyü zərər, gah da mağazanı icarəyə verməkdən məhrum olması ilə bağlı əldən çıxmış fayda ilə əsaslandırmışdır.
50. Kollegiya hesab edir ki, işə yenidən baxılarkən bununla bağlı cavabdehin dəlilləri dəqiqləşdirilməli və ona uyğun olaraq tələbə qiymət verilməlidir.
51. Belə ki, cavabdehin sahəsi 24 kv.m olan mağazanı İddiaçı KM-nin mərhum sədri Paşa Ağayevdən satın alması, bununla bağlı notariusda təsdiq edilmiş müqavilə bağlaması, müqavilənin şərtlərinə dair əlavə razılaşma bağlaması, pul ödəməsi, oranı mağaza kimi işlətməsi, torpaq vergisi verməsi və.s hallar əvvəlki mübahisəyə baxılarkən öz təsdiqini tapmışdır. Məhkəmələr cavabdehin Reyes tr xidmətinə qarşı tələbini ona görə təmin etməmişdilər ki, mağaza alqı-satqı olunan zaman müəssisə özəlləşməmiş olmuş, eyni zamanda notariusun təsdiq etmiş olduğu müqavilə arxiv sənədlərində aşkar edilməmişdir. Məhkəmələr həmin işdə Cavabdeh1 Paşa Ağayevə əmlakın dəyəri olaraq pul verməsini təkzib etməmişlər. Hazırkı iş üzrə iddiaçı şirkətin sahibinin mərhum atası Paşa Ağayevin əmlakı cavabdehə satması və pul alması işin sübuta yetmiş halları kimi qəbul edilmişdir.
52. İşdən görünür ki, həmin müəssisə vərəsəlik qaydasında Paşa Ağayevin oğlu X1 keçmişdir.
53. Qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə müəyyən edilmişdir ki, Cavabdeh1 İddiaçı-nin 24 kv.m sahəsi olan mağazasını almağa hüquqi əsaslar olmamışdır. Çünki mərhum Paşa Ağayevin bağlamış olduğu əqd qanunsuz olmuşdur. O, özəlləşm əmiş müəssisənin əmlakını Cavabdeh1 satmış və əvəzində əmlakın dəyərini almışdır. Cavabdeh1 Paşa Ağayevlə bağlanmış əqdə istinad edərək əmlaka mülkiyyət hüququnun tanınmasının mümkün olmaması, yəni həmin əqdin əslində qanunsuz bağlanması müəyyən edildikdən sonra Cavabdeh1 hüququ yaranır ki, vurulmuş zərəri tələb etsin. Nə qədər ki, müəssisənin hazırkı sahibi mərhum Paşa Ağayevin vərəsəsidir, Cavabdeh1 ziyanı ondan, və yaxud müəssisədən (pul vəsaiti müəssisəyə ödənilməsi müəyyən edilərsə) tələb etmək hüququ yaranır. Beləki, cavabdeh əsassız varlanmadan irəli gələn maddi hüquq normalarına, və yaxud zərərin ödənilməsini nizama salan maddi hüquq normalarına istinad etməklə verdiyi pulu və düşdüyü zərəri tələb edə bilər.
54. Ona görə, hazırkı işdə cavabdehin tələb etdiyi zərərin nədən ibarət ol ması aydınlaşdırılmalıdır. Əgər bu zərər mağazanı alarkən onun əvəzi olaraq ödənilmiş pulun və bunun nəticəsində düşmüş olduğu zərərin əvəzidirsə, onda məhkəmə həmin iddiaya kimin cavab verməli olması məsələsini aydınlaşdırmalı və bundan sonra mübahisəyə hüquqi qiymət verməlidir. Yenə də, cavabdeh zərəri əldən çıxmış fayda kimi tələb edirsə (mağazanı icarəyə verə bilməməsinə görə), onda məhkəmə vurulmuş zərəri tələb etmək hüquqlarını ona izah etməklə mübahisəyə hüquqi qiymət verməlidir.
55. Məhkəmə kollegiyası bir məsələni də qeyd etməyi zəruri hesab edir. Hazırkı qərarın 53-cü bəndində mübahisənin hansı səbəbdən yaranması halları şərh edilmişdir. Həmin hallar işin sübuta yetirilmiş hallarıdır. Ona görə, işə yenidən baxılarkən məhkəmə tərəflərə mübahisəni barışıqla həll olunmasını təklif e tməli, buna çalışmalı, belə həll yolunun daha səmərəli və effektli olmasını onlara izah etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.3. maddəsinə əsasən məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur.
56. Kollegiya həmçinin nəzərə alır ki, zərərin tutulması ilə bağlı məsələ hazırkı işdə həll ediləcəyi təqdirdə qarşılıqlı öhdəliklərin eyni vaxtda icra olunması zərurəti istisna edilmədiyi üçün qətnamə ilk iddia tələbi ilə bağlı hissədə də yeni məhkəmə baxışına göndərilməlidir.
57. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci i l tarixli qərarı, “Riersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982ci il tarixli qərarı, “X12rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”.
58. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəlləyə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
59. Qeyd olunanları nəzərə alaraq məhkəmə ko llegiyası hesab edir ki, Apellyasiya Məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmədiyi üçün qətnamə ləğv olunmalı, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.
60. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2971/2021 nömrəli, 02.11.2021-ci il tarixli qətnaməsi ləğv olunsun, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Hakimlər: İsmayıl Xəlilov Ələsgər Əliyev Mehparə Əhmədova